Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2635/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” ASC İddia tələbi: dəymiş zərərin ödənilməsi Açar sözlər: sığorta hadisəsi, müqavilə şərtlərinin üstünlüyü sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi X1, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə dair işə 05 may 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 26 may 2015-ci il tarixli sığorta müqaviləsinə əsasən, İddiaçı məxsus “DAF FTCF85430” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sığorta dəyəri 55000 manat, sığorta məbləği 55000 manat, sığorta haqqı 1045 manat olmaqla “xxxx” ASC-də sığortalanmış, sığorta müddəti 27.05.2018-ci ilədək müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində qeyd edilmişdir ki, avtomobilin şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilməyəcəkdir. İddiaçı ilə “X3” MMC arasında 13 iyul 2016-cı il tarixli mübahisəli avtomobilin iştirakı ilə beynəlxalq y ükdaşımaların təşkilinə dair müqavilə bağlanmış, sonuncu tərəfindən X2 etibarnamə verilmişdir. 10 sentyabr 2016-cı il tarixdə X4 qeyd edilən avtomobillə Türkiyə Respublikasına yük apararkən Ordu şəhərində avtonəqliyyat hadisəsi baş vermiş və avtomobilə zərər dəymişdir. X7 Kuşatmer və Ort. tərəfindən verilmiş arayışa əsasən, sözügedən avtomobilə dəymiş ziyanın ümumi məbləği 55255 ABŞ dolları təşkil edir. “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 11 oktyabr 2016-cı il tarixli məktubla bildirilmişdir ki, avtomobil şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxs tərəfindən idarə edildiyi üçün “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”nın 2.0.7, 5.3, 5.4, 17.1.1.2 və 23.1.1-ci maddələri və Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 12 aprel 2018-ci il tarixdə İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakına dəymiş 50.000 manat maddi zərər, avtomobilin dayanacaqda saxlanılması xərci kimi 9240 manat, cəmi 59270 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “E” kateqoriyalı sürücülük vəsiqəsi olmadığından mübahisəli avtomobili idarə etmək üçün müvafiq etibarnamə əsasında Vidadi Xəlilova verib. 10.09.2016-cı il tarixdə avtonəqliyyat hadisəsi baş verdikdən sonra qaydalarda nəzərdə tutulmuş müddət ərzin də baş vermiş qəza barədə cavabdehə məlumat verib. Cavabdehin tələbi üzrə qəzanın baş verməsinə dair yol polisinin müvafiq protokolunu və avtomobilin şəkillərini ona təqdim edib. Dəymiş zərərin ödənilməsi barədə müraciətinə cavabdeh imtina cavabı verilib. Cavabdeh sığorta ödənişindən imtina olunması üçün əsaslandığı 2.0.7, 5.3, 5.4 və 17.1.1.2-ci maddələr Sığorta Qaydalarında yoxdur. Yalnız həmin Qaydaların 3.12-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsi qanunvericiliyə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunduğu zaman dəyən zərərlər ödənilmir. Vidadi Xəlilovun avtomobili idarə etmək üçün şəhadətnaməyə əsasən səlahiyyəti olmasa da, qanunvericiliyə əsasən tam səlahiyyəti olub. Ona görə imtina əsassızdır. Sığorta olunarkən avtomobili idarə etmək üçün müva fiq “E” kateqoriyalı sürücülük vəsiqəsinin olmadığını cavabdehə bildirib. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müvafiq etibarnamə əsasında avtomobilin idarə edilməsini kifayət hesab edib. Vidadi Xəlilova avtomobili idarə etməyi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq etibarnamə əsasında verib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2018-ci il tarixli rəyə əsasən, mübahisəli avtomobilin təmir-bərpa xərci, avto ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 48381 manat müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3242/2018 nömrəli iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia qismən təmin edilmiş, avtomobilə dəymiş ziyana görə 46381 manat sığorta ödənişin in iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus avtonəqliyyat vasitəsini hadisə baş verən zaman etibarnamə əsasında Vidadi Xəlilov idarə etmişdir. Göründüyü kimi, nəqliyyat vasitəsi Vidadi Xəlilovun istifadəsinə qanuni əsaslarla olmuşdur. İddiaçının sürücülük vəsiqəsindən görünür ki, vəsiqə “B” kateqoriyalı olmaqla, iddiaçının yük avtomobili və yarımqoşquları idarə etmək hüququ olmamışdır, sığorta şəhadətnaməsində isə sığorta olunan qismində yalnız iddiaçı göstərilmişdir. Belə olan halda, onun sığorta olunan avtomobili idarə etməyəcəyi məlumdur, o mülkiyyətçi kimi avtomobili idarə etməyi başqa şəxslərə etibar etmək hüququna malikdir. Sığorta növü isə kasko sığortadır, hazırki halda avtomobilə zərər dəymişdir. Bu baxımdan cavabdehin sığorta ödənişindən imtinası əsassız hesab edilir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman mübahisəli avtomobili idarə edən Vidadi Xəlilovun adı iddiaçı ilə bağlanmış sığorta şəhadətnaməsinə əsasən, avtomobili idarə etmək hüququ olan şəxslər siyahısında yoxdur. İddiaçı Sığorta Qaydaları ilə razı olduğunu imzası ilə təsdiq edib. Şəhadətnaməyə əsasən sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilmir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14621/2019 nömrəli iş üzrə 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 935-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsində (müqavilədə) sığortalı, sığorta olunan və faydalanan şəxs qismində yalnız iddiaçının özü göstərilmiş, şəhadətnamənin “Qeyd” hissəsinin 5-ci abzasında qeyd edilmişdir ki, avtomobilin şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər s ığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilməyəcəkdir. Göründüyü kimi, sığorta müqaviləsində avtomobilin başqa şəxslər tərəfindən idarə edilməsinin sığorta hadisəsi hesab olunmaması şərti açıq-aşkar ifadə edilmiş və iddiaçı həmin şərtin əks olunduğu müqaviləni imzalamışdır. Qeyd edilmişdir ki, sığorta qaydaları və mövcud təcrübə sığorta olunan sürücülər barədə sığortaçınnı qabaqcadan məlumatlandırıldığı halda sığorta predmetinin buna hüququ olan şəxs tərəfindən idarə edilməsinin sığorta hadisəsi kimi qiymətləndirilməsini istisna etməmişdir. Lakin iddiaçı cavabdehə bununla bağlı hər hansı məlumat verməmişdir. Bu baxımdan sığorta müqaviləsi bağlanarkən iddiaçının özünün sığorta predmetini idarə etməklə bağlı hüququnun olub-olmaması hazırkı mübahisənin həlli baxımından ə həmiyyət daşımır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3639/2020 saylı iş üzrə 04 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Xəlilov, Ə.Ə.Əliyev və M.T.Əhmədova) iddiaçının kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, sığortanın mahiyyəti ondan ibarətdir ki, əmlak sahibi əmlakının məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin ödənilməsi üçün müəyyən sığorta haqqı ödəmək müqabilində özünü təminatlandırır. Müqavilə bağlanarkən aydın olmayan və yaxud şübhəli görünən təminata görə ödənişin aparılması mə ntiqsizdir. Qərarda göstərilmişdir ki, apellyasiya məhkəməsi müqavilədə bir-birini istisna edən çoxmənalı bəndlərin qanuniliyinə qiymət vermədən qərar qəbul etmişdir. Ona görə işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi müqavilənin ziddiyyətli bəndləri ilə bağlı dəyərləndirmə aparmaqla qərar qəbul etməlidir. Müqavilənin ziddiyyətli bəndləri onu təklif edənin ziyanına yozulmalıdır. Çünki sığorta şirkəti əmlakı sığorta etməklə gəlir götürən təşkilatdır. Müqavilə bağlanmasını təklif edən, onu reklam edən şirkətdir. O, daha geniş sığorta xidmətləri təşkil etməklə bazarda qazanc əldə edir. İddiaçı avtomaşını sığorta etdirməklə xeyli vəsait ödəmiş, onun təminatı olmayan şəhadətnaməyə görə həmin məbləğdə pul ödəməsi ağalbatan deyil və iradəsini ifadə edə bilməzdi. d) Apellyasiya instansi yası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7261/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev, X.A.Məmmədova, E.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının avtomobili idarə etmək üçün «B» kateqoriyası olmuş, onun yük avtomobilini və yarımqoşquları idarə etmək hüququ olmamışdır, sığorta şəhadətnaməsində isə sığorta olunan qismində yalnız iddiaçı göstərilmişdir. Belə olan halda, onun sığorta olunan avtomobili idarə etməyəcəyi məlumdur, o, mülkiyyətçi kimi avtomobili idarə etməyi başqa şəxslərə etibar etmək hüququna malikdir. Sığorta növü isə kasko sığortadır, hazırki halda isə avtomobilə zərər dəymişdir. Ona görə də, mübahisə barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi vəkilsiz iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki mübahisə 26 may 2015-ci il tarixli sığorta müqaviləsi üzrə tərəflər arasında yaranmışdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçıya məxsus avtomobil cavabdeh tərəfindən kasko növündə sığorta edilmiş və sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta olunanın verdiyi etibarnamə ilə idarə edilərkən baş vermiş qəza nəticəsində avtomobilə zərər dəymişdir. Bundan sonra, cavabdeh sığorta ödənişinin verilməsindən imtina etmiş, iddiaçı isə bu imtinanı qanunsuz hesab e tmişdir. Cavabdeh sığorta ödənişinin verilməsindən imtina etməsini onunla əsaslandırmışdır ki, avtomobil müqavilədə sığorta olunan kimi göstərilməmiş şəxs tərəfindən idarə edilmişdir. İşin digər bir mübahisələndirilməyən halı ondan barətdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində avtomobilin şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil olmaması və bu halın sığorta ödənişi verilməsindən imtina edilməsi əsas kimi təsbit edilmişdir. Müqavilədə isə sığortalı, sığorta olunan və faydalanan şəxs qismində yalnız iddiaçı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edild iyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsində əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. Sığrota müqaviləsi və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları”nda göstərilmişdir ki, yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatını n verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal (sığortalının özünün sürücülər siyahısında olmaması) istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Göründüyü kimi, sığorta müqaviləsində avtomobilin başqa şəxslər tərəfindən idarə edilməsinin sığorta hadisəsi hesab olunmaması şərti açıq-aşkar ifadə edilmiş və iddiaçı həmin şərtin əks olunduğu müqaviləni imzalamışdır. Bununla bərabər, iddiaçının müqavilənin bütün şərtləri tanış olması və qəbul etməsi də mübahisələndirilmir, əksinə özü tərəfindən işin qeyd edilən halı təsdiq edilmişdir. Digər tərəfdən, iddiaçı hadisə baş verdiyi dövrdə avtomobili idarə etmiş şəxs (sürücü) barəsində cavabdehə qabaqcadan məlumat verdiyi (bunu razılaşdırdığı) barədə də heç bir sübut təqdim etməmişdir. Bu halda, cavabdehin sığorta ödənişi ödəməkdən imtinası müqavilə şərtlərinə uyğun olmuşdur. Lakin apellyasiya məhkəməsi mübahisəyə müqavilənin hüququnun əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanuni və əsaslı hesab edilə bilməyən qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud q anunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qətnaməsi l əğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin, İddiaçı “xxxx” ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2635/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2635/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver