Məhkəmə qərarları › İş №2(102)-2647/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2647/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2647/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə İddi açı mərhum oğlu X Cavabdeh1 arasında Novxanı qəsəbəsində yerləşən bağ evinin alqı-satqısına dair şifahi razılaşma əsasında 2007-ci ildə sonuncuya verildiyi iddia olunan 87.000 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması tələbi ilə bağlıdır.

2. Həmin razılaşma notarial qaydada təsdiqlənməmiş, bununla belə qeyd olunan vəsaitin Cavabdeh1 verilməsinə dair 04.08.2009-cu il tarixdə tərtib edilmiş aktın surəti iddia ərizəsinə əlavə edilmişdir.

3. Sonradan tərəflər arasında mübahisə yaranmış, prokurorluq orqanında araşdırma aparılmış, Cavabdeh1 04.12.2012-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna verdiyi izahatında pul vəsaiti aldığını təsdiqləmişdir. 4. 01 noyabr 2013-cü ildə X vəfat etmiş, anası (hazırkı iş üzrə iddiaçı) İddiaçı ondan qalan mirasa 06.05.2014-cü ildə vərəs əlik şəhadətnaməsi almışdır.

5. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, X saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və X qarşı alqı-satqı və ipoteka müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X6 Hüseynov arasında bağlanmış bağ evinin alqı-satqısının, habelə alqı-satqıya görə razılaşdırılmış 175.000 ABŞ dolları məbləğində puldan 121.000 ABŞ dollarının ödənilməsi və Xun alqı-satqıya görə Cavabdeh1 54.000 ABŞ dolları məbləğində borclu qalmasının tanınması barədə tələbi təmin olunmamışdır.

6. Bakı şəhəri Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin 06.08.2017-ci il tarixli qərarı ilə İddiaçı eyni məsələ ilə bağlı Cavabdeh1 barəsində etdiyi şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

7. İ ddiaçı 29.07.2019-cu ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmuş maddi ziyana görə 87.000 ABŞ dolları məbləğində pulun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh1 2007-ci ilin dekabr ayında Abşeron rayonu, Novxanı kəndində 0,08 hektar torpaq sahəsinin üzərində yerləşən özünə məxsus olan fərdi bağ evini onun oğlu mərhum X satmışdır. Həmin bağ evinə görə X5 tərəfindən 87.000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 vermişdir. Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna 04 dekabr 2012-ci il tarixdə verilmiş izahatında X2 87.000 ABŞ dolları məbləğində pulun alınmasını etiraf etmişdir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, X saylı qətnaməsində qeyd edilir ki, X evin qiymətini 170.000 ABŞ dolları olmaqla, 93.000 ABŞ dolları ödənildiyini bildirmişdir. X qismində dindirilmiş X evin alınmasına görə pulun X tərəfindən verildiyini göstərmişdir. Bundan əlavə Cavabdeh1 Baş Prokurorluğa verdiyi izahatında 87.000 ABŞ dolları məbləğində pulu X dan aldığını bildirmişdir. Cavabdeh2 Cavabdeh1 tərəfindən həmin pul məbləğinin alındığından xəbərdar idi və bu məbləğ ailənin ümumi büdcəsinə daxil edilmişdir. Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, X saylı qətnaməsi ilə bağ evinin alğı-satqısı barədə tələb təmin edilməmişdir. Belə ki, tərəflər arasında heç bir al ğı-satqı müqaviləsi olmamışdır. İndiyədək aparılmış mülki icraata əsasən onun həmin evə qaytarılması barədə tələbi də rədd edilmişdir. Hazırda həmin evdə heç bir mülkiyyət hüquqları yoxdur. Buna baxmayaraq cavabdehlər aldıqları 87.000 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. Uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər pulu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edirlər. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.

10. Cavabdeh Cavabdeh1 birinci instansiya məhkəməsindəki icraatda yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir, 2007-ci ildə X5 ilə ona məxsus evin alğı-satqısına dair (170.000 ABŞ dolları) qeyri-rəsmi müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən X2 hər hansı məbləğdə pul almamış və onun bu şəxsə hər hansı məbləğdə borcu yoxdur. Bundan əlavə hesab edir ki, X3 anasının ümumiyyətlə ondan pul tələb etmək hüququ yoxdur. Olsa da belə X5 ilə aralarında olan qeyri-rəsmi alğı-satqıdan artıq 10 il keçmişdir. Prokurorluqda 2012-ci ildə verdiyi izahatdan isə 7 il keçmişdir. Bu səbəbdən iddiaya iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş edir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdıyev) 29 oktyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər öz aralarında daşınmaz əmlakın alğısatqısına dair ilk olaraq razılığa gəlsələr də, sonradan bununla bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlamamışlar. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 hər hansı hüquqi əsas olmadan X4 məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan X3 hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Başqa sözlə, əsassız varlanma obyektini qaytarmaq hüququna iki illik iddia müddəti tətbiq edilir. Bu səbəbdən məhkəmə qeyd edilən məbləğin 2009-cu il tarixdə verildiyini nəzərə alıb, hesab etmişdir ki, X1 bu məbləği tələb etmək hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilməli və bu əsasla iddia Cavabdeh1 pulun tutulması” hissəsində rədd edilməlidir. Cavabdeh2 isə həmin münasibətlərin tərəfi olmamış və X2 hər hansı məbləğdə pul almamışdır. Bu şəxsin Cavabdeh1 həyat yoldaşı olması isə həmin məbləğin ondan tutulması üçün əsas deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və Vəkil1yev) 14 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə razılaşaraq bildirmişdir ki, 06.08.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks etdirilmiş cavabdehin izahatından belə qənaətə gəlmək olur ki, onun 2009-cu il tarixə X4 87.000 ABŞ dolları məbləğində borcu yaranmış, bundan sonra tərəflər arasında bağ evinin alğı-satqısına dair razılıq əldə edilmiş və həmin borc məbləği evin dəyərinin bir hissəsinin əvəzi olaraq nəzərə alınmışdır. Rayon məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər öz aralarında daşınmaz əmlakın alğı-satqısına dair ilk olaraq razılığa gəlsələr də, sonradan bununla bağlı qanunvericiliyin tələblərinə cavab verən müqavilə bağlamamışdılar. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 hər hansı hüquqi əsas olmadan məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfi ndən hər hansı hüquqi əsas olmadan X un hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Bu baxımdan iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. Həmin norma əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncü, cavabdeh iddiaçını n hesabına əmlak əldə etmiş olur. Rayon məhkəməsində işə baxılarkən Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Mülki Məcəlləsinin 1095ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kollegiya mülki iş üzrə qeyd edilən məbləğin 2009-cu il tarixdə verildiyini nəzərə alıb, hesab edir ki, X1 bu məbləği tələb etmək hüququndan istifadə etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 29.07.2019-cu il tarixdə müraciət etmişdir. Bu səbəbdən rayon məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassa siya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlər arasında sözügedən hüquqi məsələsə ilə əlaqədar üç mərhələdə mübahisə olmuşdur. Birinci mərhələdə Cavabdeh2 pul tələbi ilə məhkəməyə müraciət etsə də, onların iddia tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilmiş, Cavabdeh1 tərəfindən prokurorluğa verilən izahatında X2 87000 ABŞ dolları məbləğində pulun alınması qeyd edilmişdir. İkinci mərhələdə iddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə alqısatqı və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və borc pul məbləğinin qaytarılması tələbi ilə müraciət olunsa da. məhkəmənin 07 aprel 2015-ci il tarixli X ə saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Üçüncü mərhələdə Nizami Rayon Polis İdarəsinin 06.08.2017-ci il tarixli qərarı ilə Cavabdeh1 barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bütün bu proseslərdən sonra iddiaçı bağ evini əldə edə bilməyəcəyini anlayaraq, pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə bütün hüquqi faktları qiymətləndirməmiş və onları nəzərə almamışdır. İddiaçı tərəfindən edilən bu hərəkətlər iddiaçının mövcud vəziyyətlə barışmadığını, hüquqlarının müdafiəsi üçün zəruri hərəkətləri yerinə yetirdiyini göstərir. Bütün faktiki hallara və hüquqi faktlara baxmayaraq məhkəmə tərəfindən kəsici müddətin tətbiq edilməsi əsassız və qanunsuzdur. Həmçinin, iş materiallarından görünür ki, tərəflər arasında mövcud olan münasibətlər əsassız varlanma deyil, borc münasibətləri olmuşdur. Belə ki, 2009-cu ildə X Cavabdeh1 arasında borc münasibətləri yaranmış, X7 Hüseynova 87.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Sonradan bu borcu tamamlamaq üçün tərəflər üzərində əlavə ödəniş edilməklə yaşayış sahəsi ilə əvəzləşdirmə barədə razılığa gəlsələr də bu razılaşma qanunla müəyyən edilmiş tələblər daxilində olmamış və özü özlüyündə etibarsız olmuşdur. Buna baxmayaraq tərəflər arasında olan borc münasibətləri qanuna uyğun olaraq yaranmış və davam etmişdir. Bundan əlavə, məhkəmə iclasında da tədqiq edilən iş materialları ilə müəyyən olunmuşdur ki, müqavilə öhdəliklərindən irəli gələn daşınar əmlakla bağlı iddia müddəti qanunverciliyin tələbinə əsasən 3 ildir. Bundan başqa burada diqqət yetiriləsi məqam isə iddia müddətinin axımının başlanma anıdır. Məhkəmələr cavabdehin Nizami Rayon Polis İdarəsində verdiyi etirafedici izahatına diqqət yetirmədən borc münasibətlərinin başlanma anında yalnışlığa yol vermişlər. Halbuki, 06 avqust 2017-ci ildə Nizami RPİ-nin müstəntiqi X un qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir ki, izahatı alınmış cavabdeh borc pul aldığını etiraf etmişdir. Cavabdehin etirafı iddia müddətinin axımını yenilənmiş və iddiaçı olaraq İddiaçı da 3 illik iddia müddəti keçmədən 29.07.2019-cu il tarixdə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin, qətnamədə qeyd edilir ki, hazırki münasibətlər əsasız varlanma ilə bağlıdı r və orada nəzərdə tutulan 2 illik müddət iddia müddəti deyil, kəsici müddətdir. Bu mövqe tamamilə yalnışdır. Çünki, hazırki mübahisə əsassız varlanma ilə deyil, borc münasibətləri ilə bağlıdır və burada isə müddət kəsici deyil, cavabdeh tərəfin verdiyi ərizə əsasında tətbiq edilən iddia müddətidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikl əri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

22. Maddə 373.2. Müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı, mərhum oğlu X un 2007-ci ildə Novxanı qəsəbəsində yerləşən bağ evinin alınması üçün Cavabdeh1la razılaşdırılmış dəyərin bir hissəsi olan və sonuncuya verilmiş 87.000 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir.

28. Bununla əlaqədar istinaq orqanlarında müvafiq araşdırmalar aparılaraq cinayət işinin başlanılması rədd edilmiş, habelə Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, 2(012)-189/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X qarşı alqı-satqı və ipoteka müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X6 Hüseynov arasında bağlanmış bağ evinin alqı-satqısının, habelə alqı-satqıya görə razılaşdırılmış 175.000 ABŞ dolları məbləğində puldan 121.000 ABŞ dollarının ödənilməsi və Vahid Kərimovun alqı-satqıya görə Cavabdeh1 54.000 ABŞ dolları məbləğində borclu qalmasının tanınması barədə tələbi rədd edilmişdir.

29. Hazırda isə İddiaçı, vərəsəsi olduğu (miras qoyan) Vahid Kərimov tərəfindən Cavabdeh1 verilmiş 87.000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir.

30. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaya əsassız varlanma ilə bağlı qaydaları tətbiq edərək, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iki illik müddətin keçməsinə görə tələbi rədd etmişlər.

31. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə tələb edilən pul vəsaiti daşınmaz əmlakın alqısatqısı ilə bağlı Cavabdeh1 verildiyi üçün belə tələblərə şamil oluna n iddia müddəti nəzərdən keçirilməmişdir.

32. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir.

33. İddiaçı sözügedən bağ evinə dair qaldırdığı iddianın Abşeron Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli qətnaməsi ilə təmin olunmaması, habelə polis orqanına etdiyi şikayət üzrə Bakı şəhəri Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin 06.08.2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edildiyi nəzərə alındıqda, 29.07.2019-cu il tarixdə irəli sürülmüş hazırkı tələb üzrə iddia müddəti müzakirə edilməmiş və müvafiq hüquqi qiymət verilməmişdir.

34. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar