Məhkəmə qərarları › İş №2(102)-261/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-261/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-261/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qanunauyğun verilməsini yoxlamaq vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi və iddiaçı ləğv prosesində olan «X2» ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(103)3400/2021 saylı qərardadından iddiaçı “X2” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Ləğv prosesində olan «X2» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 19 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcuna görə 218534,50 avro məbləğində əsas borc, 140485,52 avro məbləğində faiz borcu və 15612,69 avro məbləğində cərimə borcu olmaqla, cəmi 374,632,71 avro, 21 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcuna görə 135314,17 avro məbləğində əsas borc, 86830,27 avro məbləğində faiz borcu və 36398,85 avro məbləğində cərimə borcu olmaqla, cəmi 258543,29 avro məbləğində pulun və 30 (otuz) manat məbl əğində ödənilmiş dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan «X2» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia qismən təmin edilərək, «X2» ASC ilə Cavabdeh arasında bağlanmış 19.03.2012-ci il tarixli, C41/12 №-li kredit kartı müqaviləsi üzrə yaranmış 218534 avro əsas, 92440,35 avro hesablanmış faiz, 1500 avro dəbbə pulu, cəmi 312474,35 avro məbləğində pul məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin 15 manat məbləğində hissəsinin Cavabdeh tutulub iddiaçı «X2» ASC-nin hesabına köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir.

4. Cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı məhkəmənin 02.09.2020ci il tarixli qərardadı ilə mümkün hesab edilmişdir.

5. Həmin apellyasiya şikayətinə baxılan zaman iddiaçı Ləğv prosesində olan «X2» ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

6. Apellyasiya instansiyası məhkəməsi 06.11.2020-ci il tarixli qərardad çıxararaq, qətnamədən ƏSF tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki işi apellyasiya baxışından çıxarmaqla birinc i instansiya məhkəməsinə göndərmişdir.

7. Bundan sonra birinci instansiya məhkəməsi mülki işə ƏSF tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə qaytarmışdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-3400/2021 saylı qərardadı ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) Ləğv prosesində olan «X2» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respubli kası MPM-nin 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi qaydada təqdim edildiyi vaxtdan başlayır.

10. Mülki işin materiallarından görünür ki, qətnamə, iş üzrə tərəflərə, o cümlədən iddiaçı «X2» ASC-nin ləğvedicisi olan ƏSF-na poçt vasitəsilə göndərilmişdir. Bunu nəzərə almış birinci instansiya məhkəməsi 1 aylıq müddəti gözləyərək hesab etmişdir ki, qətnamə 14.11.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir və qətnaməni icraya yönəldərək həmin tarixdə qətnaməyə əsasən tərtib edilmiş icra vərəqəsini icra edilməsi üçün Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Həmin İcra Şöbəsinin 19.11.2019cu il tarixli qərarına əsasən, icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı «X2» ASC-nin ləğvedicisi olan ƏSF-nin apellyasiya şikayəti 22.10.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

11. Göründüyü kimi, birinci instansiya məhkəməsi 14.11.2019-cu il tarixdə qətnamənin qanuni qüvvəyə mindiyini əsas götürərək qətnaməni icraya yönəltmişdir. Bundan təxminən 11 ay müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayəti verilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, qətnamənin artıq icraya yönəldilməsi, apellyasiya şikayətinin qətnamənin çıxarılmasından uzun müddət sonra verilməsi belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş iddiaçı tərəf birinci instansiya məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə vermə mişdir. Məhkəmə isə prosessual müddətin ötürülməsinə qiymət verməmiş, həmin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamışdır.

13. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

14. Prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi müzakirə edilməmiş qaldığı üçün apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayəti nin dəlilləri

15. «X2» ASC-nin ləğvedicisi olan ƏSF-nin nümayəndəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və apellyasiya şikayətinin mümkün hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ƏSF tərəfindən 12.10.2020-ci il tarixdə əldə olunmuş, qətnamədən qanunla müəyyən olunmuş bir ay müddətində apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti məhkəməyə 22.10.2020-ci il tarixdə daxil olmuşdur. Apellyasiya insyansiyası məhkəməsi işin bu halını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. Məhkəmə iclasında iddiaçı “X2” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddə sinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə

363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə

366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə

417. Kassasi ya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Hazırkı kassasiya şikayə tində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiyası məhkəməsi apellyasiya şikayətinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu araşdırmalıdır. MPM-nin 364-cü maddəsində konkret olaraq göstərilməsə də, bu norma birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzər də tutulmuş əsasların da yoxlanılmasını ehtiva edir. MPM-nin 363 və 364-cü maddələri apellyasiya şikayətinin forma və məzmun tələblərinə cavab verməsini, şikayətin verilməsi üçün müəyyən olunmuş müddətlərə riayət olunmasını araşdırmağı birinci instansiya məhkəməsinin vəzifəsi kimi müəyyən etmişdir. Apellyasiya şikayətinin məzmununa aid MPM-nin 361-ci maddəsinə müəyyən olunmuş çatışmazlıqlar, habelə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətlər buraxıldıqda birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmaqla apellyasiya şikayətini geri qaytarır. Qanunvericilik bu halda proses iştirakçısına apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı iki mərhələdə (MPM-nin 267.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmə sində və 269.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində) mübahisələndirmək hüququ verir və bu qayda şəxsin məhkəmə müdafiəsi hüququnun təminatı (reallaşdırılması) baxımından əhəmiyyətlidir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 364-cü maddəsində müəyyən olunmuş qaydalara düzgün riayət olunmalıdır. Baxılan işdə də apellyasiya instansiyası məhkəməsi məhz MPM-nin 364-cü maddəsinə əsaslanmaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə ƏSF tərəfindən verilmiş apellyasiya şikayətinin qanunauyğunluğunu yoxlamamışdır.

26. İşin bu prosessual vəziyyəti MPM-nin 366-cı maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması kimi hüquqi nəticəyə səbəb olur.

27. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiya sı məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(103)3400/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar