Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2608/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması, avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinə iddaçının payının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil2 Vəlyyədin oğlunun, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sen tyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 28.04.2012-ci il tarixdə nikah bağlayaraq evlənmişlər. Həmin nikahdan tərəflərin 18 sentyabr 2013-cü il təvəllüdlü İlahə və 11 aprel 2015-ci il təvəllüdlü Cavid adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışdır. İddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət etmiş, onlara barışmaq üçün 3 ay vaxt verilməklə məhkəmə iclası təxirə salınmışdır. Tərəflər əmlakın bölünməsi üzrə də razılığa gələ bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, 3.500 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış tək brilyant qaşlı, ürək şəkilli üzüyün, 30.000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış brilyant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplektin, 15.000 ABŞ dolları dəyərində ağ qızıldan hazırlanmış sapfir, brilyant qaşlı sırğa, boyunbağı (klonla) və üzükdən ibarət komplektin, həmçinin 10.000 ABŞ dolları dəyərində qızıldan hazırlanmaqla brilyant qaşlarla bəzədilmiş “Federique Constant” markalı qol saatının Cavabdeh1 alınaraq ona verilməsi, buraxılış ili 2014-cü il, mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı, 90-OD157 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında başlanmış 20.06.2019-cu il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab olunmaqla, həmin alğı-satqı müqaviləsi əsasında sonuncunun adına verilmiş AD seriyalı, 527350 nömrəli şəhadətnamənin ləğv edilməsi, yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyini nəzərə alaraq qeyd olunan avtomobilin 2/3 hissəsinə onun pay hüququnun, 1/3 hissəsinə isə Cavabdeh1 pay hüququnun müəyyən edilməklə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin verdiyi 24.05.2019-cu il tarixli, 47508/219 nömrəli məktubdan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, nikah dövründə, yəni 21.09.2018-ci il tarixdə cavabdehin adına “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat niş anlı avtomobili əldə etmişlər. Cavabdeh heç bir yerdə işləmir, evə qazanc gətirmir. Atasının maddi dəstəyi ilə uşaqları saxlayır. Ona görə də avtomobilə payları müəyyən edilərkən yetkinlik yaşına çatmayan uşaqlarının mənafeyi nəzərə alınaraq payı 1/3 hissədə müəyyən edilə bilər. Cavabdeh onun xəbəri və razılığı olmadan avtomobili özgəninkiləşdirmişdir. Belə ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin verdiyi 26.09.2019-cu il tarixli, 01689134-1219 nömrəli cavab məktubundan və məktuba əlavə olunmuş kompyuter çıxarışından görünür ki, cavabdeh birgə nikah dövründə əldə etdiyi “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili BDYP idarəsində bağlanmış müqaviləyə əsasən Cavabdeh2 satmışdır. Avto mobilin hazırki dövlət qeydiyyat nişanı ** OD ***-dir. Cavabdeh2 Cavabdeh1 bacısının əridir. Avtomobili faktiki olaraq Əsgər özü idarə edir. Alğı-satqı etməkdə məqsəd avtomobili bölgüdən yayındırmaqdır. Alğı-satqı müqaviləsi Mülki Məcəllənin 181.1 və Ailə Məcəlləsinin 33.3-cü maddəsinin tələbləri pozulmaqla bağlanmışdır. İddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları ona hədiyyə edilmişdir və 14.04.2019-cu il tarixdə cavabdehdən ayrılıb atası evinə gələndə ona verilməmişdir. Həmin qızıllar açarı şəxsən cavabdehdə olan seyfdə saxlanırdı.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xxx saylı, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Məmmədli) iddia təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər nikah münasibətinə daxil olmazdan əvvəl cavabd ehin mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 20 A, 7 saylı mənzil olmuşdur. Həmin mənzili cavabdeh iddiaçı ilə birgə nikah dövründə sataraq mübahisəli “Mersedes Benz GL350CDİ” markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili almış, sonra isə həmin avtomobili mübahisəli əqd əsasında digər Cavabdeh2 satmışdır. İşin bu halı məhkəmə iclasında iddiaçının özünün verdiyi izahatından öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı cavabdehin həmin avtomobili əldə etmək üçün vəsaiti məhz mənzilin satışından əldə etdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, həmin daşınmaz əmlak nikah dövründə əldə edilmiş birgə mülkiyyət hesab edilmədiyindən, o cümlədən həmin daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan bağlandığından et ibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32,34-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, ağ qızıldan hazırlanmış, tək brilyant qaşlı, ürək şəkilli üzük (qiyməti 3 500 ABŞ dolları), ağ qızıldan hazırlanmış brilyant qaşlı sırğa, boyunbağı, üzük və qolbaqdan ibarət komplektin (qiyməti 30000 ABŞ dolları), ağ qızıldan hazırlanmış sapfir, brilyant qaşlı sırğa, boyunbağı klonla və üzükdən ibarət komplektin (qiyməti 15.000 ABŞ dolları), qızıldan hazırlanmaqla brilyant qaşlarla bəzədilmiş “Federique Cosntant” markalı qol saatının (qiyməti 10000 ABŞ dolları), onların natura şəkilində verilməsi mümkün olmadığı halda isə ayrı-ayrılıqda dəyəri ödəniş gününə dolların manata məzənnəsinə uyğun olaraq Cavabdeh1 alınaraq İddiaçı verilməsi, buraxılış ili 2014-cü il, mühərrik nömrəsi **********3124, ban nömrəsi WDC1668231A4421401 olan qara rəngli “Mercedes Benz GL350 CDİ” markalı 90-OD157 dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 aras ında 20.06.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş AD seriyalı, 527350 nömrəli şəhadətnamənin ləğv edilməsi və həmin avtomobilin İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia tələbində birgə nikah dövründə əldə olunmuş, həmin dövrdə Cavabdeh1 adına rəsmiləşdirilmiş “Mersedes Benz GL350CDİ” markalı 10 ZL 400 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavab deh1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş 20.06.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmadan bağlandığından etibarsız hesab edilməsi üçün hər hansı bir əsas olmadığı qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh iddiaçı ilə faktiki ailə münasibətlərinin kəsildiyi dövrdə avtomobili 20.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Mersedes Benz GL350CDİ” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş 20.06.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
10. Apel lyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mersedes Benz GL350CDİ” markalı, 10 ZL 400 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Cavabdeh1 birgə nikah dövründə əldə edildiyi üçün həmin avtomobilə bərabər (1/2) payları müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının doğma atası Əlixan Mamedovun, doğma xalası Saiba Malikovanın ifadələrinə ya mənbəyi bəlli olmayan fotoşəkillərə əsaslanara q, tələb olunan qızıl-zinət əşyalarının mövcudluğunu müəyyən etmişdir. Digər tərəfdən məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahatını kontekstdən çıxararaq, guya Vəkil1 tələb olunan qızılların mövcudluğunu etiraf və qəbul etdiyini göstərmişdir. Halbuki, iş materiallarında MPM-nin 106.3-cü maddəsinə müvafiq olaraq nə məhkəmə iclas protokolunda, nə də ayrıca ərizədə faktın etirafı cavabdeh tərəfindən əks edilməmişdir. Hətta birinci instansiya məhkəməsi zamanı tərəfimizdən verilmiş izahatda Cavabdeh1 tələb olunan çeşiddə qızılzinət əşyaları almadığı və belə qızıl-zinət əşyaları almağa maddi imkanının olmadığı, mövcud olan başqa qızıl-zinət əşyalarının isə 3 gün ərzində bütün cehiz əşyalarla birlikdə götürüldüyü qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə nədənsə bu izahat ı iddia tələbində göstərilən qızılların mövcudluğunun və həmin qızılların Cavabdeh1 yaşadığı evdə olmasının etirafı kimi qiymətləndirmişdir. Məhkəmə mövcud olmayan qızılların dəyərini hər hansı bir ekspertiza keçirmədən, məhkəmə tərəfindən təyin edilməyən və iddia tərəfinin təqdim etdiyi MMC-nin guya fotoşəkillər əsasında hazırladığı qiymətləndirmə rəyinə əsasən müəyyən etmişdir. İş materiallarından aşkar şəkildə görünür ki, iddiaçı 3 gün müddətində öz qohumları və hətta kənar şəxslərlə (işçilər) birlikdə bütün cehiz əşyalarını 2019-cu ilin aprel ayında götürmüş, üzərindən 8 ay keçdikdən sonra 2020-ci ilin yanvar ayında qızıl-zinət əşyalarının verilməsinə dair ərizə ilə müraciət etmişdir. Halbuki, iddiaçı nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət edərkən avtomaşının bölünməsin ə dair ərizə versə də, qızıl-zinət əşyaları ilə bağlı heç bir iddia irəli sürməmişdir. Belə olan balda iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını götürməməsi inandıncı deyildir. Avtomaşınla bağlı hissə ilə əlaqədar qeyd olunur ki, mübahisə predmeti olan avtomaşına görə reallıqda ümumiyyətlə heç bir pul vəsaiti ödənilməmişdir. Belə ki, həmin avtomobil Cavabdeh1 doğma bacısının (Hənifəyeva (nikahdan əvvəlki soyadı Qalabəyova) Mehriban Eldar qızının) əri Cavabdeh2 tərəfindən hələ 25 sentyabr 2014-cü il tarixdə “Autostar Kaukasus” avtomobil salonundan alınmışdır. Avtomobil alınan tarixdən bir gün sonra, yəni 26 sentyabr 2014-cü il tarixdən daima Cavabdeh2 istifadəsində olan **-LM-*** dövlət qeydiyyat nömrəsi həmin avtomobilə rəsmiləşdirilmiş və taxılmışdır. 2018-ci ilin avqust ayında Cəmşi d avtomaşını satışa çıxarmış, 2018-ci ilin sentyabr ayında Cavabdeh1 həmin avtomaşını ona verməsini Cəmşiddən xahiş etmiş və işsiz olduğunu, hal-hazırda pulunun olmadığını, 6 ay ərzində avtomaşının dəyərini ödəyəcəyini bildirmişdir. Cəmşid yaxın qohumluq münasibətlərini nəzərə alaraq razılaşmışdır. Cavabdeh2 uzun müddət istifadəsində olan **-LM-*** dövlət qeydiyyat nömrəsini özündə saxlaya bilmək üçün avtomobili məcbur olub alğı-satqı yolu ilə Cavabdeh1 adına rəsmiləşdirmişdir. X3ndə rəsmiləşdirmənin başqa forması olmadığına və **-LM-*** dövlət qeydiyyat nömrəsini öz istifadəsində saxlamağın başqa yolu olmadığına görə Cavabdeh2 Cavabdeh1la alğı- satqı müqaviləsi bağlamış, lakin, Cavabdeh1 avtomaşının pulunu ödəməmişdir. Üzərindən 9 ay keçdikdən sonra Cavabdeh1 avtomaşının pulunu ödəmədiyin dən Cavabdeh2 avtomaşını ondan geri almış və yenidən alğı-satqı yolu ilə öz adına rəsmiləşdirmişdir. İddia ərizəsində iddiaçı cavabdehin işləmədiyini, evə qazanc gətirmədiyini, ailənin dolanacağı ilə maraqlanmadığını qeyd etmişdir. Belə olan halda mübahisə predmeti olan avtomaşının hansı vəsait hesabına əldə olunduğunu məhkəmə mütləq şəkildə araşdırmalı idi. Məhkəmə Cavabdeh1 mübahisə predmeti olan avtomaşını niyə məhz doğma bacısının ərindən aldığını, sonradan ona geri qaytardığını, alğı-satqılar bağlandığı zaman reallıqda pul verilib-verilmədiyini, Cavabdeh1 işləmədiyi təqdirdə hansı vəsait hesabına avtomaşın aldığını aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı 14.Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 Vəlyyədin oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələri n əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
337. Əqdlərin etibarsızlığı anlayı şı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış say ılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə
31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə
32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu v ə ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə
33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərən cam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Maddə
34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ə r-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkili Vəkil1, İddiaçı, vəkili Vəkil2 Vəlyyədin oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
25. İddiaçı tələb etdiyi qızıl-zinət əşyaları ona hədiyyə edildiyinə, özünə məxsus qızıllar olduğuna əsaslanaraq cavabdehdən onların qaytarılmasını tələb edir. Bu baxımdan qızıl-zinət əşyalarının alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. Bu tələbin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyəçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Həmin normanın dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:
1. İddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır;
2. Əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır;
3. Özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Buna görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlak ını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb edilən əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
27. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin t ələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi sübutların Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməsini aparmamışdır.
29. Bu normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Sübutların qiymətləndirilməsi dedikdə məlumat daşıyıcısının qanunun tələblərinə uyğun olması, tamlığı, mümkünlüyü, mötəbərliyi, aidliyi və onlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxılması əsasında düzgün nəticəyə gəlin məsi başa düşülür.
31. Sübutun qiymətləndirilməsi qaydası məhkəmədən ziddiyyətli məlumatları təhlil edib obyektiv nəticəyə gəlməyi tələb edir. MPM-in 9.1, 9.3, 88 və 372.1-ci maddələrinin müddəalarının birgə təhlilindən ortaya çıxan nəticə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işlərə baxılarkən, işdə olan sübutlara bütöv bir məcmu halında yanaşılmalı, onların məcmusuna qiymət verilməlidir. Lakin işə baxmış məhkəmə bu tələblərə əməl etməmiş, iddia tələbinə qarşı cavabdehin irəli sürdüyü dəlillər sonadək araşdırılmamışdır.
32. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh göstərilən həcmdə qızılzinət əşyalarının olmasını qəbul etməmişdir. Eyni zamanda isə iddiaçı məhz mülkiyyətində olan dəyəri və çeşidi müəyyən edilməyən qızıl-zinət əşyalarının mənzildən gedərkən cavabdehin sahibliyində qalması sübuta yetirilmir. Belə ki, cavabdehin mənzildən getmə şəraitindən müəyyən edildiyi kimi, cavabdeh tərəfindən onun mənzildən zor tətbiq edilməsi halında çıxarılması halı mövcud olmamış, o cümlədən iddiaçının tərəfindən təqdim edilməklə dindirilmiş şahid ifadələrində də iddiaçının bütün əmlaklarını 3 gün müddətində hər-hansı bir maneə olmadan götürülməsi bildirilmişdir.
33. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iş materialları ilə dəyəri, mövcudluğu, çeşidi və iddiaçının evdən getdiyi anadək cavabdehin yaşadığı evdə olması mübahisələndirilməməklə təsdiq edilir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən həmin qızılların cavabdehin yaşadığı evdə olması etiraf edilir. Yalnız cavabdeh tərəf həmin qızılların iddiaçının özü tərəfindən aparılmasını qeyd edir. Qanunvericiliyə əsasən hazırki halda cavabdehin üzərinə düşən sübutetmə yükü ondan ibarətdir ki, onlar iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfin apardığını, yəni artıq özlərinin sahibliyində olmadığını sübut etsin. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında yuxarıda qeyd edilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını qeyd etsə də, iddiaçı tərəfin həmin qızıl-zinət əşyalarını evdən götürməsini sübuta yetirə bilməmişdir. Əksinə, işin faktiki halları həmin qızıl-zinət əşyalarının evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir.
34. Lakin cavabdehin nümayəndəsi qızıl əşyalarının cavabdehin evində olmasını etiraf etməmiş, bu məzmunda və ya bu məna ya gəlməyə əsas verən izahat verməmişdir. Cavabdehin qızılların həqiqətən mövcud olduğunu təsdiq etməsi isə, həmin əşyaların cavabdehdə qaldığı barədə nəticəyə gəlmək üçün yetərli sübut deyildir. İddiaçı məhkəmə kollegiyasına qızıllara aid “bilkaları” təqdim etmiş, lakin məhkəmə qızılların cavabdehdə qaldığı barədə nəticəyə gəldiyi halda, bilkaların qızıllardan ayrı saxlanmasının, yəni iddiaçıda qalmasının səbəbini müəyyən etməmişdir.
35. Birinci instansiya məhkəməsi iddiaçının evdən çıxıb gedərkən qızılları da özü ilə aparmaq imkanına malik olduğunu qeyd etməklə, iddiaçının evdən getmə şəraitinə diqqət çəkərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya zor tətbiq edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu əsaslandırmasına münasibət bildirməmiş dir.
36. Həmçinin cavabdehin avtomobillə bağlı iddiaya qarşı etirazı ondan ibarət olmuşdur ki, cavabdehin mülkiyyətində nikaha daxil olandan əvvəl əldə edilmiş, ünvan 1 ünvanda mənzili olmuş, həmin mənzil nikah müddətində satılmış və avtomobil həmin mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmışdır.
37. İddiaçının özü də cavabdehin nümayəndəsinin sualına cavabında evin satışından əldə edilmiş vəsait hesabına avtomobil alındığını təsdiq etmiş, həmçinin bildirmişdir ki, cavabdeh həmin pulla iddia tələbində qeyd etdiyi avtomobili deyil, başqa avtomobili almışdır, cavabdeh avtomobil alır və satır.
38. Kassator işin bu halına istinad edərək göstərir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi.
39. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi bu dəlilləri sonadək tam, hərtərəfli araşdırmamış, işin hallarına bu müddəalara uyğun qiymət verməmişdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, ara şdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.
40. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 16 sentyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.