Məhkəmə qərarları › İş №2(102)-2624/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2624/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2624/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə X1 şəxsi qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi, maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə X1 şəxsi qismində cəlb olunmaqla) qarşı dəymiş zərərin ödənilməsi tələbin ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(103)-338/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli 2(009)245/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı iddiası təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi MK-nın 1 oktyabr 2018-ci il tarixli 2(103)-265/2018 nömrəli qətnaməsi ilə Səbail rayon məhkəməsinin qətnaməsi qismən - iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna u yğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək İddiaçı iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat pulun bankdan tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və ekspertiza xərcinin dəyəri 145 manat banka aid edilmişdir.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 4 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi dəyişdirilmədən və Bankın kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır.

4. İcra icraat mərhələsində tərəflər arasında bağlanmış 7 may 2019-cu il tarixli “Barışıq sazişi”nə əsasən ona ödənilməsi tələb olunan 54 324.68 AZN məbləğ ində olan pul vəsaitindən 45 000 AZN ödənişin həyata keçirilməsi və cavabdehə münasibətdə isə ümumi məbləğdən qalan 9 324.68 AZN-dən imtina edilməsi barədə razılıq əldə edilmişdir. Sözügedən vəsait elə həmin gün iddiaçının adına açılmış bank hesabına köçürülmüşdür.

5. İddiaçı (bundan sonra-iddiaçı) barışıq sazişi bağlandıqdan və 45000 AZN məbləği əldə edəndən sonra vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir.

6. İddiaçı 22 yanvar 2008-ci il tarixindən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuşdur. 27 mart 2018-ci il tarixdən etibarən isə əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. Tərəfindən 21 avqust 2017-ci ildə verilmiş ərizə əsasında əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. 01 sentyabr 2017-ci il tarixindən əmək pensiyasının məbləği 654.28 AZN-ə, 01 yanvar 2020-ci il tarixindən isə 852.56 AZN-ə çatdırılmışdır.

7. İddiaçının müraciətinə əsasən araşdırma aparan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 98-ci, 101-ci, 102-ci və "Sosial sığorta haqqında” Qanunun 14-cü maddələrinə istinad edərək 45000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. Vergi orqanın yazılı tələbinə əsasən İddiaçı ödənilən gəlirdən tutulmalı olan 6997.5 manat gəlir vergisi, 5794,21 manat məcburi dövlət sosial sığorta haqqı, 290.41 manat işsizlikdən sığorta haqqı, cəmi 13082.12 manat bank tərəfindən 31 mart 2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir.

8. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd edilən ödənişləri həyata keçirəndən sonra iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997.5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290.41 manat, əldən çıxmış faydaya görə 3538,91 manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16651,03 manat pulun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Bankın məhkəmə qətnaməsinə əsasən ödədiyi 45000 manat İddiaçı muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdir və o, həmin gəlir üzrə gəlir vergisinin ödəyicisidir. Bank isə onun gəlirindən gəlir vergisini ödəmə mənbəyindən tutmağa və büdcəyə köçürməyə borclu olan vergi agentidir. Həmin iddia üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktına əsasən (Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-484/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi) cavabdeh İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997,5 (altı min doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 (beş min yeddi yüz doxsan dörd manat 21 qəpik) manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290,41 (iki yüz doxsan manat 41 qəpik) manat, əldən ç ıxmış faydaya görə 3538,91 (üç min beş yüz otuz səkkiz manat 91 qəpik) manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 16651,03 (on altı min altı yüz əlli bir manat 3 qəpik) manat tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 380.69 manat məbləğində əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18 410.69 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, 22 yanvar 2008-ci il tarixindən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuşdur. 27 mart 2018-ci il tarixdən etibarən isə əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. Tərəfindən 21 avqust 2017-ci ildə verilmiş ərizə əsasında əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. 01 sentyabr 2017-ci il tarixindən əmək pensiyasının məbləği 654.28 AZN-ə 01 yanvar 2020-ci il tarixindən isə 852.56 AZN-ə çatdırılmışdır. Cavabdehin yol verdiyi hüquq pozuntuları bu gün pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnmişdir. Belə ki, 14,520.53 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqının vaxtında dövlət büdcəsinə ödənildiyi halda, yaranacaq pensiya məbləği barədə məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına (bundan sonra “DSMF”) m üraciət etmişdir. Həmin müraciətə cavab olaraq 05 yanvar 2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, fərdi hesabına ötən dövrlər üzrə ödənilən vəsait, əmək haqqının ödənildiyi dövrlərdə ödənilsəydi, əmək pensiyasının məbləği 1 sentyabr 2017-ci ildən 654.28 AZN deyil, 876.56 AZN müəyyən ediləcəkdi. Sözügedən məbləğlər 2018-2020-ci illər üzrə indeksləşdirilərək 01 yanvar 2020-ci il tarixinə 1,134.74 AZN təşkil edəcəkdi. Qeyd olunan cədvəldə A və B sütunları ona 2017-ci ilin iyul ayından başlayaraq 2020-ci ilin dekabr ayınadək olan dövrlər üzrə əmək pensiyasının məbləğinə təsir göstərmiş faktorlardan asılı olaraq müxtəlif məbləğdə pensiya ödənişinin həyata keçirildiyi ayların sayını ifadə edir. Belə ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 1 iyul 2017ci il tarixindən etibarən yenidən hesablanmağa başlanılmışdır. C sütunu ona təyin edilmiş pensiya məbləğini, D sütunu 14 520.53 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı 2017-ci ilədək ödənildiyi təqdirdə əldə ediləcək pensiya məbləğini müəyyən edir. Dyə diqqət yetirdikdə, əmək pensiyası məbləğində müvafiq dəyişikliklər (artım) müşahidə olunur ki, bu da bilavasitə 2018-2020-ci illərdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmənin aparılması ilə əlaqədardır. E isə ona əldən çıxmış fayda şəklində dəymiş zərəri bildirir. Belə ki, 01 iyul 2017-ci il tarixdən başlayaraq əmək pensiyanın şərti çevrilməsi həyata keçirilmiş və yenidən hesablanma ilə bağlı qanunvericiliyə bir sıra əlavə və düzəlişlər edilmişdir. Beləliklə, 13,408.2 6 AZN 1 iyul 2017ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı idi. Cavabdeh əmək haqqını vaxtında ödəmiş olsaydı, bəhs olunan dövrlər üzrə həmin məbləğlərdən tutulası məcburi dövlət sosial sığorta haqları hesabına indiki ilə müqayisədə daha yüksək məbləğdə pensiya 1,134.74 AZN əldə edə bilərdi. Bununla da cavabdeh ona faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Bu zərərin mövcudluğu isə 05 yanvar 2021-ci il tarixli cavab məktubu ilə bir daha təsdiq olunur. Əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı cavabdeh tərəfindən ona maddi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(009)-7/23 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim R.Qafarova)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış 7 may 2019-cu il tarixli barışıq sazişinə əsasən sonuncuya ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesabına köçürməsi ilə bağlı razılaşmaya gəlməsinə baxmayaraq faktiki olaraq fərdi hesabına ötən dövrlər üzrə ödənilməli olan vəsait, əmək haqqının ödənildiyi dövrlərdə ödənildiyi təqdirdə, onun əmək pensiyasının məbləği 1 sentyabr 2017-ci ildən hər ilə müvafiq olaraq pensiya məbləğinin indeksləşməsi də nəzərə alınmaqla arta bilərdi.

13. Məhkəmə həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqın da tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında daha əvvəl əmək münasibətləri mövcud olsa da, yaranmış mübahisə vaxtında ödənilməyən vəsaitə görə hesablanmayaraq ona ödənilməmiş pensiya məbləğləri ilə bağlıdır ki, həmin pensiya məbləğləri artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 384.0.4cü və “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunm asını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi orqanının yazılı tələbinə əsasən AR VM-in 101.1-ci maddəsinə uyğun olaraq ona ödənilən gəlirdən tutulmalı olan məcburi dövlət sosial sığorta haqqı Bank tərəfindən 31 mart 2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. İddiaçı ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqı həmin məbləğin ona ödənilməsi ilə eyni vaxtda (7 may 2019), lakin sonrakı ayın 15-dən, yəni 15 iyun 2019-cu ildən gec olmayaraq ödənilməli idi. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə görə bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Odur ki, 2019cu ilin iyun ayınadək olan və 2020-ci ilin aprelindən sonrakı dövr üçün əldən çıxmış fayda kimi zərərin ödənilməsi tələbi tamamilə əsassızdır. Məhkəmənin iddianı təmin edərkən istinad etdiyi DSMF-nin 16 may 2023-cü il tarixli məktuba əsasən iddiaçının kapitalı əsasında əlilliyə görə əmək pensiyası Qanuna dəyişikliyin edildiyi 1 iyul 2017-ci il tarixindən nəzərə alınmaqla hesablanacağı təqdirdə hazırkı dövrə, yəni 2023-cü ilin may ayına pensiya məbləği 1592,66 manat, alınmamış ümumi pensiya məbləği isə 18380,69 manat təşkil edə bilərdi. Belə ki, 31 mart 2020-ci ildən sonrakı dövr üçün alınmamış pensiya məbləğinin əldən çıxmış fayda kimi bankdan tutulması qanunsuz olmuşdur.

17. Apellyasiya şikayətinə qar şi etiraz daxil olmamışdır.

18. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı ekspertiza təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2024-cü il tarixli 9/886 rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 maddəsini nəzərə alaraq və ’’Sosial sığorata haqqında” Qanunun 14.6-cı və 14.5.1- 1-ci maddərinə əsasən əmək haqqıdan MDSS haqqları üzrə ayırmalar yani tutulmuş məbləğ növbəti ayın 15-dən gec olmayaraq Dövlət büccəsinə ödənilməlidir.

19. İddiaçının əmək pensiyasının hesablanması və indeksləşdirilməsi aşağıdakı kimi müəyyən edilmişdir: 1.1.2017-ci il tarixinə SH-534,72/1,147/1,034/1,114/1,166/1,03/1,057=318,82 Qanunun 27.1-ci maddəsinə əsasən sığorta olunanların, o cümlədən işləyən əmək pensiyaçıların ın 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017- ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır.

20. SH - 318,82+80%=573,88

21. Vətəndaşın əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: PSK170x(10/12+3)=651,7 Pensiya sığorta kapitalının 2017-ci il üzrə indeksləşdirilmiş məbləği: 22. 2006 23. 24. 651. 7 25. 2007 26. 8,3 27. 705. 8 28. 2008 29. 16,7 30. 823. 7 31. 2009 32. 20,8 33. '994.9 34. 2010 35. 1,5 37. 2011 38. 5,7 36. 100 9.9 39. 106 7.5 40. 2012 41. 7,9 42. 115 1.8 43. 2013 44. 1,1 45. 116 4.5 46. 2014 47. 2,4 48. 119 2.4 49. 2015 50. 1,4 52. 2016 53. 4,0 51. 120 9.1 54. 125 7.5 55. 2017 56. 12,4 57. 141 3.4 58. 59.

60. SH-1413,4/144=9,81 2017-ci il üzrə əmək pensiyasının məbləği - 110(BH)+9,81(SH hesablama 3)+7,25(SH hesablama 1)+573,88(SH hesablama 2)=700,94 manat 2018-ci il üzrə - 700,94+700,94x5,7%=740,89 manat 2019-cu il üzrə - 740,89+740,89x3%=763,12 manat Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 fevral 2019-cu il tarixli 2(102)793/19 nömrəli qərarına əsasən vətəndaşın 29 noyabr 2019-cu il tarixində əmək pensiyası fərdi hesabının sığorta hissəsinə əlavə edilmiş 20132 manat sığorta kapitalı əsasında yenidən hesablanmışdır. Rəşidovun 29 noyabr 2019-cu il tarixində 35 yaşı olduğu nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 80 ay sığorta stajı tələb olunur (35-15)x4=80. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir. K-80/192=0,41 KT-0,41x144=60 2019-cu il üzrə PSK - 20132,27/1,147/1,034/1,114/1,166=13068,48 SH- 13068,48/60=217,81 (2019) Əmək pensiyasının məbləği | 763,12(əmək pensiyasının məbləği hesablama 3)+217,81 =980,93+22(əmək pensiyasına əlavə)=1002,93 manat - 980,93+980,93x16.6%+22=1143,76+22=1165,76 manat - 1143,76+1143,76x11,4%=1274,15 manat - 1274,15+1274,15x3,4%=1317,47 manat - 1317,47+1317,47x14,7%= 1530,25 manat vəsait təşkil etdiyi müəyyən edilir.

61. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(103)-338/2024 nömrəli qətnaməsi ilə Cavabdeh ASC-nin tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(009)-7/23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər: İsgəndərov Akif (sədrlik edən və məruzəçi), Sadıqov Vahid və Rüstəmli Məhəmməd)

62. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

63. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə X1 Şəxs 1 saylı regional ərazi filialının 15 oktyabr 2020-ci il tarixli məktub una əsasən fərdi hesabına ötən dövrlər üçün ödənilən 13408.26 manat sığorta kapitalı əmək haqqının ona ödənildiyi dövrlərdə ödənildiyi halda onun pensiyasının məbləği 1 sentyabr 2017-ci il tarixdən 654.28 manat deyil, 876.56 manat müəyyən edilməklə, bu məbləğdə illər üzrə indeksləşdiriləşdirilən zaman 1.1.2020-ci il tarixdən pensiyasının məbləği 852.56 manat deyil, 1134.74 manat müəyyən edilə bilərdi. Həmin Fondun 16 may 2023-cü il tarixli məktubundan isə aydın olur ki, İddiaçı kapitalı əsasında əlilliyə görə əmək pensiyası Qanuna dəyişikliyin edildiyi 1 iyul 2017-ci il tarixindən nəzərə alınmaqla hesablanacağı təqdirdə hazırkı dövrə pensiya məbləği 1592,66 manat, alınmamış ümumi pensiya məbləği isə 18380,69 manat təşkil edə bilərdi.

64. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəyin də göstərilənlər Dövlət Sosial Müdafiə X1 Şəxs 1 saylı regional ərazi filialının 15 oktyabr 2020-ci il tarixli məktubunda göstərilən məlumatlarla hər hansı ziddiyyət təşkil etmir və ona görə də mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası təkrar, yaxud əlavə ekspertiza təyin olunmasına zərurət olmadığı qənaətinə gələrək bir daha qeyd etmişdir ki, iddiaçının fərdi hesabına ötən dövrlər üçün ödənilən 13408.26 manat sığorta kapitalı dövlət büdcəsinə vaxtında deyil, 31 mart 2020-ci ildə ödənildiyindən iddiaçı zərərə məruz qalmışdır və bu zərər əldən çıxmış fayda şəklində ona ödənilməlidir.

65. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin qeyri-mümkün olması barədəki mövqeyi ilə də razılaşır və hesab etmişdir ki, mə hkəmə ödənilməmiş məbləğə (əldən çıxmış faydaya) mülkiyyət kimi yanaşmaqda haqlı olmuşdur.

66. Beləliklə, iddianın “Sosial sığorta haqqında” Qanunun 14.6-cı və 14.5.1-1-ci maddələrinin tələbləri baxımından əsassız olmasına dair cavabdehin dəlilləri əsassız olmuşdur.

67. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci və “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

68. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddaçının cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddasının təmin edilməməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir.

69. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ödənilən gəlirdən tutulmalı olan məcburi dövlət sosial sığorta haqqı və digər tutulmalar (13082,12 manat) bank tərəfindən 31 mart 2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Odur ki, 2019-cu ilin iyun ayınadək olan və 2020-ci ilin aprelindən sonrakı dövr üçün əldən çıxmış fayda kimi zərərin ödənilməsi tələbi tamamilə əsassızdır.

70. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilərdi. Belə ki, mübahisə tərəflərin arasında mövcud olmuş əmək hüquq münasibətindən yarandığından iddia müddəti və onun tətbiqi hissəsində Azərbaycan Respublikasın ın Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri tətbiq olunmalı idi.

71. Belə ki, iş materiallarına əsasən iddiaçı məcburi dövlət sosial sığorta haqqı tutulan 45000 manat pulun ona ödənilməsindən 7 may 2019-cu ildən məlumatlı omuş, lakin hazırkı iddianı 28 yanvar 2021-ci ildə, yəni 1 illik iddia müddəti keçdikdən sonra qaldırmışdır

72. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə nəzərə alınmamışdır ki, iddiaçının kapitalı əsasında əlilliyə görə əmək pensiyası qanuna dəyişikliyin edildiyi 1 iyul 2017-ci il tarixindən hesablanmalıdır. Yəni nə qeyd olunan məktubda, nə ekspert rəyində, nə də ki, məhkəmə qətnamələrində bu halların, əmək pensiyasının şərti çevirilməsi və yenidən hesablanmasının 1 iyul 2017-ci il tarixindən sonrakı dövrlər üzrə həyata keçirilə bilməsi nəzə rə alınmamışdır.

73. Bundan əlavə iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrindən və mülki işin materiallarına əsasən iddiaçının 22 yanvar 2008-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuş və 27 mart 2018-ci il tarixdən etibarən isə onun əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. Sözsüz ki İ qrup əlilliyə görə daha çox pensiya ödənişi nəzərdə tutulur və bu 27 mart 2018-ci il tarixdən sonra baş vermiş lakin bu hallara da məhkəmələr qiymət verməmişdir.

74. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 375.2ci, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1, 14.6-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü və MPM-nın 101.6, 101.7, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

75. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiy ası məhkəmsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

78. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

79. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Əmək pensiyaları haqqında” Qanun 80. 37.3.2. əlilliyə görə əmək pensiyasının pensiy a təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır; “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

81. Maddə

12. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyi n olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən h əmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fər di qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. 82. 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir.

83. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 84. 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərində n məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir: Sığorta haqqına cəlb edilən aylıq gəlir cəmi 200 manatadək 25 faiz 200 manatdan çox olduqda 25 faiz sosial sığorta haqqı dərəcəsi sığortaolunanın sığortaedənin gəlirlərindən vəsaiti hesabına tutulan ödənilən 3 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 22 faiz 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

85. Maddə

17. Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan sosial sığorta ödəmələri sığortaolunanlara yalnız nağdsız qaydada bilavasitə sığortaçı tərəfindən, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi

86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 87. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 88. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror id diaçılar hesab edilirlər. 89. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 90. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 91. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır

92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.

93. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

94. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

95. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.

96. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

97. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Baxılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 yanvar 2008-ci il tarixindən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuşdur. 27 mart 2018-ci il tarixdən etibarən isə əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. 21 avqust 2017-ci ildə verilmiş ərizə əs asında əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. 01 sentyabr 2017-ci il tarixindən əmək pensiyasının məbləği 654.28 AZN-ə 01 yanvar 2020-ci il tarixindən isə 852.56 AZN-ə çatdırılmışdır. Cavabdehin yol verdiyi hüquq pozuntuları bu gün pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnmişdir. 14,520.53 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqının vaxtında dövlət büdcəsinə ödənildiyi halda, yaranacaq pensiya məbləği barədə məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına (bundan sonra “DSMF”) müraciət etmişdir. Həmin müraciətə cavab olaraq 05 yanvar 2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, fərd i hesabına ötən dövrlər üzrə ödənilən vəsait, əmək haqqının ödənildiyi dövrlərdə ödənilsəydi, əmək pensiyasının məbləği 1 sentyabr 2017-ci ildən 654.28 AZN deyil, 876.56 AZN müəyyən ediləcəkdi. Sözügedən məbləğlər 2018-2020-ci illər üzrə indeksləşdirilərək 01 yanvar 2020-ci il tarixinə 1,134.74 AZN təşkil edəcəkdi. Buna əsaslanan iddiaçı cavabdehdən 18 380.69 manat məbləğində əldən çıxmış fayda formasında zərər tələb etmişdir.

98. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdeh arasında daha əvvəl əmək mübahisələri olsa və yekunlaşsa da, hazırda yaranmış mübahisə vaxtında ödənilməyən əmək haqqına görə ödənilməmiş pensiya məbləğləri ilə bağlıdır. Cavabdeh iddiaçı ilə arasında bağlanmış 7 may 2019-cu il tarixli barışıq sazişinə əsasən sonuncuya ödəməli olduğu 54324,68 man at pulun 45000 manatını onun cari hesabına köçürməsi ilə bağlı razılaşmaya gəlməsinə baxmayaraq faktiki olaraq fərdi hesabına ötən dövrlər üzrə ödənilməli olan vəsait, əmək haqqının ödənilməli olan dövrlərdə ödənildiyi təqdirdə, onun əmək pensiyasının məbləği 1 sentyabr 2017-ci ildən hər ilə müvafiq olaraq pensiya məbləğinin indeksləşməsi də nəzərə alınmaqla arta bilərdi. Məhkəmə müvafiq sığorta məbləği fonda ödənildikdən sonra pensiya məbləğində artım hesablanmalı olmasına baxmayaraq hesablanmadığı üçün həmin məbləğin əldən çıxmış fayda olaraq zərər kimi cavabdehin üzərinə qoyulmasını əsaslı hesab etmişdir.

99. İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə bu mövqeyə gələrkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, ümumi norma olan Mülki Məcəlləninin 21-ci maddəsinə is tinad edilərək iddia əsaslı hesab edilmişdir.

100. Halbuki nəzərə alınmalı idi ki, işləyən əmək pensiyaçısına əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır.

101. Lakin nəzərə alınmamışdır ki, işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 16 may 2023-cü il tarixli məktubundan göründüyü kimi iddiaçının sorğu edilən pensiya kapital əsasında əlilliyə görə əmək pensiyası Qanuna dəyişikliyin edildiyi 01 iyul 2017-ci il tarixdən nəzərə alınmaqla məhz “Əmək pensiyaları haqqında” Qanun 13 və 37.3.2-ci maddələrinə əsasən hesablanacağı təqdirdə hesablama aparılan dövrə pensiya məbləği 1592,66 manat, alınmamış ümumi pensiya məbləği isə 18380,69 manat təşkil edəcəyi müəyyən edilmişdir.

102. Belə olan halda iddianın əsaslılığı yoxlanılarkən bu qərarın 101-ci bəndində göstərilən normalarının tətbiqinin mümkünlüyü müzakirə edilməli idi.

103. Qeyd edilməlidir ki, iş üzrə cəlb edilən və üzərinə öhdəlik qoyulan cavabdehin həmin iddiaya cavab verməli şə xs olub-olmamasını müəyyən etmədən, artıq bərpa olunmuş sığorta məbləği əsasında pensiyanın yenidən hesablanıb iddiaçya öldənilibödənilməməsi aydınlaşdırılmadan (halbuki sözügedən orqan iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur) iddia tələbi əsassız olaraq təmin olunmuşdur.

104. Məhkəmə kollegiyasının qənaətinə görə baxılan iş üzrə tələb irəli sürülən cavabdeh ona cavab verən şəxs hesab oluna bilməz. Çünki əgər sığorta məbləği iddiaçının hesabına bərpa edilmişdirsə, artıq pensiya kapitalı hesab olunurdusa, məhz həmin orqan aparılmış hesablama əsasında pensiyaya əlavəni ödəməli, bundan imtina edildyi təqdirdə isə ödənişin edilməsindən imtina edən inzibati orqana qarşı tələb yönəldilməli olması nəzərə alınmalı idi. Yaranmış vəziyyətdə tələb irəli sürülən hüquqi şəxs tələbə cavab verməli olan şəxs hesab olmadığından ona qarşı irəli sürmüş tələb əsssızdır.

105. Bununla yanaşı nəzərə alınmalıdır ki, baxılan iş üzrə tələb irəli sürülmüş cavabdeh tərəfindən ödənilməmiş sosial sığorta məbləği müvafiq olaraq iddiaçının sığorta kapitalına bərpa olunduğu andan həmin şəxsin iddiaçı qarşısında həmin məsələ ilə bağlı yaranmış öhdəliyi bitmişdir. Belə vəziyyətdə baxılan iş üzrə tələbi irəli sürülmüş cavabdehdən bərpa olunmuş pensiya kapitalına münasibətdə hər hansı zərər, o cümlədən əldən çıxmış faydanın tələb olunması istisna olunur.

106. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianı təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəsi əsassızdır və bu baxım dan qətnamə ləğv olunmalı və işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin müəyyən etdiyi hallar nəzərə alınaraq iddia təmin olunmamalıdır.

107. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(102)338/2024 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar