Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2635/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli, 2(107)-2812/2018 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2(019)-1224/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Q.Səlimov) iddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 3.000 ABŞ dolları, faiz borcuna görə 935,20 ABŞ dolları və ona hesablanmış cəriməyə görə 50 ABŞ dolları, cəmi 3.985,20 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli, 2(107)-2812/2018 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Balakən rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti v erib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 08 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 33,6 faiz ödəmək şərti ilə 3.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün digər Cavabdeh2lə 08 may 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclu Cavabdeh1 kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyib. Nəticə də onun iddiaçı təşkilata ödənilməmiş 3.000 ABŞ dolları əsas, 935,20 ABŞ dolları faiz, 398,25 ABŞ dolları cərimə olmaqla, cəmi 4.333,45 ABŞ dolları kredit borcu yaranıb. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr ödənilməyib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahi ş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” MMC, Cavabdeh1, vəkili xxx və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsinə və iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 448.1- ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 08 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 33,6 faiz ödəmək şərti ilə 3.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün digər Cavabdeh2lə 08 may 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclu Cavabdeh1 kredit müqaviləsi ilə üzərlərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyib. İddia ərizəsindən görünür ki, cavabdehlərin iddiaçı təşkilata ödənilməmiş 3.000 ABŞ dolları əsas, 935,20 ABŞ dolları faiz, 398,25 ABŞ dolları cərimə olmaqla, cəmi 4.333,45 ABŞ dolları kredit borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra e dilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, 08 may 20 15-ci il tarixli kredit sığortası üzrə 18 ay müddətinə “xxxx” Sığorta Şirkətində sığorta olunmasını, sığorta olunduqdan sonra ona İ qrup əlillik dərəcəsi verilməsini və beləliklə də kredit borcunun “xxxx” Sığorta Şirkəti tərəfindən ödənilməli olmasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə e dib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri də əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəy işdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli, 2(107)-2812/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2635/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2635/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver