Məhkəmə qərarları › İş №2(102)-2646/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2646/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2646/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə y önəldilməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" İKB ASC-nin “13 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsinə əsasən ki, bank tərəfindən Cavabdeh1 177000 ABŞ dolları məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin manat və ya avro ekvivalentində 60 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixinədək müddət ərzində borcalana kredit limiti ayrılmışd ır. 2. "xxxx" İKB ASC-nin “13 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə, 36 ay müddətinə 177000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 3. "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan özünə məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzili (ipoteka predmeti 90.000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. 4. "xxxx" İKB ASC-nin “13 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 20 faiz dərəcəsi ilə, 24 ay müddətinə 180000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 5. xx.xx.2016-cı il tarixli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən müqavilənin 1.8-ci bəndində qeyd edilmiş “xx.xx.2017” sözlərinin “xx.xx.2022” sözləri ilə əvəz edilməsi, 1.10-cu bəndində qeyd edilmiş “USD” sözlərinin “AZN” sözləri ilə əvəz edilməsi müəyyən olunmuşdur. 6. xx.xx.2018-ci il tarixli xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əlavə sazişə əsasən müqavilənin 1.4-cü bəndi kreditin təmina tı - Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinin ipotekası formasında dəyişdirilmişdir. 7. "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzili (ipoteka predmeti 400000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur.

8. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

9. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilərək xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia tələbi və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-n in xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat əsas, 498449,5 manat faiz, 84219,25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 968010,21 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1990,57 ABŞ dolları faiz, 2960,96 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 4951,53 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləş ən, 159.4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzillərdən çıxmaları, həmin mənzillərin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan bir ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzillərdən çıxmaları, həmin mənzillərin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tar ixli kredit müqaviləsinə əsasən X4 "xxxx" İKB ASC-nin ”13 saylı" filialından illik 20%-lə 24 ay müddətinə 180000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 223087,47 USD Mərkəzi Bankın xx.xx.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 388841,46 manat təşkil edir, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzili 2018-ci il 19 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. x x.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il aprelin 4-dək Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 385341,46 manat əsas, 206126,85 manat faiz, 9838.2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 601306,51 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə ba xmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Daha sonra iş üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən uzun müddət keçmiş, cavabdehin faiz və cərimə borcu artmışdır. Ona görə də, cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə ümumilikdə cəmi 968010,21 manat məbləğində kredit borcu, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək hesablanmış ümumlikdə cəmi 4951,53 ABŞ dolları tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməli, mənzillər açıq hərracdan satılmalı və əldə olunan vəs ait borcun ödənilməsinə yönəldilməlidir.

12. Cavabdeh1 İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ("xxxx" İKB) ASC-dən 5876,03 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan manat ekvivalenti ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilərək iş üzrə maliyyə - mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli, 9/7495 saylı Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli, 6-G-2-0-220-12/1 saylı kredit kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 tərəfindən ‘‘Nikoil” İKB ASCyə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi müəyyən edilir, o cümlədən Borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparılmışdır.

14. Məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 əlavə olaraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin müddəti xx.xx.2022-ci ildə bitəcək. 2016-cı ildə tərəflər arasında əlavə saziş bağlanmış və dollarla götürülmüş məbləğ dəyişdirilərək manata çevirilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzili xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin evə müqavilə bağlanılarkən 2018-ci ildə 400000 manat qiymət qoyulmuşdur. 2012-ci il tarixli kredit müqaviləsi üzrə iki dəfə ekspertiza keçirilmişdir. 1-ci dəfə mühasibatlıq ekspertiza keçirilməsi üçün məhkəməyə vəsatət verilmiş, vəsatət təmin olunmuş, lakin əlavə mühasibatlıq ekspertizası da təyin olunmuşdur. Halbuki təkrar mühasibatlıq ekspertizasının keçirilməsi istənilmişdir. Əlavə ekspertiza olduğundan, təkrar ekspertiza olmadığından eyni ekspert tərəfindən rəy verilmişdir. Buna görə də, ekspert rəyinin əsassız olduğunu hesab edirlər. Eyni zamanda hesabdan çıxarış məlumatlarında 2 bənd üzrə xx.xx. 2015-ci il və xx.xx.2021-ci il tarixlərində olan cəmi 2 məbləğ üzrə ekspert tərəfindən əsas və faiz borcuna silinmələr aparılmış və bu da fərqin yaranmasına gətirib çıxarmışdır. Buna görə də, təkrar ekspertiza keçirilməli və eyni zamanda onların nümayəndəsi iştirak etməlidir. Bundan əlavə, 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2 dəfə qiymətləndirməyə dair vəsatət vermişlər, amma məhkəmə tərəfindən təmin edilməmişdir. Likvid dəyər olaraq 551 min manat qiymətləndirmə əsasızdır, çünki ipoteka müqaviləsində əmlakın dəyəri 400 min manat göstərilmişdir. Əmlakın qiyməti 551000 heç vaxt ola bilməz, çünki ipoteka müqaviləsi devalivasiyadan əvvəl deyil, devalvasiyadan sonra bağlanmış müqavilədir və ondan sonra əmlak bazarında qiymətlərin artması mümükün deyil. Bunun üçün də qiymətləndirmə rəyini n sübut kimi nəzərə alınmamasını və əmlakın ipoteka müqaviləsində olan qiymətlə hərraca çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh1 2015-ci ildə bankdan cəmi 180000 ABŞ dolları kredit götürmüş, bank cavabdehə dolların 2-3 manata qalxacağını bildirmişdir. Buna görə də, borcu manata çevirilməsi ilə bağlı əlavə saziş bağlamışlar və nəticədə bank 180000 ABŞ dolları əsas borc və 80-90 min faiz borcu gələrək dolların manata məzənəsini 1,74 manat hesablayaraq manata çevirmişlər. Bank 385000 manata əsas borc, 425000 manat faiz borc hesablamışdır. Bank tərəfindən şişirdilmiş ağlasığmayan faizlər qoyulmuşdur.

16. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikas ı ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə və ona əlavə olunmuş sənədlərə əsasən bank tərəfindən bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. 17. 12.11.2018-ci il tarixli qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borc üzrə 388841,16 manat, faiz borc üzrə 203418,17 manat məbləğində borc müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti zası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyi ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə ödənilməli olan əsas borc üzrə 388841,16 manat, faiz borc üzrə 203418,17 manat məbləğində borc müəyyən edilmişdir. 20. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11, 2 saylı mənzilin hazırkı bazar qiyməti təqribən 580000,0 manat, likvid dəyəri 551000,0 manat müəyyən edilmişdir. 21. “X5 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzil sökülmüş və həmin ərazidə dördmərtəbəli bina inşa edilmişdir. Buna görə də, məhkəmə qərardadı icra edilmədən qaytarılmışdır.

22. A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi müəyyən edilmiş, o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparılmışdır.

23. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 385341,46 manat əsas, 498449,5 manat faiz, 84219,25 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 968010,21 manat borcu vardır.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə ) tam ödənildiyi müəyyən edilmiş, o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparılmış, cədvəl məlumatlarından da göründüyü kimi Bank tərəfindən borcalan tərəfindən aparılmış ödənişlər kredit müqaviləsinin 7-ci (Borc alan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəlir) bəndinə uyğun silinməmiş, faiz borcu üzrə, hesablanmış faiz borcundan çox silinmişdir. Bununla da xx.xx.2016-ci il tarixədək əsas borc üzrə borc məbləği 5876,03 ABŞ dolları təşkil etmiş, faiz borcu üzrə isə 4562,3 ABŞ dolları artıq ödəniş yaranmışdır. Bu da tərəflər arasında rəsmiləşdirilmiş 19 mart 2012-ci il tarixli 6-G-2-0-220-12/1 saylı əlavə kredit müqaviləsində nəzərdə tutulmamışdır.

25. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-22/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat məbləğində əsas borc, 498449,5 manat məbləğində faiz borcu, 20.000,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 903790,96 manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159,4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 551000,00 manat müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi,, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Nurəddin oğlunun mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159,4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinin boşaldılaraq banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilmə məsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı ASC-dən Cavabdeh1 xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 5876,03 ABŞ dolları məbləğində vəsait və qarşılıqlı iddia ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin tutulması, tutulmalı olan vəsaitin Cavabdeh1 xx.xx.2015-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 903790,96 manat pul məbləğinə yönəldilərək həmin məbləğdən çıxılması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 250,00 manat pulun Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150,00 manat pulun İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilm əsi, əmlakın qiymətləndirilməsi ilə bağlı 200 manat xərc məbləğinin Cavabdeh1 tutularaq "Əmlak Ekspertiza Mərkəzi” MMCyə ödənilməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bunu nla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır.

27. Məhkəmə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti bitmədiyindən, hazırda davam etdiyindən kredit müqaviləsi üzrə borc qismində xx.xx.2022ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 385341,46 manat əsas borc və 498449,5 manat faiz borc tutulmalıdır.

28. Məhkəmə qeyd etmişdir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin hazırkı likvid dəyərinin 551000,0 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir.

29. Bununla da, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh2 ona məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASCnin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20, ev 11 M, 2 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 551000,0 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclə rin ödənilməsinə yönəldilməli, hərrac yolu ilə satıldıqdan sonra mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır.

30. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı ASC-yə kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirdiyindən, müqavilə üzrə borcunu ödədiyindən, həmçinin ipoteka predmeti olan əmlak artıq söküldüyündən iddia xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu və həmin borcun təminatı üzrə ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən, 208 nömrəli mənzilə aid olan hissədə təmin edilməməlidir.

31. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab etmişdir ki, kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır.

32. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddiasına münasibətdə qeyd etmişdir ki, Azə rbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixli rəyləri ilə də müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2012ci il tarixli kredit müqaviləsi üzrə borcunu ödəmiş, eyni zamanda 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparmışdır.

33. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də 5876,03 ABŞ dolları məbləğində pul hüquqi əsas olmadan İddiaçı ASC-nin hesabına keçdiyindən, İddiaçı ASC həmin borc məbləğini ödəməli olduğundan, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 903790,96 manat borcu olduğundan İddiaçı ASC-dən Cavabdeh1 xeyrinə məhkəmə qət naməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 5876,03 ABŞ dolları məbləğində vəsait və qarşılıqlı iddia ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi tutulmalı, tutulmalı olan vəsait Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan 903790,96 manat pul məbləğinə yönəldilərək həmin məbləğdən çıxılmalıdır.

34. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır.

35. Məhkəmə İddiaçı ASC-nin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və əmlakın qiymətləndirilməsi barədə vəsatətə münasibətdə qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tərəflə rin vəsatəti nəzərə alınmaqla 2 dəfə ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixli rəylərinə əsasən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın "xxxx" İKB ASC-yə kredit borcunun (əsas, faiz borcu üzrə) tam ödənildiyi, o cümlədən borcalan tərəfindən 5876,03 ABŞ dolları məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir.

36. Belə olan halda, məhkəmə hesab etmişdir ki, yenidən ekspertiza təyin edilməsi işin lüzumsuz uzadılmasına, xx.xx.2015-ci il tarixli müqavilənin davam edən müqavilə olduğundan borc məbləğinin artmasına, bu hal da vətəndaşın vəziyyətinin ağırlaşmasına səbəb olduğundan, qarşı tərəfin mənafeyi nəzərə alınmaqla əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertiza rəylərini ə saslı hesab edərək vəsatətlər təmin edilməməlidir.

37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 467 və 1092.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 47.4, 59.3.2-ci və Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, qətnamənin iddia tələbinin əsas borc, faizlər və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla dəyişdirilm əsini, qətnamənin “satışdan əldə edilən məbləğin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” və “tutma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Nurəddin oğlunun mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 20 ünvanında yerləşən, 159.4 kvadrat metr ümumi sahədən ibarət 11 nömrəli evin 2 nömrəli mənzilinin boşaldılaraq banka təhvil verilməsi” hissəsində isə tamamilə ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci ildə bankdan cəmi 180000 ABŞ dolları kredit götürmüş, bank ona dolların 2-3 manata qalxacağını bildirmişdir. Buna gö rə də borcun manata çevirilməsi ilə bağlı əlavə saziş bağlamışlar və nəticədə bank 180000 ABŞ dolları əsas borc və 80-90 min faiz borcu gələrək dolların manata məzənəsini 1,74 manat hesablayaraq manata çevirmişlər. Bank 385.000 manata əsas borc, 425000 manat faiz borc hesablamışdır. Bank tərəfindən şişirdilmiş ağlasığmayan faizlər müəyyən etmişdir. Beləliklə tərəflər arasında bağlanmış əlavə kredit sazişi faktiki olaraq əvvəlki kredit müqaviləsinin restruktrizasiyasından ibarət olmuş, bu zaman bank mülki qanunvericiliyin tələblərinə zidd olaraq əsas borcla yanaşı, özünün birtərəfli qaydada hesabladığı faiz borcu da kapitallaşdırmış, bu hesablama üsulu isə faizlərə də faiz hesablanması ilə nəticələnmişdir. Məhkəmə isə qeyd olunan xüsusatı nəzərə almamışdır. Eyni zamanda mövcud faizlərin və cərimə borcunun yığılması da məhz bankın öz təqsiri üzündən baş vermiş, lakin məhkəmə belə olan halda iddia tələbini cərimə borcu hissəsində tamamilə rədd etmək əvəzinə onu 20 min manat hissədə də olsa qismən təmin etmişdir. Eyni zamanda, Məhkəmə iddia tələbini ipoteka predmeti olan əmlakın tutma yönəldilməsi ilə bağlı keçiriləcək hərracların nəticələri məlum olmadan 1 ay ərzində boşaldılaraq banka təhvil verilməsini qət etmişdir. Halbuki, bu hüquq yeni mülkiyyətçiyə məxsus müstəsna hüquqdur. Bununla yanaşı, məhkəmə əsassız olaraq iddia tələbinin əmlak satıldıqdan sonra qalan məbləğin ümumi qaydada tutulmasını da qət etmişdir. Halbuki, keçiriləcək hərrac prosesində əmlakın alıcılar arasında yaranan rəqabət nəticəsində müəyyən edilmiş ilkin satış qiymətindən daha artıq qiymətə satılması eht imalı da həm nəzəri, həm də praktiki cəhətdən mümkündür. Belə olan halda məhkəmənin çatışmayan məbləğin ümumi qaydada tutulmasını qabaqcadan proqnozlaşdıraraq qət etməsi tamamilə əsassızdır. Belə olan halda məhkəmə ya iddia tələbini həmin hissədə təmin etməməməli (çünki, əmlakın dəyəri qət edilmiş məbləği ödəmədikdə iddiaçı üçün qətnamənin icra üsulunun dəyişdirilməsi imkanı da mövcuddur və belə prosessual hüquq məhz qeyd olunan hallar üçün nəzərdə tutulub), yaxud iddia tələbini bu hissədə təmin edirdisə, həm də cavabdehin, mülkiyyətçinin hüquqlarını və qanuni mənafelərini də nəzərə alaraq əmlakın hərracda satış qiymətinin borc məbləğindən artıq olan hissəsinin mülkiyyətçiyə qaytarılmasını da qət etməli idi. Bununla yanaşı, məhkəmə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi zamanı rəh bər tutduğu qiymətləndirmə rəyinin mahiyyətinə, qiymətləndiricinin tətbiq etdiyi üsul və metodlara, bu zaman prosessual hüquqların müdafiəsinə, rəyin mötəbərliyinə diqqət yetirməmiş, bununla da rəydə əmlaka müəyyən edilən qiymət onun real qiymətindən aşağı olmuşdur. Bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlər çıxılmalı idi. Halbuki, hazırki mülki iş üzrə iddiaçının təqdim etdiyi maliyyə arayışı, ödəniş cədvəlləri və s. sənədlərdən göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə tərəfimizdən ödənilmiş pul vəsaitləri Mülki Məcəllənin 440-cı və 741ci maddəsində göstərilmiş ardıcıllıqla ümumi borc məbləğindən sil inməmiş, borc qanunamüvafiq qaydada hesablanmamışdır. Nəticədə süni şəkildə və əsassız olaraq şişirdilmiş faizlərdən ibarət olan pul tələbi iddiaçı tərəfindən irəli sürülmüşdür. İş üzrə aparılmış mühasibatlıq ekspertizasında da qeyd olunan məsələlərə diqqət yetirilməmişdir.

40. İş apellyasiya icraatında olarkan apelyator apellyasiya şikayətinin həddini azaltmış, bunu ipoteka predmeti ilə bağlı hissəni və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmək hüququnun Cavabdeh2 məxsus olması ilə əsaslandırmışdır.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 385341,46 manat məbləğində əsas borc, 498449,5 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas və faiz borcunun daha az olması ilə bağlı dəlilini əsassız saymış və həmin dəlilə münasibətdə qeyd etmişdir ki, borc ekspert rəyinə əsasən müəyyən edilmişdir və apelyator ekspert rəyinin mötəbərliyini şübhə altına alan, eləcə də mübahisələndirdiyi borc məbləğlərinin daha az olmasına dair sübutlar təqdim etməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 9/8255 saylı ekspert rəyi ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2022-ci il tarixə "xxxx" İKB ASC-yə ödənilməli olan əsas kredit borcunun 388841,46 manat, faiz borcunun isə 498678,45 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunan əsas və faiz borcunun məbləği hazırkı işdə qətnamə ilə tutulan məbləğlərdən çoxdur.

43. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini və məhkəmənin MPM-nin 218.3-cü maddəsinə əsasən yalnız verilmiş tələblər üzrə işə baxmalı olduğunu nəzərə alaraq əsas və faiz borcunun tutulması hissəsində qətnamənin dəyişdirilməsini mümkün saymamışdır. Belə ki, qətnamənin qeyd olunan hissələrdə dəyişdirilməsi apelyatorun maraqlarına zidd olardı. Ekspert rəyi ilə həmçinin müəyyə n edilmişdir ki, işdə olan hesabdan çıxarış materiallarından göründüyü kimi Cavabdeh1 tərəfindən istifadə etdiyi kredit vəsaitinə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" İKB ASC-yə cəmi 12000 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğ kredit müqaviləsi üzrə faiz borcuna silinmişdir. Beləliklə, faiz borcuna əlavə faiz hesablandığı barədə şikayətin dəlilləri öz təsdiqini tapmamış, ödənişlər Mülki Məcəllənin 440-cı maddəsinin tələbinə əsasən növbəlilik əsasında faizlərə, daha sonra əsas borca silinmişdir.

44. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 279, 295, 296.1, 421.2, 442, 739.1, 739.2, 741, 1092.1-ci və “İpoteka haqqında” qanunun 33, 34.1.1, 47.4, 59.3.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh1 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – kassasiya şikayətinin dəlilləri üzrə ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

49. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;

50. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razı laşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir;

51. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər;

52. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

53. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öh dəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

54. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

55. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

56. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

57. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər;

58. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır;

59. Maddə 47.4. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.

60. Maddə 59.3.2. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik göt ürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən ş əxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində mübahisələndirdiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Kassasiya şika yətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası qeyd olu nanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-479/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar