Məhkəmə qərarları › İş №2(102)-2621/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2621/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2621/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2621/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, iddia müddəti) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” t ələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1867/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli, 1597/014 saylı istehlak kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 27 % dərəcəsi ilə 24 ay müddətinə ödəniş qrafikinə uyğun qaytarmaq şərti ilə 4.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin müddəti 16 de kabr 2014-cü il tarixində başlanmış, 16 dekabr 2016-cı il tarixində bitmişdir.

3. Cavabdeh öhdəliyin icrasını gecikdirmiş, Bank tərəfindən borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

4. Cavabdeh tərəfindən Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2019-cu il tarixli məktub ünvanlayaraq 3.217,86 manat əsas borcun restrukturizasiya olunması xahiş edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1452/2019 nömrəli, 10 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının kredit borcunun ödənilməsi barədə iddiası baxılmamış saxlanılmışdır. İddia ərizəsinin baxılmamış saxlanılmasına əsas sözügedən kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşməsi olmuşdur.

6. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13362/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən cəmi 7.270,74 manat - bundan 3.217,86 manat əsas, 1. 385,29 manat faiz, 1.761,74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 manat faiz borcu və iş üzrə ödənilmiş 92,7 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh tərəfindən qeyd olunan (*** *** ** **, *** *** ** **) əlaqə nömrələrinə zəng olunsa da nömrə lərdən biri təyin olunmamış, digərinə zəng çatmamışdır. Bundan əlavə, cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında Bank tərəfindən 28 fevral 2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, bildiriş göndərilmişdir. Lakin yeni müqavilənin bağlanması üçün cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə Banka müraciət edilmədiyindən, yeni müqavilə bağlamaqdan imtina etmiş hesab edilir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvə linin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

9. İddia ərizəsinə əlavə edilmiş 22 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin həmin tarixə Banka 3.217,86 manat əsas, 1.385,29 manat faiz, 1.761,74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 manat faiz borcu olmaqla cəmi 7.270,74 manat borcu yaranmışdır.

10. Cavabdeh məhkəmə iddia müddətinin ötürülməsi barədə ərizə ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı qeyd etmişdir ki, onlar ilk dəfə vaxtında məhkəməyə müraciət etdiyindən və cavabdeh restrukturizasiya edilməsi barədə Banka müraciət etdiyindən iddia müddəti kəsilmişdir və iddia müddətinin axımı ən geci xx.xx.2019-cu ildən başlanmalıdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5162/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməsə də, iddia tələbi əsassızdır.

13. İşin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir, iddiaçı ilk dəf ə məhkəməyə müraciət edən zaman iddia müddəti ötürülməmişdir. Həmin iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Lakin iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 2 il 8 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

14. Halbuki, apellyasiya instansiya Məhkəməsinin 2(103)-1336/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadında iddiaçının iddia müddəti ilə bağlı dəlillərinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarətdir olmuşdur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yen idən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşın mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş ağlabatan müddət bankların ziyanına istifadə oluna bilməz.

15. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən xx.xx.2019-cu il tarixli qərardadı qəbul edilən zaman iddiaçının hazırda istinad etdiyi iddia müddətinin kəsilməsi ilə bağlı dəlillərinin əsasını təşkil edən restrukturizasiya barədə (ərizə xx.xx.2019-cu ildə Ləğv Prosesində olan İddiaçı ASC-yə daxil olmuşdur) ərizə artıq mövcud idi və iddiaçıya iddia müddəti ilə bağlı məhkəmənin mövqeyi aydın olmuşdur. Buna baxmayaraq iddiaçı Fərmanın icrası vaxtının bitməsi tarixindən 2 il 8 ay sonra yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin müddət ağlabatan və zəruri prosedurlara sərf edilməli olan vaxt hesab edilə bilməz.

16. Birinci instansiya məhkəməsi göstərilən normaların işin hallarına uyğunluğu baxımından o qənaətə gəlmişdir ki, cavabdehin məlum Fərmanın icrası proseduru zamanı borc məbləğinin restrukturizasiya olunmasına dair ərizəsi iddia müddətinin axımını kəsə bilməz.

17. Fərmanın icrası ilə bağlı qaydalara görə restrukturizasiya olunmu ş yeni kredit müqaviləsinin bağlanması borcun etirafı barədə deyil, müqavilənin şərtlərinin dəyişdirilməsi qaydalarına uyğun olaraq tərəflərin razılığı ilə şərtləndirilmişdir. Qeyd edilən təklif və ərizə tərəflərin razılığını ifadə edən prosedur qaydası kimi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin ərizəsi öhdəliyin icrası üçün möhlət istənməsi və ya borcun etirafı kimi qəbul edilməməlidir. Belə ki, bu cür təklifin göndərilməsi Fərmanın göstərişindən irəli gəlir.

18. Bundan başqa müəyyənləşdirilmiş qaydada iddia ərizəsinin irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər, əks halda, yəni prosessual qanunvericiliyin tələblərin uyğun olmayan formada iddianın verilməsi iddia müddətinin axımını kəsə bilməz. Müəyyən edildiyi kimi iddiaçının ilk iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanılmışdır.

19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.2, 380.1, 381.1, 382, 386.1, 442, 448, 739-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsi nin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 25 oktyabr 2019-cu ildə borc məbləğinin restruktrizasiya olunmasına dair ərizə ilə iddiaçıya müraciət etmişdir. Bank tərəfindən Binəqədi Rayon Məhkəməsinə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə təq dim edilmiş mülahizədə göstərildiyi kimi cavabdeh tərəfindən yeni müqavilənin bağlanması üçün müraciət etməsi özlüyündə borclunun borcu etiraf etməsini göstərən hərəkətdir və həmin etiraf və öhdəliyin icrası üçün möhlət istənməsi ərizəsinə əsasən iddia müddətinin axımı kəsilərək yenidən 3 il müddət yarandığından bank hazırkı iddia ilə xx.xx.2022-ci il tarixdə müraciət etdikdə iddia müddəti ötməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, “cavabdehin ərizəsi öhdəliyin icrası üçün möhlət istənməsi və ya borcun etirafı kimi qəbul edilməməlidir.” Halbuki, 28 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsində bəhs edilən etiraf anlayışına aydınlıq gətirilərək, borclunun kreditora borcun etirafını nəzərdə tutan məktub göndərməsi və öhdəliyin icrası üçün möhlət istənməsi etiraf adlandırılmışdır. Cavabdeh 25 oktyabr 2019cu ildə borc məbləğinin restrukturizasiya olunmasına dair ərizəsi də eyni məzmunda olmuşdur. Bank tərəfindən xx.xx.2018-ci il tarixində müəyyənləşdirilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 2(001)-1452/2019. nömrəli, 10 sentyabr 2019-cu il tarixli qərardadı ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddia ərizəsinin baxılmamış saxla ma əsasları qeyd edilmişdir. 2(001)-1452/2019. nömrəli, 10 sentyabr 2019-cu il tarixli qərardadın baxılmamış saxlanılma səbəbi 13 əsasın heç birinə aid deyil. Yəni Bank tərəfindən qanunvericilikdə müəyyənləşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş, lakin Fərmanının təsiri altına düşdüyündən iddia ərizəsini baxılmamış saxlamışdır. Bankın müəyyənləşdirilmiş qaydada iddia ərizəsi verməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Ona görə də iddia müddəti baxılmamış saxlanılma qərardadının qanuni qüvvəyə mindiyi andan (Qərardad xx.xx.2019-cu ildə qəbul edilmişdir.) başlamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Binəqədi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərardadlarında qeyd olunmuşdur ki, “Ş ikayətdə göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur.

22. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “iddiaçı Fərmanın icrası vaxtının bitməsi tarixindən 2 il 8 ay sonra yenidən məhkəməyə müraciət etmişdir və məhkəmə hesab edir ki, həmin müddət ağlabatan və zəruri prosedurlara sərf edilməli olan vaxt hesab edilə bilməz”. Halbuki, cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında bank tərəfindən 28 fevral 2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, bildiriş göndərilmişdir. Cava bdeh Fərmanın icrası ilə əlaqədar yeni müqavilənin bağlanması üçün banka müraciət etsə də, müqavilə hazırlandıqdan sonra müxtəlif bəhanələr gətirərək müqaviləni imzalamaqdan yayınmışdır. Bu da onu göstərir ki, borclu fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə, yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-ə kimi olduğunu, müraciətə bağlı olaraq yeni müqavilənin bağlanması üçün müddətin müəyyən edilməməsindən istifadə edərək, müqaviləni imzalamaqdan boyun qaçırmışdır. Cavabdeh bankdan götürdüyü krediti Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə yaradılmış güzəştli şərtlərlə ödəmək əvəzin ə iddia müddətindən istifadə edərək borcu ödəməməsi dürüstlük qaydasına ziddir.

23. Apellyasiya instansiya məhkəməsinın iclasında iddiaçının nümayəndəsi əlavə olaraq izahatında cavabdehin 2019-cu ildə restrukturizasiya müqaviləsinin bağlanması üçün müraciət etdiyini, sonra pandemiya və.s. səbəblərdən vaxt itkisi olduğunu, daha sonra ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək yenidən iddia qaldırdıqlarını, cavabdehin birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarının heç birində iştirak etmədiyini, sonuncu iclasda məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə göndərdiyini, iddia müddətinin ərizənin onlara təqdim edildiyi vaxtdan hesablanmalı olduğunu, ərizənin özünün borcun etirafı hesab edilməli olduğunu bildirmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının (103)-1867/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, restrukturizasiyaya dair Fərmanla bağlı mütləq vəzifələr müəyyən edilməmişdir. Hazırkı münasibətləri özünə uyğun formada təfsir etməyə cəhd edən iddiaçı öz vəzifələrinin vaxtında yerinə yetirilməməsi üzrə mülki məsuliyyəti müxtəlif aspektlərdən əsaslandırmağa üstünlük vermiş, lakin prosessual qanunvericiliyin birbaşa göstərişi olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 381.1-ci maddəsinin tələbləri baxımından münasibətlərin şərh edilməsindən yayınmışdır. Başqa iş üzrə qəbul edilmiş məhkəmə qərarının mahiyyətinə qiymət verilməsi isə prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

26. İddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürməsə də, kredit müqaviləsinin qüvvəsi bitdikdən kifayət qədər sonra iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cu ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Belə ki, 24 ay qüvvəsi olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə müddət nəzərə alınaraq, habelə Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 2 il 8 ay sonra müraciət etməsi, məhkəmə tərəfindən baxılm amış saxlanıldığı təqdirdə iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsi və iddiaçının bu müstəvidə müddətlərin ötürülməsinə dair üzrlü səbəblər və əsaslı sübutlar təqdim etməməsi onun bərpasına belə prosessual imkanlar yaratmamışdır.

27. İddiaçının digər dəlili pandemiya ilə əlaqədar olmuşdur ki, bu hallar üzrə də iddia müddətinin axımını və ya kəsilməsini sübuta yetirən əsaslar da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.

28. Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etməyərək və apellyasiya şikayətinin dəlilərinin sui-istifadəyə yönəlmiş hallar kimi qiymətləndirirək birinci instansiya məhkəməsinin qənaət i ilə razılaşmışdır.

29. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 324, 372-384, 385-390, 4425, 560, 739, 741, 743, 744-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 80, 82, 106.2/, 119, 146, 217.4, 372, 385-390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasınıi xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh 25 oktyabr 2019-cu il tarixli borc məbləğinin restruktrizasiya olunmasına dair ərizəsinə münasibətdə Ali Məhkəmə öz mövqeyi ni qeyd etməlidir. Çünki aşağı instansiya məhkəmələri tərəfindən qeyd olunan ərizə etiraf kimi qəbul edilməmişdir. Bu mövqe yanlışdır və aydınlaşdırılmalıdır. Restruktrizasiya ərizəsinin etiraf kimi qəbul edilməsi və yaxud da edilməməsi gələcəkdə bir çox məhkəmə proseslərinin həllində vacib olacaqdır. Çünki 2019-2020-ci illərdə bir çox işlər Fərmana düşməsi səbəbilə baxılmamış saxlanılmışdır və qeyd olunan problemlər artıq indi özünü göstərməyə başlamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

33. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti is ə altı ildir.

34. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

35. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

36. Maddə

378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

37. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

38. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

39. Maddə

382. İddiaçının şəxsiyyəti ilə b ağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

40. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarl a və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

45. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı. 46. 6-ci bənd. Banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kr edit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli ********** № li Qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası. 47. 6.16-cı bənd. Fiziki şəxslərin kredit borclarının re strukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayi nə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin m övqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin borc məbləğinin restruktrizasiya olunmasına dair cavabvdehin ərizəsinin borcun etirafı kimi qiymətləndirilməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır.

63. Belə ki, iddiaçı kassasiya şikayətində borcun etirafı ilə bağlı mücərrəd razılaşm a ilə, mütləq şəkildə məhkəmə iclasında təqdim edilməli olan sübutetmənin əsasını təşkil edən iddianın etirafı institutlarını qarışdırmışdır. Borc məbləğinin restruktrizasiya olunmasına dair cavabvdehin ərizəsini isə həmin halların heç birinə aid etmək olmaz. Çünki kredit müqaviləsi ilə bağlı borcun cavabdeh tərəfindən alınması iddiaçı tərəfindən təqdim edilmiş kifayət qədər sübutlarla təsdiqini tapdığı halda, borcun cavabdeh tərəfindən etiraf edilməsi üçün başqa sübutun, yəni borc məbləğinin restruktrizasiya olunmasına dair cavabvdehin ərizəsini məhkəmənin diqqətinə çatdırmağa zərurət olmamışdır.

64. Diqqətə çatdırılmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həl li baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

65. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə on lar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

66. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

67. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müd dət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

68. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqavilə si üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı).

69. Mülki Məcəllənin 368 və 377.2-ci maddələrinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır.

70. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı).

71. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkə mə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

72. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.

73. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

74. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hes ab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

75. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-m ötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Bu səbəbdən, kassasiya ş ikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1867/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qətnaməsii dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar