Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2624/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı KB ASC-nin vəkili xxx iştirakı ilə, İddiaçı KB ASC-nin cavabdehlər X3 və X2rşı “pul və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-1253/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kasasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasın da baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı KB ASC-nin xeyrinə 159430.66 ABŞ dolları əsas, 14682.89 ABŞ dolları faiz, 7183.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 181 296.57 ABŞ dolları borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan xxx yerləşən 1 K saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 borcuna yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 248000 manat məbləğində müəyyən olunması, ipoteka predmeti olan xxx yerləşən 1 K saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verərərk, tələbini dəyişdirmiş, qalan tələblər yerində qalmaqla, Cavabdeh1 İddiaçı KB ASC-nin xeyrinə 159430.66 ABŞ dolları əsas, 35085,60 ABŞ dolları faiz, 42654,27 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 237.170,53 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-250/2017 saylı, xx xxxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 159.430.66 ABŞ dolları əsas, 36843.53 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə olmaqla cəmi 196.774.19 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borcun, iddiaçı tərəfi ndən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan xxx yerləşən 1 K saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan xxx yerləşən 1 K saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 235000 manat məbləğində müəyyən olunması, ipoteka predmeti olan xxx yerləşən 1 K saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh2 həmin evdən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilmə məsi qət edilmişdir. (hakim Vaqif Həsənov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1253/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-250/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən, ipoteka predmeti olan, Cavabdeh2 məxsus olan xxx yerləşən 1 K saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və həmin qiymət 350.000 (üç yüz əlli min) manat müəyyən edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, İlham Kərimli) Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən – əsas və faiz borcunun tutulması hissə sində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilb, əsas və faiz borcu məbləğinin şişirdilməsinə əhəmiyyət verməyib. Məhkəmə kollegiyasının iclasında İddiaçı KB ASC-nin vəkili xxx kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apelyasiya instansiyasının qətnaməsini yalnız əsas və borcuna aid hissədə mübahisələndirmişdir. Buna görə də kollegiya qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən X4 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1253/2019 saylı, xx xxxxxxx 2019-c u il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməli, Cavabdeh1 tutulan faiz məbləği 35085,60 ABŞ dolları müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə, yəni əsas borc məbləği hissəsində dəyişdirilmədən saxlanmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına, o cümlədən mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdeh X1 xx.xx.2017-ci il tarixə “İddiaçı KB ASC”-yə 159.430.66 ABŞ dolları əsas, 36843.53 ABŞ dolları faiz borcu olmasını müəyyən edərək, borc məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, həmin hissədə gəldiyi nəticəni də Mülki Məcəllənin 442 və 739-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas borc məbləğinə aid hissədə apelyasiya instansiyası işin müəyyən etdiyi hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Belə ki, əsas bor məbləği ilə bağlı apelyasiya şikayətini təmin etməyib, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apelyasiya instansiyası məhkəməsi cavabdehin əsas borc məbləğinin 159.430.66 ABŞ dolları olmasının ekspert rəyi ilə də təsdiq edilməsini müəyyən etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini əsas borc məbləğinə dair hissədə dəyişdirmədən saxlamaqla, maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bununla da müəyyən edil ir ki,əsas borc məbləğinə aid hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində əsas borc məbləğində aid hissədə istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas borc məbləği hissəsində kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirməsinə baxmayaraq, faiz borcuna aid hissədə qətnaməni dəyişdirmədən saxlayan apelyasiya instansiyası məhkəməsi həmin hissədə faiz borcunu iddia tələbi həddində deyil, ekspert rəyində göstərilən məbləğdə tutmaqla birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasına əhəmiyyət verməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə xx xxxx 2017-ci il tarixinə faiz borcu kimi cavabdehdən 35085,60 ABŞ dolları pul tutulmasını xahiş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzini n xx xxxxxx 2017-ci il tarixli, 13013 saylı ekspert rəyində isə xx xxxx 2017-ci il tarixinə faiz borcu 36843,53 ABŞ dolları müəyyən edilmişdir. Ekspert rəyində faiz borcunun məbləği iddia tələbində göstərilən məbləğdən artıqdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır. Lakin birinci instansiya məhkəməs i faiz borcunu bankın iddia tələbi həddində deyil, ekspert rəyində göstərilən məbləğdə müəyyən etməklə iddia tələbindən kənara çıxmış, apelyasiya instansiyası məhkəməsi də bunu nəzərdən qaçırmışdır. Mülki Prosessual Məcəllənin 417.1.2-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə faiz borcu məbləği hissəsində dəyişdirilməli, faiz borcunun məbləği iddia tələbi həddində, yəni 35085,60 ABŞ dolları müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1253/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi faiz borcuna ai d hissədə dəyişdirilməli, Cavabdeh1 tutulan faiz məbləği 35085,60 ABŞ dolları müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə, yəni əsas borc məbləği hissəsində dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1253/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdeh1 tutulan faiz məbləği 35085,60 (otuz beş min səksən beş dollar altımış sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni əsas borc məbləği hissəsində dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2624/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2624/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver