Məhkəmə qərarları › İş №2(102)-2619/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2619/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2619/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh2 və vəkili X13 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8706/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayr ı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-506/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.B.Mehrəliyev) İddiaçı cavabdehlər Cavabdeh2 və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh2 maddi ziyana görə 5.528 manat, mənəvi ziyana görə 7.000 manat olmaqla cəmi 12.528 manat məbləğində pulun, uşağın 18 yaşına çatanadək saxlanması üçün hər ay 160 manat dolanacaq təminatının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8706/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş hər iki apelyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2019-cu il tarixli qətnamənin qismən, yəni yas xərclərinə və mənəvi zərərə görə Cavabdeh2 İddiaçı xeyrinə tutulan pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, yas xərclərinə görə 5.000 (beş min) manat, vurulmuş mənəvi zərərin əvəzi qismində 5.000 (beş min) manat məbləğində pulun Cavabdeh2 İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq veri lmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 törətdiyi cinayət əməli nəticəsində iddiaçının əri X2 vəfat etməsi səbəbindən ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 31.226 manat, dəymiş mənəvi ziyanin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat, mərhumun himayəsində olmuş övladının – 29.06.2007-ci təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-38/2018 nömrəli cinayət işi üzrə qəbul etdiyi 21.02.2018-ci il tarixli hökmü ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 cavabdeh ASC ilə aralarında bağlanmış “Kommunal təsərrüfatın idarə olunmasına” dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 17 mərtəbəli binada kommunal təsərrüfatın idarə olunmasına, həmçinin lift və qaldırıcı qurğularına cavabdehlik daşıyan vəzifəli şəxs kimi səhlənkarlıq edərək, “Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydalarının” tələblərini pozaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirməmiş, nəticədə həmin ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli yaşayış binasının beşinci mərtəbəsində fəhlə işləyən (iddiaçının əri) X5 13.07.2017-ci il tarixdə saat 17:00 radələrində tikinti tullantılarını qaldırıcıya yükləyərkən lift şaxtasına yıxılaraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almış, 08.08.2017-ci il tarixdə “X8” ölmüşdür. Ümumilikdə Ş.Mərdiyevin müalicəsinə görə “City Hospitala” rəsmi olaraq 23.942 manat, dərmanlara isə 2.284 manat məbləğində pul xərclənmişdir. Bundan başqa mərhumun dəfni, yas mərasimləri, qəbirüstü daşın qoyulması və s. üçün təxminən 5.000 manat xərc çəkilmişdir. Bu puldan yalnız 7.700 manat Cavabdeh2 tərəfindən ödənilmişdir. Həmçinin iddiaçı özü və 29.06.2007-ci təvəllüdlü azyaşlı qızı ailəni dolandıran şəxsin ölümü nəticəsində ağır həyat şəraitinə düşmüşlər. Uşağın saxlanması üçün təqsirləndirilən şəxsdən hər ay 200 manat tutulmalıdır. Bu hadisədən sonra ailəsi uzun müddət mənəvi iztirab çəkmişdir ki, bu iztirabları heç bir təsəlli və ya maddi qarşılıq ödəyə bilməz. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apely asiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Əhmədov Rəhim Məmmədrza oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası digər cavabdeh “xxxx” ASC-nin məsuliyyəti məsələsinə Mülki Məcəllənin 1099-cu maddəsini düzgün tətbiq etməməklə yalnış qənaətə gəlmiş, çəkişmə prinsipinin tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmiş dir. Cavabdeh2 və vəkili X13 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası mənəvi ziyanın tutulmasını əsaslandırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və təqdim olunan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh2 və vəkili X13 oğlu özlərinin kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada mə lumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh2 və vəkili X13 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müə yyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli hökmündən (İş № 2(011)-38/2018) görünür ki, Cavabdeh2 ASC ilə aralarında bağlanmış “Kommunal təsərrüfatın idarə olunmasına dair” müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 17 mərtəbəli binada kommunal təsərrüfatın idarə olunmasına, həmçinin lift və qaldırıcı qurğularına cavabdehlik daşıyan vəzifəli şəxs kimi səhlənkarlıq edərək “Liftlərın quraşdırılması və istismarında təhlükəsizlik qaydalarının” tələblərini pozaraq kustar üsulla quraşdırılmış yükqaldırcı qurğunun (lebedkanın) texniki vəziyyətinə nəzarət etməklə, yaranmış qüsurların (konkret halda, qurğunun trosunda yaranmış texniki defektin) vaxtında aradan qaldırılması üçün tədbirlər görməmiş, həmçinin yüklə mə və boşaltma işləri aparılan meydançalarda yükqaldırıcıdan istifadə qaydalarına dair təlimat, yüklənən yükün yol verilən ağırlığı (həcmi) barədə xəbərdarlıq lövhəsi asmamış və yükü səbətə yığan fəhlənin səbətin içinə minməsinin qarşısını almaq üçün tədbir görməyərək işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə ehtiyatsızlıqdan göstərilən ünvanda yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (qeyri-yaşayış sahəsi ilə birlikdə səkkizinci mərtəbədə) yerləşən mənzildə fəhlə işləyən X5 13.07.2017-ci il tarixdə saat 17:00 radələrində tullantıları qaldırıcıya yükləyərkən lift şaxtasına yıxılaraq həyat təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Ş.Mirzəyev “X 12” yerləşdirilsə də, yıxılması zamanı əmələ gəlmiş və sonradan döş qəfəsinin sağ yarısının, sağ bel, sağ qalça-qarın nahiyəsinin geniş ölçülü infeksiyalaşmış yarası nəticəsində inkişaf etmiş orqanizmin ümumi intoksikasiyası səbəbindən 08.08.2017-ci il tarixdə saat 11 radələrində həmin xəstəxanada ölmüşdür. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə olunmuş ASC-nin direktoru X4 ilə Cavabdeh2 arasında bağlanmış ASC tərəfindən inşa edilmiş “Yaşayış binasının kommunal təsərrüfatının idarə olunması” barədə müqaviləyə əsasən 30.05.2015-ci il tarixdən yanğın təhlükəsizliyinə, lift və qaldırıcı qurğuların işlək vəziyyətdə olmasına, onlardan istifadə qaydaları na riayət edilməsinə nəzarət və istifadə edən şəxsləri təlimatlandırmaq Cavabdeh2 həvalə edilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi İddiaçı 22.07.2017-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsinə əsasən Cavabdeh2 tərəfindən ona 7.700 manat məbləğində pulun ödənildiyini bildirmişdir. İşdə olan “X14” tərəfindən təqdim olunmuş qəbzlərdən müəyyən olunur ki, Ş.Mərdiyevə göstərilən tibbi xidmətə görə 10.268 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş “X14” tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Fərdi qaydada fəaliyyət göstərən vəkil X13 oğluna ünvanlanmış 06.03.2019-cu il tarixli, 89/CH1 nömrəli məktubdan görünür ki, 05.03.2019-cu il tarixli, F-013/2019 nömrəli sorğu ilə əlaqədar olaraq bildirilmişdir ki, xəstə Ş.Mərdiyev 14.07.2017-ci il tarixdə təcili yardı m heyəti ilə baş-beyin əzilməsi (döş qəfəsi və qarnın küt travması, sol l-ll-lll qabırğaların qapalı sınıqları, ikitərəfli pnevmo hemotoraks, Th6-Th7 fəqərələrin cismlərinin qapalı, yerdəyişməyən sınıqları və s.) travmalarla “X12” gətirilmişdir. Xəstə müvafiq müayinələrdən keçirilərək əməliyyat olunmuşdur. Bir neçə dəfə professor və tibb elmlər namizədlərinin iştirakı ilə konsiliumlar keçirməklə klinikada xəstəyə tibbi xidmət göstərilmişdir. Tibbi xidmətə görə ödəməyə aid sənəd ödəniş aparılan zaman yalnız ödənişi edən şəxsə təqdim olunur. Ödənişlə bağlı məlumat klinikada elektron variantda aparılır və yaddaşda 1 il müddətinə qədər saxlanılır. Ş.Mərdiyevə göstərilən tibbi xidmətin vaxtından 1 ildən çox müddət keçdiyinə görə ödənişin məbləği ilə bağlı məlumat klinikanın proqram sistemində q almamışdır. Ona görə ödəmə ilə bağlı dəqiq məlumat verilə bilmir. Lakin klinika əməkdaşlarının yaddaşlarında qalan məlumatlara əsasən təqribən 6.000 – 6.500 arasında ödənişin olduğu bildirilir. İşdə olan “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Fərdi qaydada fəaliyyət göstərən vəkil X13 oğluna ünvanlanmış 11.03.2019-cu il tarixli, 93/CH1 nömrəli məktubdan görünür ki, 05.03.2019-cu il tarixli, F-013/2019 nömrəli sorğu ilə əlaqədar “xxxx” MMC X9 06.03.2019 tarixli, 89/CHl nömrəli cavab məktubuna əlavə olaraq bildirmişdir ki, 2017-ci ildə klinikada xəstə yatmış Ş.Mərdiyevə tibbi xidmətə görə preyskuranta əsasən hesablanmış məbləğin bir hissəsi ödənildikdən sonra xəstənin mövcud durumu və xəstə yaxınlarının sosial vəziyyəti nəzərə alınaraq qalıq borc silinmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 kommunal təsərrüfatın idarə olunmasına, həmçinin lift və qaldırıcı qurğularına cavabdehlik daşıyan vəzifəli şəxs kimi səhlənkarlıq edərək “Liftlərın quraşdırılması və istismarında təhlükəsizlik qaydalarının” tələblərini pozması nəticəsində binada fəhlə işləyən Ş.Mərdiyevin (iddiaçının ərinin) 13.07.2017-ci il tarixdə tullantıları qaldırıcıya yükləyərkən lift şaxtasına yıxılaraq həyat təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. “X8” müalicə alan Ş.Mərdiyev daha sonra ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bi lər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşı yır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan ödəniş qəbzlərinə istinad edərək Ş.Mərdiyevin müalicə xərclərini 10.268 manat müəyyən etmiş və həmin məbləğdən Cavabdeh2 iddiaçıya ödədiyi 7.700 manat pulu çıxaraq qalan 2.528 manat məbləğində pulu Cavabdeh2 iddiaçının xeyrinə tutmuşdur. İş materiallarından görünür ki, “X9” 06.03.2019 tarixli məktubunda müalicə xərclərinin xəstəxana əməkdaşlarının yaddaşlarında qalan məlumatlara əsasən təxminən 6.0006.500 manat tutduğu qeyd olunmuşdur. Göründüyü kimi, bu xüsusat hər hansı dəqiq mənbəyə deyil, təxmini yaddaş məlumatlarına əsaslandığından birinci instansiya məhkəməsi həmin məktubu mötəbər sübut hesab etməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müalicə xərcləri qismində 2.528 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur. Yas xərcləri ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 3-7 mərasimi üçün 1.000 manat, 40 mərasimi üçün 1.000 manat və qəbir daşının qoyulması üçün 1.000 manat olmaqla yaş mərasiminin təşkilinə xərclənən pulu 3.000 manat məbləğində müəyyən etdiyindən iddiaçının apelyasiya şikayətinin dəlilləri bu hissədə əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, bütöv yas mərasiminin təşkilinə cəmi 3.000 manat pul yetərli deyil. Şəxsin öldüyü gün verilən mərasim, 3-7 mərasimləri (hər biri ayrı-ayrılıqda), 40 mərasimi və qəbir daşının qoyulmasın a cəmi 5.000 manat pulun xərclənməsi ağlabatan olduğundan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilməli və yas xərclərinə görə 5.000 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh2 apellyasiya şikayətində yas xərclərinə dair sübutun olmamasına istinad etsə də, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxs öldükdən sonra el adəti üzrə yas mərasiminin təşkil edilməsi şübhə doğura bilməz. Təşkil edilən yas mərasimlərinə isə müəyyən məbləğdə pulun xərclənməsi aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1127-ci maddəsinə görə, zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsini n: -1121.1.1-ci maddəsinin mənasına əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ vardır. -1121.3.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara zərərin əvəzi on səkkiz yaşına çatanadək ödənilir. -1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşd irilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. -1125.1-ci maddəsinə görə zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qanun zərər vurmuş şəxsin üzərinə zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin him ayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərə zərərin əvəzini ödəmək vəzifəsi qoyur. Başqa sözlə, Cavabdeh2 maddi imkanının yetərsiz olması və s. onu qanunla üzərinə qoyulmuş vəzifəsinin icrasından azad etmir. Cavabdeh2 iddiaçının uşağının 18 yaşına çatana kimi saxlanması üçün tutulan pulun miqdarına gəldikdə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 tutulacaq pulun məbləğini müəyyən edərkən respublikada uşaqlar üçün təyin edilmiş yaşayış minimumuna (160 manat) istinad etmişdir ki, bu mövqe ədalətlidir. İş materiallarından görünür ki, daha bir iddia tələbi baş vermiş cinayət əməli və ərinin ölümü nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi i lə bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03.11.2008ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi x üsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, 7 cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baş vermiş hadisə, yəni iddiaçının ərinin qəfil ölümü nəticəsində ona mənəvi ziyan dəyməsi birmənalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi 7.000 manat məbləğində pulu həmin ziyanın ödənilməsi üçün adekvat saymayaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi ziyan 5.000 manat məbləğində qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 cavabdeh “xxxx” ASC ilə aralarında bağlanmış “Kommunal təsərrüfatın idarə olunmasına” dair müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 17 mərtəbəli binad a kommunal təsərrüfatın idarə olunmasına, həmçinin lift və qaldırıcı qurğularına cavabdehlik daşıyan vəzifəli şəxs Cavabdeh2 olmuşdur. Onun müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi əlavə olaraq cavabdeh “xxxx” ASC üçün məsuliyyət yarada bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iddiaçının kassasiy a şikayətinin dəlili ilə əlaqədar həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 ilə digər cavabdeh “xxxx” ASC arasında hər hansı əmək müqaviləsinin olması iş materialları ilə təsdiq olunmur. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təm in olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8706/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar