Məhkəmə qərarları › İş №2(102)-2636/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2636/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2636/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı «xxxx» X-nin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları 1. 10 sentyabr 2013-cü il tarixli, X nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh1 120 ay müddətinə, illik 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2, habelə Cavabdeh3 arasında 10 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

3. İpoteka qoyan Cavabdeh4, borclu Cavabdeh1 və «xxxx» X arasında bağlanmış 10 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, X nömrəli mənzili ipoteka ilə yüklü edərək kreditorun tələb hüququna təminat verilmişdir. İpoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Satıcı Cavabdeh5, alıcı və ipoteka qoyan Cavab deh1 və «xxxx» X arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, X saylı mənzili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müqavilənin 1.4-cü bəndinə görə tərəflər mənzilin satış qiyməti 31.320 manat məbləğində olmasına dair razılığa gəlmişlər.

5. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

6. «xxxx» X əsas borclu tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə istinad edərək 03.12.2018ci i ldə aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiаçı “xxxx” X ərizə ilə məhkəməyə müraciət edərək, 10 sentyabr 2013-cü il tarixli AZBA007927 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 25705,05 ABŞ dolları əsas, 10897,90 ABŞ dolları cari faiz borcu və 4963,64 ABŞ dolları dəbbə borcu, cəmi 41566,59 ABŞ dolları məbləğində kredit borcu, bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 60 manat, işə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən, 61,44 kv.m ümumi, 37,04 kv.m yaşayış, 24,4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 51 nömrəli mənzilin ilkin satış qiyməti 3000 0 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə istifadədə olan 0,05069 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 4 mərtəbəli binada yerləşən, 3 otaqlı 33 nömrəli mənzilin isə ilkin satış qiyməti 32000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzillərin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması, Cavabdeh1, X2, Cavabdeh2 qız, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 51 nömrəli mənzilə, Cavabdeh1 və Cavabdeh5 Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə yerləşən 9 nömrəli binanın 33 nömrəli mənzilə istifadə hüquqlarına xitam verməklə mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir (İddia ərizəsi dəqiqləşdirilmişdir).

8. İddiaçı işin yuxarıd a qeyd edilən faktiki hallarına (§1-5) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetlərinə yönəldilməlidir.

9. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, xarici valyutanın dəyərinin qalxması ilə əlaqədar olaraq ödəniş edə bilməmişdir. Bank isə onun aşağı məbləğdə ödəniş etmək istəyi ilə razılaşmamışdır.

10. Cavabdeh4 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qismən qəbul edərək iddia tələbinin cərimə hissəsində azaldılmasını xahiş etmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2019-cu il tarixli, X nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 10.09.2013 -cü il tarixli kredit razılaşması haqqında sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 23.11.2018-ci il tarixə banka olan əsas borcu 25.705,05 ABŞ dolları, faiz borcu 5.630,43 ABŞ dolları təşkil edir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 31.01.2020-ci il tarixli, 2(094)-32/2019 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 10.09.2013-cü il tarixli kredit razılaşması haqqında sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 23.11.2018-ci il tarixə banka olan əsas borcu 25.705,05 ABŞ dolları, faiz borcu 5.630,43 ABŞ dolları təşkil edir.

13. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 09 iyun 2020-ci il tarixli, 2(094)-3/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının xeyrinə 25705,05 (iyirmi beş min yeddi yüz beş dollar beş sent) ABŞ do lları məbləğində əsas borc, 10897,90 (on min səkkiz yüz doxsan yeddi dollar doxsan sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 36702,95 (otuz altı min yeddi yüz iki dollar doxsan beş sent) ABŞ dolları ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 60 (altmış) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh4 mülkiyyətində olan X nömrəli mənzilinə və Cavabdeh1 məxsus Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə istifadədə olan 9 saylı evin 33 nömrəli mənzilinə yönəldilməsi,X nömrəli mənzili ilkin satış qiyməti 30000 (otuz min) manat, Bakı şəhəri, Pirallahı qəsəbəsi, 29- cu məhəllədə istifadədə olan 9 saylı evin 33 nömrəli mənzili ilkin satış qiyməti 2 000 (otuz iki min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitin iddiaçıya olan borcun qaytarılmasına yönəldilməsi, X nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29cu məhəllə, 9 saylı binanın, 33 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh5 həmin mənzildən çıxarılması qət edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit razılaşması, zaminlik və ipoteka müqavilələri üzrə öhdəlik lərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) 21 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin X saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi, qətnamənin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qalan ( mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qətnamənin dəyişdirilməyən hissəsində birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman hərtərəfli, tam, obyektiv araşdırılma aparılmamışdır. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin əsası kimi, iş üzrə icraatın materiallarına kassa məxaric orderi əlav ə edilməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində də vəsatət verilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Araşdırma zamanı məhkəmənin müəyyən etdiyi məbləğ reallığı əks etdirmir. Belə ki, birinci instansiya məhkəməsində araşdırılma aparılan zaman cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğlərin qəbzləri təqdim edilmişdir. Bu səbəbdən də məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yaranmış, lakin buna əhəmiyyət verilməmişdir. Bundan başqa, hər iki mənzilə dair qiymətləndirmənin keçirilməsi barədə şifahi vəsait verilsə də təmin edilməmişdir. İpoteka ilə yüklü edilmiş mənzillərin hazırkı likvid dəyəri ipoteka müqaviləsində göstərilmiş ilkin satış qiymətindən artıqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı eti raz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili İlqar Rüstəmov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

24. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

25. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alı nır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

28. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

29. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

30. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun o lmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın a lacağı ipoteka müqavilələri ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmiş borcun cavabdehdən tutulması, habelə ipoteka predmetlərinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 22-30).

38. Cavabdehin etirazları isə iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə olmadığı üçün iddia tələblərinin göstərilən həcmdə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

39. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, Cavabdeh1 işə mahiyyəti üzrə baxılarkən borcunun olduğunu və ipoteka predmetlərinin ilkin satış qiymətlərini mübahisələndirməmiş, cərimənin azaldılmasını istəmişdir. İş üzrə borcun məbləğlərinə dair müvafiq ekspertiza tədqiqatları aparılmaqla cərimə azaldılmışdır. Belə olan halda, kassatorun kassa məxaric orderinin yoxluğuna, borc məbləğlərinin və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün olmamasına dair dəlilləri kassasiya baxışının predmetini təşkil etmir, həmin dəlillər qətnamənin ləğv olunbması üçün əsas deyil.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cava bdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar