Məhkəmə qərarları › İş №2(102)-2634/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2634/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2634/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2634/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 20 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6364/2020 nömrəli iş üzrə xxx il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 1276,42 ABŞ dolları əsas, 1145,61 ABŞ dolları faiz, 765 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3187,03 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank arasında bağlanmış 28.04.2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 3500 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, nəticədə cavabdehin banka borcu qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 iyul 2018-ci il tarixli 2(001)-1729/2018 nömrəli qərardadı ilə (hakim – Kamran Əsədov) məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın ap arılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.11.2019-cu il tarixli, 15859 nömrəli ekspert rəyinə görə,Cavabdeh 09.01.2015-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 28.01.2012-ci il tarixinə 1435.98 ABŞ dolları əsas, 131.63 ABŞ dolları faiz, 09.01.2015-ci il tarixinə 1435.98 ABŞ dolları əsas, 1114.08 ABŞ dolları faiz borcu təşkil edir. Ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 09.01.2015-ci il tarixinə göstərildiyindən 1342 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. 28.04.2011-ci il tarixli, 174 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Birinci instansiya məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(001)-65/2019 nömrəli qərardadı ilə (hakim – İlkin Əliyev) əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzində həmin ekspertə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.01.2020-ci il tarixli, 32245 nömrəli ekspert rəyinə əsasən Cavabdeh 28.04.2011-ci il tarixli kredit müqaviləsi üzrə 26.11.2012-ci il tarixə 1435,98 ABŞ dolları əsas, 165,14 ABŞ dolları faiz borcu, 30.01.2020-ci il tarixə banka 467,03 ABŞ dolları məbləğində əsas və 93,15 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin 05.03.2020-ci il tarixli, 2(001)-24/2020 nömrəli qətnaməsi ilə (hakim – İlkin Əliyev) iddia tələbi qismən təmin edilərək, Ca vabdeh 467,03 ABŞ dolları əsas və 93,15 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 570,18 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin ş ərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, ekspertin rəyi ilə müəyyən edilmiş tədqiqatın nəticələri nəzərə alınmalı, Cavabdeh iddiaçının xeyrinə 467,03 ABŞ dolları məbləğində əsas və 93,15 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən i ddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği endirilməli və 10 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında başlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Belə ki, həmin Fərman 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə şamil edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 739.2-ci və Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) xxx il tarixli, 2(103)-6364/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xxx il tarixli 2(001)-243/2020 nömrəli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onun la əsaslandırmışdır ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddiaçı şikayətində ekspert rəyinin düzgün olmadığını qeyd etsə də bu halı təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçının şikayətinin digər dəlili olan dəbbə pulunun az tutulmasına münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdi r ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkili Həsənli Murad Vahid oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Akademiya filialı ilə Cavabdeh arasında bağlanmış 28 avqust 2011- ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddə tinə, illik 30 faiz dərəcəsi ilə 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qaydada icra etmədiyi üçün, onun kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ödənilməmiş 1276.42 ABŞ dolları əsas, 1145.61 ABŞ dolları faiz və 765 dollar cərimə borcu - cəmi 3187.03 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Bu halı təsdiq edən müvafiq sübutların o cümlədən hesabdan çıxarışın, xəzinə mədaxil orderlərlərin və digər sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutları nəzərə almamış və həmin sübutlara obyektiv hüquqi qiymət verməmiş, məhkəməyə təqdim edilmiş və düzgün olmayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza M ərkəzinin 30.01.2020-ci il tarixli, 32245 nömrəli ekspert rəyini əsas götürərək iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Halbuki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Onu da qeyd etmək lazımdır ki, mülki işə baxan hakim müqavilə üzrə borcun gecikdirildiyinə görə cavabdehə hesablanmış dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdırarkən iddia tələbinin həmin hissədə cəmi 10 manat təmin etməklə ədalətsizliyə yol vermiş, kreditorun əmlak və digər mənafeylərini, həmçinin borclu tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçıya dəymiş real zərəri də nəzərə almamışdır. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə k ollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Həsənli Murad Vahid oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak v erməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasas iya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı bank özünün məhkəməyə təqdim etdiyi sübutları əsas hesab etməklə ekspert rəyinin qeyri-mötəbərliyinə istinad etsə də, kassasiya kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı bankın istinad etdiyi məhkəməyə təqdim etmiş olduğu sübutlar (maliyyə arayışı, hesabdan çıxarış və s.) bankın özü tərəfindən tərtib edildiyindən və bankın mənafeyinə xidmət etdiyindən, həmin sənədlər üzrə müəyyən edilmiş əsas və faiz borcunun ekspert rəy i ilə müəyyən edilmiş əsas və faiz borcu məbləğindən daha düzgün olması qənaətinə gəlməyə əsas verə bilməz. Borc məbləğinin hesablanması xüsusi bilik tələb edən sahəyə aid olduğundan məhkəmənin bununla bağlı ekspertiza təyin edib əldə etdiyi ekspert rəyinə istinad etməsi prosessual qanunvericiliyin tələblərinin pozuntusu hesab edilə bilməz. Hazırki halda iddiaçı ekspert rəyi ilə razılaşmasa da, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Cərimə məbləği ilə bağlı kasasiya şikayətinin dəlili üzrə isə qeyd edilməlidir ki, iddia tələbinin bu hissəsi üzrə də apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Belə ki, cərimə məbləği müəyyən edilmiş əsas və faiz borcu nəzərə alınaraq həmin borc məbləğlərinə mütənasib surətdə müəyyən edilmişdir. Beləliklə kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6364/2020 nömrəli, xxx il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar