Məhkəmə qərarları › İş №2(102)-2638/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2638/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2638/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(103)601/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etd i. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 17 iyun 2015-ci il tarixli, 285 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 24 ay müddətinə, illik 22% olmaqla, şəxsi mənzil təmiri üçün 6.600 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli, 01 nömrəli əlavəyə əsasən kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22% dən 16%-ə endirilmişdir.

3. Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı ASC arasında ayrı-ayrılıqda bağlanmış 17 iyun 2015-ci il tarixli, 285/1 və 285 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 17 iyun 2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyəti öz öhdələrinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 11.548,55 ABŞ dolları borcun, bundan 5695,00 ABŞ dolları əsas, 4.957,97 ABŞ dolları faiz, 156,93 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 738,65 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 149 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır k i, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə Bank tərəfindən cavabdehlərə kredit borcunun qaytarılması barədə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. xx.xx.2022-ci il tarixə Cavabdeh1 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit üzrə cəmi borcu 11548,55 ABŞ dolları təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi ba rədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********16 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş qaydasını pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

6. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tar ixli 2(004)-1872/2022 saylı qərardadı ilə Cavabdeh3 aid hissədə iş üzrə icraata xx.xx.2020-ci il tarixdə onun ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/515 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatlarında borclu Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə - 5695 ABŞ dolları, faiz borcu üzrə 4957,97 ABŞ dolları təşkil edir.

8. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) e-2(004)48/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

9. Məhkəmənin mövqey i ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli qərardadları ilə ekspertiza təyin olunmasına baxmayaraq, iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər tam təqdim edilməmiş, bu səbəbdən ekspertizanın keçirilməsi həvalə olunan orqanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Auditorlar Palatası ekspertiza keçirməkdən imtina etmişlər. Ekspertiza keçirilməsi mümkün olmadığından iddia tələblərinin düzgünlüyü təsdiq edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/515 saylı ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, maliyyə arayışında gö stərilən rəqəmlər ekspert tərəfindən iddiaçı tərəfindən ekspertiza keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilmədən və həmin sənədlər əsasında yoxlanılmadan verilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 472.1, 739.1, 739.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən zəruri hesab olunan hesabdan çıxarış mülki iş üzrə elektron məhkəmə sisteminin “sənədlər” bölməsinə xx.xx.2022-ci il tarixdə əlavə edilmişdir. Ekspert rəyi isə ekspert Abdullayev Əli tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. 9/515 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilən “iş materialları ilə tanışlıq zamanı müəyyən edildi ki, həmin materiallarda kredit verilən tarixdən hal-hazıradək müddətləri əhatə edən hesabdan çıxarış məlumatları mövcud deyildir” cümləsinə münasibətdə qeyd edilməlidir ki, ya hesabdan çıxarış məhkəmə tərəfindən ekspertə təqdim edilməyib, ya da ekspert cavabdehin iki kredit borcu üzrə edilmiş ödənişlərdən mübahisəsi gedən kredit üzrə hansı silinmələr aparıldığını müəyyən edə bilmədiyi üçün belə bir ifadə işlətmişdir. Çünki bütün ödənişləri əhatə edən hesabdan çıxarış məhkəməyə tam şəkildə təqdim olunmuşdur. Daha sonra "xxxx" MMC-yə müst əqil auditor hesabatının verilməsi üçün sənədlər məhkəmə tərəfindən göndərilmiş və məhkəmə sisteminə əlavə edilmiş hesabdan çıxarış olmasına baxmayaraq yenidən tələb edildiyi üçün hesabatda da qeyd edildiyi kimi "xxxx" vasitəsilə hesabdan çıxarış auditor şirkətinə göndərilmiş, lakin MMC tərəfindən ödəniş edilmədiyi halda müvafiq tarixlərdə edilməmiş ödənişlərin hesabdan çıxarışının olmaması səbəbindən rəy verməkdən imtina edilmişdir. Əlavə olaraq qeyd edilir ki, eyni hesabdan çıxarış məlumatları ilə cavabdehin digər kredit borcu barədə iddia tələbi üzrə mülki işdə ekspertiza keçirilmiş, ekspert tərəfindən rəy verilmiş və məhkəmə tərəfindən iddia tələbinin qismən təmini barədə qətnamə qəbul edilmişdir. Prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi ekspertin və audit rəyi məhkə mə üçün məcburi deyildir və ekspert rəyinin olmaması iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 9/9920 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, borclu Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, xx.xx.2022-ci il tarixə ( maliyyə arayışı tərtib olunan tarixə) əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.78 9,91 ABŞ dolları, faiz borcu (illik 5%) 727,69 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (iddia ərizəsi verilən tarixə) əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, faiz borcu (illik 5%) 756,66 ABŞ dolları, xx.xx.2023-cü il tarixə (qətnamənin qəbul edildiyi tarixə) əsas borc üzrə - 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları və faiz borcu (illik 5%) 1.210,98 ABŞ dolları.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), X1 Bəhrəmzadə) 2(103)-601/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-48/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edil məsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5.695,00 ABŞ dolları, faiz borcu üzrə 2.789,91 ABŞ dolları, cərimə üzrə 156,93 ABŞ dolları və illik 727,69 ABŞ dolları 5 faiz olmaqla, cəmi 9.369,53 ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) Cavabdeh1 iddiaçının xeyrinə tutulması,iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan dövrdə iddiaçı tərəfindən “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hesabdan çıxarış təqdim edilmiş, lakin aparılmış ekspertiza tədqiqatları zamanı hesabdan çıxarışa istinad edilməmiş, ekspert tərəfindən verilmiş rəyi isə birinci instansiya məhkəməsi zəruri sənədlərin tədqiq edilməməsi əsası ilə sübut növü kimi qəbul etməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 17 iyun 2015-ci il tarixli, 285 saylı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, eləcə də c ərimə borcunu Banka ödəməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən tutulmalı olan borcun məbləğinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 6.600 ABŞ dolları kredit verilmişdir və həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 1 saylı kredit müqaviləsinə əlavə ilə xx.xx.2019cu il tarixədək uzadılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 borc barədə 19 yanvar 2022-ci il tarixli bildirişin göndərilməsi mülki iş materialları ilə müəyyən olunmadığı üçün hesablanmı ş əsas və faiz borcu müqavilənin sonunadək cərimə borcu və illik 5 % məbləğ isə maliyyə arayışı verilən tarixədək hesablanmalıdır.

20. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, təqdim olunmuş rəyin şübhə altına alınması eyni zamanda sübut kimi qiymətləndirilməməsi üçün əsaslar olmamış və müqavilə şərtlərinə əsasən cərimə borcunun iddia tələbinə uyğun olaraq 156.93 ABŞ dolları müəyyən edilməsi ağlabatandır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcu nu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22% dən 16%-ə endirilməsinə dair kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli, 1 nömrəli əlavədə Cavabdeh2 zamin kimi imzası yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Bank zamin Cavabdeh2 qarşı 17 iyun 2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüquqdan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də Bankın zamin Cavabdeh2 qarşı təl əbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zamin Cavabdeh2 ilə bağlanılmış zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən iddiaçının zamin Cavabdeh2la bağlanmış 17 iyun 2015-ci il tarixli zaminlik müqaviləsinin qüvvədə olma müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir illik müddət tətbiq edilməli və mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından, eləcə də, zaminin kredit müqaviləsinin uzadılmasına dair əlavə razılaşmadan məlumatı və əlavədə imzası olmad ığı üçün iddia tələbi zamin Cavabdeh2 münasibətdə rədd edilməlidir.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1,442, 445.7, 448.1, 462.1, 462.5, 467, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.4, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə məhkəmə baxışının prinsiplərindən danışılsa da məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iddiaçının kifayət qədər mötəbər sübutlar təqdim etməməsinə baxmayaraq mülahizələrə əsaslanmışdır. İddiaçı sübut etmə vəzifəsinin əvəzinə tərtib edilmiş saxta müqavilələri təqdim etmişdir. Bu da iddianın təmin edilməsinin əsassız olduğunu, hüquqdan sui-istifadə edilməsini təsdiq edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan respublikasının Mülki Məcəlləsi

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ v ardır.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilm ədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Maddə 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

35. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbəpuluödənildikdənsonraonunmiqdarınınazaldı lmasıistisnaedilir.

36. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

37. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticəl ərə səbəb olduqda

40. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

41. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

42. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2.Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı ilə borclu Cavabdeh1 arasında bağlanmış 285 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank Cavabde h1 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 6.600 ABŞ dolları kredit verilmişdir və həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 1 saylı kredit müqaviləsinə əlavə ilə xx.xx.2019-cu il tarixinədək uzadılmışdır.

57. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, o, Bankla bağladığı 17 iyun 2015-ci il tarixli, 285 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, borclu Cavabdeh1 risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyı r və kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz, eləcə də cərimə borcunu Banka ödəməlidir.

58. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 borc barədə 19 yanvar 2022-ci il tarixli bildirişin göndərilməsi mülki iş materialları ilə müəyyən olunmadığı üçün hesablanmış əsas və faiz borcu müqavilənin sonunadək, cərimə borcu və illik 5 % məbləğ isə maliyyə arayışı verilən tarixədək hesablanmalıdır.

59. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, işə əlavə edilmiş ekspert rəyinin şübhə altına alınması eyni zamanda sübut kimi qiymətləndirilməməsi üçün əsaslar olmamış və müqavilə şərtlərinə əsasən, cərimə borcunun iddia tələbinə uyğun olaraq 156.93 ABŞ dolları müəyyən edilməsi ağlabatandır.

60. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi Bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

61. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kreditin qalıq məbləğinin ödəniş müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və illik faiz dərəcəsi 22% dən 16%-ə endirilməsinə dair Bankla borclu Cavabdeh1 arasında kredit müqaviləsinə 17 mart 2016-cı il tarixli, 01 saylı əlavə imzalanmışdır.

62. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi borclu Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı borclu Cavabdeh1 münasibətdə qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, borclu Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

63. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2 (103)-601/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar