Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-895/2022 10.03.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2021-ci il tarixli, 2(103)8055/2021 nömrəli qətnaməsindən iddiaçı Sulava Mirian və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sulava Mirian cavabdehlər Cavabdeh1 Qriqoryeviçə, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 29 saylı Notariat Kontoruna, Bakı şəhəri 12 saylı Notariat Kontoruna, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adından Cavabdeh1 Qriqoryeviçin adına tərtib edilmiş vəsiyyətnamənin, Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında 3 saylı Notariat Kontorunda bağlanmış 15 may 2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də, burada yaşayan digər şəxslərin B akı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının 26 oktyabr 2014- cü il tarixdə vəfat etmiş X2 ilə qohumluq faktının təsdiq edilməsi, X1 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın faktiki qəbul edilməsi ilə bağlı ötürülmüş 3 aylıq müddətin bərpa edilməsi və onun adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.T.Tağıyev) 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 adından Cavabdeh1y Qriqo ryeviçin adına tərtib edilmiş 16 aprel 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddia qalan hissələrdə təmin edilməməsi, iddiaçı Sulava Mirianın vərəsəlik hüquqlarının pozulması bağlı Cavabdeh1y Qriqoryeviçə qarşı vurulmuş ziyan barədə iddia qaldırmaq hüququnun olması izah edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 02 oktyabr 2020-ci il tarixli, 2(103)5800/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi ), E.Vəliyeva və A.Abbasov) 2(102)-2603/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qərarı ilə iddiaçı Sulava Mirian və Cavabdeh1 Qriqoryeviç tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-5800/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) 26 noyabr 2021-ci il tarixli, 2(103)8055/2021 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsi ləğv edilmiş, idd iaçı Sulava Mirianın cavabdehlər Cavabdeh1 Qriqoryeviçə, Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 29 saylı Notariat Kontoruna, Bakı şəhəri 12 saylı Notariat Kontoruna, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı X1 adından Cavabdeh1 Qriqoryeviçin adına tərtib edilmiş vəsiyyətnamənin, Cavabdeh1 Qriqoryeviç ilə Cavabdeh2 arasında 3 saylı Notariat Kontorunda bağlanmış 15 may 2015-ci il tarixli 4Ə179-01-70 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilinə verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və eləcə də, burada yaşayan digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı mənzilindən çıxarılaraq, həmin yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının 26 oktyabr 2014- cü il tarixdə vəfat etmiş X2 ilə qohumluq faktının təsdiq edilməsi, X1 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilin qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbləri hissədə iddia baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) 26 noyabr 2021-ci il tarixli, 2(103)8055/2021 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(006)-58/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Sulava Mirianın 26 oktyabr 2014-cü il tarixdə vəfat etmiş X1 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 131 saylı evin 18 saylı 3 otaqlı miras mənzilinə iddiaçının adına Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə tələbi hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sulava Mirian Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2021ci il tarixli, 2(103)-8055/2021 nömrəli işin baxılmamış saxlanılması haqqında qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sulava Mirian eyni zamanda kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(103)-8055/2021 nömrəli iş üzrə icraata xitam verilməsi haqqında qərardadın tamamilə ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dmitri Oleybik Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(103)-8055/2021 nömrəli qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələblərinin iddiaçının subyektiv hüququnun və sübutlarının olmaması əsası ilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri 27.12.2021-ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Kassasiya baxışı z amanı müəyyən edilmişdir ki, kassasiya şikayətləri prosessual qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Kollegiya ilkin olaraq bildirir ki, apellyasiya məhkəməsinin kassasiya qaydasında şikayət verilməsi mümkün olan qərarları Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində sadalanmışdır. Bu aktlar sırasında iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad nəzərdə tutulmamışdır. Belə olan halda, Sulava Mirianın Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının işin baxılmamış saxlanılması haqqında 26 noyabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinə baxılması üçün prosessual əsas yoxdur. Ona görə də həmin şikayət geri qaytarılmalıdır. Bundan əlavə, MPM-nin 407.1.4-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Sulava Mirianın iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan verdiyi kassasiya şikayətində isə şikayətin dəlilləri ümumiyyətlə göstərilməmişdir. Bu hal, qeyd edilən normanın tələblərinin pozulmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi isə həmin şikayətin mümkünlüyünü mülki işin materialları əsasında yoxlamadan müşayətedici məktubla Ali Məhkəməyə göndərmişdir. Halbuki, MPM-nin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, Dmitri Oleybikin də kassasiya şikayət i mövcud vəziyyətdə mümkün sayıla bilməz. Əvvəla, qərardaddan şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib-verilmədiyini müəyyənləşdirmək olmur. Belə ki, qərardadın Dmitri Oleybik tərəfindən hansı tarixdə alınmasına dair rəsmi sənədlər (poçt xəbərnaməsi, qəbz və s.) işdə aşkar olunmur. Bundan əlavə, şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2(103)-8055/2021 nömrəli qərardadın ləğv edilməklə iddia tələblərinin rədd olunması xahiş edilir. İşdən görünür ki, həmin tarixdə eyni nömrə altında iki müxtəlif qərardad çıxarılmaqla çoxsaylı iddia tələblərinin bir qismi baxılmamış saxlanılıb, qalanı isə xitam edilib. Belə olan halda, Dmitri Oleybikin hansı qərardaddan şikayət verdiyini müəyyənləşdirmək mümkün deyil. MPM-nin 404-1.2-ci maddəsinə gö rə, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 417.1.7-ci maddəsində görə, kassasiya şikayətlərinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2021-ci il tarixli, 2(103)8055/2021 nömrəli qətnaməsindən iddiaçı Sulava Mirianın və Cavabd eh1 verdikləri kassasiya şikayətlərinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-895/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-895/2022
10.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver