Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2643/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6454/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyə n etdi: İşin halları xx.xx.2014-cü il tarixli iltizamda Cavabdeh İddiaçı 1400 ABŞ dolları və 600 manat pul aldığını qeyd etmiş, həmin pulları xx.xx.2014-cü ildə İddiaçı qaytaracağını, pulu İddiaçı oğlunu işə düzəltmək səbəbi ilə aldığını, İddiaçı oğlundan əlavə olaraq 3500 ABŞ dolları pul aldığını, həmin pulu xx.xx.2014-cü il tarixdə qaytaracağını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4900 ABŞ dolları və 600 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun dayısı oğlunun əsgərlik yoldaşıdır. Cavabdeh iddiaçının işsiz ol duğunu və iş axtardığını eşitmişdir. Onu işə düzəltmək adı ilə 1400 ABŞ dolları, 600 manat və sonradan 3500 ABŞ dolları məbləğində, ümumilikdə 4900 ABŞ dolları və 600 manat pul almışdır. Sonradan iddiaçıya bildirmişdir ki, “iş alınmır, sənin pulunu qaytaracağam” və bu məqsədlə ona xx.xx.2014-cü il tarixdə sadə yazılı formada iltizam yazıb vermişdir. Lakin bu günə kimi cavabdeh iddiaçının pulunu qaytarmamışdır və eşitdiyinə görə onun maddi vəziyyəti kəskin olaraq pisləşmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1, 740, 385, 442, 448-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2014-cü ildən Cavabdeh xx.xx.2014-cü il tarixədək qayt armaq şərti ilə 4900 ABŞ dolları və 600 manat məbləğində pul vermiş və cavabdehdən müvafiq iltizam almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün, o cümlədə iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Ona görə də, iddia tələbi təmin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı sonuncunu işə düzəltmək adı ilə 4900 ABŞ dolları və 600 manat pul almışdır. Cavabdeh bununla bağlı verdiyi xx.xx.2014-cü il tarixli yazılı iltizamında həmin pul vəsaitini İddiaçı oğlunu işə düzəltmək səbəbi ilə aldığını və xx.xx.2014-cü il tarixdə qaytaracağını göstərmişdir. İddiaçı məhkəməyə müraciət edərək qeyd edilən pul vəsaitinin tutulmasını xahiş etmiş, tələbinin əsası kimi cavabdeh tərəfindən imzalanmış iltizamı təqdim etmişdir. İşə düzəltmək məqsədinin əks olunduğu həmin sübutun məzmunundan aydın olur ki, tələb edilən pul məbləğini iddiaçı borc münasibəti çərçivəsində cavabdehin mül kiyyətinə verməmiş, cavabdeh həmin pulu iddiaçını işə düzəltmək adı ilə almışdır. Hazırkı iş üzrə tərəflər arasında münasibəti tənzimləmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tətbiqinə əsas yoxdur. Lakin, birinci instansiya məhkəməsi düzgün olmayaraq tərəflər arasındakı hazırkı mübahisəyə mülki qanunvericiliyin borc münasibətlərinə dair müddəalarını tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan qeyd edilən məbləğdə pulun alındığı işin halları ilə mübahisəsiz sübuta yetirilir. Belə ki, iltizamdakı imzanın onun tərəfindən icra edilməsini cavabdeh mübahisələndirməmiş, bundan başqa həmin iltizamın zəmanət xarakter daşıdığını apellyasiya şikayətində göstərmişdir. Bununla yanaşı, həmin pulun tam və ya qismən qaytarılmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin əslində iddiaçıdan pul almadığı və iltizamın zəmanət olaraq imzalandığı arqumentləri ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasındakı pulun tutulması tələbinə əsas olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan pulun qaytarılmasına dair öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı lazımi qaydada məlumatlandırılmadığını, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmək imkanın məhrum olduğu barədə apellyasiya şikayətinin dəlili qiyabi icraat qaydasında qəbul edilmiş qətnamənin ləğv edilməsi və mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyi ərizəsi ilə cavabdeh tərəfindən təkzib olunmuşdur. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmə iclasları barədə ərizəsində qeyd etdiyi ünvana bildiriş və yekun məhkəmə aktı, mobil telefon nömrələrinə isə elektron qaydada məlumat göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh hazırkı məhkəmə mübahisəsi barədə məlumatlı olmasına baxmayaraq, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət etməmiş, bununla da həmin hü ququ həyata keçirmək imkanını itirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş iltizam onun tərəfindən yazılmamışdır, iltizamdakı imza ona məxsus deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənil məsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin ha llar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. İş materiallarına əlavə edilmiş imzanın ona məxsus olmaması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləyə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Mlüki prosessual qanunvericilikdə kassasiya məhkəməsinin sübutların araşdırılması səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh bu barədə işə apellyasiya instansiyası məhkəməsində baxılarkən hər hansl bir etiraz irəli sürməmişdir. Ona görə də, kassasiya şikayətində həmin dəlilə istinad edilməsi əsassızdır, həmin dəlilin araşdırılması kassasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6454/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.