Məhkəmə qərarları › İş №2(102)-2618/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2618/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2618/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)6292/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 10 oktyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ilə "xxxx" ASC ümumi məbləğ 75500 manat, avadanlığın dəyəri 120000 manat olan 1 ədəd “Mercedes Benz G55” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 34 ay müddətinə, lizinq ödənişi 26% olmaqla, İddiaçı lizinqə verilmişdir.

2. İddiaçı 20 dekabr 2018-ci il tarixli razılaşma ilə həmin avtomobili "xxxx" MMCnin istifadəsinə vermişdir. "xxxx" ASC Azadlıq filialı 01 yanvar 2019-cu il tarixli etibarnamə ilə sözügedən avtomobilin istifadə və idarə edilməsini "xxxx" MMC-yə etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. 3. "xxxx" MMC 02 yanvar 2019-cu il tarixli, 05 nömrəli avt onəqliyyat vasitəsinin icarəsi müqaviləsi ilə “Mercedes Benz G55” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 yanvar 2019-cu il saat 17:55-dən 06 yanvar 2019-cu il saat 19:00dək hər günü 250 manat olmaqla, Cavabdeh müvəqqəti istifadəsinə vermişdir.

4. Cavabdeh istifadəsində olduğu müddətdə avtomobilin mühərriki sıradan çıxmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən mülkiyyətində olan “Mercedes G55” minik markalı avtomobilə vurduğu maddi zərərə görə 17985 manatın, avtomobilin lizinqinə görə "xxxx" ASC-yə ödənilmiş 9488,25 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 27503,25 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə icarəyə verilmiş “Mercedes-Benz G55” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda qalmış, servisə gətirilərkən isə məlum olmuşdur ki, mühərrik sıradan çıxmışdır. Səbəb kimi cavabdeh tərəfindən avtomobil idarə edilən müddət ərzində mütəmadi olaraq kobud surətdə texniki şərtləri və istismar qaydalarının pozulması, avtomobilin düzgün istifadə edilməməsi göstərilmişdir. Mütəxəssis rəyinə və qüsur aktına əsasən bunun nəticəsində avtomobilinə 17985 manat məbləğində maddi ziyan dəymişdir. Həmin tarixdə iddiaçı cavabdehi hadisə ilə bağlı söhbət aparmaq üçün ofislərinə dəvət etmək i stədikdə, telefon əlaqəsi yaradaraq məsələni izah etmiş, lakin, sonuncu çox sərt və kobud şəkildə bildirmişdir ki, dəyən ziyanı ödəməyəcək. Hələ bu azmış kimi telefon söhbəti əsnasında bildirmişdir ki, “Öz maşınlarımı da belə sürürəm, 2 dəfə maşınımın motorunu dağıtmışam. Mən qəsdən o cür sürüb zövqünü çıxarmaq üçün 5.5 motor Gelendvaqeni götürmüşəm. Gedib hara istəyirsiz şikayət edin, mənə heç kəs bata bilməz”. Bununla avtomobil sertifikatlı kompüter diaqnostikası ilə yoxlanılmış və mütəxəssislərin iştirakı ilə baxış keçirilərək “VEV” avtoservis tərəfindən bu barədə ətraflı arayış verilmişdir. Müəyyən edilmişdir ki, avtomobil yüksək sürətlə mütəmadi olaraq idarə edildiyindən, mühərriki stabil sürətlə deyil, tez-tez sürət qaldırıb-endirdiyindən, istifadə edilən benzinin keyfiyyətsiz olmağı, mühərrikin kompressorunu gücə salmış, nəticədə mühərrikin fəsadları ekran tablosunda öz əksini göstərmişdir. Buna baxmayaraq avtomobili idarə edən şəxs tabloya nəzarət etməyərək, sürətlə istifadəsinə davam etdiyindən, mühərrik yüksək surətdə sıradan çıxmışdır. Bundan başqa “Geotek” naviqasiya sistemindən də alınan çıxarışla müəyyən olunur ki, 01xx.xx.2019-ci il tarixlərində avtomobilin istismarı zamanı surət həddi 76 dəfə aşaraq mütəmadi qaldırılmış və GPS hesablamasının göstəricilərinə əsasən orta sürət həddi 130 km/s, yuxarı sürət həddi isə 183 km/s olmuşdur. Dəfələrlə cavabdehdən tələb edilsə də, cavabdeh vurulmuş zərəri ödəməmişdir. Avtomobilə görə "xxxx" ASC-yə hər ay 3162,75 manat məbləğində lizinq ödənişini həyata keçirir. Avtomobil gündəlik icarəyə verildiyindən aylıq lizinq öd ənişi icarəsinin hesabına təmin olunurdu. Lakin, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yararsız hala düşdüyündən iddiaçı lizinq ödənişini şəxsi vəsaiti hesabına ödəmək məcburiyyətində qalmışdır və 9488,25 manat əlavə ziyana düşmüşdür.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(011)5369/2019 nömrəli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova) iddia təmin edilmiş, Cavabdeh 27023,25 manat pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin idarə etdiyi avtomobilin surət həddinin tez-tez qaldırılıb endirilməsi nəticəsində avtomobil hərəkətini dayandırmış, sonradan mütəxəssislər tərəfindən avtomobil kompü ter diaqnostikasından keçirilmiş, avtomobilin mühərrikinin yüksək surətdən sıradan çıxdığı müəyyən edilmişdir. Avtomobilin cavabdeh tərəfindən yüksək surətlə idarə edilməsi “GeoTekBS” naviqasiya sistemindən sürmə stili hesabatında” qeyd edilmiş məlumatlarla təsdiqini tapır. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, “Mercedes Benz” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 17535 manat təşkil edir.

9. Avtomobil lizinq müqaviləsi əsasında iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş və həmin müqavilənin şərtlərinə görə avtomobilin lizinqinə görə "xxxx" ASC-yə 9488,25 manat ödənilmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, “MercedesBenz” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaç ı tərəfindən hər günü 250 manat olmaqla icarəyə verilmişdir. Avtomobil 59 gün müddətində təmirdə olmuşdur. Həmin müddətdə iddiaçı avtomobildən əldə etdiyi faydadan məhrum olunduğu halda "xxxx" ASCyə 9488,25 manat məbləğində lizinq ödənişlərini ödəmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2, 386.1 və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(011)- 5369/2019 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilmə sini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(103)-4233/20 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovanın və E.M.Həsənovun iştirakı ilə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(011)- 5369/2019 nömrəli qətnaməsinin maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməsi, İddiaçı avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün Cavabdeh tutulmalı olan ziyanın məbləğinin 6363 manat, ziyanın ümumi məbləğinin isə 23898 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası m əhkəməsi Mülki Məcəllənin 21, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və haqlı olaraq ekspert rəyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə avtomobilə dəymiş zərərin əvəzi olaraq 17535 manat məbləğində pul vəsaiti tutmuşdur.

14. Bununla belə, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi avtomobilə cavabdeh tərəfindən zərərin vurulması nəticəsində iddiaçının avtomobildən istifadə etmək və gəlir əldə etmək imkanından məhrum olduğu üçün cavabdehdən 9488,25 manat pulu tutulması nəticəsinə gəlməkdə səhvə yol vermişdir.

15. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 06 mart 2019-cu il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin balansında olan 2011-ci il buraxılışlı “Mercedes Benz G55” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 yanvar 2019-cu il tarixdə servisə daxil olmuş, avtomobilin mühərriki təmir olunduqdan sonra 06 mart 2019-cu il tarixdə işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan Mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən lizinq müqaviləsi üzrə 06 fevral 2019-cu il tarixdə 3163 manat, 29 mart 2019-cu il tarixdə isə 3200 manat məbləğində ödənişlər edilmişdir. Beləliklə, iddiaçıya məxsus avtomobil iki ay ərzində təmir edilməsi ilə bağlı avtoservisdə olmuş və həmin müddət ərzində iddiaçı banka ümumi məbləği 6363 manat olmaqla iki ayın ödənişini etmişdir.

16. Apellyasiya şikayətinin iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə suby ektiv hüququnun olmaması dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC Azadlıq filialı ilə İddiaçı arasında avtomobilin lizinqə verilməsinə dair lizinq müqaviləsi bağlanılmışdır. İddiaçı avtomobilin sahibi olmuş və onun hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ mövcuddur.

17. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh avtomobilə məhz onun tərəfindən deyil, başqa şəxs tərəfindən ziyan vurulmasını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə Nərimanov rayon Polis İdarəsində verdiyi ifadəsində sözügedən avtomobil ilə Quba rayonuna doğru hərəkət edən zaman yolda anidən avtomobilin dayandığını və avtomobili idarə etmənin mümkün olmadığını bildirmişdir. c) Kassasiya instansiyası məhkəməsində bir inci icraat

18. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(103)-4233/20 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(102)-1205/20 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və İ.R.Xələfovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(103)-4233/20 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında müqavilə bağlanmamış, dola yısı ilə onlar arasında müqavilə münasibətləri mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi haqqında qətnaməsini qüvvədə saxlayarkən Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş və zərər dəymiş əşyanı iddiaçının avtomobili kimi qiymətləndirmişdir. Halbuki, sözügedən avtomobil üzərindəki mülkiyyət hüququ "xxxx" ASC-yə məxsusdur. İddiaçı avtomobili müqavilə əsasında bankdan lizinqə götürmüş, başqa bir razılaşma ilə maşını "xxxx" MMC-nin istifadəsinə vermişdir. Həmin nəqliyyat vasitəsi Cavabdeh müvafiq icarə müqaviləsi əsasında "xxxx" MMC tərəfindən verilmişdir.

21. Kassasiya məhkəməsi bildirmişdir ki, mülki hüquq pozuntu (delikt) əsası ilə tələb irəli sürməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdehin əməli (hərəkət və ya hərəkətsizliyi), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsin şəxsiyyət haqlarına və ya əmlakına dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, MM-in 1097.1-ci maddəsindəki “şəxsin əmlakına zərər vurulması”na dair dispozisiya şərti bu iş üzrə lazımi qaydada araşdırılmalı, bu kontekstdə Cavabdeh iddia olunan hərəkətləri nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin İddiaçı tərəfindən tələb edilməsi imkanına müvafiq hüquqi qiymət verilməli, bu hüququn söykəndiyi maddi hüquqi əsaslar və normalar göstərilməlidir.

22. Bundan əlavə, "xxxx" MMC-nin verdiyi 11 yanvar 2019-cu il tarixli arayışda avtomo bilin yüksək sürət həddinin 01 yanvar 2019-cu il tarixə qədər olduğu göstərilmiş, digər arayışda isə həmin sürət həddinin aşılmasının 01 yanvar 2019 və 07 yanvar 2019-cu il tarixə aid olduğu göstərilir ki, bu hal özlüyündə ziddiyyətli olmuş, məhkəmələr tərəfindən bu hal araşdırılmamış, nəzərə alınmamışdır ki, avtomobil 02 yanvar 2020-ci il tarixdən saat 17:55-dən cavabdehin istifadəsinə verilmişdir. Belə olan halda, maşının cavabdehin istifadəsinə verilməmişdən əvvəlki dövrə aid olan surət həddinin və nasazlıqların cavabdehə aidiyyəti müəyyən edilməmişdir. Bundan əlavə, cavabdeh tərəf “VEV” avtoservis tərəfindən verilmiş GeotekBS naviqasiya sistemində olan çıxarışı mübahisəli hallar üzrə düzgün nəticəyə gəlmək üçün mötəbər sübut kimi qəbul oluna bilməyəcəyini, həmin mütəxəssis rəyinin veri lməsinə görə hər hansı məsuliyyətin müəyyən olunmadığını bildirərək, bu xüsusat üzrə müvafiq ekspertizanın keçirilmədiyinə istinad etmişdir.

23. Kassasiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin düzgün həlli üçün hər iki tərəfin dəlilləri yoxlanılmaqla həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, bu məqsədlə avtomobildən istifadə ilə bağlı texniki sualların ixtisaslı şəxslərin rəyi ilə cavablandırılması üçün müvafiq məhkəmə ekspertizası keçirilməli, toplanmış məlumatlar və sübutlar birlikdə qiymətləndirilməli, sübutlara və işdəki ziddiyyətli məlumatlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməli, o cümlədən lizinqdə olan avtomobilin sığortası, sığorta təminatının bu zərəri əhatə edib-etmədiyi və mübahis ənin düzgün həlli üçün əhəmiyyəti olan digər hallar araşdırılmaqla, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə çıxarılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)6292/2021 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və M.A.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019cu il tarixli, 2(011)- 5369/2019 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh 12892,00 manat pul vəsaitinin dəymiş maddi zərərin əvəzi olaraq İddiaçı Asif oğlunun xeyrinə tutulması, iddianın qal an hissədə təmin edilməməsi qət edilmişdir.

25. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş kompleks məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizalarının 28 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" şirkətinin 15 yanvar 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Mercedes G55” markalı **AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12892,00 manat müəyyən edilir. Ekspertiza qarşısında qoyulmuş digər sual üzrə ekspert tərəfindən tədqiqat aparılmamışdır (yol-nəqliyyat hadisəsinin iştirakçısı olmayan nəqliyyat vasitəsində nasazlığın müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertizası nın tədqiqat obyekti olmadığı əsası ilə).

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mülki mübahisənin həlli zamanı ilk növbədə İddiaçı bu iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. İş materialları ilə müəyyən olunur ki, “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçılə avtomobilin mülkiyyətçisi olan "xxxx" ASC arasında bağlanmış daxili Lizinq müqaviləsi əsasında iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə, avtomobilin təsadüfən zədələnməsi və ya məhv olması ilə bağlı bütün risklər Lizinq alana aid edilmiş, lizinq obyekti zədələndikdə onu öz hesabına dərhal təmir etmək və normal iş rejimində saxlamaq onun vəzifəsi kimi müəyyən edilmişdir. İşin mübahisəsiz halı ilə o da müəyyən edilmişdir ki, iddiaçı lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq, avtomobili öz hesabına təmir etdirmiş və təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə gətirmişdir. Lizinq müqaviləsindən irəli gələn hüquqlarla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hüquqlar yalnız müqavilədə nəzərdə tutulduğu kimi lizinq obyektindən lizinq alanın istifadə və sahiblik hüququ ilə məhdudlaşmır, həmçinin lizinq alanın lizinq obyektini öz mülkiyyətinə qəbul etməsi ilə bağlı gözləntilərini də əhatə edir. Bu mənada, lizinq müqaviləsi əsasında yaranmış hüquqlar daha geniş anlamda lizinq alanın “mülkiyyəti” kimi nəzərdən keçirilməlidir.

27. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə İddiaçı “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətç isi olmasa da, həmin avtomobillə bağlı lizinq müqaviləsi əsasında əldə etdiyi hüquqlar Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından qorunmalı olan mülkiyyət kimi dəyərləndirilməlidir. Bu səbəbdən, İddiaçı lizinq müqaviləsi əsasında müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş avtomobilə dəymiş zərərin əvəzini tələb etməyə subyektiv hüququ olmuşdur.

28. İddianın əsaslılığının yoxlanılması məqsədilə aydınlaşdırılmalı olan ikinci məsələ “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin yetirilibyetirilmədiyinin, yetirildiyi halda dəymiş zərərin məbləğinin müəyyən edilməsidir. Bununla bağlı məhkəmə göstərmişdir ki, “Mercedes G55” markalı 90-AR027 dövlət qeydiyyat nişanlı avtomobil 06 yanvar 2019-cu il tarixdə cavabdeh tərəfi ndən idarə edilərkən mühərrikin dayanmasını və sonradan ixtisaslaşdırılmış servis tərəfindən aparılan müayinə zamanı avtomobilin mühərrikinin sıradan çıxdığı müəyyən edilməsini tərəflər mübahisələndirməmişlər.

29. Apellyasiya məhkəməsində keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə avtomobilə dəymiş zərərin məbləği köhnəlmə faizi nəzərə alınmaqla 12892,00 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilən ekspert rəyinin avtomobilin əvvəllər aparılmış müayinələri nəticəsində tərtib edilmiş aktlar nəzərə alınmaqla tərtib edilməsini, rəydə avtomobilin 2011-ci il buraxılışlı olmaqla köhnəlmə faizinin nəzərə alınmasını, habelə ekspert tərəfindən tədqiqat aparılarkən bazar qiymətləri ilə bağlı rəsmi məlumat mənbələrinə istinad olunmasını nəzərə alaraq həmin rəyin əmtəəşünaslıq ekspertizasının aparıl masına dair hissəsini mötəbər sübut kimi qəbul etmişdir.

30. Digər aydınlaşdırılmalı məsələ “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş veribvermədiyinin müəyyən edilməsidir. İş materiallarında olan təhvil-təslim aktından müəyyən edilir ki, avtomobil "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilərkən heç bir texniki nasazlığı olmamış, avtomobil işlək vəziyyətdə olmuşdur. Həmçinin, iş materialları və tərəflərin izahatları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, avtomobil 06 yanvar 2019-cu ildə Cavabdeh tərəfindən idarə edilən zaman xarab olmuşdur. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayış və ona əlavə edilmiş hesabat cədvəlindən müəyyən olunur ki, Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh istifadəsində olduğu müddətdə, yəni 02 yanvar 2019-cu il saat 17.55-dən xx.xx.2019-cu il tarixədək olan dövrdə, ümumilikdə 42 dəfə sürət həddi aşılmış, avtomobilin Bakı-Quba yolunda mühərrikinin sıradan çıxdığı vaxt sonuncu dəfə sürət həddi isə 183 km/saat olmuşdur. Qeyd edilən arayışın sübut kimi mötəbərliyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, avtomobillərin istismarına nəzarət ilə bağlı onlara GPS sistemlərinin quraşdırılması geniş tətbiq olunan bir praktikadır. İnternet azad informasiya mənbələrində qeyd olunan məlumatlardan görünür ki, GPS izləmə sistemi – avtomobil və bütün növ nəqliyyat vasitələrini izləmək və onlara nəzarət etmək üçün istifadə olunan texnoloji vasitədir. GPS idarə olunan peyk sistemi olmaqla, hər hansı bi r obyektin yerinin dəqiq təyin olunması üçün istifadə olunur və GPS cihazı vasitəsi ilə dünyanın istənilən nöqtəsində obyektlərin hərəkət sürətinin təyin olunmasına imkan verir. Müasir dünyada GPS-dən həm dövlət sektoru, həm də biznes sektoru geniş istifadə edir. Belə ki, şirkətlər öz avtomobillərinə, tikinti texnikasına və digər nəqliyyat vasitələrinə GPS cihazları quraşdıraraq, öz avtoparklarını tam nəzarətdə saxlamış olurlar. GPS izləmə sistemi vasitəsilə avtomobilin yerləşdiyi dəqiq ünvana, sürətinə, qət etdiyi məsafəyə, sürücünün davranışına, avtomobilin təhlükəsizliyinə, mühərrikin yağına, avtomobilin yanacağına, təkərlərin təzyiqinə və s. parametrlərinə nəzarət etmək mümkündür. GPS sistemi avtomobillərin istismarı ilə bağlı yuxarıda göstərilən texniki xarakterli məlumatların mərkəzi məlumat bazasına ötürülməsi yolu ilə onlara nəzarət etməyə imkan verir. Qeyd edilənlər bu qənaətə gəlməyə əsas verir ki, “Mercedes G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsində olduğu müddətdə həmin avtomobildə quraşdırılmış GPS naviqasiya sistemi ilə qeydə alınmış və iş materiallarına əlavə edilmiş həmin avtomobilin yerləşmə məkanı və sürət hədləri ilə bağlı məlumatlar mötəbər sübut növü kimi qəbul edilməlidir.

31. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, həmin hesabatda avtomobilin sonuncu dəfə Bakı-Quba-Rusiya yolunda olması göstərilmişdir. Həm iddiaçı, həm də cavabdeh avtomobilin həqiqətən də, sonuncu dəfə Bakı-Quba yolunda cavabdeh Quba istiqamətində hərəkət edərkən xarab olduğunu bildirmişlər. Göründüyü ki mi, həmin hesabatdakı avtomobilin yerləşdiyi məkanla bağlı məlumat iş materiallarındakı digər sübutlarla təsdiqini tapır.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin məlumatlar avtomobilə quraşdırılmış ötürücü vasitəsilə avtomatlaşdırılmış qaydada məlumat bazasına ötürülməklə əldə edildiyindən, bu məlumatların həqiqiliyini müəyyən edilməsi üçün xüsusi biliyə ehtiyac qalmır, bu səbəbdən ekspertizanın keçirilməsinə də zərurət yoxdur.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, avtomobilin 06 yanvar 2019-cu ildə idarə edilməsi zamanı onda baş vermiş texniki nasazlığın səbəblərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilsə də, həmin halın müəyyən edilməsinin yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığı əsası ilə sual üzrə tədqiqat aparılmamış, nəticədə həmin sualın cavablandırılması mümkün olmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası hesab etmişdir ki, həmin arayış ixtisaslaşdırılmış avtomobil təmiri müəssisəsi tərəfindən avtomobilə baxış keçirilməsi nəticəsində tərtib edildiyindən və orada əks olunmuş məlumatlar, yəni avtomobilin mühərrikinin sıradan çıxması halı iş materiallarında olan digər sübutlarla, o cümlədən avtomobilin mühərrikinin sonradan təmiri ilə bağlı tərtib edilmiş sənədlərlə bir-birini tamamladığından hazırkı iş üzrə sübut kimi qəbul edilməlidir.

34. Nəhayət məhkəmə göstərmişdir ki, İddiaçılə Cavabdeh arasında avtomobilin istismarı ilə bağlı birbaşa müqavilə münasibəti olmamışdır. Ona görə də, hazırkı iddia tələbinin qanuni əsasını mülki hüquq pozuntularından irəli gələn öhdəliklərlə bağlı mülki hüquq normal arı təşkil edir.

35. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnamə ilə avtomobilin lizinqinə görə "xxxx" ASC-yə ödənilmiş 9488,25 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, iddia tələbindən və iddiaçının verdiyi izahatdan görünür ki, iddiaçı həmin məbləği əldən çıxmış faydanın əvəzi olaraq cavabdehdən tələb etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, həmin avtomobili gündəlik icarəyə verməklə gəlir əldə etmiş və bu gəlirlə lizinq müqaviləsinə əsasən aylıq ödənişlərini həyata keçirmiş, avtomobilin yararsız hala düşməsi nəticəsində o, lizinq ödənişlərini xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şəxsi vəsai tləri hesabına ödəməli olmuşdur. Göründüyü kimi, iddiaçı əldən çıxmış faydanın məbləği kimi lizinq müqaviləsi üzrə ödənişlərinin məbləğini göstərmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçının peşəkar şəkildə avtomobillərin kirayəyə verilməsi fəaliyyəti ilə məşğul olması iş materialları ilə müəyyən edilmir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçı avtomobili lizinq müqaviləsi əsasında 10 oktyabr 2018-ci il tarixdə əldə etmiş, həmin vaxtdan xx.xx.2019-cu ilədək olan müddət ərzində bu avtomobilin icarəyə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, iş materialları ilə avtomobilin 06 mart 2019-cu il tarixdə təmir edildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət edilənədək olan müddət ərzində də icarəyə v erilməsi müəyyən edilmir. Bundan başqa, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış avtomobilin MMC-nin istifadəsinə verilməsinə dair 20 dekabr 2018-ci il tarixli razılaşmada da, avtomobildən istifadə edilməsinə görə MMC tərəfindən iddiaçıya hər hansı haqqın ödənilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan lizinq müqaviləsinin şərtlərindən görünür ki, lizinq obyekti olan avtomobilin üçüncü şəxslərin istifadəsinə və sahibliyinə verilməsi yalnız lizinq verənin razılığı ilə mümkündür. Lizinq verən isə "xxxx" MMC-yə belə bir razılığı 01 yanvar 2019-cu il tarixdə vermişdir. Beləliklə müəyyən edilir ki, “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən 01 yanvar 2019-cu il tarixdə istifadəyə qəbul edilmiş, növbəti gün həmin avtomobili Cavabdeh icarəyə vermiş, bundan 4 gün sonra isə avtomobilin mühərriki sıradan çıxmışdır. Göründüyü kimi, “Mercedes Benz G55” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı istifadəsində və sahibliyində olduğu müddətdə onun tərəfindən gündəlik icarəyə verilməklə gəlir əldə edilməsi və əldə edilmiş gəlir hesabına avtomobilin lizinq müqaviləsinə görə ödənişlərin həyata keçirilməsi ilə bağlı dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda, iddiaçının əldən çıxmış fayda kimi onun tərəfindən lizinq müqaviləsi üzrə etmiş olduğu ödənişlərə görə ödədiyi 9488,25 manat pul tələbinə dair iddiası əsassız olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

37. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 20 21-ci il tarixli, 2(103)-6292/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddələri pozulmuş, həmin Məcəllənin 683.3 və 700.3-cü maddələri tətbiq edilməmişdir. Belə ki, məhkəmə tərəfindən cavabdehin əməli, həmin əməlin hüquqa zidd olması və avtomobilin mühərrikinin xarab olması ilə səbəbli əlaqəsi müəyyən edilməmişdir. Həmçinin iddiaçı avtomobili müqavilə əsasında bankdan lizinqə götürmüş, başqa bir razılaşma ilə maşını "xxxx" MMC-nin istifadəsinə vermişdir. Bu mənada cavabdehli yi məhz hazırkı iş üzrə cavabdeh yox, MMC daşıyır.

39. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən MPM-in 8, 9, 14, 77.1, 420-ci maddələri pozulmuş, kassasiya məhkəməsinin əvvəlki qərarında qoyduğu göstərişlərin heç birinə əməl etməmiş, yalnız formal ekspertiza təyin etmiş, həmin ekspertiza ixtisaslı mütəxəssislərin iştirakını cəlb etmədən və onların səlahiyyətinə aid olmayan sual qoymuş, nəticədə həmin hissədə ekspert onun səlahiyyətinə aid olmadığı əsası ilə həmin suala rəy verməkdən imtina etmişdir.

40. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

41. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi nin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

43. Apellyasiya məhkəməsi tərəfindən iddia qismən t əmin edilmiş və qətnamə təmin olunmamış hissəsində iddiaçı tərəfindən mübahisələndrilməmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakında n məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 683.3. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərəri n əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətna məsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17- ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bunlarla bağlı əvvəlki kassasiya icraatında verilmiş göstərişlər üzrə araşdırmanı tam aparmamışdır.

48. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmeti ni təşkil edən avtomobil "xxxx" ASC-nin mülkiyyətində olaraq, lizinq müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmişdir. İddiaçı öz növbəsində "xxxx" MMC müqavilə bağlayaraq avtomobili həmin MMC-nin istifadəsinə verilmiş və "xxxx" ASC bu razılaşmanı təsdiq edərək, MMC-nin adına etibarnamə vermişdir. MMC cavabdehlə bağladığı müqavilə ilə avtomobili cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Yəni müəyyən olunur ki, avtomobil müqavilə münasibətləri əsasında həm iddiaçının, həm də sonradan cavabdehin istifadəsində olmuşdur. Lakin həmin müqavilələrin subyektləri və xarakteri müxtəlif olmuşdur.

49. Göstərilən hallara istinad edən kassasiya instansiyası məhkəməsi əvvəlki icraatında aşağıdakı halların araşdırılmasını zəruri hesab etmişdir:

1. İddiaçının hazırki tələbi irəli sürməyə subyekti v hüququ varmı?

2. Tələbin hüquqi əsasını hansı maddi hüquq normaları və əsaslar təşkil edir.

3. Cavabdeh iddiaçının qarşısında zərərə görə məsuliyyət daşımalıdırmı (əməlində deliktin tərkibi varmı)?.

50. Apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərə uyğun qismən araşdırma aparmaqla, hesab etmişdir ki, avtomobil lizinq müqaviləsinə əsasən iddiaçının sahiblik və istifadəsinə verildiyindən, lizinq müqaviləsinin şərtlərinə görə avtomobilin zədələnməsi və məhv olunması ilə bütün risklər lizinq alana aid edildiyindən və iddiaçı avtomobili öz hesabına təmir etdiyindən, habelə onun avtomobilə “gözlənilən” mülkiyyət hüququ olduğundan iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin qiymətlə ndirilməsi tam olmamışdır.

52. Belə ki, cavabdehin "xxxx" MMC ilə kirayə münasibətlərində olması işin mübahisəsiz halıdır. İşdə olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış Avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 4.7-ci bəndinin birinci cümləsinə görə avtomobilin, İcarədarın səhvi olmadan mühərriki, transmissiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akkumulyator və şinlərdə olan nasazlığa görə icarəçi cavabdehlik daşıyır, digər texniki xidmət və servislərə icarədar cavabdehdir.

53. Yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin icarəçi olaraq müqavilənin şərtlərinə əsasən icarəyə götürdüyü avtomobilin mühərrikində yaranan nasazlığa görə icarədar "xxxx" MMC-nin qarşısında məsuliyyət daşıdığı halda, onun eyni zamanda deliktə dair hüquq normalarına əsasən hazırki iş üzr ə iddiaçının qarşısında da məsuliyyət daşıması məsələsinə hüquqi qiymət verilməmişdir.

54. Həmin məsələnin davamı olaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etmə hüququnun olması müəyyən edildiyi halda da, həmin hüququn kimə qarşı – müqavilə münasibətlərində olduğu MMC və ya deliktə görə məsuliyyət daşıması ehtimal edilən şəxsə qarşı irəli sürülməli olması məsələsinə qiymət verilməlidir.

55. Daha sonra məhkəmə kollegiyası hesab edir ki, avtomobilə vurulmuş ziyana görə cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması müəyyən ediləcəyi halda, onun təqsiri barədə əlavə araşdırma aparılmalıdır.

56. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinin dispozisiyasında mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu ha lında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

57. Kassasiya instansiyası məhkəməsi əvvəlki ic raatda da, həmin məsələ ilə bağlı müəyyən göstərişlər etmiş, apellyasiya məhkəməsi göstərişlərə uyğun olaraq iş üzrə kompleks məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin etməklə, ekspertlər qarşısında 06 yanvar 2019-ci il tarixdə tədqiqata təqdim edilmiş “Mercedes G55” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı onda baş vermiş texniki nasazlığın səbəbinin müəyyən edilməsi və həmin texniki nasazlığın aradan qaldırılması üçün qeyd edilən tarixdə nə qədər xərc tələb olunmasının müəyyən edilməsi qərara alınmışdır.

58. Qeyd olunduğu kimi, ekspert rəyi ilə ikinci suala cavab verilsə də, birinci suala, həmin sualın yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmaması əsası ilə cavab verilməsindən imtina edilmişdir.

59. Apellyasiya məhkəməsi həmin məsələ üzrə özü dəyərləndirmə apararaq hesab etmişdir ki, avtomobilin mühərrikinin sıradan çıxmasına səbəb avtomobilin sürətinin cavabdeh tərəfindən kəskin artırılıb-azaldılmaqla idarə edilməsi və keyfiyyətsiz yanacaqdan istifadə etməsi olmuşdur.

60. Cavabdeh əvvəlki icraatlarda qeyd olunan hallarla bağlı öz məsuliyyətini inkar etmişdir.

61. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hərəkətlərə yol verdiyi halda da, avtomobildə yaranan nasazlığın məhz bu hərəkətlərlə səbəbli əlaqədə olması sübut olunmalıdır.

62. Belə ki, iş materiallarından müəyyən olunur ki, “Mercedes Benz G55” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil 2011-ci il buraxılışlıdır, mübahisəli hadisələr isə 2019-cü ilin yanvar ayında baş vermişdir. Yəni avtomobil ondan əvvəl azı 7 il istifadə olunmuşdur.

63. Həmçinin iddiaçının özünün məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 11 yanvar 2019-cu il tarixli arayışına və ona qoşma Sürmə stili hesabatına əsasən 01 yanvar 2019-cu il tarixdən 07 yanvar 2019-cu il tarixədək avtomobilin sürət həddi 76 dəfə aşılmışdır. Lakin onlardan 33 dəfə sürət 01 yanvar 2019-cu il saat 19:02:03-dən 02 yanvar 2019-cu il saat 07:52:06-dək baş vermişdir. Yəni surətin normadan aşılması halları avtomobil cavabdehin istifadəsində olmadığı dövrlərdə də baş vermişdir.

64. Məhkəmə kollegiyasının qənaətinə görə avtomobilin mühərrikinin sıradan çıxmasına məhz cavabdehin səliqəsiz istifadəsinin səbəb olmasının təsdiqi yalnız müvafiq avadanlıqdan istifadə edərək, buna xüsusi biliklərə malik şəxsin rəyi ilə mümkündür. Apellyasiya instansiyası məhkəm əsi buna görə də, avtotexniki ekspertiza təyin etmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzində rəyin verilməsi yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin ekspertinə həvalə edilmiş və sonuncu yuxarıda qeyd olunan əsasla rəy verməkdən imtina etmişdir. Apellyasiya məhkəməsi isə bu halı nəzərə almamış və qərardadı suala cavab verilməsi üçün yenidən ekspert təşkilatına göndərməmişdir.

65. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarınd a işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qər arında əsaslandırmalı idi...

67. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

68. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

69. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddianın tələb irəli sürməyə hüquq olan şəxs tərəfindən və tələbə cavab verməli olan şəxsə qarşı yönəldilməsi məsələsinə bir daha hüquqi qiymət verilməli, avtomobil mühərrikinin zədələnməsinin səbəbinin müəyyən edilməsi məqsədi ilə tədbirlər görməli, o cümlədən iş üzrə məhkəmə avtotexniki ekspertizanın keçirilməsi, ixtisaslaşdırılmış şirkətlərdən mütəxəssisin cəlb edilməsi məsələsini tərəflərlə müzakirə etməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(103)-6292/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar