Məhkəmə qərarları › İş №2(102)-263/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-263/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-263/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9604/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin kserosu rətini əks etdirən vərəqdə “İddiaçı 22000 manat borcdan əlavə, 2000 manat xx.xx.2017-ci il tarixində götürmüşəm. Ümumi olaraq mənim borcum 24000 manatdan ibarətdir. İmza: Cavabdeh1, xx.xx.2017-ci il” məzmunda yazılı mətn əks olunmuşdur.

2. Əl yazısı ilə icra olunmuş borc qəbzində “xx.xx.2017-400 manat-imza-xx.xx.2017; xx.xx.2017-250 manat-imza-xx.xx.2017; xx.xx.2017-150 manat-imza-xx.xx.2017; xx.xx.2017-050 manat-imza-xx.xx.2017; xx.xx.2018-200 manat-imza-xx.xx-2018/1050; xx.xx.2018-300 manat-imza-xx.xx.2018; xx.xx.2018-150 manat-imza-xx.xx.2018/1500; xx.xx.2018-5000 manat-imza-xx.xx.2018” yazı mətni əks olunmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/210 nömrəli ekspert rəyinə görə, təqdim edilmiş mülki işin 82-ci vərəqin də əl yazısı ilə icra olunmuş borc qəbzində xx.xx.2017 rəqəmlər və qarşısındakı imza, xx.xx.2017 rəqəmlər və qarşısındakı imza, xx.xx.2017 rəqəmlər və qarşısındakı imza, xx.xx.2017 rəqəmlər və qarşısındakı imza, xx.xx.2018/1050 rəqəmlər və qarşısındakı imza, xx.xx.2018 rəqəmlər və qarşısındakı imza, xx.xx.2018/1500 rəqəmlər və qarşısındakı imza, xx.xx.2018 rəqəmlər və qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzində xx.xx.2017-400 manat yazılar, xx.xx.2017-250 manat yazılar, xx.xx.2017-150 manat yazılar, xx.xx.2017-050 manat yazılar, xx.xx.2018-200 manat yazılar, xx.xx.2018300 manat yazılar, xx.xx.2018-150 manat yazılar, xx.xx.2018-5000 manat yazılar Cavabdeh1 tərəfindən yox, başqası tərəfindən icra o lunmuşdur. Təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzinin 7-ci sırasında xx.xx.2018 yazılarında 01 rəqəmlərindəki 1 rəqəmi tədqiqat prosesinin 3-cü bəndində göstərilən səbəblərə görə yararsız olduğundan həmin rəqəmin Cavabdeh1 tərəfindən yoxsa başqası tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 5/1190 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş “xx.xx.2017-400 manat” yazısı ilə başlayıb “xx.xx.2018” yazısı ilə bitən qəbzin üzərində olan əl yazı və imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmiş və həmin qəbzin üzərində hər hansi bir montaj əlamətləri müəyyən edilmədi. Tədqiqata təqdim edilmiş “xx.xx.2017-400 manat” yazısı ilə başlayıb “xx.xx.2018” yazısı ilə bitən qəbzin üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 8.500 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, cavabdeh xx.xx.2017-ci il tarixdə iddiaçıdan 2.000 manat məbləğdə borc almışdır. Bunu cavabdeh tərəfindən tərtib edilmiş qəbz təsdiq edir. Bundan başqa, cavabdeh ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi 1.500 manat, xx.xx.2018-ci ildə 5.000 manat borc pul almışdır, bunu təsdiq edən qəbz də mövcuddur. Beləliklə, cavabdehin ona cəmi 8500 manat borcu yaranmışdır. Aralarındakı razılaşmaya əsasən cavabdeh ondan borc olaraq aldığı cəmi 8.500 manat pulu 1 ilə qaytarmalı idi. Lakin qəbzlərin tərtib edilməsindən uzun müddət keçsə də cavabdeh borclu olduğu 8.500 manat məbləğində pulu qaytarmaqdan imtina edir,

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-321/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli (hakim Ş.Əliyev) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən borcun əvəzi qismində 8.500 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbzlərin mövcudluğu və bu sənədlər iddiaçı tərəfin dən məhkəməyə təqdim edildiyindən və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, həmçinin cavabdeh borc müqaviləsinə dair nəticələrin riskini daşıdığı halda borcun ödənilməsi barədə kreditora qarşı hər hansı bir tələb irəli sürməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi əsaslıdır.”

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 433.3, 442, 445.2, 529.3, 739.1, 739.2, 740.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (haki mlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 2(103)-9604/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası, ekspertin gəldiyi nəticə ilə razılaşaraq ekspert rəyini, cavabdehin əlyazısı ilə icra olunmuş borc məbləği barədə qəbzin (sənədin) həqiqiliyinin müəyyən olunmasında sübut kimi qəbul edir. Məhkəmə kollegiyası, iddia tələbinə münasibətdə qeyd edir ki, şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbzlərin mövcudluğu və bu sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyindən və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, həmçinin cavabdeh borc müqaviləsinə dair nəticələrin riskini daşıdığı halda borcun ödənilməsi barədə kreditora qarşı hər hansı bir tələb irəli sürməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslıdır.”

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 433.3, 442, 445.2, 529.3, 739.1, 739.2, 740.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliyinin mövcud olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, iddiaçı əl yazısı ilə icra edilmiş borc qəbzlərini saxtalaşdırmış, məhkəmə həmin qəbzləri sübut kimi qəbul edərək, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gəlmiş və iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etm əlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddət də icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessua l hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəm ə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlamaqla işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

23. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası məhkəmələri gəldikləri nəticələri tərtib olunmasını cavabdehin inkar etmədiyi yazılı qəbzlər, həmin qəbzlərin mötəbərliyini isə ekspert rəyləri ilə əsaslandırmışlar. Sözügedən ekspert rəylərində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmələr tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir, rəylərin mötəbər sayılmaması hər hansı əsas işdən müəyyən edilmir.

24. Şikayətin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qi ymət verilmir.

25. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9604/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar