Məhkəmə qərarları › İş №2(102)-2634/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2634/2019

11.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2634/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cəfərli Aminə Əliəsgər qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(033)-1475/2017, hakim A.A.İsmayılov) İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli 2(033)-1313/2016 nömrəli qətnaməsinin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla, cəmi 15.602 ABŞ dolları kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 32 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat üzrə tutmanın 14.07.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş Zaqatala şəhəri, S.Qaziyeva küçəsində cavabdehin mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yerləşdiyi 0.03 ha torpaq sahəsi və həyətdəki tikililərlə birlikdə ilkin satış qiymətinin 25.000 manat olmaqla yönəldilməsi, həmin daşınmaz əmla kların açıq hərracda satılması və onların satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-1331/2018, hakimlər İ.F.Quliyev, Ə.T.Məcidov, M.A.Əsədli) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tаrixli qətnaməsi ipоtekа predmetlərinin ilkin sаtış qiyməti ilə bаğlı hissədə dəyişdirilmiş və həmin qiymət 30.000 mаnаt məbləğində müəyyən edilmiş, qətnаmə qаlаn hissədə Cavabdehnа münаsibətdə dəyişdirilmədən sаxlаnılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 24 % olmaqla 36 ay müddətinə 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bankla bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 18.07.2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşıkredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə məhkəmə qətnaməsi ilə tutulması qət edilən borcun ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öh dəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsinin əsaslarını müəyyən edən “İpoteka haqqında” Qanunun 39-cu maddəsinin tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxl ayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan fərdi yaşayış evi 25.000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi ipoteka müqaviləsinə istinad edərək tərəflərin razılaşması əsası ilə ipoteka predmetinin ilkin satış qiymətini 25.000 manat müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin hazırki bazar qiymətlərinə uyğun müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 29 may 2018-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan dаşınmаz əmlаkın sаtış qiymətinin müəyyən edilməsi qərаrа аlınmış və qiymətləndirmənin аpаrılmаsı "xxxx" MMC-yə tаpşırılmışdır. "xxxx" MMC-dən аlınmış rəydə Zaqatala şəhəri, S.Qaziyeva küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39.3 kv.m. yaşayış, 26.7 kv.m. köməkçi sahədən ibarət, 31 nömrəli fərdi yaşayış evinə yeləşdiyi 0.03 ha torpaq sahəsi və həyətdəki tikililərin qiyməti 30.000 mаnаt müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti barədə iş üzrə alınmış qiymətləndirmə rəyinə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar