Məhkəmə qərarları › İş №2(102)-2645/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2645/2020

23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2645/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili X2, İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)13712/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 2(010)-3311/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi il ə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh 8925 manat məbləğində faiz borcu və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad babayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh İddiaçı xeyrinə ödənilməli olan borc 3409 manat məbləğində müəyyən edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərər qismində 3000 manat, məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində öd ənilmiş dövlət rüsumunun, ümumilikdə 3030 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddia ərizəsinə əlavə” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh maddi zərər qismində 24750 manat, məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 24780 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddia ərizəsinə əlavə” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh bank uçot dərəcəsinə əsasən 5250 manat məbləğində faizin, manatın devolvasiyası ilə əlaqədar isə 19500 manat maddi zərər, məhkəmədə iddia qaldırmas ı üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 24780 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq yenidən “iddia ərizəsinə əlavə” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh bank uçot dərəcəsinə əsasən 8925 manat məbləğində faizin, manatın devolvasiyası ilə əlaqədar isə 19500 manat maddi zərər, məhkəmədə iddia qaldırması üçün 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 28455 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh kasasiya şikayə ti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsi 2015-ci ilin may ayından 2016-cı ilin aprel ayınadək 1292 manat, 2016-cı ilin may ayından 2017-ci ilin aprel ayınadək 1210 manat, 2017-ci ilin may ayından 2018-ci ilin dekabr ayınadək 907 manat məbləğində əldə çıxmış faydanın mövcud olması qənaətinə gəlmişdir. Məhkəmənin belə qənaətə gəlməsi düzgün olmamışdır. Çünki borc son 18 ayda cavabdehin pensiyasına yönəldiyi üçün həmin müddət ərzində əldən çıxmış faydadan söhbət gedə bilməz. Bunda başqa məhkəmə borcun 10000 manat hissəsinə görə, cavabdehin iddiaçıya 17500 ABŞ dolları (29750 manat) “Honda Element” markalı avtomobil verməsini nəzərə almamış, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili X5 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi və vəkili X6 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə gö rə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin hissədə kasasiya şikayəti verməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normaların ın tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Qətnamə cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən, yəni iddia tələbinin təmin edilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixli borc müqaviləsin ə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə qaytarılması şərti ilə Cavabdeh 30000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımi qaydada yerinə yetirilməmiş cavabdeh tərəfindən borc xx.xx.2018-ci ilə kimi hissə-hissə ödənilmişdir. Belə ki, 2015-ci ilin iyun ayından başlayaraq 6 ay ərzində hər ay 500 manat; 2016-cı ilin aprel ayında 1116 manat; 2016-cı ilin may ayında 750 manat, 2016-cı ilin iyun ayında 1116 manat; 2016-cı ilin iyul ayında 750 manat; 2017-ci ilin aprel ayında 10000 manat əvəzində avtomobil verilmiş; 2017-ci ilin may ayından başlayaraq 18 ay ərzində hissəhissə cəmi 10000 manat civarında (hər-ay 551-553 manat) pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dai r Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh özgəsinin pul vəsaitini özündə qanunsuz saxlamış və nəzərdə tutulmuş müddət ərzində iddiaçıya olan borcunu xx.xx.2015-ci il tarixədək qaytarmalı olduğu halda qaytarılmamışdır. Belə olan halda iddiaçının cavabdehdən əldən çıxmış faydaya görə pul vəsaitinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, pul vəsaiti 2015-ci ilin may ayında qaytarılmadığından 30000 manat əvəzində 5% əldən çıxmış faydaya görə həmin ilin may-iyun ayı üçün 125 manat; iyun-iyul ayları üçün 123 manat; iyul-avqust ayları üçün 121 manat, avqust-sentyabr ayları üçün manat, sentyabr-oktyabr ayları üçün 117 manat, oktybr-noyabr ayları üçün 114 manat hesablanmalıdır. Bundan başqa həmin ilin dekabr ayından 2016-cı ilin aprel ayınadək 573 manat; 2016-cı ilin aprel-may ayları üçün 110 manat, may-iyun ayları üçün 107 manat, iyun-iyul ayları üçün 102 manat, iyul-avqust ayları üçün 99 manat hesablanmalıdır. Həmin ilin sentyabr ayından 2017-ci ilin aprel ayınadək 792 manat, həmin ilin may-iyun ayları üçün 57 manat hesablanmalıdır. 2018-ci ilin dekabr ayına (borc tam qaytarılanadək) kimi isə ümumilikdə 850 manat hesablanmalıdır. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh İddiaçı xeyrinə ödənilməli olan borc 3409 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndiriləmn hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, borcun cavabdehin pensiya kartına yönəldilməsi, cavabdeh tərəfindən borcun ödənilməmiş hissəsinə görə əldən çıxmış faydanın hesablanmaması üçün əsas təşkil etmir. Kasasiya şikayətinin 17500 ABŞ dolları (29750 manat) “Honda Element” markalı avtomobil verməsini məhkəmənin nəzərə almaması ilə bağlı dəlilinə mün asibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi işə aşağı instansiyalarda mahiyyəti üzrə baxılarkən iddiaçının vəkili məhkəmə iclaslarında verdiyi izahatında həmin avtomobilin 10000 manat borcun əvəzi qismində verildiyini bildirmiş, işə baxan məhkəmələr də nətiəcəyə gələrkən bu halı nəzərə almışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13712/2019 nömrəli iş üzrə xx xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar