Məhkəmə qərarları › İş №2(102)-2622/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2622/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2622/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Məmmədova Mehriban Akif qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx xxxxxx 2018-ci il tarixli, 2(011)-382/2018 nömrəli qətnaməsi il ə ilkin iddia tələbi qismən təmin edilərək, cavabdehdən 2.989,17 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qərara alınmış, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov, N.Cəfərov, 2(103)-4841/2018 saylı mülki iş) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Əhmədov, A.İsgəndərov və İ.Dəmirov, 2(102)-08/18 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4841/2018 nömrəli iş üzrə xx xxxx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər İ.Şirinov (sədrlik edən, məruzəçi), T.Səmədov və E.Kazımov, 2(103)-4113/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-382/2018 saylı mülki iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi bankın tələbinin təmin olunan hissəsində ləğv edilərək həmin hissədə iddia baxılmamış saxlanmış, eyni tarixli qətnamə ilə qarşılıqlı iddianın təmin olunmayan hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il tarixli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3.086,65 ABŞ dolları, faiz borcuna görə 48,21 ABŞ dolları, cə riməyə görə 22,03 ABŞ dolları olmaqla, cəmi 3.156,89 ABŞ dolları borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” KB ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “icra müddəti xx xxxxxx 2017-ci il tarixədək təyin edilmiş kredit və bank hesabı müqaviləsinin etibarsız hesab edilməsi, banka artıq ödənilmiş pulun kredit borcuna hesablanmadığı üçün faizləri ilə birlikdə hesablanaraq geri qaytarılması, kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti xx xxxxxx 2017-ci il tarixədək təyin olunduğu üçün bankın ərizəsinə xitam verilməsi, qanunu və bank sirrini pozduğuna görə bank barəsində müvafiq tədbir görülməsi və məhkəmə xərclərinin tutulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmı şdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya Məhkəməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Kredit manatla verilmişdir, müqavilə və məxaric qəbzində isə ABŞ dolları ilə göstərilmişdir. Həmçinin bankın əməkdaşları cinayət etmişlər, kreditə görə ödənilən pulların bir hissəsi qeydə alınmamış, onlar banka artıq ödəmələr etmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədova Mehriban Akif qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əs asən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Hazırkı işdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmayan hissəsində yoxlanılır. Məhkəmə kollegiyası həmin hissədə apelyasiya və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh artıq ödənilmiş pulun geri qaytarılmasını tələb etsə də, qarşılıqlı iddia ərizəsində qeyd olunanlar öz təsdiqini tapmamışdır. Borcverən “xxxx KB” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli 1 4776nkSTB2/13 saylı kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaqla illik 27% ödəmək şərti ilə 6360 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.7.1-ci bəndinə əsasən borcalan kredit və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda borcverən kredit müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və istifadə olunmuş kredit məbləğinin qaytarılmasını borcalandan tələb edə bilər. Müqavilənin 7.2-ci bəndinə əsasən borcalan kreditin və kreditdən süi-istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq bank borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin ill ik 180%-dən 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%dək miqdarında cərimə tətbiq edir. xxxx KB ASC-nin xx.xx.2016-cı il tarixli BANK/PİKMD/6423645 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 14776nkSTB2/13 saylı kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 3086,65 ABŞ dolları, faiz borcuna görə 48,21 ABŞ dolları, cəriməyə görə 22,03 ABŞ dolları olmaqla cəmi 3156,89 ABŞ dolları borcu vardır. xxxx KB ASC-nin xx.xx.2018-ci il tarixli BANK/PİKMD/768095 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 14776nkSTB2/13 saylı kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 301 2,10 ABŞ dolları, faiz borcuna görə 664,76 ABŞ dolları, cəriməyə görə 1826,70 ABŞ dolları olmaqla cəmi 5503,56 ABŞ dolları borcu vardır. Həmçinin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci və xx.xx.2019-cu il tarixli rəylərindən məlum oldu ki, qeyd olunan kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin xx.xx.2017-ci il tarixə iddiaçıya borcu 3283,14 ABŞ dolları məbləğində müəyyən edilir: o, cümlədən əsas borca görə 3256,28 ABŞ dolları, faiz borcuna görə 26,86 ABŞ dolları. Apelyasiya məhkəməsi tərəfindən təyin edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyindən məlum olmuşdur ki, qeyd olunan kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin xx.xx.2017-ci il tarixə iddiaçıya borcu 3283,14 ABŞ dolları məbləğində müəyyən edilir: o, cümlədən əsas borca görə 3256,28 ABŞ dolları, faiz borcuna görə 26,86 ABŞ dolları. Beləliklə, cavabdeh birinci instansiya məhkəməsində keçirilmiş ekspertizaların rəylərinin nəticəsi ilə razı olmamasına baxmayaraq, əlavə ekspertiza nəticəsində verilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi əvvəlki rəylərlə üst-üstə düşür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla qarşılıqlı iddia tələbi üzrə iddiaçının banka artıq pul ödəməsi halı öz təsdiqini tapmadığından, kredit müqaviləsinin etibarsızlığına dəlalət edən hallar aşkar edilmədiyindən qarşılıqlı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarşılıqlı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta etirə bilmədiyi üçün qarşılıqlı iddianın təmin edilməməsi əsaslı hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar