Məhkəmə qərarları › İş №2(102)-2634/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2634/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2634/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindənİddiaçı ASC-ninkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-871/2015, hakim S.M.Quliyeva) İddiaçı ASC-nin Cavabdeh4 MMC, Cavabdeh1, "Cavabdeh5" MMC, Cavabdeh2 və Cavabd eh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 264.365 ABŞ dolları məbləğində əsas borcun, 17.010 ABŞ dolları məbləğində faiz və 2.489 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283.865 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə manatla hesablanmaqla iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında iki mərtəbəli fərdi yaşayiş evinə (yerləşdiyi torpaq sahəsi ilə) ilkin satış qiymətinin 550.000 manat məbləğində müəyyən edilməklə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılmasından əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1878/2019, hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov, S. F.Hacıyev) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-4782/2018, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev, Ə.Ə.Əliyev) Cavabdeh1 və Cavabdeh4 MMC-nin kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1671/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı ASC arasınd a bağlanmış xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməsi, Cavabdeh1 ilə İddiaçı ASC ilə bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi, iddiaçının hesabına ödənilməli əsas borcun məbləğinin 257.392 ABŞ dolları, faiz borcunun məbləğinin isə 15.961 ABŞ dolları həddində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli Baş kredit razılaşmasına əsasən həmin razılaşma ilə müəyyən olunrnuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank borcalana 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin razılaşma əsasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 MMCyə 60 ay müddətinə illik 16 faizlə 310.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin öhdəliyin təminatı kimi Cavabdeh1 məxsus fərdi yaşayış evixx xxxx 2013-cü il tarixdə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda həmin tarixdə İddiaçı ASC iləCavabdeh1, Cavabdeh3 və “Cavabdeh5" MMC arasında zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2015-ci il tarixdə İddiaçı ASC cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, "Cavabdeh5" MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqavilələri üzrə əsas borcun, faizlərin və cərimənin borclu və zaminlərdən müştərək qaydada tutulması, tutma nın ipoteka predmeti olan əmlaklara yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka və zaminliklə təmin edilmiş kredit xətti müqaviləsi əsasında bağlanmış müqavilə üzrə borca görə zaminlərin məsuliyyət daşımaması və həmin borcun ipotekaya yönəldilməməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı bankla Cavabdeh4 MMC arasında xx xxxx 2013-cü il tarixdə sonuncuya bank tərəfindən 1.000.000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan kredit razılaşması bağlanmış, həmin tarixdə həmin öhdəliyin təminatı kimi bankla Cavabdeh1, Cavabdeh3 və “Cavabdeh5" MMC arasında zaminlik müqavilələri, eləcə də Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı bank həmin kredit razıalşması əsasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə əsas borcun, faiz borcu və cərimənin borclu və zaminlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması tələblərinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 264.365 ABŞ dolları məbləğində əsas borcun, 17.010 ABŞ dolları məbləğində faiz və 2.4 89 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 283.865 ABŞ dolları məbləğində borc ödənişin qətnamə icra olunan günə manatla hesablanmaqla iddiaçının xeyrinə tutulması, tələbin ipteka predmeti olan əmlaka ilkin satış qiymətinin 550.000 manat məbləğində müəyyən edilməklə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verməklə, şikayəti borc məbləğinin düzgün hesablanmaması, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmışlar. Apellyasiya şikayətini təmin etməyərək həmin qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, mühasibatlıq sahəsində müxtəlif ekspert rəylərində olan ziddiyyətlər, hesablama üsulu və ardıcıllığı ekspertin sonuncu rəyində açıqlanmış, əmtəəşünaslıq ekspertizası üzrə keçirilən rəydə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 580.000 manat, ipoteka müqaviləsində isə həmin əmlakın bazar dəyəri 550.000, likvid dəyəri isə 275.000 manat göstərilmişdir. Apellyasiya məhkəməsi ipoteka predmeti olan əmlakın lkin satış qiymətinin 550.000 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər qeyd etmişdir ki, əmlakın qiymətinin d əyişməsi mümkündür, habelə tələbdə qeyd edilmiş torpaq sahəsinin ipoteka müqaviləsində qeyd edilən əmlakdan başqa borca yönəldilməsi yolverilməzdir və bu münasibətlər qanunvericiliklə tənzimləndiyindən və söz ibarəsindən olan əhəmiyyətsiz səhvlərə görə mahiyyəti üzrə düzgün olan qətnamənin dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Cavabdehlər həmin qətnaməni kassasiya qaydasında mübahisələndirmiş, kassasiya instansiyası məhkəməsi cavabdehlərin qiymətləndirici rəyində ipoteka predmetinin 580.000 manat müəyyən edildiyi halda həmin rəyin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması və bununla da onların hüquqlarının pozulması barədə dəlilləri razılaşaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən apellyasiya baxışına qa ytarılmalıdır. Kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki,X6 xx xxxxxx 2015-ci il tarixli ekspert rəyi ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanında 0,02271 ha. torpaq sahəsində yerləşən 446,36 kv.m. ümumi, 302,52 kv.m. yaşayış, 143,84 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin (yerləşdiyi torpaq sahəsi ilə) və 26,2 kv.m. hasarla (tikinti altı sahə) xx xxxxxx 2015-ci il tarixinə ilkin satış qiyməti: 580000 manat təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi nəyə əsasən birinci instansiya məhkəməsi tərəfindən ilkin satış qiymətinin 550000 manat kimi müəyyən edilməsi ilə razılaşması qətnamədən anlaşılmır. Kassasiya instansiya məhkəməsinin qərarında həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş X4 Komitəsi haqqında Əsasnamənin 7.10-cu bəndinə əsasən, daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun səlahiyyətinə aid edilmişdir. Ona görə də, əmlakın real dəyəri ilə bağlı sübhələrinin aradan qaldırılması üçün mübahisəli əmlakın Azərbaycan Respublikası X4 Komitəsi tərəfindən qiymətləndirilməsi məqsədə müvafiq hesab olunmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsinin kassasiya instansiya məhkəməsinin göstərişi əsasında xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə sözügedən əmlakın bazar dəyərinin müəyyən edilməsi Azərbaycan Respublikası X4 Komitəsi və “xxxx” MMC-nin ekspertlərinə həvalə edilmiş, eks pertizanın aparılma müddəti 1 ay müəyyən edilmişdir. Müstəqil qiymətləndiricinin rəyi ilə ünvan 1 ünvanında yerləşən 446,36 kv.m. ümumi, 302,52 kv.m. yaşayış, 143,84 kv.m. yardımçı sahədən ibarət 8 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin bazar qiyməti 589.200 manat, 26,2 kv.m. hasarın bazar qiyməti 6.400 manat olmaqla, ümumilikdə 595.600 manat müəyyən edilmişdir. Bununla bərabər, Azərbaycan Respublikası X4 Komitəsi xx xxxxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il tarixli məktubları ilə, ekspertizanın keçirilməsi üçün lazımi xərclər ödənilmədiyindən ekspertiza keçirilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra, apellyasiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası X4 Komit əsinin ekspertlərinə həvalə edilmiş, ekspertizanın aparılma müddəti 1 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası X4 Komitəsi tərəfindən heç bir münasibət bildirilməmiş, apellyasiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bundan sonra, Cavabdeh1 apellyasiya şikayətinə əlavə təqdim edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il və xx xxxx 2019-cu il tarixli Qərarlarına əsasən onun zaminliyinə və ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ilə bank qarşısında bağlanmış zaminlik və ipoteka müqavilələri qanunvericiliyin tələblərinə uyğun olmadan bağlandığından Cavabdeh1 xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməli, xx xxxx 2013-cü il tarixli daşınmaz əmlak ipoteka müqaviləsi isə bağlanmamış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Hə min Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Belə yanaşma, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Fimar Hacıyevanın Azərbaycana qarşı şikayəti ilə bağlı xx xxxxxxxx 2005-ci il tarixli qərardadından da irəli gəlir. Həmin qərardadda Avropa Məhkəməsi ərizəçinin şikayətini qeyri-məqbul hesab edərək göstərmişdir ki, ərizəçi Ali Məhkəməyə verdiyi kassasiya şikayətini əsaslandırmayaraq yalnız Apellyasiya Məhkəməsi tərəfindən prosessual pozuntulara yol verildiyini iddia etmişdir. Avropa Məhkəməsi müvafiq dəlili irəli sürməyi şikayətçinin borcu kimi qiymətləndirərək kassasiya məhkəməsinin şikayətçinin dəlillərindən kənar araşdırma aparmaq vəzifəsinin olmaması qənaətinə gəlmişdir. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli ol masını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntu ları təşkil edir. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edildiyi kimi iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla həmin vəsait hesabına borcun ödənilməsi tələblərini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, borcun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə yönəldilməsi, əmlakın açıq hərracdan satılmaqla borcun ödənilməsi qət edilmişdir. Yuxarıda q eyd edildiyi kimi, kassasiya instansiya məhkəməsi apellyasiya şikayətinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlili ilə razılaşmaqla, yalnız əmlakın real dəyəri ilə bağlı şübhələrinin aradan qaldırılması üçün mübahisəli əmlakın Azərbaycan Respublikası X4 Komitəsi tərəfindən qiymətləndirilməsi barədə göstəriş qoymuş, zaminlik və ipoteka müqavilələrinin qanuniliyinin yoxlanılması barədə ümumiyyətlə göstəriş verilməmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsinin səlahiyyətləri kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmiş qanun pozuntularının həmin məhkəmənin göstərişləri əsasında yoxlanılması ilə məhdudlaşdığı halda, apellyasiya instansiya məhkəməsi həmin göstərişlər əsasında ipoteka predmeti olan əmlakın bazar dəyərinin müəyyən e dilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etsə də, sonradan Yasamən Nəbiyevanın apellyasiya şikayətinə əlavəsində irəli sürdüyü dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yoxlamışdır. Halbuki, Cavabdeh1 həmin dəlilləri nə apellyasiya şikayətində, nə də kassasiya şikayətində irəli sürməmiş və həmin dəlillər ümumiyyətlə müzakirə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 392-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində apellyasiya şikayətinin qismən təmin edilməsi göstərilsə də, birinci instansiya məhkəməsinin qətnaməsinə ümumiyyətlə münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə tələb irəli sürülmədiyi halda zaminlik müqaviləsinə xitam verilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi qət edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş tələblərə münasibət bildirilməd ən borcun məbləğinin müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar