Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8055/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X3 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsindən iddiaçı Sulava Mirian və Cavabdeh1y Qriqoryeviç tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Sulava Mirian cavabdehlər Cavabdeh1 Qriqoryeviçə, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 29 saylı Notariat Kontoruna, Bakı şəhəri 12 saylı Notariat Kontoruna, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 adından Cavabdeh1 Qriqoryeviçin adına tərtib edilmiş vəsiyyətnamənin, Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında 3 saylı Notariat Kontorunda bağlanmış 15 may 2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də, burada yaşayan digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X8 ilə qohumluq faktının təsdiq edilməsi, X6 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi və onun adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 131 saylı evin 3 otaqlı 18 saylı mənzilin mülkiyyətçisi, 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsidir. Belə ki, iddiaçının anası Məryəm və X6 atası dayı qızı, bibi oğlu, iddiaçı ilə mərhum isə dayı qızının qızı və bibi oğlunun oğludurlar. İddiaçı 23 aprel 2015-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat Kontoruna X6 vərəsəsi kimi tanınması və müvafiq olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciət etmiş, Notariat Kontoru 24 aprel 2015-ci il tarixli 62 saylı məktubu ilə imtina verərək bildirmişdir ki, onun miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyi və mirasın qəbulu üçün 3 aylıq müddət buraxıldığı üçün mirasın qəbulu barədə ərizəsini qəbul edə bilməzlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi ilə (hakim C.T.Tağıyev) iddia qismən təmin edilmiş, X6 adından Cavabdeh1y Qriqoryeviçin adına tərtib edilmiş 16 aprel 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddia qalan hissələrdə təmin edilməməsi, iddiaçı Sulava Mirianın vərəsəlik hüquqlarının pozulması bağlı Cavabdeh1y Qriqoryeviçə qarşı vurulmuş ziyan barədə iddia qaldırmaq hüququnun olması izah edilməsi qət edilmişdir. İddiaçı Sulava Mirian apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin Cavabdeh1y Qriqoryeviç apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsinin qismən, iddianın təmin olunan hissəsində ləğv olunması və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-5800/2020 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sulava Mirian kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-5800/2020 nömrəli qətnaməsinin qismən, apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv olunması və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1y Qriqoryeviç kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)- 5800/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2603/2021 saylı, 31.05.2021-ci il tarixli Qərarı ilə iddiaçı Sulava Mirian və Cavabdeh1 Qriqoryeviç tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)- 5800/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması Qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası Qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuş və birinci instansiya məhkəməsi tələblərdən yalnız birini Cavabdeh1y Qriqoryeviçin adına tərtib edilən vəsiyyətnamənin etibarsız hesab olunmasını təmin etməklə qalan tələbləri rədd etmiş və mövqeyini 2 halla əsaslandırmışdır: 1. iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür; 2. Cavabdeh2 mübahisələndirilən miras əmlakın vicdanlı sahibidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının qalan tələblərini müzakirə etmədən yuxarıda qeyd olunan əsaslarla rədd edilməli olmasına dair qənaətə gəlməklə prosessual hüquq normalarını pozmuşdur.Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı onunla X8 arasında qohumluq münasibətlərində olması faktının müəyyən olunması tələbini irəli sürmüş və həmin tələbinin sübutu qismində Gürcüstan Respublikasından aldığı arxiv sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələbə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Halbuki, iddiaçının mirasqoyanla qohumluq münasibətlərində olması, onun mərhumun vərəsəsi olması və mirası qəbul etmə faktının müəyyən edilməsi son nəticədə iddiaçının digər tələbləri: vəsiyyətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin tələblərdən doğan tələbləri irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi üçün zəruridir. Məhkəmələr isə qeyd olunan tələblərə hüquqi qiymət vermədən bilavasitə vəsiyyətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığı tələblərini qiymətləndirmiş və faktiki olaraq ziddiyyətli nəticəyə gəlmişlər ki, bu hüquqi-müəyyənlik prinsipinə ziddir.Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə ilk olaraq iddiaçının mərhum X8 arasında qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi tələbinə Azərbaycan Respublikası MPM-in 307.2.1 və 308-ci maddələrinin tələblərinə əsasən məhkəmədə baxılmalı olması məsələsinə hüquqi qiymət verilməli, nəticəsindən asılı olaraq iddiaçının mərhumun 5-ci növbədə vərəsəsi olması və mirası qəbul etməsi məsələləri araşdırılmaqla, iddiaçının həmin tələbləri üzrə nəticəyə gəlinməlidir. Mülki işin yenidən apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X5 özlərinin apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Mülki işin yenidən apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil1 özlərinin apellyasiya şikayətinin təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, işmateriallarını araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı Sulava Mirianın apellyasiya şikayəti və Cavabdeh1y Qriqoryeviçin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi ləğv olunmalı, iddiaçının 26 oktyabr 2014- cü il tarixdə vəfat etmiş X6 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilinə iddiaçının adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə tələbinə məhkəmədə baxılmalı olmadığından həmin tələb üzrə işin icraatına xitam verilməli, iddiaçının digər tələbləri isə baxılmamış saxlanmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuş və birinci instansiya məhkəməsi tələblərdən yalnız birini Cavabdeh1y Qriqoryeviçin adına tərtib edilən vəsiyyətnamənin etibarsız hesab olunmasını təmin etməklə qalan tələbləri rədd etmiş və mövqeyini 2 halla əsaslandırmışdır: 1. iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür; 2. Cavabdeh2 mübahisələndirilən miras əmlakın vicdanlı sahibidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi iddiaçının qalan tələblərini müzakirə etmədən yuxarıda qeyd olunan əsaslarla rədd edilməli olmasına dair qənaətə gəlməklə prosessual hüquq normalarını pozmuşdur.Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı digər tələblərlə yanaşı onunla X8 arasında qohumluq münasibətlərində olması faktının müəyyən olunması tələbini irəli sürmüş və həmin tələbinin sübutu qismində Gürcüstan Respublikasından aldığı arxiv sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Lakin birinci instansiyası məhkəməsi tərəfindən həmin tələbə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Halbuki, iddiaçının mirasqoyanla qohumluq münasibətlərində olması, onun mərhumun vərəsəsi olması və mirası qəbul etmə faktının müəyyən edilməsi son nəticədə iddiaçının digər tələbləri: vəsiyyətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin tələblərdən doğan tələbləri irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi üçün zəruridir. Məhkəmə isə qeyd olunan tələblərə hüquqi qiymət vermədən bilavasitə vəsiyyətnamənin və alqı-satqı müqaviləsinin etibarsızlığı tələblərini qiymətləndirmiş və faktiki olaraq ziddiyyətli nəticəyə gəlmişlər ki, bu hüquqi-müəyyənlik prinsipinə ziddir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə ilk olaraq iddiaçının mərhum X8 arasında qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi tələbinə Azərbaycan Respublikası MPM-in 307.2.1 və 308-ci maddələrinin tələblərinə əsasən məhkəmədə baxılmalı olması məsələsinə hüquqi qiymət verilməlidir. İddiaçı Sulava Mirian onunla 26 oktyabr 2014- cü il tarixdə vəfat etmiş X8 arasında qohumluq münasibətlərində olması faktının müəyyən olunması tələbini irəli sürmüş və həmin tələbinin sübutu qismində Gürcüstan Respublikasından aldığı arxiv sənədlərini iddia ərizəsinə əlavə etmişdir.(Gürcüstan Respublikasının Dövlət X4 Tbilisi Mülki Reyestr Xidməti tərəfindən verilmiş doğum haqqında şəhadətnamə, Dövlət X4 Tbilisi Mülki Reyestr Xidməti tərəfindən verilmiş nikah haqqında şəhadətnamə, Dövlət X4 Tbilisi Mülki Reyestr Xidməti tərəfindən verilmiş ölüm haqqında şəhadətnamə, Gürcüstan Milli Arxivi X11 arxiv Arayışları və sair.). Halbuki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin olması faktını təsdiq edir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 310.1-ci maddəsinə əsasən Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan Prosessual normaların tələbindən çıxış edərək Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı qohumluq faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə deyil, həmin sənədlərin mövcudluğuna istinad etmiş, həmin sənədləri (Gürcüstan Respublikasından aldığı arxiv sənədlərini) iddia ərizəsinə əlavə etmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçı Gürcüstan Respublikasından aldığı arxiv sənədlərini iddia ərizəsinə əlavə etmişdir, lakin həmin sənədlərə “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın 4-cü maddəsində nəzərdə tutulan şəhadətnamə ("Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində) əlavə edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının qoşulduğu "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyalara (Kişinyov, Minsk Konvensiyaları) istinad edərək "Apostille”şəhadətnaməyə zərurət olmadığını bildirmişdir.Bununla bağlı Məhkəmə Kollegiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi cənab Adil Əliyevə ünvanladığı 2(103)-8055/2021 saylı, “20” oktyabr 2021-ci il tarixli sorğuya 18 noyabr 2021-ci il tarixli, 03/10-2742/1 saylı məktubla aşağıdakı məzmunda cavab verilmişdir: “Gürcüstan Respublikasının dövlət orqanlarının verdiyi sənədlərə “Xarici rəsmi sənədlərin legallaşdırılması tələbini ləğv edən Konvensiya”nın 4-cü maddəsində nəzərdə tutulan şəhadətnamənin əlavə olunub-olunmaması ilə əlaqədar müraciətinizə baxılmışdır. Məsələ ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası və Gürcüstan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Kişinyov Konvensiyasının iştirakçılarıdırlar. Həmin Konvensiya hüquqi yardım çərçivəsində mərkəzi orqanlar arasında həyata keçirilən sənədləşmələri əhatə edir. Konvensiyanın 4-cü maddəsinə əsasən mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım Razılığa gələn Tərəflərin ədliyyə idarələri tərəfindən sözügedən Konvensiyanın müddəalarına uyğun olaraq göstərilir. Həmin Konvensiyanın 5-ci maddəsinə müvafiq olaraq bu Konvensiyanın icrası zamanı Razılığa gələn ədliyyə idarələrinin bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Ədliyyə idarələri tərəfindən təqdim olunduqda sözügedən Konvensiyanın 12-ci maddəsinə əsasən Razılığa gələn Tərəflərin birinin ərazisində gerbli möhürlə möhürlənmiş və səlahiyyətli orqan və ya şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, Razılığa gələn bütün digər Tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir. Eyni zamanda qeyd edirik ki, Gürcüstan “Xarici rəsmi sənədlərin legallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyasına üzv olduğu üçün bu ölkədə tərtib edilmiş sənədlərə münasibətdə (Konvensiyanın 3 və 4-cü maddələri nəzərə alınmaqla) apostil verilməsi tələbi irəli sürülür. Beləliklə qeyd edirik ki, Gürcüstan Respublikasında tərtib edilmiş rəsmi sənədlər onlara apostil verildikdə, yaxud “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Kişinyov Konvensiyasına müvafiq olaraq mərkəzi orqanlar vasitəsilə əlavə təsdiq olunmadan (apostil verilmədən) göndərildikdə Azərbaycan Respublikasında rəsmi sənəd kimi tanınır.” Daha sonra Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 24 aprel 2015-ci il tarixdə Bakı şəhəri 29 saylı Notariat kontoruna X6 vərəsəsi kimi tanınmağı və müvafiq olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciət etmişdir.Ancaq Bakı şəhəri 29 saylı Notariat kontoru özünün 62 saylı, 24 aprel 2015-ci il tarixli məktubu ilə imtina verərək bildirmişdir ki, “Sizin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim etmədiyinizdən və mirasın qəbulu üçün 3(üç) aylıq müddət buraxıldığından ərizənizi qəbul edə bilmərik”. Bundan sonra iddiaçı onunla X8 arasında qohumluq münasibətlərinin olmasını təsdiq edən sənələri əlavə edərək və sənədlərin mövcudluğunu iddia edərək və Gürcüstan Respublikasından aldığı həmin arxiv sənədlərinə əsaslanaraq X6 vərəsəsi kimi tanınmağı və müvafiq olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə notariat orqanına deyil, bu sənədləri iddia ərizəsinə əlavə edərək hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir.Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində miras əmlakı faktiki qəbul etdiyini də iddia etmiş və bunu təsdiq edən sübutlara da istinad etmişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında notariat dedikdə bu Qanunla nəzərdə tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa düşülür.Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. 19-cu maddəsinə əsasən həmçinin Azərbaycan Respublikasının konsulluqlarında notariat hərəkətləri aparılaraq vərəsəlik hüququ haqqında şəhadətnamələr verirlər. 40-cı maddəsinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı halda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası konsulluqlarının apardığı notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlərə Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən olunmuş qaydada baxılır. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçının 26 oktyabr 2014- cü il tarixdə vəfat etmiş X6 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilinə iddiaçının adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfilikası MPM-inndən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə tələbinə məhkəmədə baxılmalı olmadığından həmin tələb üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Azərbaycan Respub 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 384, 385 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Sulava Mirianın 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X6 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilinə iddiaçının adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə tələbi hissədə iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, notariat hərəkətlərinin aparılması ilə bağlı müvafiq orqana, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən isə məhkəməyə şikayət verə bilər. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8055/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8055/2021
26.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver