Məhkəmə qərarları › İş №2(102)-2644/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2644/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2644/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı x və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı x Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 17.997 manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 4.792 manat faiz borcunun, cəmi i sə 22.789 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) xx.xx.2017-ci il tarixli, xnömrəli qətnaməsi ilə qeyd edilən iddia tələbləri təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx.xx.2019-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh LPO “xxxx” ASC-nin xeyrinə tutulmalı olan əsas borc məbləğinin 17.317,67 manat, faiz borcu isə 2.139,72 manat müəyyən edilməsi, məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri olan 170 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənil məsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı LPO İddiaçı x və Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi və dəlilləri: İddiaçı LPO İddiaçı x həmin qətnamənin dəyişdirilərək, cavabdehdən əsas borc məbləğinin 17.997 manat, faiz borcu məbləğinin 4.792 manat məbləğində müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Mülki Məcəllənin 339.4-cü, 385-ci, Mülki Prosessual Məcəlləsinin 101.2-ci, 101.3-cü, 103-cü, maddələrinə istinad etməklə şikayətini belə əsaslandırılmışdır ki, əsas və faiz borcunun azaldılması qanunsuz və əsassızdır. Cavabdeh isə qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apelyasiya instansi yası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsində əsas borc və cərimə 3.331,61 manat azaldılmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən onun 17996,69 olan borcundan 1425 manat azaldılaraq, 16571,09 olmuşdur. Buna görə də, 3331,61 manat azaldılaraq 22789 manatdan yox, 16571,09 manatdan çıxılmalı idi. Yaxud da problemli kreditləri kompensasiyası vərəqəsində qeyd olunan 16571,09 manat tutula bilərdi. Lakin, məhkəmə problemli kreditləri kompensasiyası vərəqəsinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Qətnamədə göstərilmişdir ki, məhkəməyə tə qdim olunmuş kompensasiya vərəqəsi lazımi qaydada təsdiqlənməmişdir. Əgər məhkəmənin bunula bağlı hər hansı bir şübhəsi var idisə, Fərmanın icraçısı X2 Palatasına həvalə edildiyindən, ən azından həmin orqana və yaxud da Azərbaycan Respublikasının Mərkəzi Bankına sorğu verməklə onun tərəfindən təqdim olunmuş həmin problemli krditləri kompensasiyası vərəqəsinin həqiqi olub-olmamağını müəyyən edə bilərdi. Həmçinin qətnamədə qeyd edilmişdir ki, mübahisəli borc Fərmanın təsiri dairəsinə düşdüyü halda isə qətnamənin icrası mərhələsində həmin hala qiymət verilə bilər. İcra mərhələsində bunu qeyd etmək mümkünsüzdür, çünki icra haqqında qanunda icra məmurunun bunu etmək səlahiyyəti yoxdur. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəki li kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.20 16- cı il tarixdə bağlanmış KM 03 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC Cavabdeh 18 ay müddətinə, illik 18% ödəmək şərti ilə 22.352 manat məbləğində kredit verməyi, borcalan krediti və onun faizlərini kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank öhdəliyini yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, lakin borclu öhdəliyinin icrasını gecikdirdiyi üçün bank hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli il ə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, həmin fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin milli valyutada 17.000 manatadək olan kredit üzrə vaxtı keçmiş kredit borclarının, yəni fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclarının restrukturizasiyası məqsədilə həmin Fərmanda qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması banklara tövsiyə edilmişdir. İş materiallarında olan, problemli kreditlərin kompensasiyasına dair xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh ləğv prosesində olan “xxxx” ASC -yə xx.xx.2019-cu il tarixinə 17.996,09 manat əsas kredit borcundan 1.425 manat azaldılmaqla 16.571,09 manat qalıq borc məbləği müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin sözügedən borcun Fərmanın təsir dairəsinə düşməsinə və qalıq borc məbləğinin cəmi 16.571,09 manat olmasına dair yazılı məlumatı təqdim etməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi həmin məbləğdən daha artıq həcmdə əsas borcun (17.317,67 manat), habelə 2.139,72 manat faiz borcunun tutulması haqqında qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi borcun adı çəkilən Fərmanın təsir dairəsinə düşməsi haqqında cavabdehin dəlillərinə qiymət verərkən mövqeyini belə əsaslandırmağa çalışmışdır ki, məhkəməyə təqdim edilən kompensasiya vərəqəsi lazımi qaydada təsdiqlənməmişdir, mübahisəli borc Fərmanın təsir dai rəsinə düşdüyü halda isə qətnamənin icrası mərhələsində həmin hala qiymət verilə bilər. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır, ona görə ki, əvvəla, kompensasiya vərəqələri bir qayda olaraq sistemdən edilmiş çıxarış şəklində (xüsusi qaydada təsdiqlənməmiş formada) olur. Cavabdehin təqdim etdiyi vərəqədəki məlumat işin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə həmin məlumatın mötəbərliyi şübhə doğururdusa müvafiq quruma sorğu edilməklə yoxlanıla bilərdi. İkincisi, borc Fərmanın təsir dairsəinə düşdüyü halda tərəflər arasında yeni kredit münasibətləri qurulmuş olur. Başqa sözlə, borc üzrə öhdəliklərin icrası həmin münasibətlər üzrə tənzimlənə, bundan sonra mübahisə olduqda isə bank tərəfindən məhkəmədə yeni əsaslarla iddia qaldırıla bilər. Bu hallar ona dəlalət edir ki, kredit borcu üzrə münasibətlərin məhkəmədən kənar, yaxud pretenziya qaydasında nizama salınması üçün yeni imkanlar yaranır. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin Fərman əsasında cavabdehə tətbiq edilmiş güzəştləri və hesablanmış qalıq borcu nəzərə alınmadan həmin məbləğdən artıq əsas borc, habelə faizlər tutması yolverilməzdir. Kollegiya bildirir ki, yuxarıda qeyd edilən halla r qətnamənin ləğv edilməsi üçün kifayətedici əsasdır və prosessual qənaət prinsipi nəzərə alındıqda kassasiya şikayətlərinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, mübahisəyə yuxarıda göstərilənlər nəzərə alınmaqla qərar qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı xnun kassasiya şikayəti təmin olunmasın, Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar