Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2613/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “X7” Bakı filialının cavabdeh Əliyev X6 və digərlərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-2613/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: “X7” Bakı filialının nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(103)8354/2020 saylı qətnaməsindən iddiaçı “X7” Bakı filialın ın kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1 10 fevral 2009-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 29.366,67 manat əsas kredit borcuna 25 aprel 2012-ci ildən 24 yanvar 2019-cu il tarixədək olan (81 aylıq) dövr üçün Mərkəzi Bankın 5 faiz uçot dərəcəsi ilə hesablanmış 9.911,25 manat faiz borcunun tutulması və tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 4-cü keçid, 5 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və satıldıqdan sonra evin bir ay müddətind ə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Rüstəmli) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı tərəfindən cavabdehə verilmiş əsas borc məbləği və ona hesablanmış faiz borcu qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə artıq cavabdehdən tutulub və tutma ipoteka ilə yüklü edilmiş evə yönəldilib. Cavabdeh tərəfindən iddia olunan borc məbləği qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, habelə ödənilməsi digər şəkildə gecikdirilə bilməz. Buna görə də iddiaçının xeyrinə tutulmuş həmin əsas borc məbləğinə görə yenidən faizin tələb edilməsi yolverilməz dir. Cavabdeh tərəfindən icra sənədinin, zaminlik müqaviləsinin hərracın nəticələrinin mübahisələndirilməsi, yəni qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edilməsi onun tərəfindən məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli boyun qaçırma kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddia rədd edilməlidir. Eyni zamanda iddia tələbi faizlərin tələb edilməsi hissəsində rədd edildiyindən iddia tələbi borcun ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi hissəsində də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnamə sinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və İ.Ə.Kərimli) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 9.911,25 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. İddiaçı kasasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul e dilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev sədrlik edən, məruzəçi, E.R.Vəliyeva və A.Ə.Abbasov) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması xahiş olunub. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, V.N.Sadıqov və F.F.Babayev) apelyasiya ş ikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi hazırkı apelyasiya baxışının predmeti olan hissədə, yəni “tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 4-cü keçid, 5 saylı evə yönəldilməsi, evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satıldıqdan sonra bir ay müddətində evin boşaldılması” tələblərinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddianın təmin olunub, tutmanın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 4-cü keçid, 5 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, evin satılmasından əldə olunan vəsait hesabına 9.911,25 manat borcun iddiaç ıya ödənilməsi və qalan vəsaitin Cavabdeh2 qaytarılması, evə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması və evin ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməsi qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddiaçının “Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması, əldə olunan vəsait hesabına banka olan borcun bağlanması, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılması” tələblərini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəti cəyə gəlmişdir; nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndində ipoteka ilə təmin olunan tələblərin həcmi “borcun əsas hissəsi, hesablanmış faizlər və cərimə, öhdəliklərin yerinə yetirilməməsi səbəbindən banka dəyən zərərlər” olaraq təsbit edilib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına qərar verilmiş 9.911,25 manatın ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına hazırkı iş üzrə banka ödənilməsinə qərar verilmiş 9.911,25 manat da ödənilməli, əmlak satıldıqdan sonra bir ay müddətində boşaldılmalı, əmlakın satışından əldə edilmiş vəsaitdən ümumi borc ödənildikdən sonra qalan vəsait Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2014-cü il tarixli qətnaməsi əsasında 600 000 manat müəyyənləşdirilidyindən və əsas qətnamə üzrə əmlak həmin qiymətlə hərraca çıxarılmalı olduğundan, hazırki iş üzrə fərqli nəticəyə gəlinməsi mümkün deyil və məhz həmin qiymət əsas götürülməklə əmlak açıq hərraca çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317, 319.1, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı “X7” Bakı filialının nümayəndəsi Tural Məmmədov və vəkili Xavər İsmayılova məhkəmə iclasında kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətin də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq norm alarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 10 fevral 2009-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 40.600 manat kredit verilib. Kredit öhdəliklərinin təminatı olaraq 10 fevral 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən digər Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 4-cü keçid, 5 saylı ev iddiaçının xeyrinə ipoteka qoyulub. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2012-ci il tarixli qətnaməsi ilə borclu Cavabdeh1 25 apr el 2012-ci il tarixə olan kredit borcu üzrə 55.246,09 manat, dövlət rüsumu üzrə 20 manat olmaqla, cəmi 55.226,09 manatın tutulub iddiaçıya verilməsi, tutulmanın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 4-cü keçid, 5 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi və satıldıqdan sonra bir ay müddətində evin boşaldılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsinin Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılmış hissəsi ilə müəyyən edilmişdir ki, “...hazırkı iş üzrə tərəflər arasında bağlanmış 10 fevral 2009-cu il tarixli müqavilənin müddəti 10 fevral 2011-ci il tarixdə bitib, borclu həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı “kreditin, faizlərin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət edib, müqavilədən irəli gələn mübahisələlərlə bağlı 28 iyun 2012-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunub, qətnamə ilə 29.366,67 manat əsas, 25.879,42 manat faiz borcu olmaqla cəmi 55.246,09 manat borcun tutulması qət edilib. Qətnamə əsasında yeni tələbkar borclu münasibətləri yaranıb ki, borclu həmin yekun məhkəmə aktı ilə də üzərinə qoyulmuş vəzifələri indiyədək yerinə yetirməyib. İşin qeyd olunan faktiki halları cavabdeh tərəfindən iddiaçının pulunun gecikdirilməsini təsdiq edir. Gecikmə dedikdə razılaşdırılmış vaxtda, yaxud xəbərdarlıq olunmasına baxmayaraq ondan sonra öhdəliliyin icra edilməməsi başa düşülür. Borclu kredit müqaviləsində nəzərdə tu tulmuş müddət ərzində, bu müddət başa çatdıqdan sonra da borcu ödəməmiş, həmçinin məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifələri də yerinə yetirməməklə borcun ödənilməsini gecikdirmişdir. Qanunvericilik öhdəliyin gecikməsində borclunun təqsirini müəyyən edir. Ümumi qayda ondan ibarətdir ki, borclu icranı gecikdirməyə görə məsuliyyət daşıyır. Yəni gecikmənin təqsir olmadan baş verməsinin sübut edilməsi borclunun üzərinə düşür, bu sübut edilmədəyi halda borclu öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. İşdən görünür ki, 28 iyun 2012-ci il tarixli qətnamədən irəli gələn məsələlərlə bağlı yenidən tərəflər arasında uzun sürən mübahisələr yaranıb, borclu ipoteka predmetinin ilkin satış qiymətinin 200.000 manat müəyyənləşdirilməsi ilə razılaşmayıb və əmlakın qiymətləndirilməsi haqqın da hesabatı, hərracın nəticələrini məhkəmədə mübahisələndirib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2014-cü il tarixli qətnaməsi ilə qiymətləndirmə haqqında hesabat, hərracın nəticələri ləğv olunub, həmin qətnamə ilə ipoteka predmetinin ilkin satış qiyməti 600.000 manat müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, ipoteka predmetinin qiyməti ilə bağlı sonrakı mübahisələr borcun ödənilməsinin gecikdirilməsinə görə borclunu məsuliyyətdən azad etmir. Çünki əvvəla, gecikmə 28 iyun 2012-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunduğu tarixdən əvvəl baş verib (buna baxmayaraq, hazırda tələbkar qətnamə qəbul olunduğu tarixdən gecikməyə görə faiz tələb edir). Həmin vaxtı borclunun ipoteka pre dmetini daha yüksək məbləğdə sataraq, borcu ödəmək imkanı olub. Bundan başqa, borclu məsuliyyətdən yalnız o halda azad oluna bilər ki, gecikmə qabaqcadan görülə bilməyən, ondan asılı olmayan hallarla bağlı olsun. Beləliklə, borcun ödənilməsinin gecikməsində borclunun təqsirinin olmadığı təsdiq olunmur. Əslində, borclu tərəf 2009-cu ildə krediti götürdükdən az müddət sonra öhdəliyi pozmağa başlayıb. Bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq olunur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən iddiaçı daha əvvəlki vaxtdan həmin faizi tələb edə bilərdi. Lakin hazırkı işdə iddiaçı məhkəmə qətnaməsi çıxan vaxtdan sonrakı tarixdən gecikməyə görə illik 5 faiz tələb edir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, öhdəliyin pozulmasından keçən on il müddət ərzində borcun qaytarılmamasında borclunun günahkar olmaması qənaəti ağlabatan olmayacaq və bunu əsaslandırmağa zərurət yoxdur. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən... “MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh ol unan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur.” Həmçinin, ipoteka saxlayan iddiaçı ilə ipoteka qoyan Cavabdeh2 və borcalanlar Tahir Hüseynov və Cavabdeh1 arasında bağlanmış 10 fevral 2009-cu il tarixli ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, mövcud müqavilə ilə “ipoteka predmeti” olan ipoteka qoyanın əmlakı, ipoteka saxlayanın ödəniş anına tələblərini tam şəkildə əhatə edir; buna borcun əsas hissəsi, hesablanmış faizlər və cərimə faizləri, ipoteka qoyan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ipoteka saxlayana dəyən zərərlər və həmçinin ipoteka saxlayan tərəfindən ipoteka predmetinə ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclər daxil edilir”. Apelyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh2 məxsus sözügedən evə tutmanın yönəldilməsi, evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satıldıqdan sonra bir ay müddətində evin boşaldılması tələblərini rədd etməklə hüququn tətbiq edilməsində səhvə yol verib, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb, həmçinin işin müəyyən edilmiş faktları ndan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndində ipoteka ilə təmin olunan tələblərin həcmi “borcun əsas hissəsi, hesablanmış faizlər və cərimə, öhdəliklərin yerinə yetirilməməsi səbəbindən banka dəyən zərərlər” olaraq təsbit edilib. Yuxarıda sadalanan maddələrin mənasına görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracd an satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasına qərar verilmiş 9.911,25 manatın ödənilməsini təmin etmək məqsədilə sözügedən evə tutma yönəldilməli, həmin ev hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına hazırkı iş üzrə iddiaçıya ödənilməsinə qərar verilmiş 9.911,25 manat da ödənilməli, satıldıqdan sonra bir ay müddətində ev boşaldılmalı və satış ından əldə edilmiş vəsaitdən ümumi borc ödənildikdən sonra qalan vəsait Cavabdeh2 qaytarılmalıdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2014-cü il tarixli qətnaməsi əsasında 600.000 manat müəyyənləşdirilidyindən və əsas qətnamə üzrə əmlak həm in qiymətlə hərraca çıxarılmalı olduğundan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı iş üzrə fərqli nəticəyə gəlinməsi mümkün deyil və məhz həmin qiymət əsas götürülməklə ev açıq hərraca çıxarılmalıdır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı “X7” Bakı filialının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli, 2(103)-8354/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2613/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2613/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver