Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-263/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: satılmış əşyanın dəyərinin ödənilməsi öhdəliyinin icrası) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğlunun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1244/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğlu tərəfindən veril miş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2019-cu ildə cavabdehlərə qızıl-zinət əşyaları satmışdır. Cavabdehlər alınan əşyalara görə 5575 manat və 2400 manat olmaqla, ümumilikdə 7975 manat borclarının olmasına dair 29.05.2019-cu il tarixli yazılı sənəd imzalayıb iddiaçıya vermişlər.
2. İddiaçı bildirir ki, cavabdehlər ondan 24157 manatlıq qızıl əşyası almış, 8999 manat ödəmişlər, 15352 manat borclu qalmışlar. Həmin borcun tutulmasını tələb edir.
3. Cavabdehlər isə aldıqları 7975 manatlıq əşyanın dəyərini tam ödədiklərini bildirərək iddiaya etiraz edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğluna qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 11229 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Mingəçevir şəhəri H.Əliyev prospekti 42 ünvanında yerləşən “Zümrüd” adlı mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdehlərlə uzun müddət alış-veriş etdiyi üçün sonunculara inanaraq onlara 2019-cu ilin yanvar ayından başlayaraq qızıl-zinət əşyalarını nisyə satmışdır. Həmin vaxt cavabdehlər könüllü olaraq borcu hissə-hissə qaytaracaqları barədə qəbz yazmış, lakin borcun bir qismi Pərvizin əmək haqqı kartından ödənildikdən sonra, cavabdehlər qalan borcu qaytarmaqdan imtina etmişlər. O dəfələrlə cavabdehlərdən b orcun qaytarılmasını tələb etsə də, sonuncular onunla razılaşmayaraq qalıq borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdehlərə ilkin olaraq 24.2 qram sep, 17.3 qram komplekt, 25.93 qram olan qızılı cəmi dəyəri 3320 manata, 70 qram çəkidə qızıl əşyası dəyəri 5600 manat, sonra 29.05.2019-cu il tarixdə yenidən cavabdehlərə 19.59 qram “Bismark” Moskva sepi, 25.76 qram İtaliya komplekti, 9.75 qram sırf qızıldan boyunbağ, 7.09 qram bilərzik, 8.11 qram “Kobra” boyunbağısı, 7.21 qram qızıl sırğa, həmin vaxt qızılların cəmi qramı 77.51 qram olub dəyəri 6208 manat təşkil etmişdir. Bir müddət sonra, yəni 04.06.2019-cu il tarixdə yenidən cavabdehlərə cəmi 29.9 qram olan, cəmi dəyəri 2400 manat olan qızıl-zinət əşyaları və əlavə ol araq 15.55 qram komplekt, 4.8 qram qolbağ, 10.4 qram sırğa nisyə satmışdır. Qızıl zinət əşyaları 585 əyyarlı olmuşdur. Cavabdehlər ona olan cəmi 19.228 manat borcdan hissə-hissə 7999 manat ödəmiş, qalan borcu ödəməkdən imtina etmişlər.
6. İddiaçı 11.03.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində məbləğləri qeyd etmədiyini bildirərək qızılların qiymətinin, 70 qram x 72 manat =5040 manat; 72.51 qram x 72 manat = 5580 manat; 29.9 qram x 80 manat = 2400 manat, 30.03 qram x 72 manat = 2162 manat, 2400 manat köhnə borcdan qalıq, 6.43 qram x 69 manat = 450 manat, 69.68 qram x 80 manat = 5575 manat, 9.37 qram x 80 manat = 750 manat olmaqla cəmi 24157 cavabdehlərin borcu olduğunu və həmin borcdan 8999 manatın cavabdehlər tərəfindən ödənildiyini, lakin hazırda cavabdehlərin 15352 manat borcunun ödənilməmiş qaldığını göstərmişdir: Ona görə də, məhkəmədən 15357 manat pulun cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək, əsasən ilkin və əlavə iddia ərizələrinin məzmununa uyğun izahat verərək və əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər ondan nisyə qızıl əşyaları götürərkən, həmin pulu vaxtında ödəyəcəklərinə söz vermişlər. Lakin sonradan Cavabdeh2 pulu ödəməkdən qəsdən imtina etmişdir. Onun niyyəti əsassız gəlir əldə etməkdən ibarətdir. Hazırda da məhkəmə prosesinə gəlməkdən imtina etməklə, öz niyyətini gerçəkləşdirmək istəyir. Belə ki, cavabdehlər nümayəndə vasitəsilə təmsil o lunmaqla, hüquqdan sui-istifadə edirlər. Əgər, cavabdehlərin ona borcu qalmamışdırsa, gəlib məhkəmə iclasında sübut edərdilər. Göründüyü kimi cavabdehlər məhkəməyə gəlməkdən boyun qaçırmaqla, öz qanunsuz hərəkətlərini ört-basdır etmək məqsədi güdmüşlər. Halbuki, onunla cavabdehlər arasında nisyə alqı-satqının olması sadə yazılı formada verilmiş qəbzlərlə öz təsdiqini tapmışdır. Hazırda isə cavabdehlərin nümayəndəsi, həmin qəbzləri cavabdehlərin xeyrinə təfsir etməklə, cavabdehləri borc öhdəliyindən əsassız olaraq azad etmək istəyir.
8. Cavabdehlərin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçının göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, 29.05.2019-cu il tarixdə cavabdehlər iddiaçıdan təqribən 70 qram qızıl-zinət əşyalarını nisyə götürməyə razılaşmışl ar. Həmin vaxt Pərviz Məmmədzadə № 8815 saylı hesab kartından hər ay 1000 (bir min) manat pulun tutulmasına etiraz etməmiş və kartını könüllü iddiaçıya vermişdir. Bu səbəbdən cavabdehlərin iş materiallarında olan qəbzin sonunda yalnız 29.05.2019-cu il tarixə 5575 manat borcları olduğu qeyd edilmişdir. Bundan sonra Cavabdeh2 04.06.2019-cu il tarixdə cəmi 29.9 qram 2400 manat dəyərində 15.55 qram komplekt, 4.08 qram qolbaq, 10.4 qram sırqa götürmüş və bu da həmin qəbzdə göstərilmişdir. Həmin borcdan 8999 manat ödənildiyini nəzərə alsaq iddiaçıya əlavə 1000 manat pul ödənilmiş olur. Əlavə götürülən 450 və 400 manat pul nəzərə alınanda iddiaçıya borcu qalmır.
9. Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 01 aprel 2021-ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğlundan müştərək qaydada 5394 (beş min üç yüz doxsan dörd) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 10.50 manatı (30 manatın 35%) hissəsi cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğlundan alınıb İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə Mülki Məcəllənin 501-ci və 600-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehin cəmi 15357 manat məbləğində borcun olması faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 1 5357 manat deyil, yalnız cavabdeh tərəfin qəbul etdiyi hallara uyğun olaraq, işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 5394 manat miqdarda qismən əsaslı hesab edir. Məhkəmə cavabdeh tərəfindən işdə olan qəbzdə, Cavabdeh2 tərəfindən yazılan “Yenidən 29.9 qram qızıl götürdüm qiyməti 2400 manat komplekt 15.55, qolbaq 4.08, sırğa 10.4 aldım” cümləsini eyni borcu əhatə etdiyinə dair cavabdehlərin nümayəndəsinin bildirdiklərinə tənqidi yanaşaraq onu sübut növü kimi qəbul etməmişdir. Belə ki, iddiaçı cavabdehlərin nümayəndəsinin bildirdiklərini qəbul etməmiş, Cavabdeh2 isə kifayət qədər vaxt verilməsinə baxmayaraq, həmin halın təsdiq edilməsi üçün məhkəmə iclasına gəlməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, həmin cümlənin birinci hissəsində göstərilmiş 29.9 qram qızıl, ikinci göstərilən qızılın qramları ilə üst üstə düşmür. Belə ki, 15.55 qram komplekt, 4.08 qram qolbaq, 10.4 qram sırğanın cəmi 30.03 qram təşkil edir. Bununla da cavabdeh tərəf iddiaçıya olan borcun tam qaytarılmasını inandırıcı şəkildə sübut edə bilməmişdir. Tərəflər arasında yazılı qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehlər iddiaçıdan qızıl-zinət əşyalarını nisyə, hissə-hissə ödəmək şərtilə almışlar. İddiaçı qızıl əşyalarını cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlər isə qısa zamanda həmin borc məbləğini qaytarmağı öhdələrinə götürmüşdür. Bununla da cavabdehlər nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Ona görə də cavabdehlər iddiaçı qarşısında birgə borclu kimi məsuliyyət daşıyırlar. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 13 iyul 2021-ci il tarixli, 2(107)-1244/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 aprel 2021ci il tarixli, 2(051)-434/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğlundan müştərək qaydada 7975 (yeddi min doqquz yüz yetmiş beş) manat və 15.57 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin, yəni 5394 manat məbləğinin məntiqi ardıcıllığını tuta bilmir. Çünki birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş qəbzlərdəki rəqəmlərə istinad edərkən öz mövqeyini tam açıqlamamış, sonuncu qəbz üzrə 5575 manat borcun qalmasına, bundan sonra əlavə olaraq 2400 manat dəyərində nisyə qızıl-zinət əşyasının götürülməsinə, eləcə də cavabdeh tərəfin məhkəmə iclasında bunu mübahisələndirməməsinə xüsusi əhəmiyyət verməyərək hazırki qənaətə gəlmişdir. Məhkəmə bu məbləği təmin edərkən nəyə istinad etməsi sual doğurur. Cavabdeh tərəf 8999 manat ödəniş etdiyini bildirsə də, bunu sonuncu qalıq borclardan, yəni 5575 manat qalıq borcdan və əlavə götürülmüş 2400 manat dəyərində qızıl-zinətdən sonra ödənildiyini sü buta yetirə bilməmişdir. Çünki iddiaçı özü də 7999 manatın ödənildiyi inkar etmir, lakin həmin ödənişdən sonra qalan borcu mübahisələndirir. Kollegiya sonda iş materiallarına əlavə edilmiş 2-4 səhifəsindəki qəbzlərə münasibət bildirərək qeyd etmişdir ki, əvvəla həmin vərəqlərdəki imza cavabdehlərə məxsus olsa da belə, mahiyyətindən görünür ki, bu daha çox haqq-hesab aparılmaya dəlalət edir. Çünki göründüyü kimi həmin vərəqlərdə olan yazı və rəqəmlər müxtəlif olmaqla, aydın və başa düşülən deyil, hətta əksər yazıların üzərindən “ Z və X” işarələri çəkilmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, iş materiallarının 5-ci səhifəsindəki “qəbz” istisna olmaqla, həmin “qəbz”lər kifayət qədər şübhə doğurduğundan iddiaçının xeyrinə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehlər Cavabdeh2 və Məmmədzadə Pərviz Baba oğlu kassasiya şikayəti verərək iddianın təmin olunan hissədə qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, onlar iddiaçının təsdiq etdiyi kimi 7999 manat, sonrakı ərizələrində göstərdiyi kimi 8999 manat pul ödənişi etmişlər. Belə ki, işə baxan məhkəmə kollegiyası isə hesab etmişdir ki, “1.Cavabdehlər özləri iddiaçıdan nisyə şəkildə qızıl-zinət əşyası aldığını və sonda 5575 manat borclarının qaldığını, bundan sonra əlavə 2400 manat dəyərində nisyə qızıl dəsti götürdüyünü etiraf etməklə qəbzə imza etmişlər (i /m səh.5).
2. İş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokolundan (səh. 51) müəyyən edilir ki, cavabdehin nümayəndəsi 29.05.2019-cu il tarixdə nisyə alınan cəmi 5575 manat dəyərində olan qızılın və 04.06.2019-cu il tarixdə nisyə alınan 2400 manat dəyərində qızıl-zinət əşyalarına görə 7975 manat borcun olduğunu bildirmiş, lakin həmin borcdan 8999 manat pul ödənildiyini, sonda cavabdehlərin borcunun qalmadığını qeyd etmişdir. 3. cavabdeh tərəf iddiaçıya olan borcundan bir hissəsini ödədiyini, hesablamasına görə borcunun qalmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.” Məhkəmə kollegiyasının gəldiyi həmin mövqe ilə razılaşmaq mümkün deyildir. Belə ki, İddiaçı iddia ərizəsin də cavabdehlərin ona 7999 manat, iddia tələbinin həcminin artırılması barədə 11 mart 2021-ci il tarixli ərizəsində 8999 manat borc qaytardıqlarını təsdiq etmişdir. Həmçinin iddiaçının özünün məhkəməyə təqdim etdiyi imzalı qəbzdən görünür ki, cavabdehlər 18 iyul 2019-cu ildən başlamaqla 17 mart 2020-ci il tarixədək 8150 manat ödəniş etmişlər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz iddia ərizəsində cavabdehlərin 7999 manat, daha sonra isə 8999 manat pul qaytarmaqlarını təsdiq etdiyindən məhkəmənin cavabdehlərin üzərinə əlavə yük qoyması qanunsuzdur. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, “4. Hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könüllü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflə rin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada iş üzrə cavabdehlər tərəfindən imzalanmış sonuncu qəbz əslində mahiyyət etibarı ilə də iddiaçıdan nisyə qaydada qızıl-zinət əşyasının alınmasının elementlərini əks etdirir. Ona görə də, məhz bu prizmadan yanaşdıqda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmək olmaz.” Məhkəmə kollegiyası həmin hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, cavabdehlərin təsdiq etdiyi qəbz sonradan tərtib olunmuş qəbz dir. Halbuki, həm iddiaçının verdiyi izahatda, həm də cavabdehlərin imzaladıqları qəbzdən görünür ki, onlar 29 may 2019-cu il tarixdə 5575 manat və 04 iyun 2019-cu il tarixdə 2400 manat dəyərində qızılzinət əşyaları almışlar. İddiaçının göstərdiyi kimi bu müddətdən sonra onların qaytardıqları 8999 manat ödəniş etməklərini nəzərə almayaraq məhz hər iki qəbzə istinad edərək 7975 manat pulun bizdən alınmasını qət etməkdə haqlı olmamışdır. Halbuki, İddiaçı öz iddia ərizəsində və izahatında göstərmişdir ki, cavabdehlər 04 iyun 2019-cu il tarixdən tarixədək müddətdə 8999 manat pul ödənişi etmişdirlər. Bununla da məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, “5. Məhkəmə kollegiyası birinci instansiya mə hkəməsinin gəlmiş olduğu nəticənin, yəni 5394 manat məbləğinin məntiqi ardıcıllığını da tuta bilmir. Çünki birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş qəbzlərdəki rəqəmlərə istinad edərkən öz mövqeyini tam açıqlamamış, sonuncu qəbz üzrə 5575 manat borcun qalmasına, bundan sonra əlavə olaraq 2400 manat dəyərində nisyə qızıl-zinət əşaysının götürlməsinə, eləcə də cavabdeh tərəfin məhkəmə iclasında bunu mübahisələndirməməsinə xüsusi əhəmiyyət verməyərək hazırki qənaətə gəlmişdir. Məhkəmə bu məbləği təmin edərkən nəyə istinad etməsi sual doğurur. Bundan əlavə cavabdeh tərəf 8999 manat ödəniş etdiyini bildirsə də, bunu sonuncu qalıq borclardan, yəni 5575 manat qalıq borcdan və əlavə götürülmüş 2400 manat dəyərində qızıl-zinətdən sonra ödənildiyini sübuta yetirə bilməmişdir. Çün ki iddiaçı özü də 7999 manatın ödənildiyi inkar etmir, lakin həmin ödənişdən sonra qalan borcu mübahisələndirir. Kollegiya sonda iş materiallarına əlavə edilmiş 2-4 səhifəsindəki qəbzlərə münasibət bildirərək qeyd edir ki, əvvəla həmin vərəqlərdəki imza cavabdehlərə məxsus olsa da belə, mahiyyətindən görünür ki, bu daha çox haqq-hesab aparılmaya dəlalət edir. Çünki göründüyü kimi həmin vərəqlərdə olan yazı və rəqəmlər müxtəlif olmaqla, aydın və başa düşülən deyil, hətta əksər yazıların üzərindən “ Z və X” işarələri çəkilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iş materiallarının 5-ci səhifəsindəki “qəbz” istisna olmaqla, həmin “qəbz”lər kifayət qədər şübhə doğurduğundan iddiaçının xeyrinə mötəbər sübut kimi qiymətləndirilə bilməz.” Məhkəmə kollegiyası iş üçün bu halların müəyyən ol unduğunu göstərsə də, iş materiallarına əlavə olunmuş, iddiaçının haqq-hesab vərəqinə baxmaqla cavabdehlərin 8999 manat pul qaytarmaqlarını müəyyən edə biləcəyi halda bunu etməmişdir. Yalnız hesab etmişdir ki, cavabdehlər 29 may 2019 və 04 iyun 2019-cu il tarixində iddiaçıdan 5575 və 2400 manat dəyərində qızıl-zinət əşyaları almışdırlar və həmin pul geri qaytarılmalıdır. Ancaq məhkəmə özü də təsdiq etmişdir ki, iddiaçı cavabdehlərin 7999 manat pul qaytardıqlarını təsdiq etmişdirlər. Məhkəmənin gəldiyi mövqe tam qanunsuz və əsassızdır. İstinad etdiyi maddi normalar formal olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətini qismən təmin etməklə iddiaçının göstərdiyi 5575 manat və 2400 manat dəyərində qızıl-zinət əşyasını onların aldıqlarını təsdiq olunması qənaət inə gəlsə də, həmin pulun onların 04 iyun 2019-cu il tarixdən sonra qaytarmaqlarına qiymət verməməklə cavabdehlərin hüquqlarını pozan qətnamə qəbul etmişdir. Cavabdehlər iddiaçıdan 5575 və 2400 manat dəyərində qızıl-zinət əşyaları aldıqlarını təsdiq etsələr də, iddiaçı da cavabdehlərin ona 04 iyun 2019-cu il tarixdən sonra 7999, daha sonra 8999 manat pul ödədiklərini təsdiq etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin ödədikləri pulu heç bir əsas gətirmədən iddiaçının həmin ödənişdən sonra qalan borcu mübahisələndirdiyini göstərmişdir. Halbuki, məhkəmə kollegiyası cavabdehlərin iddiaçıdan «işin materialının 5-ci səhifəsindəki qəbz istisna olmaqla» 5575 və 2400 manat dəyərində qızıldan başqa əşya aldıqlarının sübuta yetmədiyini, digər qəbzlərin kifayət qədər şübhə doğurduğundan iddiaçının xe yrinə mötəbər sübut kimi qiymətləndirilə bilmədiyini də göstərmişdir. Belə olan halda, cavabdehlər həmin 7999, yaxud 8999 manat pulu İddiaçı hansı qismdə ödədiklərinə qiymət verməmişdir. Yalnız göstərmişdir ki, onlar pulu qızılı aldıqdan sonra ödədiklərini təsdiq edə bilməmişdirlər. Halbuki, iddiaçının özünün təqdim etdiyi qəbzlərdəki tarixlərdən bu aşkar müəyyən olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə ic lasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Mübahisə iddiaçı tərəfindən cavabdehlərə satılmış qızıl əşyalarının dəyərinin qaytarılmaması iddiası ilə bağlıdır.
26. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutları qiymətləndirməklə belə qənaətə gəlmişdir ki, iddiaçı, tələbində göstərdiyi miqdarda deyil, ümumilikdə 7.975 manat dəyərində q ızıl əşyasını cavabdehə verdiyini sübuta yetirə bilmişdir. Cavabdeh də bu halı mübahisələndirmir.
27. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi, 567.1-ci və 597.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara görə alıcı qəbul etdiyi əşyanın müəyyənləşdirilmiş qiymətini satıcıya ödəməlidir (§ 18-19).
28. Bununla belə cavabdeh, iddiaya etiraz edərək qeyd olunan məbləğdə borcunu ödədiyini bildirir, buna sübut kimi iddiaçının etirafına istinad edir. Belə ki, iddiaçı əvvəlcə cavabdehin ona 7.999 manat, sonra isə 8.999 manat məbləğində pul qaytardığını bildirmişdir.
29. Cavabdehin qənaətinə görə iddiaçının etiraf etdiyi məbləğ apellyasiya məhkəməsinin müəyyənləşdirdiyi və ondan tutduğu məbləğdən çox olduğu üçün iddianın təmin edilməsi doğru olmamışdır.
30. Mövcud vəziyyətdə ap ellyasiya məhkəməsi iddianı 7.975 manat həcmində təmin etməsini belə əsaslandırmışdır ki, “cavabdeh tərəf 8999 manat ödəniş etdiyini bildirsə də, bunu sonuncu qalıq borclardan, yəni 5575 manat qalıq borcdan və əlavə götürülmüş 2400 manat dəyərində qızılzinətdən sonra ödənildiyini sübuta yetirə bilməmişdir. Çünki iddiaçı özü də 7999 manatın ödənildiyi inkar etmir, lakin həmin ödənişdən sonra qalan borcu mübahisələndirir” (§ 12).
31. Göründüyü kimi, məhkəmənin qənaətinə görə, iddiaçı ödənişdən sonra qalan borcunu tələb edir.
32. Bu mövqe ona dəlalət edir ki, cavabdeh 7.999 manatı ödədikdən sonra onun 7.975 manat borcu qalmışdır. Dolayısı ilə cavabdehin borcu əslində 7.999 manatdan artıq məbləğdə olmuşdur.
33. Halbuki belə qənaət iddiaçının alacağının həcminə dair apellyasiya məhkəməsinin süb utları qiymətləndirməklə gəldiyi nəticə ilə uzlaşmır. Çünki, iddiaçının tələbin əsası kimi istinad etdiyi yazılı sənədlərdən 5-ci səhifədəki (7.975 manat borca dair) qəbz istisna olmaqla, digər (2-4-cü səhifələrdəki) qəbzlər mötəbər sübut sayılmamışdır. Bu səbəbdən iddiaçının təqdim etdiyi (cavabdehlərin imzaladıqları) 29.05.2019-cu il tarixli qəbz əsasında sübuta yetən alacağın miqdarı 7.975 manat qəbul edildikdə, cavabdehin daha artıq məbləğdə borclu olması barədə qənaət əsaslı sayıla bilməz.
34. Bununla belə, tərəflər arasında daha əvvəl də alış-veriş münasibətlərinin olması, bu çərçivədə iddiaçının qəbul etdiyi 7.999 manat ödənişin hazırkı iş üzrə cavabdehdən tutulan 7.975 manatlıq borcdan əvvəl ödənmiş (daha böyük məbləğdə borcun bir qisminin ödənişi), yaxud ayrı bir öhdəliyin icrası olması iddia edilə bilər.
35. Belə olan halda, həmin iddianı sübuta yetirmək cavabdehin deyil, iddiaçının üzərinə düşür. Başqa sözlə, cavabdeh sübut etməli deyil ki, onun 7.999 manatdan artıq borcu olmayıb (neqativ hal), əksinə iddiaçı sübuta yetirməlidir ki, cavabdehin ona ya həmin məbləğdən artıq həcmdə borcu olub, ya da 7.975 manatlıq öhdəlik 7.999 manatlıq icradan sonra əmələ gələn yeni borcdur (pozitiv hal).
36. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 20).
37. Bu baxımdan məhkəmə, sübutetmə yükünü düzgün bölüşdürməmiş, onu cavabdehin üzərinə qoymaqla iddianı qismən təmin etmişdir.
38. Bu səbəbdən Kollegiya hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qətnamə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır (§ 21).
39. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1244/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov