Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2647/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, cavabdeh x1 vəkili Əsədov Samir Ağaəli oğlunun iştirakı ilə, cavabdeh x1 və vəkili Əsədov Samir Ağaəli oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə (M.Q.Sadıqov, iş 2(007)-47/2018) İddiaçı Qapalı Səhmdar Cəmiyyətini n cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 19 oktyabr 2012-ci il tarixli 01R000007990 nömrəli kredit müqaviləsi üzrə 50885,95 ABŞ dolları əsas borc, 4862,44 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56248,39 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Qara Qara yev prospekti 55 nömrəli evin 4-cü mərtəbəsində yerləşən 59,1 kv.metr ümumi, 46 kv.metr yaşayış, 13,1 kv.metr yardımçı sahədən ibarət 3 otaqlı, 85 nömrəli mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh1 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh3 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 55 nömrəli evin 85 nömrəli mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat mə bləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov, iş 2(103)-8963/18) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-47/2018 saylı mülki iş üzrə qəbul etdiyi 02 fevral 2018ci il tarixli qətnaməsinin qismən, yəni əsas, faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, əsas kredit borcunun 50572,05 ABŞ dolları, faiz borcunun 17233,32 ABŞ dolları, cəmi borcun isə 68305,37 ABŞ dolları məbləğində müəyyən olunması qət edilmiş, cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 və vəkili Əsədov Samir Ağaəli oğlu kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh x1 vəkili Əsədov Samir Ağaəli oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, digər tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə kredit razılaşması üzrə 52049,11 ABŞ dolları məbləğində kredit borcu, 18059,76 ABŞ dolları məbləğində faiz borcu və 38921,24 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 109030,11 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, tələbin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 55 saylı evin 4-cü mərtəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 3 otaqlı, 46 m2 yaşayış, 13,1 m2 yardımçı, 59,1 m2 ümumi sahədən ibarət 85 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 109030,11 ABŞ dolları məbləğində borcun, ödə nilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və X1 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabde h x1 və vəkili Əsədov Samir Ağaəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman işin halları araşdırılmamış, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, cavabdeh x1 vəkili Əsədov Samir Ağaəli oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 19 oktyabr 2012-ci il tarixli, 01L000003016 nömrəli kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 180 ay müddə tinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilə üzrə bağlanmış 19 oktyabr 2012-ci il, 01R000007990 nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, aylıq 1.3333 faiz ödəmək şərti ilə 62000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında 19 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 55 saylı evin 85 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit xətti müqaviləsinin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh2 arasında 19 oktyabr 2012-ci il tarixli, 01S000005651 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İş materiallarından məlum olur ki, Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 52049,11 ABŞ dolları, faiz borcu 18059,76 ABŞ dolları, cərimə 38921,24 ABŞ dolları, cəmi borc isə 109030,11 ABŞ dolları təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyun 2017-ci il tarixli, 23317 nömrəli rəyinə əsasən Cavabdeh1 01 iyul 2016-cı il tarixədək (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 55748,39 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 01 iyul 2016-cı il tarixə əsas borc üzrə 50885,95 ABŞ dolları, faiz borcu üzrə 4862,44 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində ekspert rəyinə uyğun olaraq iddianı qismən təmin etmiş, dəbbə pulunu da azaldaraq, həmin hissədə də iddianı qismən təmin etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, əsas, faiz və cəmi borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsində həmin ekspert rəyi verildikdən sonra iddiaçı tərəfindən iddia tələblərinin artırılması barədə ərizə verilərək, 08.01.2018ci il tarixə olan kredit borcun un tutulması tələbi irəli sürülmüşdür. Məhkəmə bunu nəzərə almamış və ekspert tərəfindən 01.07.2016-cı il tarixə hesablanmış borcun tutulması nəticəsinə gəlmişdir. İş materiallarından görünür ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01 sentyabr 2018-ci il tarixli, 23350 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh1 08 yanvar 2018-ci il tarixədək banka olan borcu 67805,36 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 50572,05 ABŞ dolları, faiz borcu üzrə 17233,32 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəli, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı, 01 sentyabr 2018-ci il tarixli 23350 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, əsas borcun məbləği 50572,05 ABŞ dolları, faiz borcunun məbləği isə 17233,32 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Dəbbə puluna aid hissədə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının dəbbə pulunun tutulması üzrə tələbləri qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) mü qavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavil ə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, kredit borcunun ABŞ dolları ilə verildiyini və Azərbaycan manatının iki dəfə devalvasiya olunduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 38921,24 ABŞ dolları dəbbə pulunu tənasübsüz surətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldaraq, 500 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun və bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməli, cərimə borcuna aid hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 06 noyabr 2018-ci il tarixli, 2(103)-8963/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2647/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2647/2019
04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver