Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2636/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, abonent borcu, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı (bundan sonra – iddiaçı, yaxud Birlik) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-320/2022 nömrəli, 5 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçıya 8617,6 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan təbii qazdan istifadəyə görə yaranmış 8617,6 manat məbləğində dəymiş zərərin, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 8647,6 manat borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini əsaslandırarkən bidi rmişdir ki, o, 21.06.2017-ci il tarixli, T/16532 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə Müqavilə" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Birliyin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən onun balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar oluna raq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən aktlar tərtib edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə “X1 cəmi ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Bakı şəhər Xəzəri Rayon Məhkəməsinin (hakim S.X.Bəhrəmzadə) 11 mart 2021ci il tarixli, 2(003)-252/2021 nömrəli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsinin qətnaməsi) iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən bildirmişdir ki, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfin istinad etdiyi halları sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21-ci, “Qaz təchizatı haqqınd a” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qaz təchizatı haqqında qanun) 21.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 4.2, 4.8, 4.9-cu (bundan sonra – Qazdan istifadə qaydaları), eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6955/2021 nömrəli, 15.09.2021-ci il tarixli qərardadı ilə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
9. Eksp ert rəyində qeyd edilmişdir ki, qaz sayğacı üzərində sınma, dağılma izləri yoxdur, plombu tam olaraq yerindədir, giriş qapısından sol tərəfdə paylayıcı qaz xəttinin üzərində qaynaqla bağlanmış dəlik olduğu görünür. Baxışda iştirak edən Cavabdeh isə bildirmişdir ki, həmin qaynaq olunmuş hissəyə boru birləşdirməklə təbii qazdan sayğacdan kənar istifadə etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) 2(103)-320/2022 nömrəli, 5 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (bundan sonra – apellyasiya məhkəməsinin qətnaməsi) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiyasının məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, 14.06.2016-cı il tarixli akt üzrə qaz xəttindən kənar istifadəyə görə 172,8 (yüz yetmiş iki manat səksən qəpik) manat, əvvəlki illərə görə 672,70 (altı yüz yetmiş iki manat yetmiş qəpik) manat borc, cəmi 845,50 (səkkiz yüz qırx beş manat əlli qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Məhkəmə kollegiyası qətnaməsini əsaslandırarkən, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək ona istinad etmişdir.
12. Məhkəmə kollegiyasi öz mövqeyini MM-in 448.2,560.1,560.2-ci, MPM-in 14.2ci, eləcə də “Qazdan istifadə qaydalarının” 6.5-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir
14. Kassator şikayətini onunla əsaslandırmışdır ki, mülki işə əlavə edilmiş aktlardan və saldodan cavabehin iddiaçıya iddia tələbinin həcmi qədər zərər vurduğu görünür. Zərərin vurulması isə həmin aktlarla təsbit və təsdiq olunsa da məhkəmə tərəfindən bunlara qeyri-obyektiv qiymət verilmişdir.
15. Kassator şikayətində əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddia tələbininin qazdan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş zərərə aid olan hissəsini rədd edən zaman iddiaçı tərəfindən qanunsuz qoşulmalar nəticəsində hüquq mühafizə orqanlarına müraciət edilməməsinə əsaslansa da, bununla bağlı qeyd edilməsi gərəkdir ki, hər gün müxtəlif abonentlər tərəfindən belə hallara yol verilir və bu hallara münasibətdə belə müraciətlərin edilməsi,rəsmiləşdirilməsi fiziki cəhətdən mümkün deyildir.
16. Kassator şikayətini əsaslandırarkən MM-in 21.2,443.1,448.1-ci MPM-in 217.3cü, “Qazdan istifadə qaydalarının” 6.5-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
19. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolveri lməzdir.
20. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MPM
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Qazdan istifadə Qaydaları
28. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadə si üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir
29. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Depa rtamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 21.06.2017-ci il tarixli, T/16532 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna 8617,6 manat borc hesablanmışdır.
35. İş materiallarından görünür ki, 14.06.2016-cı il tarixli akt üzrə itirilmiş qazın miqdarı 172.8 manat, 15.11.2016-cı il tarixli akt üzrə 190.5 manat, 18.01.2017-ci il tarixli akt ü zrə 606.8 manat, 20.02.2017-ci il tarixli akt üzrə 313 manat, 27.03.2017-ci il tarixli akt üzrə 331.8 manat, 03.04.2017- ci il tarixli akt üzrə 66.2 manat, 24.01.2018-ci il tarixli akt üzrə 1642 manat, 13.03.2018-ci il tarixli akt üzrə 351.4 manat, 27.04.2018-ci il tarixli akt üzrə 329.4 manat, 21.05.2018-ci il tarixli akt üzrə 46.8 manat, 29.06.2018-ci il tarixli akt üzrə 133.2 manat, 20.07.2018-ci il tarixli akt üzrə 133.2 manat, 24.08.2018-ci il tarixli akt üzrə 133.2 manat, 28.09.2018-ci il tarixli akt üzrə 133.2 manat, 31.10.2018-ci il tarixli akt üzrə 66,6 manat, 30.11.2018-ci il tarixli akt üzrə 142.2 manat, 28.12.2018- ci il tarixli akt üzrə 142.2 manat, 28.12.2018-ci il tarixli akt üzrə 142.2 manat, 31.01.2019-cu il tarixli akt üzrə 142.2 manat, 28.02.2019-cu il tarixli akt üzrə 1 42.2 manat, 29.03.2019-cu il tarixli akt üzrə 142.2 manat, 30.04.2019-cu il tarixli akt üzrə 133.2 manat, 30.05.2019-cu il tarixli akt üzrə 32.4 manat 28.06.2019-cu il tarixli akt üzrə 32.4 manat, 31.07.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.08.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.09.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.12.2019- cu il tarixli akt üzrə 885.6 manat, 30.01.2020-ci il tarixli akt üzrə 295.2 manat, 28.02.2020-ci il tarixli akt üzrə 295.2 manat, 05.03.2020-ci il tarixli akt üzrə 49.2 manat hesablanmışdır.
36. Cavabdeh tərəfindən qeyri-qanuni qaz xəttinə qoşulma hallarının müəyyən olunması üçün kompleks məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 10/5162 və 9/7126 saylı rəylərinə əsasən, ünvan 2 ünvanındakı tədqiqat obyektinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Baxış zamanı iş materiallarında olan fotoşəkillərlə faktiki vəziyyət arasında mübahisəli analiz aparıldıqda müəyyən edildi ki, fərdi yaşayış evində fotoşəkillərdə göstərilən şəraitdə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Cavabdeh tərəfindən, qeyd olunan 31 aktlar əsasında, 7182,10 manat İddiaçı İB-a ziyan dəymişdir. Cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş, sayğac göstəricisinə əsasən, əvvəlki illərdən 672,70 manat borcu qalmışdır. Qeyd olunan aktlar əsasında və abonentin saldosu cədvəlində olan məlumatlara əsasən iddiaçı Cavabdeh tərəfind ən ödənilməli olan məbləğ 7854,80 manat təşkil edir. Həmin məbləğ İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qazpaylayıcısı tərəfindən) və sa yğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edild ikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarı mbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 38. ünvan 2 ünvanda istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı evin daxilində deyil, hasarın çöl tərəfində quraşdırılmışdır, digər tərəfdən işdə olan aktlar iddiaçının nümayəndələrinin iştirakı ilə, Cavabdeh iştirakı olmadan tərtib edilmişdir. Ekspert rəyində qeyd etmişdir ki, qaz sayğacı üzərində sınma, dağılma izləri yoxdur, plombu tam olaraq yerindədir. Giriş qapısından sol tərəfdə paylayıcı qaz xəttinin üzərində qaynaqla bağlanmış dəlik olduğu görünür. Baxışda iştirak edən Cavabdeh bildirmişdir ki, həmin qaynaq olunmuş hissəyə boru birləşdirməklə təbii qazdan sayğacdan kənar istifadə etmişdir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qeyd edir ki, əgər cavabdeh tərəfindən 2016-2020-ci il tarixədək bir neçə dəfə sayğacdan kənar qazdan istifadə halları olmuşdursa, iddiaçı tərəfindən birinci akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq cavabdehdən tələb edilməsi həyata keçirilməli idi. Lakin iş material larından bu hallar müəyyən olunmur.
40. Ona görə Apellyasiya Məhkəməsi birinci aktdan sonra digər aktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə ekspert rəyini nəzərə alaraq, hesab etmişdir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14.06.2016-cı il tarixli aktla olan qoşulma halı nəzərə alınmaqla, həmin akt üzrə hesablanmış 172,8 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə Cavabdeh əvvəlki borcları ilə bağlı hissədə ekspert rəyini nəzərə alaraq, hesab etmişdir ki, qeyd olunan hissədə iddia qismən təmin edilməli, abonent saldosu cədvəlində olan məlumatlara əsasən faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac göstəricilərinə uyğun əvvəlki illərdən 672,70 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-320/2022 nömrəli, 5 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.