Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2637/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zaminnə qarşı iş üzrə Açar sözlər: qaytarılması iş kommersiya məhkəməsinə aiddir, iddia ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər C avabdeh və Zaminnə qarşı kredit borcunun qaytarılması tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-798/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh və Zamin MMC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cəmi 28.548 ABŞ dolları kredit borcunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim T.Qocayev, iş № e-2(043)798/2022) iddia ərizə si geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 153.1.3-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən, cavabdehlərdən Cavabdeh (VÖEN **********) vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, iddiaçı ləğv prosesində olan İddiaçı ASC və digər cavabdeh Zamin MMC hüquqi şəxslərdir. G öründüyü kimi, hazırkı mübahisə üzrə həm iddiaçı ləğv prosesində olan İddiaçı ASC həm də cavabdehlərdən Zamin MMC kommersiya hüquqi şəxsləridir, digər Cavabdeh fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Ona verilmiş kreditin məqsədli təyinatında isə kreditin istehlak krediti olması göstərilməmiş, kreditin təmir-tikinti işlərinin aparılması üçün verildiyi qeyd edilmişdir. Bundan başqa, Cavabdeh kredit müqaviləsini öz adından, zaminlik müqaviləsini isə qanuni təmsilçi kimi Zamin MMCnin adından imzalamışdır. Beləliklə, hazırkı mübahisənin kommersiya hüquqi şəxsləri və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi olduğu müəyyən olunmuşdur. Belə olan halda həmin mübahisəyə ümumi m əhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Həmin qərardaddan iddiaçı (vəkil X1) tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mübahisənin predmeti və subyekti baxımından hazırkı mübahisə kommersiya məhkəməsinə aid olsa da, hüquq münasibətlərinin xarakteri baxımından işə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, tərəflər arasında mübahisənin yaranmasına əsas olan kredit müqaviləsi sahibkarliq məqsədilə deyil, şəxsi istehlak məqsədilə təmir-tikinti işlərinin həyata keçirilməsi üçün verilmişdir. Eyni zamanda, Cavabdeh sahibkar olmadiğı üçün kredit ona sahibkarliq məqsədilə verilə bilməz. Bel ə olan halda, hüquq münasibətlərinin xarakteri baxımından hazırkı iş kommersiya mübahisəsi kimi qəbul oluna bilməz. Cavabdeh krediti fiziki şəxs statusu ilə 22.04.2015-ci il tarixli müqavilə əsasında götürmüşdür. Bundan başqa, şəxsin sahibkar statusuna malik olması onun krediti sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürməsi anlamına gəlmir. ƏSASLANDİRİCİ HİSSƏ Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin h üquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, ya xud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı mübahisə kommersiya hüquqi şəxsi olan Bankla fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Kredit müqaviləsində pulun borcalana şəxsi istehlak məqsədilə verildiyi barədə hər hansı qeyd yoxdur. Kreditin təmir-tikinti işlərinin aparılması məqsədilə verilmə si də bu anlama gəlmir və alınan məbləğin məhz sahibkarlıq fəaliyyətinə sərf olunmasını istisna etmir. Qeyd olunanlara əsasən Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozulmaqla verildiyi üçün geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Qüvvədə olan mülki prosessual qaydalara əsasən işə kommersiya məhkəməsində baxılmalıdır. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsin i həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-798/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2637/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2637/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver