Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2634/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2942/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qəra rdadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 22 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə banka 121.506,25 ABŞ dolları əsas, 61.400,82 ABŞ dolları faiz, 6.078.27 ABŞ dolları cərimə olmaqla, cəmi 188.985.34 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi; tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəh, Novxanı bağ massivin də yerləşən 3346 və 3346Q/1 nömrəli, ümumi sahəsi 275.08 kv/m, o cümlədən yaşayış sahəsi 131.7 kv/m olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və borcun satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Sumqayıt şəh, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, ümumi sahəsi 275.08 kv/m, o cümlədən yaşayış sahəsi 131.7 kv/m olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Sumqayıt şəh, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nöm rəli, ümumi sahəsi 275.08 kv/m, o cümlədən yaşayış sahəsi 131.7 kv/m olan 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin bağ evindən çıxarılması, həmin bağ evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia qismən təmin edilərək, 22 aprel 2009-cu il tarixli, 41/0-USD saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 121.506,25 (bir yüz iyirmi bir min beş yüz altı dollar, iyirmi beş sen t) ABŞ dollar məbləğində əsas, 61.400,82 (altmış bir min dörd yüz dollar, səksən iki sent) ABŞ dollar məbləğində faiz borcu, 1.000 (bir min) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 183.907,07 (bir yüz səksən üç min doqquz yüz yeddi dollar, yeddi sent) ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı ləğv prosesində olan “DəmirBank" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinə və 0.08 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin bağ evi və torpaq sahəsinin açıq hərr ac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evinin və 0.08 ha olan torpaq sahəsinin ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 3346 və 3346Q/1 nömrəli, 6 otaqdan ibarət 2 mərtəbəli bağ evi və 0.08 ha olan torpaq sahəsi satıldıqda Cavabdeh2 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda, onun məcburi qaydada evdən çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəm ədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 320 (üç yüz iyirmi) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Qətnamədən cavabehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-45/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 121.506,25 (bir yüz iyirmi bir min beş yüz altı dollar, iyirmi beş sent) ABŞ dollar məbləğ ində əsas, 61.400,82 (altmış bir min dörd yüz dollar, səksən iki sent) ABŞ dollar məbləğində faiz borcu, 6.078,27 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 188.985,34 (bir yüz səksən səkkiz min doqquz yüz səksən beş dollar, otuz dörd sent) ABŞ dolları məbləğində borcun tutulması tələbi hissəsində dəyişdirməsini və həmin hissədə 23.400 (iyirmi üş min dörd yüz dollar) ABŞ dollar məbləğində əsas, 7.799,33 (yeddi min yeddi yüz doxsan doqquz dollar, otuz üç sent) ABŞ dollar məbləğində faiz borcu, cəmi 31.199.33 (otuz bir min yüz doxsan doqquz dollar otuz üç sent) ABŞ dollarının müəyyən edilməsi və cavabdehlərdən LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkə məsi) 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-105/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: X5 (məruzəçi), X3 və X1) kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli, 2(103)4617/2022 saylı qətnaməsinin qismən-ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, yalnız borcun məbləği ilə bağlı hissədə qətnamədən apellyasiya və sonradan kassasiya şikayətləri vermiş, ipoteka predmetinin qiyməti ilə bağlı hissədə qətnamədən na razı qalmamışdır. Buna görə də hazırkı halda apellyasiya şikayətini müdafiə edir və borc məbləğinin azaldılmasını istəyir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2942/2023 saylı, 27 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), v Elnur Məmmədsaat oğlu və X2) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(001)-45/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir. Eləcə də apellyasiya şikayətinin dəlilləri məhz borcun məbləğinin düzgün hesablanmaması istiqamətində olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirilməmiş, bu barədə hər hansı dəlilə istinad edilməmişdir. Halbuki cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirilmişdir, e ləcə də apellyasiya şikayətinin dəlilləri məhz borcun məbləğinin düzgün hesablanmaması istiqamətində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)105/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə mülki iş ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə yeni apellyasiya baxışına qaytarılsa da apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilməmişdir. Həmçinin cavabdehlər tərəfindən işin mübahisələndirilən halları, yəni borcun məbləğinin müəyyən edilməsi hissəsi kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda hazırda apellyasiya baxışının predmeti olan hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-105/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə dəyişdirilm ədən saxlanıldığından və yeni apellyasiya baxışına qaytarıldığı göstərilən hissə apellyasiya baxışının predmeti olmadığından, hazırki apellyasiya baxışına xitam verilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansi yası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarı və göstərişləri həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bakı Apellyasiya Məhkəməsi isə ipoteka predmetinin likvid dəyərində yaranmış kəskin qiymət fərqlərinə aydınlıq gətirmək və real bazar qiymətinə uyğunluğunu yoxlamaq məqsədilə ekspertiza təyin edərək hüquqi qiymət vermək əvəzinə “apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilməmişdir” hesab edərək apellyasiya icraatına xitam vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Cavabdeh2 izahatında (məhkəmə prosesində video müşahidəyə baxıla bilər) apellyasiya icraatında ipoteka predmetinin qiyməti ilə bağlı məsələyə baxılmas ına etirazını bildirməmişdir. Həmçinin Cavabdeh2 apellyasiya prosesində məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində ipoteka predmetinə dair keçirilmiş hərrac mübahisələndirilir və buna görə də, ayrıca olaraq hərracın ləğvi ilə bağlı iddia ərizəsi verilmiş və hakim Günay Abidovanın icraatındadır. Lakin, ipoteka predmetinin qiyməti ilə bağlı məsələyə apellyasiya məhkəməsində də baxılmasına etiraz edilməmişdir. Cavabdeh2, həm birinci instansiya məhkəməsinin qərarında göstərilən borc məbləğini, həm də ipoteka predmetinin ilkin satış qiymətinin yenidən ekspertiza təyin edilərək hesablanmasını məhkəmədən xahiş etmişdir.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edi lən hüquq Mülki Prossesual Məcəllə
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
18. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı i lə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qə tnamələrindən kassasiya şikayəti verilə bilər.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 408.1.1 Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə u yğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hü quq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2942/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.