Məhkəmə qərarları › İş №2(102)-2616/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2616/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2616/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2616/2022 (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021- ci il tarixli, 2(105)-3562/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh və İddiaçı 13 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 28 may 2014-cü ildə təvəllüdlü X4 anadan olmuşdur.

2. İddiaçı nikaha daxil olarkən iddiaçının yaşadığı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzillə köçmüş, tərəflərin ailə münasibətləri 2014-cü ilin fevral ayında pozularaq iddiaçı həmin yaşayış sahəsini tərk etmişdir.

3. Masallı Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanılmışlar.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 22 yanvar 2020-ci il tarixli arayışında qeyd etmişdir ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzillə bağlı hər hansı hüquqların qeydiyyata alınması barədə dövlət reyestrində məlumat aşkar olunmamışdır.

5. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 21 saylı Mənzil-Kommunal Sahəsinin verdiyi arayışlarda Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 1 saylı yataqxana, ev 4, 11 saylı mənzilə dair heç bir hüquqi sənəd olmadığını, mənzilin 38 kv.metr sahəyə malik olduğu, mənzildə Həsənov Mirəli Həmzə oğlu, arvadı X1, övladı Cavabdeh, gəlini X3 və nəvəsi X2 yaşadığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, onun 28 may 2014-cü il təvəllüdlü qızı Zəhra ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzilə (bundan sonra-mübahisəli mənzil) istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli 11 saylı mənzil Sumqayıt şəhəri, S.Vürğün küçəsi, 1 saylı yataqxana, 4 saylı binada yerləşir və cavabdeh həmin mənzildə qeydiyyatdadır. İddiaçı cavabdehlə 13 avqust 2013-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin vaxtdan bu mənzilə gəlin köçmüşdür və bu mənzildə ailə üzvü kimi yaşamaqla onlarla birgə təsərrüfat idarə etmişdir. Lakin 2014-cü ilin fevral ayında cavabdeh iddiaçını hamilə vəziyyətində aldadaraq bu mənzildən çıxarmışdır, buna b axmayaraq, onun bəzi əmlakları hələ də həmin mənzildədir. 28 may 2014-ci il tarixdə onların birgə nikahdan Zəhra adlı bir qızları anadan olmuşdur. Lakin uşaq iddiaçının keçirdiyi stres və əsəblərdən dolayı psixoloji inkişafın pozulması diaqnozu ilə dəfələrlə xəstəxanalarda stasionar şəraitdə müalicələr almış, cavabdeh uşağın xəstə olduğunu bilərək onlara sahib çıxmamış və nikahın pozulması barədə Masallı Rayon Məhkəməsində iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin 21 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv olunmuşdur. İddiaçı mübahisəli mənzildən çıxan vaxtdan kirayələrdə yaşayır. Həmin mənzil yataqxana olmaqla dövlət fondundadır. İddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur, hazırkı vaxta qədər valideynlərinin maddi dəstəyi ilə mənzil kirayə ha qlarını ödəmişdir, lakin artıq buna imkanı yoxdur. Buna görə də iddiaçı istifadə hüququ əldə etdiyi və yaşadığı mənzilə hüququnun tanınmasını və ora köçürülməsini istəyir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 7 fevral 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilmiş, İddiaçı 28.5.2014-cü il təvəllüdlü X4 adlı uşağı ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi 1 saylı Yataqxana, ev 4 mənzil 11-də yaşayıb-yaşamaması barədə 21 saylı MKS-nin sahə ustası X5 apardığı sorğu zamanı şahidlər İddiaçı xx.xx.2013-cü ildən 2 014-cü il tarixə kimi orada gəlin olub və orada yaşamasını şifahi olaraq təsdiq ediblər, lakin akta imza etmələrinə etiraz ediblər. Ona görə də akt tərtib olunmamışdır. H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi 1 saylı yataqxana bina 4, mənzil 11-ə dair heç bir hüquqi sənəd yoxdur. Bina 2007-ci il tarixdən 21 saylı MKS-nə təhvil verilib, həmin gündən 11 saylı otaqda Həsənov Mirəli Həmzə oğlu, X1, Cavabdeh, X3 və X7 yaşayır. Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzilin qeydiyyata alınması barədə dövlət reyestrində məlumat aşkar olunmamışdır.

10. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin yaşadıqları mənzilin daşınmaz əmlakın dövlət reyestrində rəsmi olaraq hər hansı bir şəxsin adına qeydə alınmaması hüquqi olaraq iddiaçının və onu n azyaşlı uşağının həmin mənzilə istifadə hüququnun tanınmasını istisna etsə də, sonuncuların bu mənzilə köçürülməsinə maneçilik törətmir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinin 2-ci hissəsinə, Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinadla əsaslandırıb. B) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məru zəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-2731/2020) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(060)549/2020 nömrəli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmuş, bu hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin olunması, İddiaçı 28 may 2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnaməni Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Hal buki, istər Mülki Məcəllənin 228-ci, istərsə də Mənzil Məcəlləsinin 30-cu maddələri mülkiyyətdə olan yaşayış sahələrinə dair münasibətləri tənzimləyir. Qeyd edildiyi kimi mübahisəli yaşayış sahəsi yataqxanadır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəyə məhz Mənzil Məcəlləsinin yataqxanalarla bağlı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndlərinə, 43-cü maddəsinin 1-ci bəndinə, Mənzil Məcəlləsinin 5, 91.1, 91.1.2, 91.2, 93, 99, 104.1-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi yataqxanada yerləşir və bu sahə ilə bağlı hər hansı şəxslə kirayə müqaviləsi bağlanmamışdır. Başqa sözlə, mübahisəli yaşayış sahəsi ilə bağlı tərəflərin hüquqları bərabərdir və iddiaçının 2013-cü ildə nikahdan sonra oraya köçürülməsi, sonradan isə bu və ya digər səbəbdən cavabdeh tərəfindən oradan çıxarılması qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə ziddir. Mübahisəyə bu baxımdan yanaşıldıqda isə həmin mübahisəli yataqxana otağına köçürülməsi barədə İddiaçı iddiasının əsaslı olması şübhə doğurmur.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin mübahisəli otaqda cavabdehin valideynlərinin, onun yeni həyat yoldaşının və uşağının yaşaması, tərəflər arasındakı münasibətlərin pis olması, ailə münasibətlərinə xitam verilməsi faktından, yəni hüquqdan suiistifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Mənzilin darısqallığı barədə cavabdehin apellyasiya şik ayətinin dəlili də əsasızdır, çünki işdən görünür ki, yaşayış sahəsi 1 otaqlı (faktiki isə 2 otaqlı) olsa da, sahəsi 38 kv.metrdir və iddiaçının oraya köçürülməsi Mənzil Məcəlləsinin 104.1-ci maddəsinə uyğundur. C) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2(105)-2731/2020 nömrəli qətnaməsinin iddiaçının iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı 2014-cü ilin fevral ayında könüllü olaraq mübahisəli yaşayış sahəsini tərk etmiş, özünə məxsus olan bütün əşyaları özü ilə aparmışdır. İddiaçı uzun müddət ərzində başqa ünvanda yaşamış, yalnız 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə istinadı əsassız olmuşdur. Həmçinin apellyasiya instansiya məhkəməsi mübahisəli yaşayış sahəsində cavabdehin 6 nəfərdən ibarət ailəsinin yaşamasını nəzərə almamışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 9 avqust 2021-ci il tarixli, 2(102)-3383/2021 nömrəli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

19. Kassasiya instansiyası m əhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki: «iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 91, 93, 99, 104.1-ci maddələrinə istinad etmişdir.

20. Lakin məhkəmə nəzərə almamışdır ki, mübahisələndirilən yaşayış sahəsi yataqxanada yerləşsə də, cavabdehlə Mənzil Məcəlləsinin 98.1 və 99-cu maddələrinə uyğun xüsusi təyinatlı yaşayış sahələrinə dair kirayə müqaviləsi bağlanmamışdır.

21. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi cavabdehin və ya onun ailə üzvlərinin mübahisələndirilən yaşayış sahəsində nə vaxtdan və hansı əsaslarla yaşamaları ətrafında araşdırma aparmamışdır. Halbuki, həmin hal hazırkı mübahisəyə tətbiq olunacaq maddi hüquq normasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh özü mübahisələndirilən yaşa yış sahəsindən qanunla müəyyən olunmuş kirayə müqaviləsi əsasında istifadə etmədiyi halda, hazırkı mübahisəyə qanun və ya hüquq analogiyasına uyğun olaraq başqa maddi hüquq normalarının tətbiqi müzakirə olunmalıdır.»

22. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsinin hər hansı şəxsin adına qeydə alınmaması əsası ilə iddiaçının da cavabdehlə həmin sahəyə hüquqların bərabər olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyinin qanuni əsası yoxdur.

23. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə hazırkı tələblərə tətbiq olunması üçün ümumi norma olan Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə iddiaçının mübahisələndirilən mənzilə köçürülməsi üçün əsas yalnız o halda müəyyən oluna bilər ki, onun yaşadığı sahədən məhrum e dilməsi qanunsuz olsun.

24. Lakin hazırkı işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının 2014-cü ildə mübahisələndirilən sahədən çıxarılmasının şəraiti və səbəbləri, onun uzun müddət ərzində harada yaşaması, başqa yaşayış sahəsinə malik olub-olmaması, bu müddətdə göstərilən sahəyə köçməyə cəhd edib-etməməsi və onun yaşayış sahəsindən məhrum etmənin qanuni olub-olmamasının müəyyən edilməsi üçün zəruri olan sair məsələlər araşdırılmamışdır. D) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)3562/2021 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7 fevral 2020-ci il tarixli qətnaməsi qismən, mənzilə köçürülmə hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki: «Mübahisəli yaşayış sahəsi yataqxanada yerləşir, tərəflərin izahatı ilə də müəyyən edilir ki, yataqxana icra hakimiyyətinin balansındadır, bu sahə ilə bağlı hər hansı şəxslə kirayə müqaviləsi bağlanmamışdır. Yaşayış sahəsinin ümumi sahəsi 38 kv.metrdir. Hazırda isə mənzildə 6 nəfər yaşayır. Göründüyü kimi, yaşayış sahəsi yalnız 6 nəfərin yaşayışı üçün əlverişlidir.

27. İş materiallarından müəyyən edilir ki, Həsənov Mirəli Həmzə oğlu, X1, Cavabdeh, X3 və X6 2007-ci il tarixindən qeyd edilən yaşayış sahəsində yaşayırlar.

28. Lakin onların həmin yataqxana otağında hansı əsaslarla yaşaması məlum deyildir.

29. İş materiallarında mübahisəli yaşayış sahəsinin Cavabdeh verilməsi barədə hər hansı müqavilə mövcud deyildir. Onun yaşayış sahəsinə dair hər hansı hüququnun olmasına dair müqavilə də mövcud deyildir.

30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

31. Hazırki işdə iddiaçının qeyd edilən yaşayış sahəsinə köçürülməsi üçün əsas yalnız o halda müəyyən edilə bilər ki, iddiaçı yaşadığı sahədən qanunsuz məhrum edilsin.

32. Bununla da tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər 2013-cü ildə nikaha girərək qeyd edilən yaşayış sahəsində yaşamışlar, iddiaçı 2014-cü ilin fevral ayına kimi həmin yaşayış sahəsində yaşamış, oradan çıxaraq atası evinə getmiş, həmin vaxtdan rayonda nənə-baba evində, sonra kirayədə qalmışdır.

33. Göründüyü kimi iddiaçının mübahisəli yaşayış sahəsindən 2014-cü ilin fevral ayında öz istəyi ilə getməsi, rayonda baba-nənə evində yaşaması, daha sonra Sumqayıt şəhərində kirayədə yaşaması müəyyən edilir.

34. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli yaşayış sahəsindən 2014-cü ilin fevral ayında çıxmış, tərəflər arasında nikah 2016-cı ildə pozulmuş, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası iddiaçının 2014-cü ilin fevral ayında mübahisəli evi tərk etməsini, 5 ildən çox müddətdə həmin yaşayış sahəsində yaşamamasını və bu müddət ərzində yaşayış sahəsində yaşamaq üçün hər hansı cəhd etməməsini, bundan əlavə, bu müddət ərzində başqa yerdə yaşamasını onun qeyd olunan evdə yaşamaq niyyətinin olmaması, onun yaşayış sahəsindən birdəfəlik getməsi kimi qiymətləndirir.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələbini qismən təmin edərək iddiaçının yaşayış sahəsinə köçürülməsi barədə səhv nəticəyə gəlmişdir.»

37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə, Mənzil Məcəlləsinin 91, 93, 99, 104.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarix li qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən mübahisəyə düzgün qiymət verməmiş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1, 91.1.2, 91.2-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası iddiaçının 2014-cü ilin fevral ayında mübahisəli evi tərk etməsini, 5 ildən çox müddətdə həmin yaşayış sahəsində yaşamamasını və bu müddət ərzində yaşayış sahəsində yaşamaq üçün hər hansı cəhd etməməsini, bundan əlavə, bu müddət ərzində başqa yerdə yaşamasını onun qeyd olunan evdə yaşamaq niyyətinin olmaması, onun yaşayış sahəsindən birdəfəlik getməsi kimi qiymətləndirmiş və iddiaçının iddia tələbinin bütünlüklə rədd edilməsi qənaə tinə gəlmişdir. Məhkəmənin bu yanaşması düzgün olmamışdır. İddiaçı mübahisəli mənzili könüllü deyil, cavabdehin məcburiyyəti nəticəsində tərk etmişdir. 31.1.2014-cü ildə cavabdeh iddiaçını həmin mənzildə hamilə vəziyyətdə döyərək ona az ağır xəsarət yetirmiş, cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi qaldırılmış və Sumqayıt Şəhər Məhkəməsində həmin işə baxılarkən iddiaçı barışıq verdiyi üçün cinayət işinə xitam verilmişdir. Bu hadisə nəticəsində iddiaçının sağ incik sümüyünün sınığı olmuş və o bu xəstəliklə bağlı bir müddət stasionar müalicə almış, yataq vəziyyətində olmuşdur.

40. Bundan başqa iddiaçının xx.xx.2014-cü ildə Zəhra adında bir qızı olmuş, lakin uşaq psixoloji inkişafın pozulması və autizm xəstəliyindən əziyyət çəkdiyi üçün və səhhətində yaranmış problemlərlə bağlı iddiaçı özü və uşağı bir neçə il müalicələr qəbul etmişlər. İddiaçı mübahisəli yaşayış sahəsini daimi olaraq tərk etməmiş və onun bütün əmlakları həmin mənzildə olmuşdur. İddiaçı sonradan mübahisəli mənzilə köçərək bir müddət orada yaşamış, lakin təkrarən cavabdeh və onun atası M.Həsənov iddiaçını xəstə qızı ilə həmin yaşayış sahəsindən çıxarmışdır. İddiaçının başqa bir daimi yaşayış yerinin olması məhkəmədə öz təsdiqini tapmadı və müəyyən olundu ki, iddiaçı cavabdehlər tərəfindən qovulduğu üçün kirayədə yaşamaq məcburiyyətində qalmışdır, adında başqa bir daimi yaşayış yeri və mənzili yoxdur. Lakin məhkəmə bu halları nəzərə almamış və iddiaçının öz xoşu və istəyi ilə mənzili tərk etməsini, bununla da həmin mənzildə yaşamaq niyyətində olmamasını qətnamədə qeyd e tmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

42. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

43. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

45. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Maddə 91.1 və 91.1.2 Yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Maddə 91.2 Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

37. Maddə

93. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşamas ı üçün nəzərdə tutulur. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir.

38. Maddə

99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatl ı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 104.1 yataqxan alarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 41 8.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya baxışının hədləri

47. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

48. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasını tələb edilməsinə baxmayaraq, işin hallarından görünür ki, iddiaçı iddia tələbində “istifadə hüququnun tanınması və köçürülməsi”ni tələb etmiş, birinci instansiya məhkəməsi onun iddiasını qismən təmin edərək mənzilə köçürülməsi tələbi təmin olunmuş, mənzildən istifadə hüququnun tanınması tələbi rədd olunmuşdur. İddiaçı tələbinin təmin olunmayan hissəsindən şikayət verməmişdir. Buna görə də iddiaçının hazırki kassasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın “mənzilə köçürülməsi” hissəsinin rədd olunma sı hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası ilk növbədə kassatorun mənzildən zorla çıxarılmasına dair kassasiya şikayətinə əlavə etdiyi sübutlarla (Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü) bağlı qeyd edir ki, bu sübutlar məhkəmələrə əvvəllər təqdim olunmamışdır. MPM-nin 372.2-ci maddəsi nə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

53. MPM-nin 380.1-ci maddəsində deyilir ki, tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

54. Nəhayət, sübutlara qiymət verilməsi kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid deyildir.

55. İş üzrə hüquqi məsələlərə giriş olaraq qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 2 və 8-ci maddələrinin təhlili onu demə yə əsas verir ki, yaşayış sahəsindən istifadə hüquqları müqavilə və (və ya) Məcəllənin 8-ci maddəsində müəyyən olunmuş əsaslar olduqda yaranır.

56. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən araşdırılmalı olan məsələlərdən biri, istifadə hüququ tanınması tələb olunan yerin hüquqi statusudur. Çünki mənzil fondu Mənzil Məcəlləsində özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Baxılan işdən görünür ki, mənzil yataqxanadır və Mənzil Məcəlləsinin 91-ci maddəsində yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir.

57. Qanunun tə ləblinə görə yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (Məcəllənin 93.1-ci maddəsi). İddiaçının yaşayış sahəsinə köçürülməsinə haqq qazandıran bu əsaslar mövcud deyildir. Buna görə də kassatorun qeyd etdiyi dəlillər - mübahisəli mənzili könüllü deyil, cavabdehin məcburiyyəti nəticəsində tərk etməsi, əmlakların həmin mənzildə olması, başqa bir daimi yaşayış yerinin olmaması – iddianın təmin olunması üçün həlledici dəlillər deyildir.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 2(105)3562/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar