Məhkəmə qərarları › İş №2(102)-2621/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2621/2019

12.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2621/2019 12.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, cavabdeh x2 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 2(13)-368/2017 saylı, 26 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh x2ndan 4057,77 manat məbləğində əsas, 971,84 manat məbləğində faiz və 29,60 manat məbləğində cərimə olmaqla, cə mi 5059,60 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçı x1-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş, cavabdeh x2nın xüsusi mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, 99 BG ***qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomaşının açıq hərracdan satılması, avtomaşının satışından əldə olunan vəsaitdən x2nın x1-yə olan borcunun və dövlət rüsumunun ödənilməsi və x1 ilə cavabdeh x2 arasında bağlanmış 103670-1-1923 saylı 21 dekabr 2011-ci il tarixli “xxxx”nin ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1483/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.Məmmədov, R.Muradov və Ş.Əliyeva ) Ağdam Rayon Məhkəməsinin 2(13)-368/2017 saylı mülki iş üzrə 26 dekabr 2017-ci il tarixli qətnaməsinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi” hissəsində ləğv edilməsi, ipoteka predmeti olan olan, x2na məxsus 2011-ci il buraxılışlı, “Chevrolet Aveo minik” markalı, 99 BG *** dövlət qeydiyyat nişanlı avtomaşının ilkin satış qiyməti 8900,0 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1483/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, x1 ilə cavabdeh x2 arasında bağlanmış 21 dekabr 2011-ci il tarixl i “xxxx”nə əsasən 06 dekabr 2016-cı il tarixə VTB (Azərbaycan) ASC-yə olan 4116,67 manat məbləğində əsas borc, 1009,22 manat məbləğində faiz borcu və 29,60 manat məbləğində cərimə borcu olmaqla cəmi 5155,49 manat məbləğində pulun və 30,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun x2ndan alınaraq, x1-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş x2nın mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, 99 BG *** qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, göstərilən əmlakın (avtomaşının) açıq hərracda satılaraq əldə olunan vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, x1 ilə cavabdeh x2 arasında bağlanmış 103670-1-1923 saylı 21 dekabr 2011-ci il tarixli “xxxx”nin ləğv edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. K assasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsi MK-nın 2(104)-1483/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Tərəflər MPM-nin 415.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan x1 ilə cavabdeh x2 arasında bağlanmış 103670-1-1923 saylı 21 dekabr 2011-ci il tarixli “xxxx”nin surətindən görünür ki, həmin müqavilə Bank VTB (Azərbaycan) tərəfindən iş üzrə cavabdeh olan x2na illik 18 faiz ödəmək şərtilə 60 ay müddətinə 11200 manat məbləğində kredit verilməsi barədə bağlanmışdır. İş materiallarında olan 21 dekabr 2011-ci il tarixli 103670-16-1860 saylı “xxxx”nin surətindən görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmd ar Cəmiyyəti ilə cavabdeh x2 arasında bağlanmış103670-1-1923 saylı 21 dekabr 2011-ci il tarixli “xxxx” üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 12600 (on iki min altı yüz) manat məbləğində müəyyən olunmuş, x2nın mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, 99 BG *** deydiyyat nişanlı avtomaşın Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xxxxnin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 22 dekabr 2011-ci il tarixli AA 031182 nömrəli “Çıxarış”ın surətindən görünür ki, x2na məxsus “Chevrolet Aveo minik” markalı, 99 BG *** dövlət qeydiyyat nişanlı avtomaşın 21 dekabr 2011-ci il tarixli 103670-16-1860 saylı “xxxx”nə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Qeydiyy at İmtahan şöbəsində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2017-ci il tarixli 6073 saylı rəyinə əsasən x2 06 dekabr 2016-cı il tarixə banka olan borcu əsas borc üzrə 4057,77 manat, faiz borcu üzrə 971,84 manat və cərimə borcu üzrə 30,0 məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikası MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 739.1-cimaddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə q aytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsinin cavabdehin kredit borcunun məbləği hissədə gəldiyi nəticə əsaslı olduğundan qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. «İpoteka haqqında» Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2018-ci il tarix li 12997 saylı ekspert rəyindən görünür ki, 2011-ci il buraxılışlı “Chevrolet Aveo” markalı avtomaşının likvid qiyməti 8900 manat məbləğində müəyyən olunmuşdur. Ona görə də, kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 8900 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2018-ci il tarixli 12997 saylı ekspert rəyinə əlavə edilmiş məhkəmə xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 120 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 120 manat məbləğində xərc cavabdehə aid edilməli və ondan tutulmalıdır. Şərh olunanlar ı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar