Məhkəmə qərarları › İş №2(103)-5800/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5800/2020

02.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5800/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X10, Cavabdeh1 Qriqoryeviçin nümayəndəsi və vəkili X55, Cavabdeh2 vəkili və nümayəndəsi X33 iştirakları ilə, X57 cavabdehlər Cavabdeh1 Qriqoryeviçə, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 29 saylı Notariat Kontoruna, Bakı şəhəri 12 saylı Notariat Kontoruna, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «vəsiyyətnamənin, vəsiyyətnamə üzrə şəhadətnamənin, alğı-satqı müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, qohumluq faktının təsdiq edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh X43 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: X71 cavabdehlər Cavabdeh1 Qriqoryeviçə, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri, 29 saylı Notariat Kontoruna, Bakı şəhəri, 12 saylı Notariat Kontoruna, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «vəsiyyətnamənin, vəsiyyətnamə üzrə şəhadətnamənin, alğı-satqı müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, qohumluq faktının təsdiq edilməsi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi » tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 adından Cavabdeh1 Qriqoryeviçin adına tərtib edilmiş vəsiyyətnamənin, Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında 3 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də, burada yaşayan digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin ona təhvil verilməsi, onun xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq faktının təsdiq edilməsi, X16 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi və onun adına Bakı şəhəri, 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X71 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gürcüstan Respublikasının vətəndaşı olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 131 saylı evin 3 otaqlı 18 saylı mənzilinin mülkiyyətçisi, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 üzrə vərəsəsidir. Buna baxmayaraq Cavabdeh1 Qriqoryeviç adlı vətəndaş Notariat Kontoruna müraciət edərək, vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaq barədə ərizə vermiş, həmin vəsiyyətnamə notariat qaydada təsdiq olunmuş, saxta imza edilmiş, yalan şahid ifadələrinə əsasən məhkəmə mübahisəsi açmış, nəticədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xx xxxx 2015-ci il tarixli 2(006)-521/2015 saylı qətnaməsi ilə vəsiyyət üzrə vərəsə kimi tanınması faktı müəyyən olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, X16 ölümündən Gürcüstan Respublikası Səfirliyinin Azərbaycan Respublikasındakı Konsulluğundan xəbər tutmuşdur. Azərbaycan Respublikasına gəldikdən sonra Bakı şəhəri, Nəsimi rayon Prokurorluğuna, Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 131 saylı evin 18 saylı mənzilinin açarları ona təhvil verilmişdir. O, bundan sonra Gürcüstan Respublikası Səfirliyinin əməkdaşları ilə qəbristanlıqda olmuş, meyit tanınmaya təqdim edilmiş və ölən şəxsin X4 tanınmış, onun tərəfindən sonuncunun qəbir üstü götürülmüşdür. X37 əvvəlcə dəfn olunarkən naməlum şəxs kimi dəfn olunmuşdur. Sonradan dəfn işlərini, qəbrin götürülməsini həyata keçirdikdən sonra, yuxarıda adı çəkilən qətnamədən məlumatı olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(006)- 521/2015 saylı qətnaməsindən məhkəmə tərəfindən işə cəlb olunmamış və onun hüquq və vəzifələri ilə bağlı məsələləri həll olunmuş maraqlı şəxs kimi onun tərəfindən apellyasiya şikayəti verilmiş və həmin qətnamənin tamamilə ləğv edilməsini, X16 adından Cavabdeh1 Qriqoryeviçin adına tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə əsasında onun adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 131 saylı evin 3 otaqlı 18 saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, onun xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq faktının təsdiq edilməsi, X16 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi, qanun üzrə X16 vərəsəsi kimi tanınmasının müəyyən edilməsi, Bakı şəhəri, 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilə yanaşı iddianın təmin tədbiri barədə ərizə verilmiş və məhkəmədən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı 3 otaqlı mənzilinə Bakı şəhəri Notariat Kontoru tərəfindən şəhadətnamənin və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən çıxarışın Cavabdeh1 Qriqoryeviçin və eləcə də, digər şəxslərin adına verilməsinin qadağan olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-1699/2016 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmişdir. Mənzilin üzərinə həbs qoyulmuş və digər hərəkətlərin edilməsi Cavabdeh1 Qriqoryeviçə və digər şəxslərə qadağan edilmişdir. Apellyasiya şikayəti ilə yanaşı apellyasiya instansiyası mərhələsində vəsiyyətnamənin etibarsız sayılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına iddia ərizəsi təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli 238/E saylı vəkil sorğusu verilərək Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilinin mülkiyyətçisi, xx.xx.1931-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X16 adından xx.xx.1954cü il təvəllüdlü Cavabdeh1 Qriqoryeviçin adına keçməsi, mənzilin daha sonra başqa kimlərin adına özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi, üzərinə həbsin qoyulub-qoyulmaması barədə bu günkü vəziyyətinə uyğun məlumat xarakterli arayış verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2016-cı il tarixli **********01 saylı sorğuya cavab məktubunda mübahisələndirilən əmlakın 12 saylı DNK-nın 2V- 01-70 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 Qriqoryeviçin adına qeydiyyatdan keçdiyini, 3 saylı DNK-nın xx.xx.2015-ci il tarixli 4Ə-179 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015- ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçdiyini və hal-hazırda mülkiyyətində olduğunu, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-1699/2016 saylı icra vərəqəsinə əsasən həbs qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin adı çəkilən məktubuna əsasən 12 və 3 saylı notariat kontorlarına müraciət olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilinin xx.xx.2015-ci il tarixdə Cavabdeh1 Qriqoryeviçin adına qeydiyyatdan keçməsi ilə əlaqədar 12 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 2V-01-70 reyest nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bununla bağlı açılmış notariat işinin içərisində olan sənədlərin və xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar 3 saylı DNK-nın xx.xx.2015-ci il tarixli 4Ə-179 reyestr nömrəli alğı-satqı müqaviləsinin və bununla bağlı açılmış notariat işinin içərisində olan sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi xahiş edilmiş və müvafiq sənədlər əldə edilmişdir. Göstərilən sənədlər əldə edildikdən sonra iddia ərizəsinə əlavə verilərək, məhkəmədən - X16 adından Cavabdeh1 Qriqoryeviçin adına tərtib edilmiş vəsiyyətnamənin, Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında 3 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də, burada yaşayan digər şəxslərin Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin ona təhvil verilməsi, onun xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq faktının təsdiq edilməsi, X16 Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi və onun adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, İ.Ş.Şirinov və T.M.Əliyevdən ibarət tərkibdə) xx.xx.2016-cı il tarixli, 2(103)- 7935/2016 saylı qərardadı ilə vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona qaytarılaraq, ona müvafiq iddia tələbi ilə aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-7935/2016 saylı digər qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-521/2015 saylı qətnaməsi ləğv edilmişdir. Vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-7935/2016 saylı qərardadından onun tərəfindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 7935/2016 saylı qərardadının tamamilə ləğv edilməsi, həmin iddia ərizəsinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-1698/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)- 7935/2016 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə aktları qəbul edildikdən sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasına ərizə ilə müraciət olunaraq birinci instansiya məhkəməsinə müraciət etmək üçün sənədlərin əsillərinin qaytarılması xahiş edilmiş və həmin mülki işin içində olan sənədlər qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən uzun sürən məhkəmə proseslərindən sonra hazırkı iddia tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, o, X2 üzrə vərəsəsi kimi tanınmalı, miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət bərpa edilməli, onun adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməli, 12 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 Qriqoryeviçin adına verilmiş vəsiyyətnamə üzrə şəhadətnamə və Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsi etibarsız sayılmalı və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməlidir. O, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat Kontoruna X16 vərəsəsi kimi tanınması və müvafiq olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciət etmişdir. Ancaq Bakı şəhəri, 29 saylı Notariat Kontoru xx xxxxx 2015-ci il tarixli 62 saylı məktubu ilə imtina verərək bildirmişdir ki, onun miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyi və mirasın qəbulu üçün 3 aylıq müddət buraxıldığı üçün mirasın qəbulu barədə ərizəsini qəbul edə bilməzlər. Məhkəmənin nəzərinə çatdırır ki, Gürcüstan Səfirliyindən xx.xx.2014-cü il tarixdə X16 vəfat etməsi barədə ona məlumat verildikdən dərhal sonra bura gəlib, onun dəfn mərasimləri ilə məşğul olmuşdur. X19 məxsus açarları Gürcüstan Səfirliyinin, Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun və Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən ona verilmiş və o, həmin evdə yaşamışdır. O, əslində faktiki olaraq həmin evdə yaşamağa başladığı vaxtdan miras əmlakı qəbul etmiş sayılır. X14, X58 X16 qonşuları təsdiq edirlər ki, Cavabdeh1 Qriqoryeviç adlı belə bir şəxs heç vaxt Olqanın evinə gəlib-getməmiş, dəfnində iştirak etməmiş və onu tanımırlar. O, özü də Gürcüstandan daim Olqanın sağlığında sonuncu ilə əlaqə saxlamışdır və Olqa belə bir şəxsin olması və ya kiməsə vəsiyyətnamə verməsini ona bildirməmişdir. Eyni zamanda, belə bir vəsiyyətnamə tərtib edilmiş olsaydı, ya notariusun depozitində və ya X1 saxlana bilərdi. Məhkəmənin qətnaməsindən də görünür ki, Cavabdeh1 Qriqoryeviçin hətta şəxsiyyət vəsiqəsi belə olmamış və onda köhnə sovet pasportu olmuşdur. Bundan başqa, Oleynikin həmin evdə yaşamamasına baxmayaraq, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, həmin evdə halhazırda yaşayır və miras əmlakı qəbul etmişdir. Halbuki, xx.xx.2015-ci il tarixə kimi həmin evdə özü yaşamışdır. Onun həmin evdə yaşaması xx.xx.2014-cü il tarixli səlahiyyətli şəxslərin iştirakı ilə tərtib olunmuş aktla da təsdiq olunur. Mülki Məcəllənin 1186, 1187.1, 1187.2, 1243.3-cü maddələrinə istinad edən iddiaçı qeyd etmişdir ki, o, 2014-cü ilin oktyabr ayından faktiki olaraq mirası qəbul etdiyindən onun tərəfindən 3 aylıq müddət buraxılmamışdır. xx.xx.2015-ci il tarixdə saat 21.00-22.00 radələrində Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 131 saylı evin 18 saylı mənzilinə sahə müvəkkili Elman adlı polis əməkdaşı gəlib, burada qalan xarici vətəndaş Gvilava Georginin (onun bacısı oğludur) sənədlərini yoxlamış və getmişdir. Daha sonra isə Gvilava Georginin dediyinə görə 2 nəfər polis əməkdaşı gəlib onu PB-yə dəvət etmişlər ki, bəzi məsələləri araşdırmaq lazımdır. Polis əməkdaşları bildirmişlər ki, Avropa oyunları ilə bağlı pasport rejimi qaydalarını yoxlayırlar. Gvilava Georgi qapını açarla bağlayıb bölməyə getmiş və 1 saatdan sonra qayıdarkən mənzilin açarlarının dəyişdirildiyini və başqa adamların mənzilə daxil olduğunun şahidi olmuşdur. Elə həmin vaxtdan da, 102 Xidmətinə məlumat verilmişdir. Ancaq, bütün bunların heç bir nəticəsi olmamışdır (mənzilin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılması). Elman adlı polis əməkdaşı ilə telefon əlaqəsi saxlanmış, sonuncu bildirmişdir ki, həmin mənzili yoxlamış, burada məhkəmənin qətnaməsində yazılmış Cavabdeh1 Qriqoryeviçin şəxsiyyətini müəyyən edib, digər şəxslər burada olmamışdır. Halbuki, xx.xx.2015-ci il tarixdə saat 18.00 radələrində nümayəndəsi və vəkili onların qonşuları, eləcə də digər şəxslərlə birlikdə mübahisələndirilən mənzilin qapısını döymüşlər. İçəridən azyaşlı bir qız uşağı bildirmişdir ki, o, evdə təkdir, anası 10 dəqiqədən sonra gələcək. Ancaq, burada gözləsələr də, qızın anası gəlib çıxmamışdır. xx.xx.2015-ci il tarixdə isə bu məsələnin araşdırılması ilə bağlı X6 müraciət edilmiş, Bakı şəhəri Nəsimi rayon Prokurorunun qəbulunda olmuşlar. Ancaq, məsələ mülki xarakterli olduğundan məhkəmə qaydasında işə baxılması bildirilmişdir. Eyni zamanda, bu barədə müvafiq dövlət orqanlarına müraciətlər edilmişdir. Hesab edir ki, mirasın faktiki qəbul edilməsi ilə yerində baxışın keçirilməsi və mənzilə daxil olan şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və onun həmin mənzildə xx.xx.2015-ci il tarixədək yaşamaq faktının müəyyən edilməsi iş üçün mühüm əhəmiyyətə malikdir. Onun, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq əlaqələri aşağıdakı sənədlərə əsasən tam təsdiq olunur. xx.xx.1947-ci il tarixli AA seriyalı 605786 saylı, X16 notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnaməsindən görünür ki, atası X7, anası X8. xx.xx.1964-cü il tarixli İİ-İE seriyalı 184497 saylı notarial qaydada təsdiq edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X7 xx.xx.1964-cü il tarixdə vəfat etmişdir. xx.xx.1984-cü il tarixli İİİ-JQ seriyalı 271532 saylı notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X20 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiq edilmiş doğum haqqında arxiv arayışına əsasən müəyyən olunur ki, X3 atasının adı, soyadı Lapauri Andrey (Aleksandre), anasının adı, soyadı Ekatirina İvanişvilidir (İvanovna). xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş nikah haqqında arxiv arayışına əsasən müəyyən edilir ki, Olqanın atası Konstantinin valideynlərinin atasının adı, soyadı, atasının adı X51, anasının adı, soyadı, atasının adı X21. xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş sosial hüquqi xarakterli arxiv arayışında göstərilir ki, Qriqori (sənədə əsasən belədir) İvane oğlu İvanovun ailə üzvləri 1886-cı il tarixdə Tbilisi şəhərində yaşayırdılar. Həyat yoldaşı Elizaveta, oğlu Nikolaz, qızları Ekatirina, Nina, Sofiya. Gürcü dilindən Azərbacyan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş bu arxiv arayışında Nikolaz və Yekatirinanın doğma bacı-qardaş olduqları müəyyən edilir. xx.xx.2015-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş onun doğum haqqında şəhadətnaməsinə əsasən müəyyən edilir ki, atasının adı, soyadı Serqo Sulava, anasının adı, soyadı Məryəm Sulavadır. xx.xx.2015-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş nikah haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Məryəm İvanovi və Serqo Sulava xx.xx.1950-ci il tarixdə nikahları qeydə alınmış və ərarvada Sulava soyadı verilmişdir. xx.xx.2015-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Məryəm Sulava xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş doğum haqqında arxiv arayışına əsasən müəyyən olunur ki, Məryəmin atasının adı Nikolazdır. xx.xx.2015-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş nikah haqqında arxiv arayışına əsasən müəyyən olunur ki, X5 Sağirişvali Aleksand qızı ilə nikahları xx.xx.1909-cu il tarixdə nikahları qeydə alınmışdır. xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş doğum haqqında arxiv arayışına əsasən müəyyən olunur ki, Nikolazın soyadı İvanovi (İvanoşvili), atasının adı Qriqolidir. Beləliklə, qeyd olunan sənədlərə əsasən müəyyən edilir ki, onun anası Məryəm və Olqanın atası Kostantin dayı qızı, bibi oğlu, onlar isə Olqa ilə dayı qızının qızı və bibi oğlunun oğludurlar. Bakı şəhəri MKTD-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx xxx 2015-ci il tarixli 36 saylı məktubuna əsasən müəyyən olunur ki, X16 qəbrüstü abidəsi onun tərəfindən qoyulmuşdur. Toplanmış sənədlərə əsasən müəyyən edilmişdir ki, hazırkı iş üzrə Cavabdeh1 Qriqoryeviç mübahisələndirilən evin onun adına sənədləşdirilməsində ancaq vasitəçi rolunu oynamış və o, bu işdə heç bir marağı olmayan şəxsdir, evsiz, ailəsiz, küçələrdə gününü keçirəndir. Cavabdeh1 Qriqoryeviç və Cavabdeh2 arasında mübahisələndirilən evin alğı-satqı müqaviləsindən görünür ki, həmin evi 120.000 manata satmışdır. Cavabdeh1 Qriqoryeviç hazırkı məhkəmə işi başlanan ərəfəyədək Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamış, onda SSRİ-nin pasportu olmuş, iş məhkəməyə hazırlanan ərəfələrdə onun adından X26 xx xxxxxx 2014-cü il tarixdə etibarnamə verməmişdən öncə Nəsimi RPİ tərəfindən xx.xx.2014-cü il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. xx.xx.2014-cü il tarixdə Cavabdeh1 Qriqoryeviç ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan Cavabdeh1 Qriqoryeviçin qeydiyyatda olduğu ünvanda ünvan 1 ünvanda olarkən onlara bildirmişlər ki, belə adam burada tanımırlar, onun qeydiyyatda olduğu mənzilin sahibi başqa şəxsdir, formal olaraq sonuncu burada qeydiyyatda qalmışdır. Bununla bağlı Bakı şəhəri Nəsimi rayonu 15 saylı MİS-ə müraciət edilmiş, mübahisələndirilən mənzilə dair Forma B, Forma A kartoçkaları əldə olunmuşdur. Əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 Qriqoryeviçin qeydiyyatda olduğu ünvan 1 onun anası 1915-ci il təvəllüdlü X52 adına olmuş, sonradan, yəni 20 il bundan öncə həmin evi satıb çıxıb getmişlər. Cavabdeh1 Qriqoryeviç ailəsindən ayrı burada qalmış, tüfeyli həyat keçirməyə, küçələrdə gecələməyə başlamışdır. Cavabdeh1 Qriqoryeviçin Bakı şəhəri Nəsimi rayonu S.Əsgərov küçəsi 157 saylı evin 2 saylı mənzildə formal qeydiyyatda qalması və bu məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası DİN-ə müraciət olunmuşdur. Müəyyən edilmişdir ki, Cavabdeh1 Qriqoryeviç xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Cavabdeh1 özünün və eləcə də ailə üzvlərinin hazırda harada yaşaması məsələsi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən onlar tərəfindən araşdırılmışdır. Bakı şəhəri Nəsimi rayonu 15 saylı MİS-in mənzil sənədlərinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 Qriqoryeviç özü və ailə üzvləri Bakı şəhəri Nəsimi rayonu S.Əsgərova küçəsi (keçmiş Sverdlova küçəsi) 157 saylı evin 28 saylı mənzilində pasport qeydiyyatında olmuşlar və özü istisna olmaqla, sonuncu ailə üzvü qeyd olunan mənzildən xx.xx.1983-cü il tarixdə pasport qeydiyyatından çıxmışlar. Həmin ünvanda olarkən qonşular bildirmişlər ki, Cavabdeh1 Qriqoryeviç adında adam tanımırlar. MİS-dəki ev sənədlərində Cavabdeh1 Qriqoryeviçin özünün və ailə üzvlərinin Bakı şəhəri Nəsimi rayonu S.Əsgərova küçəsi (keçmiş Sverdlova küçəsi) 157 saylı evin 28 saylı mənzilində pasport qeydiyyatında olmalarının göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN X30 Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsindən alınmış arayışda Cavabdeh1 Qriqoryeviçin Bakı şəhəri Nəsimi rayonu S.Əsgərova küçəsi 157 saylı evin 2 saylı mənzilində pasport qeydiyyatında olduğu göstərilmişdir. Halbuki, Bakı şəhəri Nəsimi rayonu S.Əsgərova küçəsi 157 saylı evin 2 saylı mənzili Bakı şəhəri Nəsimi rayonu 15 saylı MİS-in sənədlərinə əsasən Tağıyeva Gülnarə adlı şəxsə məxsusdur. Cavabdeh1 Qriqoryeviçin və onun ailə üzvlərinin Bakı şəhəri Nəsimi rayonu S.Əsgərova küçəsi 157 saylı evin 28 saylı mənzilində pasport qeydiyyatında olmaları Bakı şəhəri Nəsimi rayonu 15 saylı MİSdə olan mənzillər üzrə kartoçka Forma B və qeydiyyat kartoçkası Forma A ilə təsdiq olunur. İş üzrə 2-ci Cavabdeh2 tüfeyli həyat keçirən, Polis Bölmələrinin ətrafında evlərin girişlərində gecəyələn Cavabdeh1 Qriqoryeviçdən vasitə kimi istifadə etmiş, mübahisələndirilən evi ələ keçirmək üçün məhkəməyə şahidlər gətirmiş, Cavabdeh1 Qriqoryeviçin adından X18 adına etibarnamə verilməsinə nail olmuş və sonda mübahisələndirilən mənzili ələ keçirərək mülkiyyətçinin hüquqlarını əldə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(006)-521/2017 saylı qətnaməsində göstərilmişdir ki, ərizəçi Cavabdeh1 Qriqoryeviçin nümayəndəsi X40 «vəsiyyət üzrə vərəsə kimi tanınma» tələbinə dair ərizəsini müdafiə edərək göstərmişdir ki, «Bakı şəhəri, Nizami küçəsi, 131 saylı evin 3 otaqdan ibarət 18 saylı mənzilinin mülkiyyətçisi X37 2014-cü ildə vəfat etmişdir, ölməmişdən öncə xx xxxxx 2014-cü il tarixdə mənzili ərizəçiyə vəsiyyət etmiş, vəsiyyətnamə 2 şahidin – X27 və X12 imzaları ilə təsdiq edilmişdir. «X65 vəfatından sonra ərizəçi onun bütün dəfn xərclərini ödəmiş, ondan miras qalmış mənzildə hal-hazırda yaşamaqla mirası vərəsə kimi qəbul etmişdir». Lapauri Olqanın mənzilində Cavabdeh1 yaşaması və miras əmlakı faktiki qəbul qəbul etməsi yalançı şahid və nümayəndənin verdiyi ifadələrlə təsdiq edilmişdir. Əslində isə ərizəçinin ərizəsində göstərdiyi işin halları və məhkəmədə verilmiş ifadələr işin hallarına uyğun olmamış, məhkəməyə yalan ifadələr və saxtalaşdırılmış vəsiyyətnamə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X16 adından Cavabdeh1y Qriqoryeviçin adına tərtib edilmiş xx xxxxx 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi iddianın qalan hissələrdə təmin edilməməsi, X57 vərəsəlik hüquqlarının pozulması ilə bağlı Cavabdeh1y Qriqoryeviçə qarşı vurulmuş ziyan barədə iddia qaldırmaq hüququnun olması izah edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 manat Cavabdeh1y Qriqoryeviçdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri: Qətnamədən X71 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi rayon məhkəməsinin 2(006)- 521/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsindən məhkəmə tərəfindən işə cəlb olunmamış və onun hüquq vəzifələri ilə bağlı məsələləri həll olunmuş maraqlı şəxs kimi iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və məhkəmədən Nəsimi rayon məhkəməsinin 2(006)-521/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, X22 adından Cavabdeh1 adına tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə əsasında onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Nizami küçəsi 131 saylı evin, 18 saylı mənzilinə verimiş çıxarışın ləğv edilməsi, Sulava Mirianın xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq faktının təsdiq edilməsi, X22 Nəsimi rayonu, Nizami küçəsi ev 131, mənzil 18-də yerləşən, 3 otaqdan ibarət miras əmlakın qəbul edilməsi faktını müəyyən edilməsi, miras əmlakln faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi, qanun üzrə X22 vərəsəsi kimi tanınmağının müəyyən edilməsi, Bakı şəhəri 29 №-li Notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamənin çıxarılması” xahiş edilmişdir. Apellyasiya şikayəti ilə yanaşı iddianın təmini tədbiri barədə ərizə verilmiş və məhkəmədən “Nəsimi rayonu, Nizami küçəsi ev 131, mənzil 18-də 3 otaqlı yaşayış sahəsinə Bakı şəhəri Notariat Kontoru tərəfindən şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən çıxarışın Cavabdeh1 və eləcə də digər şəxslərin adına verilməsinin qadağan edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1699/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərardadı iddianın təmin etmə tədbiri barədə ərizə təmin edilmişdir, mənzilin üzərinə həbs qoyulmuş və digər hərəkətlərin edilməsi Cavabdeh1 və digər şəxslərə qadağan edilmişdir. Apellyasiya şikayəti ilə yanaşı apellyasiya instansiyası mərhələsində “vəsiyyətnamənin etibarsız sayılması barədə” Bakı Apellyasiya Məhkəməsinə iddia ərizəsi təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə 238/E saylı, xx.xx.2016-cı il tarixli vəkil sorğusu verilərək "Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin, 18 saylı mənzilinin mülkiyyətçisi xx.xx.1931-ci il Bakı şəhərində anadan olmuş, xx.xx.2014-cü ildə vəfat etmiş X22 adından xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 adma keçməsi, mənzilin daha sonra başqa kimlərin adma özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi, üzərinə həbsin qoyulub-qoyulması barədə bu günkü vəziyyətinə uyğun məlumat xarakterli arayış verilməsi" xahiş olunmuşdur. Bakı şəhəri Ərazi İdarəsi özünün **********01 saylı, xx.xx.2016-cı il tarixli sorğuya cavab məktubunda mübahisələndirilən əmlakın 12 saylı DNK-nın 2V-01-70 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçdiyini, 3 saylı DNK-nın 4Ə-179 reyest nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçdiyini və hal-hazırda mülkiyyətində olduğunu, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1699/2016 nömrəli xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən həbs qoyulduğunu bildirmişdir. Bakı şəhəri Ərazi İdarəsinin adı çəkilən məktubuna əsasən 12 saylı DNK-na və 3 saylı DNK-na müraciət olunaraq Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin, 18 saylı mənzilinin xx.xx.2015-ci il tarixdə Cavabdeh1 Qriqolqriyeviçin adına qeydiyyatdan keçməsi ilə əlaqədar 12 saylı DNK-nın 2V-01-70 reyestr nömrəli xx.xx.2014cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bununla bağlı açılmış notariat işinin içərisində olan sənədlərin və xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar 3 saylı DNK-nm 4Ə-179 reyest nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və bununla bağlı açılmış notariat işinin içərisində olan sənədlərin təsdiq edilmiş kserosurətlərini verilməsi xahiş edilmiş və müvafiq sənədlər əldə edilmişdir. Göstərilən sənədlər əldə edildikdən sonra iddia ərizəsinə əlavə verilərək məhkəmədən X16 adından Cavabdeh1 adına tərtib edilmiş vəsiyyətnaməninin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı DNK-nm 4Ə179-01-70 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Nizami küçəsi 131 saylı evin, 18 saylı mənzilinə verimiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də burada yaşayan digər şəxslərin Nizami küçəsi 131 saylı evin, 18 saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, Sulava Miriamn xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq faktının təsdiq edilməsi, X16 Nəsimi rayonu Nizami küçəsi ev 131, mənzil 18-də yerləşən, 3 otaqdan ibarət miras əmlakln qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakln faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edəlməsi və iddiaçının adına Bakı şəhəri 29 №-li Notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Şirin oğlu və X13 ibarət tərkibdə) 2(103)- 7935/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə Sulava Mirian tərəfindən verilmiş "vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sulava Miriana qaytarılması və ona müvafiq iddia tələbi ilə aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7935/2016 saylı xx xxxxxx 2016-cı il tarixli digər qərardadı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-521/2015 saylı, xx xxxx 2015ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının "vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair" iddia ərizəsinin geri qaytarılması barədə 2(103)-7935/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərardadından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmiş və məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7935/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərardadını tamamilə ləğv edib "vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair" iddia ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1698/2017 saylı, xx xxxx 2017-cı il tarixli qərarı ilə kassiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7935/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Yuxarıda göstərilən məhkəmə aktları qəbul edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ərizə ilə müraciət olunaraq birinci insatansiya məhkəməsinə müraciət etmək üçün sənədlərin əsllərinin qaytarıması xahiş edilmiş və həmin mülki işin içərisində olan sənədlər qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən uzun sürən məhkəmə proseslərindən sonra xx/xx/2017-ci il tarixdə hazırkı iddia tələbi ilə Nəsimi rayon məhkəməsinə müraciət edilmiş, sonda iş üzrə hazırkı qətnamə qəbul edilmişdir. Hazırkı mülki işin materiallarından göründüyü kimi məhkəmədə mübahisə 2015-ci ilin may ayından başlanmış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-521/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, bundan başqa vəsiyyətnamənin, alqısatqı müqaviləsinin etibarsız sayılması və digər tələblər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına iddia ərizəsi və iddia ərizəsinə əlavə verilmiş, bu işlər bir icraatda birləşdirilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasında birinci dəfə qərar qəbul edilmişdir ki, işə mahiyyəti üzrə apellyasiya məhkəsində baxılsın, apellyasiya məhkəməsində yenidən işə baxılarkən kollegiya hesab etmişdir ki, bu işə birinci insatansiya məhkəməsində baxılmalıdır, təkrar kassasiya şikayəti verilmiş və sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1698/2017 saylı xx xxxx 2017-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7935/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə işə baxarkən özünün qətnaməsində etibarsızlıqla bağlı müddətin buraxılması qənaətinə gəlməsi göründüyü kimi tam qanunsuz və əsassızdır olmuşdur. Bundan başqa Cavabdeh2 tərəfindən də belə bir müddətin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, əqdin etibarsızlığı ilə bağlı maraqlı şəxs bir il ərzində əqdi mübahisəndirə bilər. Bundan başqa məhkəmə qətnaməsində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən müddətin tətbiqi mübahisə tərəfinin məhkəmə qərarı çıxaranadək verdiyi ərizəyə əsasən deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli Plenumunun qərarında göstərilmişdir ki, MM-in 384.0.4-cü maddəsi əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkam da hər hansı bir müddətlə məhdudlaşdırılmır. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). İşdən göründüyü kimi tərəf iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etməmiş və bundan başqa yuxanda qeyd olunduğu kimi etibarsızlıqla bağlı məhkəmələrdə cavabdeh X34 qarşı alqı-satqı müqaviləsi mübahisələndirlmiş və müddət buraxılmamışdır. Bundan başqa məhkəmə X28 vicdanlı alıcı olması qənaətinə gəlməsi qətnamədə göstərdiyi işin halları ilə uzlaşmır. Belə ki, məhkəməyə Cavabdeh1 şəxsiyyətini səciyyəndirən-onun onun 2014-cü ilin dekabr aymadək SSRİ pasportu ilə yaşaması, özünə məxsus evinin olmaması, əvvəlcə ailə üzvləri ilə birlikdə Nəsimi rayonu, Sverdlov küçəsi (indiki S.Əsgərov küçəsi) ev 157, mənzil 28 ünvanında qeydiyyatda olması, həmin mənzil satıldığından, məhkəmə işlərini görmək üçün S.Əsgərov küçəsi ev 157, mənzil 2 ünvanına xx.xx.2014-cü il tarixdə ev sahibinin xəbəri olmadam MİS-nin arayışına əsasən qeydiyyata düşüb təzə şəxsiyyət vəsiqəsi alması, aidiyyatı orqanlara müraciət etdikdən sonra həmin ünvandan qeydiyyatdan çıxıb, Xətai pr, ev 16, mənzil 8 ünvanına xx.xx.2015-ci il tarixdə qeydiyyata düşüb şəxsiyyət vəsiqəsini qısa vaxtda 2 dəfə dəyişməsi bu işlərin X45 tərəfindən həyata keçirildiyinə heç bir şübhə yaratmır. Bundan başqa 2015-ci il tarixdən hazırkı vaxtadək bir dəfə də olsun X28 özünün məhkələrdə gəlib iştirak etməməsi bir fakt olaraq müəyyən olunur. 2015-ci ilin may ayının 5-də saat 21:00-22:00 radələrində Nəsimi rayonu, Nizami küçəsində yerləşən 131 saylı evin, 18-ci mənzilinə sahə müvəkkili Elman adında polis əməkdaşı gəlib burada qalan xarici vətəndaş Gvilava Georginin (Sulava Mirianm bacısı oğludur) sənədlərini yoxlayıb, getməsi, daha sonra isə 2 nəfər polis əməkdaşı gəlib onu PB-nə dəvət etməsi, Avropa oyunları ilə bağlı pasport rejimi qaydalarını yoxladıqlarını bildirməsi, 1 saatdan sonra qayıdarkən mənzilin açarlarının dəyişdirildiyini və başqa adamların mənzilə daxil olduqları şahidi olması, 102 Xidmətinə məlumat verilməsi, ancaq, bütün bunların heç bir nəticəsi olmaması xx.xx.2015-ci il tarixdə saat 18:00 radələrində, azyaşlı bir qız uşağının evdə təkəm anam 10 dəyqədən sonra gələcək bildirməsinə baxmayaraq, qızın anasını burda gözləsələr də gəlib çıxmaması X28 polislərlə bir işləməsini sübut edir. Alqı-satqı müqaviləsinə əsasən X28 Cavabdeh1 120 000 manat pul ödəməsi isə ancaq sənədlərdə öz əksini tapmış, həmin pul məbləği ona verilməmişdir. Məhkəmə iddianı qismən təmin edərkən vurulmuş ziyana görə həmin pul məbləğinin Cavabdeh1 tələb etmək hüququnun olması iddiaçıya izah edilmişdir. Məhkəmə prosesində iddiaçı tərəfindən cavabdehlərə və yalançı şahidlərə qarşı cinayət işinin başlanması və bu barədə prokurora məlumat verilməsi xahiş edilmişdir. Vəsatət qismən təmin edilmiş və yalnız Cavabdeh1 barəsində əməlində cinayət tərkibinin olması barədə qərardad çıxarılmış və Nəsimi rayon prokroruna göndərilməsi qərara alınmışdır. Göstərilən pul məbləğinin alınması abstrak bir formaya salınmış və mümkünsüz edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qətnaməsi iddiaçı tərəfindən qismən iddianın təmin olunmaması hissəsində mübahisəndirilir və hesab edirik ki, həmin hissədə məhkəmənin qətnaməsi yuxanda göstərilən əsaslara görə ləğv edilməli iddia tələbi tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli və digər cavabdeh X45, şahidlər- X46 və X41 barəsində də əməllərində cinayət tərkibin olmasının müəyyən edilməsi barədə qərardad çıxarılmalı və prokurora göndərilməlidir. Qətnamədən Cavabdeh1 Qriqoryeviç apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 Qriqoryeviç apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, yalnız Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 22818 saylı rəyinə istinad etmişdir. Halbuki, həmin rəyin obyektiv keçirilməsi üçün tələb olunan Olqa Lapaurinin imza nümunələri və ya imzası olan digər sənədlər ekspertizaya təqdim edilməmiş, təkrar ekspertiza keçirilməsi barədə cavabdehin yazılı vəsatəti isə məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Vəsatətdə ekspertizanın keçirilməsi ilə yanaşı aşağıdakı formada ekspert qarşısında sualların qoyulmasını xahiş edilmişdir: mərhum Olqa Lapaurinin xx xxxxx 2014-cü il tarixli vəsiyyətnaməni yaşı, xəstəliyi, kifayət qədər uzun müddət keçməsi və uzanıqlı vəziyyətnamədə imzalaması nəticəsində, onun 2005-ci ildə verilmiş şəxsiyyət vəsiqəsi və digər sənədlərdəki imza nümunələri arasında fərq yarana bilərmi, mərhum Olqa Lapaurinin xx.xx.2005-ci ildə aldığı şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və fərdi uçot kartoçkasındakı imza formaları xx xxxxx 2014-cü ildə icra olunan dövrə, yaşı və səhhəti nəzərə alınmaqla fərqli ola bilərmi, şəxsin sərbəst imza nümunələri olmadan, onun azı 7-8 il əvvəl 3 ədəd imza nümunəsinə istinad etməklə, yekun nəticəyə gəlmək mümkündürmü? Bu zaman nəzərə almaq lazım idi ki, Olqa Lapauri 2005-ci ildə sağlam vəziyyətdə və ayaqüstə şəxsiyyət vəsiqəsini və digər sənədləri imza etmiş. 2014-cü ildə isə onun 83 yaşı olmuş və yataq xəstəsi olmuşdur. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə görə Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Birinci instansiya məhkəməsi isə qeyd olunan ekspeert rəyini işdə olan digər sübutlarla qiymətləndirmədən iddianın həmin hissədə təmin olunması barədə səhv nəticəyə gəlmişdir. Ən azından ona görə ki. məhkəmə iclasında şahid qismində dindirilmiş Xuraman adlı şahid izahatında da göstərdi ki, həqiqətən də onun iştirakı ilə Olqa Lapauri vəsiyyətnaməni imzalamış, həmin vaxt ondan başqa İlham adlı şəxs, bir nəfər rus millətindən olan xanım və digər otaqda isə Cavabdeh1y olmuşlar. Həmçinin, məhkəmənin xüsusi qərardadı üzrə istintaq orqanı tərəfindən aparılmış araşdırma zamanı da hər hansı qanunsuzluq aşkar edilməmiş və cinayət işini başlanmasını rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan vəziyyətdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyini təsdiq edən hər hansı mötəbər sübut olmadan, həmin rəyi təkzib edən kifayət qədər sübutlar olduğu halda, rəyin mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa, X71 2000-ci ildən Olqa Lapaurinin vəfat etdiyi xx.xx.2014-cü ilədək olan müddətdə bir dəfə olsun Aəzrbaycan Respublikasında, eləcə də Bakı şəhərində olmamışdır. Onun mərhum ilə hər hansı formada qohumluq əlaqələrinin olması, iddiaçıdan başqa, Olqa Lapaurinin digər vərəsələrinin mövcud olması öz təsdiqini tapmamış, ümumiyyətlə isə Sulava Mirianın belə bir iddiaları qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Həmçinin, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Çünki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki. məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edirəm ki, Gürcüstan Respublikasının vətəndaşı Sulava Mirianı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, Sulava Mirian mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, mənzilin mülkiyyətçisi tərəfindən onunla müvafiq hər hansı müqavilə bağlanmamış, yaxud alqı-satqı müqaviləsi və ya vəsiyyətnamə üzrə tərəf deyildir. İddiaçı tərəfindən təqdim edilən sənədlərlə, iddiaçının hər hansı formada mərhum Olqa Lapauri ilə qohumluq münasibətinin olmasını və ya onun 5-ci növbədə vərəsəsinin olmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Onun mərhum Olqa Lapaurinin vərəsəsi olması üçün Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulan birinci, ikinci, üçüncü və dördüncü növbədə, ondan əvvəlki vərəsələrinin olmaması və ya həmin vərəsələrin hamısının həyatda olmamaları barədə sübutlar məhkəməyə təqdim edilməli idi. Hətta iddianın baxılmamış saxlanılması barədə vəsatətlər əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, iş üzrə yaşayış yerindən arayış verən Mənzil istismar sahəsinin və mərhum Olqa Lapaurinin meyitini məhkəmə qərarı olmadan eksqumasiya edən şəxslər və məhkəmə iclasında yalan izahat verən şahid Azad İsayev barəsində xüsusi qərardad çıxarılması xahiş edilsədə də, həmin vəsatət təmin edilməmişdir. Halbuki, Azad İsayevə sual verərkən həmin şəxs mərhum Olqa Lapaurini qonşu kimi tanıdığını, 1970-ci ildə onun özünün, Olqanın isə həmin ünvanda 1975-ci ildən tanıdığını, Olqa Lapaurinin təxminən iki il olar ki vəfat etidyini, təxminən 2017-ci ilin fevral ayında vəfat etməsinin ona məlum olması, mənzili alan Yusif adlı şəxsin hüqu mühafizə orqanlarında, konkret olaraq isə 22-ci Polis Bölməsində işləməsi və polis formasında onu mənzildə görməsi və digər ziddiyətli və yalan izahat vermiş. Sulava Mirian adlı şəxs Gürcüstan Respublikası vətəndaşı olmaqla, bir dəfə də olsun Azərbaycan. Respublikasına giriş-çıxışı olmadığı halda, onun qevdiyyatsız yaşaması barədə MİS qurumu saxta arayış tərtib etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayənəsi və vəkili E.Əliyarov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi və qətnamənin iddianın təmin olunmayan hissədə ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 Qriqoryeviçin nümayəndəsi və vəkili N.Bağırov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili H.Cəlilzadə iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı və Cavabdeh1 Qriqoryeviçtərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov, iş № 2(006)-521/2015) ərizə təmin edilmiş, ərizəçi Cavabdeh1y Qriqoryeviçin mərhum X16 vəsiyyət üzrə vərəsəsi kimi tanınması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2016-cı il tarixli qərardadı ilə (sədrlik edən C.Səfiyeva, hakimlər V.Həsənov və N.Cəfərov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(006)-521/2015 saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1y Qriqoryeviçin maraqlı şəxs Bakı şəhər Notariat Kontoruna qarşı“vəsiyyət üzrə vərəsə kimi tanınma tələbi barədə” ərizəsinə dair iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-ci il tarixli 2(102)- 3209/2016 saylı qərarları ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2016-cı il tarixli qərardadlarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə (hakimlər: T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev, iş № 2(103)-7935/2016) Sulava Mirian tərəfindən verilmiş “vəsiyyətnamənin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Sulava Miriana qaytarılmış və ona müvafiq iddia tələbi ilə aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev, iş № 2(103)-7935/2016) ərizəçi Cavabdeh1y Qriqoryeviçin maraqlı şəxs Bakı şəhər Notariat Kontoruna və qeyrisinə qarşı “vəsiyyət üzrə vərəsə kimi tanınma” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması və onun müvafiq iddia ərizəsi ilə ümumi əsaslarla aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)- 1698/2017 saylı qərarından görünür ki, Cavabdeh1y Qriqoryeviç ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X16 vəsiyyət üzrə vərəsəsi kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dövlət X9 Tbilisi Mülki Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Miriani Sulava xx.xx.1952-ci il tarixdə Gürcüstan Respublikası Tbilisi şəhərində doğulmuşdur. X81, anası Məryəm Sulavadır. Dövlət X9 Tbilisi Mülki Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Məryəm İvanoviç ilə Serqo Sulava arasında nikah xx xxxxxxx 1950-ci il tarixdə bağlanmışdır. Dövlət X9 Tbilisi Mülki Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1917- ci il təvəllüdlü Məryəm Sulava xx xxx 1989cu il tarixdə Tbilisi şəhərində vəfat etmişdir. Gürcüstan Milli Arxivi X60 xx.xx.2014-cü il tarixli AA**********- 04 saylı arxiv arayışından görünür ki, Tbilisi şəhərinin 1895-ci ilin Saray qapısının Müqəddəs Qiorqi kilsəsinin metrik kitabı ilə təsdiq edilir ki, X23 (sənəddə bu şəkildədir) xx xxxxxx 1895-ci il tarixdə doğulub. Valideynləri: atası – X53; anası – Ekaterina (sənəddə bu şəkildədir) Qeorqiyevna. Gürcüstan Milli Arxivi X60 xx.xx.2015-ci il tarixli AA**********- 04 saylı arxiv arayışından görünür ki, Tbilisi şəhərinin 1892-ci ilin X54 kilsəsinin metrik kitabı ilə təsdiq edilir ki, X31 (19 yaşında) və İvanova Ekaterina (sənəddə bu şəkildədir) Qriqoryevna (25 yaşında) xx xxxxxx 1892ci il tarixdə nikah bağlamışlar. Gürcüstan Milli Arxivi X60 xx.xx.2015-ci il tarixli AA**********- 03 saylı arxiv arayışından görünür ki, Tbilisi quberniyasının xəzinə palatasının Tbilisi 1886-cı il tarixli masaüstü kitabına əsasən təsdiq edilir ki, Qriqori (sənədə əsasən belədir) İvane oğlu İvanov və onun ailəsi həqiqətən 1886-cı ildə Tbilisi şəhərində yaşayırdılar. Gürcüstan Milli Arxivi X60 xx.xx.2015-ci il tarixli AA**********- 03 saylı arxiv arayışından görünür ki, X68 kilsəsinin 1917-ci il tarixli metrlik kitabına əsasən təsdiq edilir ki, X35 xx xxxx 1917-ci il tarixdə doğulmuşdur. Valideynləri: - atası X29, anası Nino Aleksi qızıdır. Gürcüstan Milli Arxivi X60 xx.xx.2015-ci il tarixli AA**********- 03 saylı arxiv arayışından görünür ki, Tbilisi Avlabari məhəlləsində yerləşən Marina kilsəsinin 1909-cu il tarixli metrlik kitabına əsasən təsdiq edilir ki, Nikolay Qriqori oğlu (sənədə əsasən belədir) İvanov (32 yaşında) və Nina Aleksi qızı (sənədə əsasən belədir) Sağiraşvili (19 yaşında) xx xxxxxx 1909-cu il tarixdə evlənmişlər. Gürcüstan Milli Arxivi X60 xx.xx.2015-ci il tarixli AA**********- 03 saylı arxiv arayışından görünür ki, Tbilisi Avlabari məhəlləsində yerləşən Marina kilsəsinin 1873-cü il tarixli metrik kitabına əsasən təsdiq edilir ki, Nikolay Qriqori oğlu (sənədə əsasən belədir) İvanovi xx xxxx 1873-cü il tarixdə doğulmuşdur. Valideynləri: - atası X47, anası Elizaveta İakime qızıdır. İİ-İE seriyalı 184497 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx xxxxxx 1964cü il tarixdə Bakı şəhərində vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx xxxxxx 1964-cü il tarixdə 1087 saylı akt qeydi aparılmışdır. xx.xx.1984-cü il tarixdə verilmiş İİİ-JQ seriyalı 271532 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X32 xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində, ürək-qandamar çatmamazlığından vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx xxxx 1984-cü il tarixdə 441 saylı akt qeydi aparılmışdır. xx xxxx 1947-ci il tarixli AA seriyalı 605786 saylı doğum şəhadətnaməsindən görünür ki, X37 xx xxxx 1931-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X7, anası X11. xx.xx.2014-cü il tarixli 1054/11 saylı arayışdan görünür ki, X37 xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhərində kəskin ürək çatmamazlığından vəfat etmişdir, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il tarixdə 558 saylı akt qeydi aparılmışdır. Azərbaycan Respublikası DİN BPQMİ MAPS şöbəsinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1970-ci il tarixdə Quba şəhərində doğulmuşdur, ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 06441616 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət kimi X24 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu X70 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X38 Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilini 120.000 manata Cavabdeh2 satmışdır. 70 saylı MKİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 474 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilinin Cavabdeh1y Qriqoryeviçə məxsus olması qeyd olunmuşdur. Cavabdeh1y Qriqoryeviçin notariat kontoruna təqdim etdiyi xx xxx 2015-ci il tarixli ərizədən görünür ki, o, heç kimlə rəsmi nikahının olmadığını, gələcəkdə satılan yaşayış sahəsi ilə əlaqədar məhkəmə mübahisəsi yaranarsa məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Bakı şəhəri 3 saylı Notariat Kontorunun notariusu Hacı Orucovun «xxxxxxxxxxxxxx» ASCnin Kapital filialına ünvanladığı xx xxx 2015-ci il tarixli B/573 saylı məktubdan görünür ki, Cavabdeh2 notariat qaydasında təsdiq ediləcək alğı-satqı müqaviləsi üzrə ödənilməli olan 120.000 (bir yüz iyirmi min) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubuna əsasən Cavabdeh1y Qriqoryeviçə verilməsi üçün bankda olan müvafiq depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri 3 saylı Notariat Kontoruna təqdim olunmuş xx xxx 2015-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1y Qriqoryeviç və Cavabdeh2 birinciyə məxsus mənzilin 120.000 manata sonuncuya satılması barədə razılığa gəlmələri barədə notariat kontoruna müraciət etmişlər, onlara alğı-satqı predmeti olan mənzilin razılaşdırılmış dəyərinin depozitə qoyulması və götürülməsi ilə bağlı prosedur qaydaları izah edilmişdir. BA seriyalı 484777 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzili Cavabdeh2 tərəfindən «xxxxxxx» SŞ ASC-də 1 il müddətinə icbari sığorta olunmuşdur. xx xxx 2015-ci il tarixli qəbzdən və depozit hesabına mədaxil-məxaric edilən pul vəsaitlərinə dair bankla üzləşmə cədvəlindən görünür ki, Cavabdeh2 tərəfindən depozit hesabına müvafiq pul məbləğləri mədaxil edilmişdir. 70 saylı MKİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 404 saylı arayışdan görünür ki, X37 vəfat edənədək Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilində yaşamış və təkcə özü qeydiyyatda olmuşdur. xx xxx 2015-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 12 saylı notariat kontorunun notariusu X56 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-521/2015 saylı xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmiş qətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə vəfat etmiş X16 vərəsəsinin Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 157 saylı evin 2 saylı mənzilində yaşayan Cavabdeh1y Qriqoryeviç olduğunu və onun miras əmlakdan irs almalı olduğunu qeyd etmiş, şəhadətnamə verilən əmlakın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzili olduğunu göstərmişdir. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli ÖM seriyalı 256849 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı mənzili X16 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 484 saylı reyestr kitabının 70345 səhifəsində 30/25889 saylı qeydiyyat aparılmışdır. xx xxx 2015-ci il tarixli 11/764 saylı arayışdan görünür ki, Cavabdeh1y Qriqoryeviçin adına Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilinin yüklü olmamasına dair müvafiq forma üzrə arayış verilmişdir. Sulava Mirian, İsmayıl Rövşənov, Aslan Nuriyev və Hamlet Hüseynov tərəfindən tərtib edilmiş aktdan görünür ki, Nəsimi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X15 rayon prokurorluğu tərəfindən ünvan 4 ünvanda yaşayan 1931-ci il təvəllüdlü X16 xx.xx.2014-cü il tarixdə yaşadığı mənzildə ölməsi faktı ilə əlaqədar araşdırması aparılan 338-C-14 saylı material üzrə aşağıda adları qeyd olunan əşyaları – X25 məxsus xidməti vəsiqə, 1 ədəd Smart Peyment kartı, 14,45 manat, 300 rus rublu, 2 ədəd fotoşəkil olan pulqabı, xarici pasport, şəxsiyyət vəsiqəsi, mənzilin 4 ədəd açarları - Bakı şəhər MKTD-nin 2 saylı MKTB-nin 70 saylı MKİSin sahə idarəçisi X42, Gürcüstan Səfirliyi DİN-in nümayəndəsi Hamlet Hüseynovun, Nəsimi rayon prokurorunun köməkçisi Rövşənov İsmayıl Famil oğlunun iştirakları ilə X16 qohumu, Gürcüstan Respublikasının vətəndaşı Sulava Miriana təhvil vermişdir. xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, X16 adından tərtib olunmuş ərizədə sonuncunun öz mənzilini Cavabdeh1y Qriqoryeviçə vəsiyyət etdiyi qeyd olunmuşdur. Ərizənin X16 diqtəsi ilə tanışı (qadın cinsli) tərəfindən tərtib olunması göstərilsə də, ərizənin kim tərəfindən tərtib olunması (soyadı, adı, atasının adı, pasport/şəxsiyyət vəsiqəsinin verilmə tarixi, seriyası və nömrəsi, ünvanı) qeyd edilməmişdir. Ərizədə 3 imza mövcuddur, bunlardan biri Lapaurinin soyadının qarşısında, digər iki imza isə şahid kimi qeyd edilən şəxslərin soyadları qarşısında icra edilmişdir. Dövlət X9 Tbilisi Mülki Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli **********3 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ekaterina İvanova xx xxxx 1867-ci il tarixdə Gürcüstan Respublikası Tbilisi şəhərində doğulmuşdur. Atasının adı Qriqoriy, soyadı İvanovdur. Naməlum və kimsəsiz meyitlərin dəfn edilməsi üçün tibbi arayış icazədən görünür ki, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ETTB-dən daxil olmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X37 xx.xx.2014-cü il tarixdə 4653 saylı qəbrdə kimsəsiz meyit kimi dəfn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 22818 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X16 adından olan xx xxxxx 2014-cü il tarixli vəsiyyətnamədə «Lapauri» sözünün önündəki imza – X37 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil etmişdir. Vİİİ-JQ seriyalı 609501 saylı SSRİ vətəndaşının pasportundan görünür ki, Cavabdeh1y Qriqoryeviç xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X49 Yusif Yaqub oğlu adlı əməkdaş xidmət etmir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının DİN-nin Baş Kadrlar İdarəsinin mərkəzləşdirilmiş bazasında Cavabdeh2 adlı əməkdaş xidmət etmir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində ifadə vermiş X46 ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən Olqa xanımgilin məhləsindən hər gün keçib Ziba xanımgilin evində xadiməlik edirmiş. Hər dəfə keçəndə Olqa xanımın həyətdəki pişiklərə yemək verdiyini görmüşdür. Bir dəfə də Olqanın xəstə olduğunu, ona görə də, pişiklərə yemək verməyi ondan xahiş etmişdir. Onların tanışlığı buradan başlamışdır. Bir neçə müddət sonra o, Olqa xanımı artıq həyətdə görməmış və narahat olmuşdur, ondan bir xəbər almaq üçün evlərinə getmişdir. Qapını Dmitri açmış və bildirmişdir ki, Olqa xanım xəstədir. Onu evə dəvət etmiş, doğurdan Olqa xanımın xəstə olduğunu və yataqda yatdığını görmüşdür. Dmitri ondan bundan sonra davamlı onların evinə gəlib evlərini yığışdırmasını, yemək bişirməsini və Olqa xanıma qulluq etməsini xahiş etmişdir. Bununla əlaqədar onun həftədə 2-3 dəfə Olqa xanıma qulluq etmək, evi yığışdırmaq və yemək bişirmək üçün onlara getmələri barədə razılığa gəlmişlər. Göstərdiyi xidmətin qarşılığı olaraq, Dmitri ona hər getdiyi gün üçün 10-15 manat pul ödəmişdir. Bir dəfə kilsədən adını bilmədiyi Zina yaxud Zinaida adlı bir xanım Olqa xanıma baş çəkməyə gəlmişdir. O, Olqa xanıma Dmitri sənə yaxşı baxır, sənə can yandırır, evi Dmitriyə bağışla demişdir. Xanım özü ilə sənəd tərtib edib gətirmiş, həmin sənədi xanımın özü, o və Tələt adlı taksi şoferi imzalamışlar (ifadə verərkən əvvəlcə Dmitrinin də imzaladığını qeyd etsə də, sonradan onun imzalamadığını bildirmişdir). Taksi şoferinin Dmitrinin tanışı olduğunu bildirmişdir. Yarım ildən çox o evə gəlib-getməsini, Olqa xanımı yad edən, ona qulluq edən heç bir qohumunun olmadığını bildirmişdir. O, əvvəllər elə bilirmiş ki, Dmitri Olqanın həyat yoldaşıdır. Olqa Dmitrini çox istəyirmiş və biri-birilərinə çox can yandırırmışlar. Olqa xanım rəhmətə getdiyi gün Dmitri öz tanışı ilə birlikdə Olqa xanımı aparıb dəfn etmişlər. O, həmin günü dolma bişirmiş, onlar qayıtdıqdan sonra oturub yemək yemişlər. Evə heç kim gəlmirdi deyə, yas verməmişlər. Şahid, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Olqa xanım vəfat etdikdən sonra, hərdən gedib Dmitrinin yataq dəstini dəyişib, evi yığışdırarmış. Olqa xanım vəfat etdikdən sonra Dmitri hardasa 1 ay orda yaşamış, bir müddət sonra isə Dmitri özü ev işləri ilə məşğul olacağını, daha onlara getməyinə ehtiyac olmadığını bildirdiyini, buna görə ondan sonra ora getməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X69 ifadəsində göstərmişdir ki, o, Olqa Lapaurini çoxdan tanımaqla qonşuluqda yaşamışlar. Onun həyat yoldaşı X58, Dzerjinski adına klubda direktor işləyirdi, Olqa Lapauri onun həyat yoldaşı ilə rəfiqəlik edirdi, mərhumə layihə institutunda işləyirdi, tez-tez onlara bağa gəlib nərd oynayardılar, onunla gediş–gəlişləri olmuşdur. Onlar təxminən 1980-ci illərdən qonşuluq edirlər. Olqanın bəzi qohumlarını, o cümlədən də qohumu Sulava Mirianı da tanıyırlar. Olqa Lapaurinin ölümü barədə bildirdi ki, o, 2-3 il bundan əvvəl, fevral ayında vəfat etmişdir. Ölümündən 3 gün X80 Azərbaycana gəlmiş, gəldikdən sonra onlara məlum olmuşdur ki, 22-ci bölmənin işçisi olan, evin indiki sahibi Yusif adlı şəxs Olqanı bölmənin başqa işçiləri ilə aparıb dəfn etmişlər. Olqanı özləri dəfn etmək istəsələr də, polislər buna imkan verməmişdir. X80 mərhumə Olqa Lapaurininin dəfn yerini tapmış, səfirliyin işçilərinin köməyi ilə onu yenidən dəfn edib, baş daşı qoymuş, bütün dəfn xərclərini çəkmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hallarını araşdıraraq müəyyən etmişdir ki, ərizəçi Cavabdeh1y Qriqoryeviçin O.Lapaurinin vəsiyyət üzrə vərəsəsi kimi tanınma faktının müəyyən edilməsinə dair ərizəsinin baxılmamış saxlanılması və onun müvafiq iddia ərizəsi ilə ümumi əsaslarla aidiyyatı üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməsinin qərara alınmasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərardadından verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-1698/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Müəyyən edilmişdir ki, Dmitriy Qriqoryeviçin O.Lapaurinin vəsiyyət üzrə vərəsəsi kimi tanınma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə işə ilkin olaraq apellyasiya instansiyası məhkəməsində baxılarkən artıq həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı qəbul edilməsinə baxmayaraq X38 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilini Cavabdeh2 xx.xx.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satmış və mənzil xx.xx.2015-ci ildə adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmaqla hazırda da mülkiyyətindədir. Sulava Mirian apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli 238/E saylı vəkil sorğusu əsasında Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi xx.xx.2016-cı il tarixli **********01 saylı sorğuya cavab məktubunda mübahisələndirilən əmlakın 12 saylı DNK-nın 2V- 01-70 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 Qriqoryeviçin adına qeydiyyatdan keçdiyini, Bakı şəhəri 3 saylı DNK-nın xx.xx.2015-ci il tarixli 4Ə-179 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçdiyini və hal-hazırda mülkiyyətində olduğunu bildikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbləri konkret olaraq X16 adından Cavabdeh1 Qriqoryeviçin adına tərtib edilmiş vəsiyyətnamənin, Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında Bakı şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də, burada yaşayan digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq faktının təsdiq edilməsi, X16 Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi, iddiaçının adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən ibarətdir. xx.xx.2014-cü il tarixli X16 adından tərtib olunmuş ərizədə onun öz mənzilini Cavabdeh1y Qriqoryeviçə vəsiyyət etdiyi qeyd olunmuşdur. Ərizənin X16 diqtəsi ilə tanışı tərəfindən tərtib olunması göstərilsə də, ərizənin konkret olaraq kim tərəfindən tərtib olunması (soyadı, adı, atasının adı, pasport/şəxsiyyət vəsiqəsinin verilmə tarixi, seriyası və nömrəsi, ünvanı) qeyd edilməmişdir. Ərizədə 3 imza mövcuddur ki, bunlardan biri Lapaurinin soyadının qarşısında, digər iki imza isə şahid kimi qeyd edilən şəxslərin soyadları qarşısında icra edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 22818 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X16 adından olan xx xxxxx 2014cü il tarixli vəsiyyətnamədə «Lapauri» sözünün önündəki imza – X37 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya işin hallarına qanunvericiliyin normalarına əsasən qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi imzanın X19 aid olmamasına dair ekspert rəyinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini şübhə altına alsa da, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Olqa Lapaurinin 7-8 il əvvəl sağlam vəziyyətdə imzaladığı 3 ədəd imzası olan sənədə əsasən tədqiqat aparılması, hər hansı sərbəst nümunəyə istinad olunmaması və onun vəsiyyətnaməni imzalayarkən yaşlı və yataq xəstəsi olmasının ekspert tərəfindən nəzərə alınmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə doğruluğu mübahisələnidirilən imzanı icra edən şəxs vəfat etdiyindən, ondan yazı nümunəsinin alınması qeyri-mümkündür və onun əvvəllər başqa məqsədlər üçün icra edilmiş yazı nümunəsindən (şəxsiyyət vəsiqəsinin surəti, pasportun surəti, fərdi uçot kartoçkasının surəti) istifadə edilərək tədqiqat aparılmışdır. Eyni zamanda, kollegiya Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi ilə ziddiyyət təşkil edən və ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən sübut kimi istinad edilməsi qanunidir. Belə olan halda, cavabdehin ekspert rəyini şübhə altına alan dəlilləri mülahizə xarakteri daşıyır və əsaslı hesab edilə bilməz. Beləliklə, vəsiyyətnamənin mülkiyyətçi olan X37 tərəfindən verilməməsi sübutlarla təsdiq olunduğundan həmin vəsiyyətnamə hüquqi qüvvəli sənəd hesab edilə bilməz. Odur ki, vəsiyyətnamənin etibarsız sayılması barədə birinci instasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddia tələbinin iddiaçının onun xx xxxxxxx 2014-cü il tarixdə vəfat etmiş X37 ilə qohumluq faktının təsdiq edilməsi, 5-ci növbədə qanun üzrə onun vərəsəsi kimi tanınmasının müəyyən edilməsinə, mərhumədən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı qanun üzrə vərəsə olduğuna görə, mübahisəli mənzilə onun hüquqları tanına bilər, lakin Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququnun mövcudluğuna münasibətdə vicdanlı olduğundan, vərəsəlik hüququnun reallaşdırılmasına hüquqi əsas mövcud deyildir. Belə ki, iddiaçının özü ərizəsində qeyd etdiyi və işin materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-cı il tarixli, 238/E saylı vəkil sorğusu verilmiş, həmin İdarə tərəfindən vəkilə xx.xx.2016-cı il tarixli **********01 saylı sorğuya cavab məktubu verilmişdir (i.v 64, 108). Vəkil Eldar Əliyarovun verdiyi sorğu əsasında ona mübahisələndirilən əmlakın 12 saylı DNK-nın 2V-01-70 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 Qriqoryeviçin adına qeydiyyatdan keçdiyini, 3 saylı DNK-nın xx.xx.2015-ci il tarixli 4Ə-179 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçdiyini və hal-hazırda mülkiyyətində olması bildirilmişdir. Bundan əlavə, işin materiallarından görünür ki, notariat tərəfindən vəkil Eldar Əliyarova xx.xx.2016-cı il tarixdə Cavabdeh1y Qriqoryeviç və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4 Ə-179 reyestr nömrəli mənzilin alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiq edilmiş surəti də göndərilmişdir (i.v 65). Beləliklə də, iddiaçı mübahisələndirdiyi əqd barədə ona məlum olduğu vaxtdan etibarən mülki qanunvericiliyin tələblərinə əsasən onun 1 il müddətində mübahisələndirmək hüququndan istifadə etməmiş, bu müddətin də tam üzrsüz səbəblərdən olmasını (ötürməsini) isə əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. - 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Cavabdeh2 sözügedən mənzili alarkən Cavabdeh1 Qriqoryeviçin həmin mənzilə mülkiyyət hüququnun qanuni olub-olmamasını müəyyən edə bilməzdi və bu səbəbdən də o, vicdanlı alıcı olmuşdur. Mülki Məcəllənin 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, Mülki Məcəllənin 182.1 və 140-cı maddələrinin məzununa əsasən, Cavabdeh2 mənzili alarkən vicdanlı olduğundan iddiaçının sözügedən mənzilə vərəsəlik hüququ tanınsa da, onun reallaşdırılması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı və Cavabdeh1 Qriqoryeviçin ayrı ayrılıqda verdikləri apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: X71 və Cavabdeh1 Qriqoryeviçin apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar