Məhkəmə qərarları › İş №2(102)-2636/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2636/2019

15.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2636/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh X1 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon məhkəməsinin 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə (V.İ.Məlikov, iş 2(039)-1763/18) İddiaçı cavabdehlər X2 və Yevlax rayon Mərkəzi Xəstəxanasına qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi, mənəvi ziyana görə kompensasiya verilməsi, çəkilən xərclərin əvəzinin ödənilməsi tələbi bаrədə iddiаsı rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli, iş 2(107)-2816/2018) Yevlax Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tаrixli qətnaməsi İddiaçınа münаsibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təm in edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh X1 nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, digər cavabdeh Yevlax rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər X2 və Yevlax rayon Mərkəzi Xəstəxanasına qarşı sağlamlığa ziyan vurmağa görə maddi zərərin ödənilməsi, mənəvi ziyana görə kompensasiya verilməsi, çəkilən xərclərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, İsmayıllı rayonunun Qalacıq kənd sakini, 201 3-cü ilin iyun ayından 2016-cı ilin oktyabr ayınadək ARB Aran TV-də çalışmışdır. Yevlax Rayon Mərkəzi Xəstəxanasında göz həkimi işləyən Məhəmməd Qorçuzadənin səhv diaqnoz qoyması nəticəsində onun yeganə görən gözü də sıradan çıxmışdır. Güman edir ki, bu, qəsdən baş vermişdir. Belə ki, 2015-ci il noyabr ayının ikinci ongünlüyündə 3 yaşlı övladının əlindəki mobil telefon sağ gözünə dəymişdir. Bundan bir neçə gün sonra həmin gözündə qara nöqtələr əmələ gəlimişdir. Gözünü əvvəlcə İran İslam Respublikasında müayinə etdirmişdir. Orada iki ədəd dərman yazılmışdır. Lakin bir müddət sonra bunun faydasının olmadığını görüb, Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Bu xəstəxanada göz həkimi işləyən Məhəmməd Qorçuzadənin qəbulunda olmuşdur. Həmin vaxt Məhəmməd Qorçuzadə aparatlar vasitə si ilə gözünə baxdıqdan sonra yanındakı xanıma gözünə dərman tökməyi tapşırmışdır. Gözündə heç bir ciddi problemin olmadığını, iki ay ərzində yazdığı resept əsasında müalicə aparmağını, sonra yenidən yanına gəlməyini tövsiyə etmişdir. Təssüf ki, bu hadisədən bir neçə gün sonra gözü tutulmuşdur və həm də ona Məhəmməd Qorçuzadənin yanında 12.12.2015-ci il tarixində olsa da, reseptin üzərində 17.12.2015-ci il tarixi yazılmışdır. Həmin vaxt buna fikir verməsə də, yazılan reseptdə bu aydın şəkildə görünür. Onun gözü tutulandan sonra Bakı şəhərinə getmiş, orada bir neçə həkim tərəfindən müayinə olunmuş, həkimlər ona diaqnozun düzgün qoyulmadığını, aparılan müalicənin düzgün olmadığını demişlər. Onlar bildirmişlər ki, əslində telefon gözünə dəyəndə deşilib. Ötən müddətdə gözündə su və qan yığılmı ş, buna görə də gözünün görüntünü beyinə ötürən qişası qopub və gözündə əmliyyat aparılmalıdır. Bakı şəhərində bir neçə həkimlə görüşsə də, onlar gözünü əməliyyat edə biləcəklərini, amma gözünün açılıb-açılmayacağına zəmanət verə bilmədiklərni demişlər. Bu səbəbdən də X12 adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Türkiyənin İstanbul şəhərində yaşayan Murat Öncel adlı həkimlə əlaqə yaratmağı məsləhət görüblər. O, onunla əlaqə yaradaraq İstanbul şəhərinə getmiş, dekabr ayının 27-dən 31dək İstanbul şəhərində olmuş və gözünü əməliyyat etdirmiş, İstanbul şəhərinə X10 gözünü əməliyyat edən Mirat Öncel bunun müqabilində ondan 5 min ABŞ dolları alımışlar. Bir də gözümə qoyulan selikonun çıxarılması üçün Türkiyənin İstanbul şəhərinə, həkim Mirat Öncelin yanına getmiş, Mirat Öncel bu əməliyyat üçün ondan 700 ABŞ dolları almışdır. Gözünün əməliyyat olunmasından sonra Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Quliyevin və həkim Məhəmməd Qorçuzadənin yanında olub, onları baş verənlər barəsində məlumatlandırmışdır. Həmin vaxt Məhəmməd Qorçuzadə onun gözünün tutulmasına etinasız şəkildə yanaşaraq deyib əslində onun gözündə duman olduğunu görmüşdür. Amma belə hallar ola bilir. Gözünün əməliyyat olunduğu vaxtdan bu günədək isə müalicəsi davam edir. Amma gözünün vəziyyəti yaxşı deyildir. Bu günədək gözünün müayinə, müalicə və əməliyyat olunması üçün 20 min manata yaxın vəsait xərcləmiş, gözünün tutulmasından sonra - keçirdiyi həyəcanla əlaqədar bədəninin ayrı-ayrı hissələrində ağrılar başlamışdır. Gözlə yanaşı, ürək və digər orqanlarının da müalicəsini aparmış, borc aldığı bu vəsaitə görə hazırda faiz ödəyir. Artıq imkanları tükəndiyi üçün müalicələrini davam etdirə bilmir. Onun ailəsi, 2 və 4 yaşlı iki övladları vardır. Heç bir yerdə evi yoxdur, çoxlu borcu var. ARB Aran-dan hər ay mükafat, telefon pulu və s. ilə birlikdə 1200 manata yaxın əmək haqqı alırmış. Bundan başqa, təsərrüfat işləri ilə məşğul olaraq bu işlərdən hər ay 3000 manata yaxın gəlir əldə edirmiş. Bu vəsaitdən ailəsinin dolanışığı üçün lazım olanı çıxmaq şərti ilə qalanın borclarının ödənməsinə sərf edirmiş. Onun sol gözü də demək olar ki, görmür. Sağ gözünün də sıradan çıxması onu çıxılmaz vəziyyətdə qoymuşdur. Artıq iş qabiliyətini və iş yerlərini tamamilə itirmiş, heç yerdə işləmir. Aydın şəkildə görünür ki, bu işdə sağlamlığa zərər vurma, rüşvət tələb etmə, səlahiyyətlərdən sui- istifadə kimi cinayət əməlləri vardır. Bu məsələ iə bağlı 17.03.2016, 20.06.2016 və 18.07.2017-cı il tarixdən Səhiyyə Nazirliyinə və digər qurumlara müraciət etmiş, Səhiyyə Nazirliyindən ona və Yevlax Rayon Mərkəzi Xəstəxanasını baş həkimi İlham Quliyevə ünvanlanan 02.05.2016-cı il tarixli məktubdan görünür ki, vətandaş İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olumuş ərizəsini onlara göndərərək qaldırılan məsələni araşdırıb ərizəninin müayinə, müalicəsinin təşkilinə kömək göstərilməsi və nəticəsi barədə Səhiyyə Nazirliyinə məlmat verilməsi tapşırılır. Bu məsələ ilə əlaqədar kömək göstərilməyib və heç onunla maraqlanan belə olmamışdır. Bütün bunlara əsas tutaraq hesab edir ki, həkim Məhəmməd Qorçuzadə və Yevlax Rayon Mərkəzi Xəstəxanası ona vurulan madi və mənəvi ziyanı, m üalicə xərcləri ödəməlidir. Onun bundan sonarakı yaşayışı üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsinin cavabdehlərin üzərinə qoyulmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı və vəkili Vəkil dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və ara şdırılması hesab olunmamalıdır. İşdə olan Yevlax-TV MMC-nin 105 saylı, 04 oktyabr 2016-cı il tarixli bildirişindən görünür ki, X3 nəzərinə çatdırılır ki, onunla “xxxx” MMC arasında bağlanılmış həmin müqavilə 04.10.2016-cı il tarixdən şirkətin təşəbbüsü ilə dayandırılır. İş materiallarında olan 20.04.2016-cı il tarixli bildirişdən məlum olur ki, X7 pars planı vitrektomi, endolazer,silikon yağı tampun və daha sonra silikon yağı çıxarılması əməliyyatları müqabilində 5700 (beş min yeddi yüz) ABŞ dolları ödəmişdir. İş materiallarına əlavə edilmiş 06.10.2016-cı il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan 14 dekabr 2017–ci il tarixli, 46/KES saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin rəyindən görünür ki, Qalib Babayevin məhkəmə-tibbi və mütəxəssis oftalmoloqun müayinələrinə əsasən, onda hər iki gözün qüzehli qişasının kolobomasının olduğu müəyyən edilmişdir. Bu patoloji proses anadan gəlmə olmaqla və ona 17.12.2015-ci il tarixdə müalicə məqsədi ilə təyin edilmiş Emoksibel, Deksametazon və Lakresekofta adlı dərman preparatlarının istifadəsi zamanı görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilməzdi. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 17.12.2015-ci il tarixdə Yevlax rayon Mərkəzi xəstəxanasının “Poliklinika” şöbəsinə müraciət etmişdir. Aparılmış obyektiv müayinələrdən sonra ona “ONyüksək dərəcəli fəsadlı miopiya, Qüzehli qişanın koloboması, şüşəvari cismin bulanması” diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş mü alicələr diaqnoza uyğun olmuşdur. Qalib Babayevin hər iki gözündən qeyd olunan patoloji proses anadan gəlmə olub və göz almaları fəsadlı olduğu üçün torlu qişa istənilən an qopa bilir. Bununla yanaşı, almış olduğu travma buna təkan verici amilin olması istisna edilmir. Qalib Babayevin görmə qabiliyyətinin zərf olması onun düçar olduğu anadangəlmə xəstəliyi ilə ələqədardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın olmuşdur ki, X6 X4 və Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən heç bir maddi və mənəvi zərər vurulmamışdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gə tirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instаnsiyа məhkəməsi düzgün оlаrаq nəticəyə gəlmişdir ki, iddiaçı X3 gözünün sıradan çıxmasına birbaşa cavabdeh olan Məhəmməd Qorçuzadə və onun çalışdığı tibb müəssisəsi olan Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən gözünün müayinə müalicə və əməliyyat olunm ası üçün indiyədək xərclədiyi 20 min manata yaxın vəsaitin ona ödənilməsi, gözünün bundan sonra müayinə və müalicəsi üçün lazım olan vəsaitin qarşılanması, gözünün tutulması ilə əlaqədar keçirdiyi həyacandan bədənində yaranan ağrıların müalicəsinin həyata keçirilməsi, pensiya yaşınadək, yəni 65 yaşınadək olan 30 il müddətində hər ay üçün ona ARB Aran-dan aldığı 1200 AZN, ümumilikdə 432 min AZN, 85 yaşınadək olan 50 ildə isə hər ay digər işlərdə qazandığı 3000 AZN, yəni ümumilikdə 1 milyon 800 min AZN-in ödənilməsi, gözünün tutulması ilə əlaqədar bundan sonra yarana biləcək fəsadların qarşılanması üçün 150 min AZN,ona dəyən mənəvi ziyana görə 1 milyon 500 min AZN ödənilməsi və bu vəsaitlərin birdəfəlik ödənilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Apellyasiya instansiyası məhkəmə si hesab etmişdir ki, iddiaçı X7 cavabdeh X2 Yevlax Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona maddi və mənəzi zərər vurulmasının əsası kimi istinad etdiyi hallaı təsdiq edən heç bir sübut məhkəmələrə təqdim edə bilməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 21 noyabr 2018-ci il tarixli, 2(107)2816/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar