Məhkəmə qərarları › İş №2(102)-2630/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2630/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2630/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2630/2023 (Açar sözlər: kredit borcunun tutulması və ipteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-14/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı

1. Tərəflər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, 014 saylı kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay güzəştlə, 36 ay müddətinə illik faiz dərəcəsi 6 faiz olmaqla 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir.

2. Eyni tarixdə bağlanmış 014İ saylı ipoteka müqaviləsi əsasında Cavabdeh məxsus Bərdə rayonu, Şirvanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 22 aprel 2014-cü il tarixli, 014 saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15000 manat əsas, 1478.60 manat faiz borcu, cəmi 16478.60 (on altı min dörd yüz yetmiş sə kkiz manat 60 qəpik) manat kredit borcunun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində müəyyən edilməsi və həmin fərdi yaşayış evi satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra evdə qeydiyyatda olan və qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməklə evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cav abdeh iddiaçıya 15.000 manat əsas, 1478.60 manat faiz borcu, cəmi 16478.60 (on altı min dörd yüz yetmiş səkkiz manat altmış qəpik) manat kredit borcu qalmışdır. Cavabdehə dəfələrlə kreditin ödənilməsi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq, kredit müqaviləsindən irəli gələn öhdəliklərini könüllü olaraq icra etməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətiilə 22 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlayaraq ilik faiz dərəcəsi 6 faiz olmaqla 18 ay güzəştlə, 36 ay müddətinə 15.000 (on beş min) manat kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka iə yüklü edilmişdir. Kredit borcundan çox hissəsini ödəmiş, banka borclu qaldığı kredit borcunu hissə-hissə ödəyəcəkdir. Kredit borcunun ipoteka predmetinə yönəldilməməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 3480 saylı rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan kassa mədaxil qəbzləri, hesabdan çıxarış məlumatları, 22 aprel 2014-cü il tarixli, 014 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2016-cı il tarixədək ümumilikdə əsas kredit borcu üzrə 15.000 manat, faiz borcu üzrə 1040 manat borcu vardır.

7. Bərdə Rayon Məhkəməsinin 06 aprel 2018-ci i l tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev, iş N 2(021)-765/2018) iddianın qismən təmin edilməsi, Cavabdeh 22 aprel 2014cü il tarixli, 014 nömrəli kredit müqaviləsi üzrə 15000 manat əsas, 1040 manat faiz borcu, cəmi 16040 (on altı min qırx manat) manat kredit borcunun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilməsi, tutmanın 22 aprel 2014-cü il tarixli, 014İ nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən 0,08 ha torpaq səhəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin 0,08 ha torpaq səhəsi ilə birlikdə açıq hərracdan satılması, həmin fərdi yaşayış evinin 0,08 ha torpaq səhəsi ilə birlikdə ilkin sa tış qiymətinin 23500 (iyirmi üç min beş yüz) manat olmaqla, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 22 aprel 2014-cü il tarixli, 014 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin ipoteka qoyan Cavabdeh qaytarılması, həmin fərdi yaşayış evinə tutma yönəldikdə və açıq hərracda satıldıqda ən geci bir ay ərzində fərdi yaşayış evinin boşaldılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə öhdəliyi icra etməmişdir. Cavabdeh müq avilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Mülki Məcəllənin 427.3-cü maddəsinin tələlərini pozmuşdur.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 317.1, 317.2, 385.1, 442, 443.1, 448.1, 427.3, “İpoteka haqqında” Qanunun 34.1, 39.3 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən əsassız və qanunsuzdur. Belə ki, banka borclu olduğu pulu maddi imkanı olmadığı üçün tam ödəyə bilməmişdir. Hazırda ürək xəstəliyindən əziyyət çəkir, müalicə olunmaq üçün xeyli məbləğdə pul xərcləmişdir. Qətnamədə göstərilən məbl əği hissə-hissə ödəyəcəkdir. Tələbin faiz hissəsinə və borcun ipoteka predmetinə yönəldilməsinə etiraz etdiyini bildirmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi tərəfindən alınmış "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, G-12/276 saylı rəydən görünür ki, Bərdə rayonu, Şirvanlı kəndində Cavabdeh mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 50.000 manat, likvid qiyməti 40.000 manat təşkil edir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Azır Bayramov, (sədrlik edən və məruzəçi) Rəşad Mamedov və Cavabdeh, iş N 2(104)-14/2023) birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilmiş, ipoteka predmeti olan Bərdə rayonu, Şirvanlı kəndində Cavabdeh mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcunun məbləğinə münasibətdə qeyd etmişdir ki, mülki işin materiallarında olan kredit müqaviləsi, şəxsi hesabdan çıxarış və ekspert rəyinin müqayisəli şəkildə təhlili ilə müəyyən edilir ki, faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ödənilməmiş borcu müəyyən etmək üçün e kspertiza tədqiqatı keçirilmiş və təqdim edilmiş ekspert rəyi ilə Cavabdeh xx.xx.2016-cı il tarixədək ümumilikdə əsas kredit borcu üzrə 15.000 manat, faiz borcu üzrə 1040 manat borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Odur ki, cavabdehin banka olan ödənilməmiş faiz borcu tələb edilən miqdardadır.

14. Borcun hissə-hissə ödənilməsi barədə cavabdehin apelyasiya şikayətin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin qeyd olunan dəlili işin hazırkı mərhələsində təmin oluna bilməz. Hazırkı işin predmeti kreditorl a borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc tələbidir. Qətnamənin hissəhissə icrasının isə ayrıca prosessual qaydası nəzərdə tutulmuşdur. Yəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi borcun hissə-hissə ödənilməsi, yalnız qətnamənin icrası qaydasında mümkündür.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 014i saylı ipoteka müqaviləsi, müqavilə tərəflərinin iradə ifad əsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman tərəflər, müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər.

16. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, G-12/276 saylı rəyi əsaslı hesab edərək qeyd etmişdir ki, mövcud likvid dəyəri fərdi yaşayış evinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və təmir v əziyyəti əsas götürülməklə müvafiq tədiqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müstəqil qiymətləndirici tərəfindən göstərilmiş məbləğdə, yəni 40.000 (qırx min) manat dəyərində müəyyən edilməlidir.

17. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 317.1, 385.1, 386.1, 389.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 739.1, “İpoteka haqqında” Qanunun 1.0.9, 4, 33, 34.1.1, 36.1, 36.2.4, 36.3, 39.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil Fariz oğlu) kassasiya şikayəti v erərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv edib, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcuna görə ödənilmiş məbləğlər bank tərəfindən nəzərə alınmamışdır. Bank qarşısında olan öhdəliyin vaxtıvaxtında yerinə yetirilməməsinə səbəb yalnız maddi vəziyyətin pisləşməyi, cavabdehin ağır ürək xəstəliyindən əziyyət çəkməsi olmuşdur. Hesab edir ki, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilə bilərdi.

20. İpoteka predmetinin dəyəri 40000 manat deyil, daha artıq, ən azı 60000 manat dəyərində olmağına baxmayaraq az dəyərləndirilmişdir. Belə ki, keçən müddət ərzində fərdi yaşayış evində əsaslı təmir işləri aparılmış, həyətdə əlavə təmir işləri görülmüşdür. Qiymətləndirici ekspert lər tərəfindən yerində fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmədən vizual qiymət qoyulmuşdur ki, bunu əsaslı hesab etmək olmaz. Əsas borca hesablanmış faiz məbləği də süni şəkildə şişirdilmiş və bu hallar məhkəmələr tərəfindən tam nəzərə alınmamışdır. İpoteka predmeti olan yaşayış evində digər ailə üzvləri qeydiyyatda olmaqla həmin evdə yaşayırlar. İpoteka müqaviləsi bağlanarkən həmin evdə yaşayan və qeydiyyatda olan digər ailə üzvlərinin razılıq ərizəsi notarial qaydada alınmamışdır.

21. İpoteka predmeti olan yaşayış evi satıldıqdan sonra cavabdehin və evdə yaşayanların çıxarılaraq evin boşaldılması barədə qətnamə qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qan uni hesab etmək olmaz.

22. Kassator qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tətbiq etdiyi “İpoteka haqqında” Qanunun 33, 34, 36, 39.3-cü maddələrini yanlış təfsir etmiş, Mülki Məcəllənin 425.1, 425.2, 739.1-ci, MPM-in 218.3, 106, 88, 403.1, 416, 417.0.3, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində kassasiya şikayətinin heç bir əsası yoxdur. Belə ki, birinci instansiya məhkəməsində əmlakın ilkin satış qiyməti 23500 manat, apelyasiya instansiyası zamanı isə 40000 manat müəyyən edilmişdir. Kassator şikayətində əmlakın dəyərinin yük sək olduğunu bildirsə də, bunu sübut edən heç bir sənədi şikayətə əlavə etməmişdir. Kassator fərdi yaşayış evinin kənddə yerləşdiyini nəzərə almamışdır. Kənd şəraitində yerləşən əmlaklar daha çox təbii aşınmaya məruz qalır və yararlılıq müddəti daha qısa olur. Bu da onların daha tez qiymətinin aşağı düşməsinə səbəb olur. Və ən əsası kənd şəraitində əmlakın satılması və ona olan tələbat çox aşağıdır.

24. Bundan başqa kassator öz şikayətində onun tərəfindən edilmiş ödənişlərin Bank tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Lakin bu, həqiqəti əks etdirmir. Çünki cavabdeh tərəfindən edilmiş ödənişlər onun hesabından çıxarışda əks olunmuşdur. Həmin bank hesabından çıxarış isə məhkəməyə təqdim olunmuşdur. Əgər hesabdan çıxarışda hər hansı bir ödəniş göstərilməmişdirsə, cavabdeh məhkəmə prose si zamanı bunu göstərə bilərdi.

25. Həmçinin kassator şikayətində maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişləri həyata keçirmədiyini etiraf etmişdir. Məhkəmə tərəfindən ekspertiza keçirilmiş və cavabdehin borcu müəyyən edilmişdir. Kassator öz kassasiya şikayətində belə, hansı ödənişlərin əks olunmadığını qeyd etməmişdir və sadəcə sübut olmadan mülahizələrə əsaslanmışdır.

26. İddiaçı göstərilənlərə əsasən, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m üəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

31. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzi ndə istənilən an icra edilməlidir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə g ötürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

36. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Qanun:

37. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

38. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır.

39. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə Cavabdeh dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları i lə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-14/2023 nö mrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar