Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2646/2019 28.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı «x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(046)-293/2018 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia tələbi qismən təmin edilərək, cavabdeh x2 2021,31 ABŞ dolları məbləğində əsas borc, 785,48 ABŞ dolları məbləğində faiz borcu və 63,9 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2870,69 ABŞ dolları məbləğində pul vəsaiti və 20 rnanat məbləğində ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan x1 xeyrinə tutulması, cavabdeh x2 10 manat tutularaq dövlət büdcəsinə ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 manat məbləğində pulun cavabdeh x2 tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2971/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Məlikov, E.Hüseynov və A.Mahmudov) Göyçay Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(046)-2971/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh «x 1 kassasiya şikayəti verərək 2(107)-2971/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən araşdırılması üçün apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh x2 2146.07 ABŞ dolları əsas kredit borcu, 850.81 ABŞ dolları faiz borcu, 663.9 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3660.78 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı x1-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı «x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2971/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Azərbaycan Respublikası MPM-nin 415.2-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəç ini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 05 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, cavabdeh x2 ilə iddiaçı x1 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 36 faiz ödəmək şərti ilə ona 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, 30 sentyabr 2016-cı il tarixə cavabdeh x2 əsas borcu 2146,07 ABŞ dolları, faiz borcu 850,81 ABŞ dolları, cərimə borcu 663,90 ABŞ dolları olmaqla onun banka olan cəmi borcu 3660,78 ABŞ dolları təşkil edir. İşdə olan 20.01.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə üzərlər inə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə qanuna müvafiq tədbirlərin görülməsi, barədə xəbərdar edilmişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2018-ci il tarixli 20023 saylı rəyindən görünür ki, x2 tərəfindən iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 05 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin əsasında imzalanmış 12.05.2015-ci il tarixli əlavə sazişin də qeyd olunan şərtlərini nəzərə alaraq 30.09.2016-cı il tarixə olan əsas borcu 2021,31 ABŞ dolları, faiz üzrə borcu 785,48 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyam (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdə liyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğini n kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflər arasında bağlanılmış 05.11.2014-cü il tarixli kredit müqaviləsinin şərtlərinə görə, bu müqavilə üzrə borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün cərimə müəyyənləşdirilir. Göründüyü kimi, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı iş materialları ilə cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyi, öhdəliyini lazımınca və vaxtında icra etmədiyi və icranı gecikdirdiyi, nəticədə iddiaçıya əsas və faiz borcunun yarandığı müəyyən edilir ki, bu hal da cavabdehin həmin hallara görə iddiaçıya cərimə borcunun ödəməli olmasına əsas verir. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən 30.09.2016-cı il tarixli maliyyə arayışında borclu x2nun əsas və faiz borcunun ödənilməsinin gecikdirməsinə görə ona 663,90 ABŞ dolları cərimə borcu hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə y üksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbə b olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası kreditorun əmlak mənafelərini, həmçinin cavabdehin maddi vəziyyətini, yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını nəzərə alaraq, əsasən cavabdeh x2 63,9 manat məbləğində cərimə tutulmasını ədalətli və qanuni hesab edir. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə borc, o cümlədən, tam borc cavabdehdən haqlı olaraq tələb edilmişdir. Şərh olunanları nəzərə al an məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2646/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2646/2019
28.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver