Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-264/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-264/22 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(103)-4955/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, ondan 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 300.000 manat, müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə 301.500 manat, bank uçot dərəcəsinə görə 21.420 manat, öhdəliyin gecikdirilməsi nəticəsində əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, məhkəmə xərclərinə görə 11 manat olmaqla, cəmi 662.961 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Əliyev) iddia qismən təmin edilərək, cavabdehdən əsas borca görə 300.000 manat, bank uçot dərəcəsinə görə 21.420 manat, müqavilə üzrə borc vaxtında ödənilmədiyi üçün hesablanmış cəriməyə görə 3.000 manat, dövlət rüsumuna görə 30 manat, məhkəmə xərcinə görə 11 manat olmaqla, cəmi 324.461 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 24 oktyabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 300.000 manat borc pul alıb, lakin həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Cavabdeh krediti vaxtında ödəmədiyi halda hər gün üçün iddiaçıya 0,15 faiz miqdarında məbləğ ödəməyi öhdəsinə götürüb və o, borcun bir hissəsini iddiaçıya ödəd iyini göstərib iddiaya etiraz etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Bu səbəbdən də iddia, 300.000 manat əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda iddia, kredit müqaviləsi üzrə illik 5 faiz tutulması hissəsində də əsaslıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bank uçot dərəcəsinə uyğun olaraq iddiaçıya 21.420 manat faiz ödəməlidir. Həmçinin iddia olunan 301.500 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığı üçün onun məbləği azaldılaraq 3.000 manata endirilməlidir. Bundan başqa, cavabdehin təqsiri üzündən hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi 30.000 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olduğunu və ona 10.000 manat mənəvi zərər dəydiyini iddi a etsə də, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün bu hissədə iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.3, 442, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qanuni və əsaslı qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, G.A.Quliyev və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və V.Ə.İbayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında borc hüquqi münasibətlər olub və 24 oktyabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdeh 15 yanvar 2015-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan 300.000 manat borc alıb. Cavabdeh sözügedən kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı pul öhdəliyini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllə də inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1ci mərtəbəsində yerləşən sahəsi 167 kv.metr olan qeyri-yaşayış sahəsini verməklə icra edib və iddiaçı bunu qəbul edib. İşin bu halı həmin qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən X1 dair 27 fevral 2007-ci il tarixli müqavilə üzrə dəyəri 835.000 manat olan qeyri-yaşayış sahəsinin iddiaçının adına keçirilməsi barədə Fehruzə Ömərovanın ərizəsi ilə də təsdiq olunur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qərardadı ilə İddiaçı "xxxx" MTK qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” iddiasına dair mülki iş üzrə icraata tərəflər arasında bağlanmış barışıq müqaviləsinin təsdiqlənməsi ilə xitam verilib. Həmin barışıq müqaviləsindən görünür ki, sözügedən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində saxlanılıb. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq cavabdehin və onun vəkilinin ziddiyyətli izahatlarına təkrar apellyasiya baxışı zamanı aydınlıq gətirilib. Belə ki, cavabdehin vəkili- sübutları olmadığından birinci instansiya məhkəməsinin baxışı zamanı verdiyi izahatında iddia tələbinin 200.000 manat hissədə qəbul etməsi barədə izahat verdiyini, lakin araşdırma apardıqdan sonra apellyasiya şikayətinə lazımi sübutlarını əlavə etdiyini bildirib. Göründüyü kimi Fehruzə Ömərova məhz hazırki iş üzrə cavabdehin iddiaçıya olan borcunun qarşılığında özünə məxsus qeyri-yaşayış sahəsinin sonuncunun adına rəsmiləşdirilməsinə razılıq verib və bunun nəticəsi kimi də qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində saxlanılıb. İddiaçı təkr ar apellyasiya baxışı zamanı X2 Xasiyevlə onun arasında borc münasibətinin olması barədə hər hansı mötəbər sübut təqdim etməyib və iddiaçının iddia etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb. Belə ki, iddiaçının vəkili bu barədə verilən suallara cavab olaraq bildirib ki, cavabdehin istinad etdiyi qeyri-yaşayış sahəsinə dair iddiaçı tərəfindən hər hansı ödəniş edilib-edilməməsi, həmçinin iddiaçı ilə Elnur Xasiyev arasında hər hansı borc münasibətlərinin olubolmamasından məlumatı yoxdur. Habelə iddia olunan borcun dəfələrlə artıq dəyərdə olan əmlakla əvəzləşdirilməsi məsələsinə gəldikdə isə bu, tərəflərin razılığı ilə baş tutub, lakin bu formada razılığa gəlmələrinin zərurəti barədə məlumatı yoxdur. Qeyd olunmalıdır ki, qeyri-yaşayış sahəsinin dəyərinin cavabdehin iddiaçı ya olan borcuna münasibətdə daha yüksək olması məhz tərəflərin iradə ifadəsinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əsaslanır və onlar müqavilə şərtlərini sərbəst şəkildə müəyyən etməklə qeyri-yaşayış sahəsi borcun əvəzinə iddiaçıya verilib. Digər tərəfdən, cavabdehin vəkili apellyasiya baxışı zamanı hansı səbəbdən iddiaçının öhdəliyinin tam icrasına dair sənəd alınmamasının həmin dövrdə tərəflər arasında etibarlı münasibətlərin olması səbəbindən irəli gələ biləcəyini qeyd edib. Bu izahata münasibətdə qeyd olunmalıdır ki, 835000 manat dəyərində qeyri-yaşayış sahəsinin Fehruzə Ömərova tərəfindən iddiaçının adına rəsmiləşdirilməsi barədə ərizə yazması məhz tərəflər arasında etibarlı münasibətlərin olmasını özündə ehtiva edir. Yuxarıda qeyd olunanlara əsasən həmçinin qeyd edilməlidir k i, hazırki iddia tələblərini irəli sürməklə iddiaçı hüquqdan sui-istifadə edib. Göründüyü kimi cavabdehin iddiaçıya olan borcu qeyri-yaşayış sahəsi ilə əvəzlənib və həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçib. Cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi qalmayıb, lakin, iddiaçı əsassız olaraq yenidən həmin borcu tələb etməklə məhz hüquqdan sui-istifadə edir. Belə olan halda birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Ona görə də iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 386.1, 739.1, 740-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci ic raat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəl mədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsində göstərilir ki, öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəlləni n 528-ci maddəsinə görə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddədə göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllən in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Əvvəla, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əv vəlki qərarında şərh edilən göstərişlər üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamaqla Mülki Prosessual Məcəllənin 420ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən, işin mübahisə olunmayan hallarına görə, 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 15 yanvar 2015-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan 300.000 manat kredit alıb. Hazırda iddiaçı, cavabdehin sözügedən kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyini göstərib, ondan həmin müqavilə üzrə əsas borca görə 300.000 manat, borcu vaxtında ödəmədiyinə görə 301.500 manat, bank uçot dərəcəsinə görə 21.420 manat, öhdəliyin gecikdiri lməsi nəticəsində əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi ziyana görə 10.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, məhkəmə xərclərinə görə 11 manat olmaqla, cəmi 662.961 manat pul iddia edir. Cavabdeh isə sözügedən kredit müqaviləsi üzrə iddiaçıya olan pul öhdəliyini Fehruzə Ömərovaya məxsus olan 835.000 manat dəyərində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1ci mərtəbəsində yerləşən sahəsi 167 kv.metr olan qeyri-yaşayış sahəsini verməklə icra etdiyini və iddiaçıya ödənilməmiş borcunun qalmadığını göstərib, iddiaya etiraz edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsində tərəflərin hüquq və vəzifələrinin yaranması üçün onların qarşılıqlı razılığa gəlmələri ilə bərabər borc predmetinin qarşı tərəfə verilməsi də zəruridir. Borc müqaviləsində borc verən öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Hazırki halda, iddiaçının 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 300.000 manat kredit verməsi və sonuncunun həmin krediti 15 yanvar 2015-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürməsi işin mübahisə olunmayan hallarıdır və tərəflər arasında hazırki mübahisə əslində cavabdehin sözügedən kredit müqaviləsi üzrə iddia olunan borcu tam məbləğdə iddiaçıya qaytarıb-qaytarmaması ilə bağlı yaranıb. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kredit müqaviləsi üzrə id diaçıya olan 300.000 manat pul öhdəliyini Fehruzə Ömərovaya məxsus 835.000 manat dəyərində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 167 kv.metr olan qeyri-yaşayış sahəsini verməklə tam icra etdiyi və onun iddiaçıya ödənilməmiş borcunun qalmadığı qənaətinə gəlsə də, gəldiyi nəticəni Mülki Məcəllənin 527.1, 527.2, 528-ci maddələrinin tələbləri baxımından kifayət qədər araşdırmayıb. Belə ki, həmin maddələrin mənasına görə, öhdəliyin icrası dedikdə- borclunun öz kreditorunun xeyrinə qanunun tələblərinə və öhdəliyin bütün şərtlərinə əməl etməklə onun predmetini təşkil edən konkret bir hərəkəti etməsindən və ya müəyyən bir hərəkətdən çəkinməsindən ibarətdir. Öhdəliyin icrası nəti cəsində iştirakçıların şərtləşdirdikləri məqsədə nail olunur ki, öhdəliyin qüvvədə qalmasına ehtiyac olmur və ona xitam verilir. Göründüyü kimi öhdəliyə icra qaydasında o, vaxt xitam verilə bilər ki, icra qanunun tələblərinə və öhdəliyin şərtlərinə tam cavab versin. Öhdəliyin hər hansı bir şəkildə pozulması və ya lazımınca icra edilməməsi isə bütövlükdə öhdəliyin icra edilməməsi sayılır və Mülki Məcəllənin 443-cü maddəsində müəyyən edilmiş hüquqi nəticələrə səbəb olur. Həmin Maddənin mənasına görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini tam məbləğdə ödəməyə borcludur. Zərər isə Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 443.2-ci maddəsi). Nəzərə alınmalıdır ki, öhdəliyin pozuntu ilə və ya lazımınca icra edi lməməsi onun xitamına əsas ola bilməz və bu halda kreditor borcludan ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirmədən, mübahisənin obyektiv həlli üçün tərəflərin, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 167 kv.metr olan qeyri-yaşayış sahəsinin payçısı olmuş Fehruzə Ömərovanın bilavasitə məhkəmə iclasında iştiraklarını təmin edib onların hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, habelə sözügedən qeyriyaşayış sahəsinin real bazar dəyərini müəyyən etmədən, başqa sözlə cavabdeh tərəfindən icra edilmiş öhdəliyin hazırki iddianın predmetinə mütənasib olub-olmadığını yoxlamadan, yalnız cavabdehin irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı bütövlükdə rədd etməklə, əslində cavabdehin iddiaçıya olan 300.000 manat borc öhdəliyinə faktiki xitam verib. Halbuki, sözügedən qeyri-yaşayış sahəsinin dəyəri Fehruzə Ömərova ilə bağlanan müqavilədə 14.000 manat, həmin qeyri-yaşayış sahəsi cavabdehin borcuna görə iddiaçıya verildikdə isə 835.000 manat göstərilib. Bu məbləğlər arasındakı əhəmiyyətli fərqin səbəbi, hətta daşınmaz əşyanın həqiqi qiyməti 835.000 manat olsa belə, onun hansı səbəbdən təxminən üç dəfə aşağı məbləğdə olan 300.000 manat borcun əvəzinə iddiaçıya verilməsi aydınlaşdırılmayıb. Üstəlik, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçıya əlavə olaraq 100.000 manat ödədiyini bildirib. Nəzərə alınmalıdır ki, borcun qay tarılmasını, habelə öhdəliyin icra edilmiş hissəsinin iddia olunan pul tələbinə mütənasib olmasını sübuta yetirmək vəzifəsi ilk növbədə cavabdehin üzərinə düşür. Çünki, cavabdeh iddiaçıdan 300.000 manat kredit aldığını inkar etmir, əksinə etiraf edir. Daha sonra işdən görünür ki, 24 oktyabr 2014-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən sözügedən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilib və onlar arasında olan məhkəmə mübahisəsinə isə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiqlənməklə xitam verilib. Həmin sazişə əsasən qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində qalması "xxxx" MMC tərəfindən tanınıb. Lakin, nə barışıq sazişində, nə də məhkəmə qərarında sözügedən sahənin iddiaçıya məhz bu iş üzrə kre dit borcunun əvəzində verilməsi haqqında məlumat yoxdur. Eyni zamanda, cavabdeh hansı səbəbdən barışıq sazişində və barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmə qərarında özünün adına və borcuna istinad olunmamasını izah edə bilməyib. Bundan başqa, əgər cavabdeh 300.000 manat borcu Fehruzə Ömərovanın ərizəsi ilə iddiaçıya qeyri-yaşayış sahəsi verməklə ödəyibsə, hansı səbəbdən kreditor kimi iddiaçıdan öhdəliyin tam icrasına dair sənəd alınmamasını, əksinə onun 300.000 manat borc almasına dair iddiaçıya notarial qaydada kredit müqaviləsi verməsini ağlabatan dəlillərlə izah edə bilməyib. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən, borcunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə, əgər borcl u kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı sözügedən kredit müqaviləsi üzrə cavabdehdən 300.000 manat borcu tamamilə geri almasını təsdiqləyən sənəd vermədiyindən və işin bu halı hər hansı mötəbər yazılı sübutlarla təsdiq edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, borc sənədi sayılan kredit müqaviləsinin hazırda da iddiaçıda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, tərəflər arasında öhdəliyə xitam verilməsi nəticəsinə gəlməyə əsas vermir. Daha sonra əgər, cavabdehin borcu sözügedən qeyri-yaşayış sahəsinin 2014-cü ildə iddiaçıya verilməsi ilə (əvəzləşdirilməklə) ödənilmişdisə, onun nümayəndəsinin birinci instansiya məhkəməsinin 23 noyabr 2016-cı il tarixli iclasında verdiyi izahatında iddia tələbini 200.000 manat hissədə qəbul etməsinin səbəblərini kifayət qədər aydınlaşdırmayıb, həmin etirafa lazımi hüquqi qiymət verməyib və həmin etirafı nəyə görə qəbul etməməsini qətnamədə əsaslandırmayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məh kəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutların mötəbərliliyinə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2(103)-4955/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-264/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-264/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver