Məhkəmə qərarları › İş №2(102)-2633/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2633/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2633/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, preyudisiya, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili XXXnın iştirakı ilə, Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(103)28/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 10 fevral 2015-ci il tarixli, 009 saylı kredit müqaviləsi ilə “xxxx” ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 20% faiz ödəmək şərti ilə 225000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təmin edilməsi məqsədi ilə 10 fevral 2015-ci il tarixli, müvafiq olaraq 009-1 və 009-3 saylı ipoteka müqavilələri ilə Cavabdeh2 mülkiyyətində olan 132000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 saylı mənzili və 102000 manat məbləğində qiymətlə ndirilmiş ünvan 3, 7 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Həmçinin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təmin edilməsi məqsədi ilə 10 fevral 2015-ci il tarixli, 009-2 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan 122000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 04 noyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 145256,17 ABŞ dolları əsas borcu, 28323,79 ABŞ dolları faiz borcu və 23075,71 ABŞ dolları dəbbə pulu, cəmi 196655,67 ABŞ dolları borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10 oktyabr 2020-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10 fevral 2015-ci il tarixli, 009 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh1 04 noyabr 2016cı il tarixə (maliyyə arayışı verilən tarixə) “xxxx” ASC-yə olan əsas borcu 145256,17 ABŞ dolları, faiz borcu 28529,45 ABŞ dolları müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 14 aprel 2017-ci il tarixli rəylərinə əsasən ünvan 2 saylı binada yerləşən və Cavabdeh2 məxsus 3 saylı mənzilin 04 aprel 2017-ci il tarixinə bazar dəyəri 130000 manat, ünvan 2 saylı binada yerləşən və Cavabdeh2 qızma məxsus 7 saylı mənzilin 04 aprel 2017-ci il tarixinə bazar dəyəri 100000 manat və ünvan 2 saylı binada yerləşən və Cavabdeh1 məxsus 4 saylı mənzilin 04 aprel 2017-ci il tarixinə bazar dəyəri 125000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı vasitəsi il ə cavabdehlər Cavabdeh1 Sayılxan oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sayılxan oğlundan iddiaçı ləğv prosesində olan “xxxx” (“xxxx”) ASC-nin xeyrinə 145256,17 ABŞ dolları əsas borcun, 28323,79 ABŞ dolları faiz borcunun, 23075,71 ABŞ dolları dəbbə pulunun, ümumilikdə 196655,67 ABŞ dolları məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli və 7 nömrəli mənzillərə, həmçinin Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilə yönəldilməsi, mənzillərin ilkin satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və bankın kredit tələbinin satılmış əmlaklar hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(006)1794/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 145256,17 ABŞ dolları əsas borcun, 28323,79 ABŞ dolları faiz borcunun və 1000 ABŞ dolları dəbbə pulunun, ümumilikdə 174579,96 ABŞ dolları (tutulduğu anda Azərbayca n Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 4 saylı və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 3 və 7 saylı mənzillərə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətlərinin müvafiq olaraq, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilin 125000 manat, ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilin 130000 manat və ünvan 2 ünvanında yerləşən 7 saylı mənzilin 100000 manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması və əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda i sə artıq qalan pul vəsaitinin cavabdehlərə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(006)-1794/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(103)-28/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2(00 6)-1794/2017 nömrəli qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur. Belə ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından faiz borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquq-müəyyənlik prinsipinə ziddir. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və apellyatorların mülahiz ələrinə əsaslanır. Belə ki, cavabdehlər apellyasiya şikayətində qeyd olunan ipoteka müqavilələrinin imzalanmamasına istinad etsələr də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4960/2019 saylı 17 iyul 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.12.2018-ci il tarixli rəyinə əsasən, 20 fevral 2015-ci il tarixli, 009-1 və 009-3 saylı ipoteka müqavilələrinin “ipoteka qoyan” qrafalarındakı imzalar Cavabdeh2, eyni tarixli, 009-2 saylı ipoteka müqaviləsinin “ipoteka qoyan” qrafasındakı imza isə Cavabdeh1 tərəfindən icra olunmuşdur. Kredit müqaviləsində göstərilən valyuta isə ABŞ dolları ilə olmuş və borclu həmin müqaviləni imzalayaraq öz iradə ifadəsini bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(103)-28/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, müqavilədə göstərilmiş məbləğ Cavabdeh1 verilməmiş, ona manatla borc verilmiş və ödənişləri manatla həyata keçirmişdir. Həmçinin cavabdehlər ipoteka müqavilələri nə imza etməmiş, onların həmin müqavilələrdən xəbərləri olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili XXX kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi qətnaməni cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun yoxlamışdır. Kassasiya şikayətini yalnız cavabdeh eyni dəlillərlə bağlı verdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zər ər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şə kildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına əsasən

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü ma ddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ətraflı araşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. O cümlədən apellyasiya instansiyası məhkəməsi tələb olunan borcu müvafiq ekspertiza keçirilməklə yoxlamışdır. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliyini şübhə altı na alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdehlər borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kasasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borc xarici valyutada (ABŞ dollarında) verildiyindən, tələbin həmin valyu tada irəli sürülməsi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Mülki Məcəllənin 439.1-ci maddəsinə uyğundur. Nəhayət cavabdehin ipoteka müqavilələrində olan imzaların onlara məxsusluğu mübahisələndirsələr də, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qərarının preyudisial əhəmiyyətə malik olmasını qeyd etmişdir. Belə ki, həmin qərarın məzmunundan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onlara qarşı 10 fevral 2015-ci il tarixli müqavilə üzrə borcun tutulması və s. tələbinə dair iddia qaldırmasını bildirərək, iddia ilə əlaqədar müqavilədə göstərilmiş 22500 0 ABŞ dollarının Cavabdeh1 verilməməsini, həmin müqavilələrin dollarla bağlanmasının qanunvericiliyə zidd olmasını, kredit müqaviləsinin təminatı kimi ünvan 3 ünvanda yerləşən 3 və 7 saylı mənzillərin ipoteka qoyulması ilə əlaqədar müqavilələrə imza atmamalarını əsas göstərməklə 10 fevral 2015-ci il tarixli kredit müqaviləsinin və 10 fevral 2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçıların müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edil məmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdehlər hazırda irəli sürdükləri dəlillərə əsasən ayrıca icraat qaydasında iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaları təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 42 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2020-ci il tarixli, 2(103)-28/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar