Məhkəmə qərarları › İş №2(102)-2648/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2648/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2648/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı oğlunun Cavabdeh1 və digərlərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-2648/21 (Açar sözlər: əmlakdan istifadəyə görə haqqın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: İddiaçı vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(103)-5291/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, 2016-cı ilin fevral ayından etibarən onun əmlakından istifadə etdiklərinə görə, ümumilikdə 135.000 manat istifadə haqqının cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.İ.Ədilova) iddia qismən təmin edilərək, Cavabdeh2 22.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, C avabdeh2 mübahisəli qeyriyaşayış sahəsini 23 avqust 2019-cu ildə “Math Academy”yə hazırlıq kursu keçirmək üçün müqavilə bağlamadan şifahi razılığa əsasən hər ay 2.000 manat ödəmək şərti ilə icarəyə verib. Bütün bunlar onu təsdiq edir ki, Cavabdeh2 qeyri-yaşayış sahəsini icarəyə verməkdə davam edir. Lakin, iddiaçıya hər hansı istifadə haqqı ödəmir. Mübahisəli qeyri-yaşayış sahəsi 12 dekabr 2018-ci ildən Cavabdeh2 faktiki sahibliyindədir. Ona görə də iddia qismən təmin edilməli və son 11 ay üçün cavabdehdən iddiaçının xeyrinə 22.000 manat pul tutulmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 386.1, 425.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya m əhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi qismən iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması və qalan hissədə qətnam ənin dəyişdirilmədən, İddiaçı apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi sübutları mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə etdiyindən, həmin sübut mötəbər hesab edilə bilməz. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinəsinə dair tərtib edilmiş 08 yanvar 2020-ci il tarixli yerli baxış protokolundan görünür ki, özünü “Math Academy” adı ilə fəaliyyət göstərən hazırlıq kursunun rəhbəri kimi təqdim etmiş Umud Babaşov həmin qeyri-yaşayış sahəsini 23 avqust 2019-cu il tarixdən etibarən Cavabdeh2 adlı şəxsdən icarəyə götürdüyünü, lakin bununla bağlı aralarında icarə müqaviləsi bağlanmadığını və hər ay ona 2.000 manat icarə haqqı ödədiyini bil dirib. Birinci instansiya məhkəməsi Umud Babaşovu faktiki olaraq şahid qismində dindirsə də mülki-prosessual qanunvericiliyin tələblərinə riayət etməyib. Bu baxımdan Cavabdeh2 həmin sahəni 23 avqust 2019-cu ildən başqa şəxsə icarəyə verərək ayda 2.000 manat icarə haqqı almaqla gəlir əldə etməsini sübuta yetmiş hesab etmək olmaz. Ona görə də iddia təmin olunan hissədə də rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəl mədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPMnin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apely asiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 09 oktyabr 2012-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsi İddiaçı mülkiyyətində olub və sonuncu ilə Cavabdeh3 MMC arasında həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə razılaşma olub. Bundan sonra Cavabdeh3 MMC tərəfindən qeyriyaşayış sahəsində təmir işləri aparılıb. Qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 58.797 manat pulun tutulub Cavabdeh3 MMC verilməsi və İddiaçı pulun tutulması ilə qeyri-yaşayış sahəsinin boşaldılmasının eyni vaxta icra edilməsi qət edilib. Lakin bu günədək qətnamə icra edilməyib. Hazırda iddiaçı, cavabdehlərin təqsiri üzündən 2016-cı ilin fevral ayından mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmədiyini, bu müddət ərzində ona orta hesabla 1135.000 manat məbləğində maddi zərər dəydiyini göstərib, həmin məbləğin cavabdehlərdən tutulub ona ödənilməsini iddia edir. Cavabdeh2 isə mübahisəli qeyri-yaşayış sahəsində hazırlıq kursu açmaq üçün İddiaçı ilə razılığa gəldiklərini, orada təmir işləri apardıqlarını, ilk vaxtlar orada Cavab deh3 MMC fəaliyyətə başladığını, lakin həmin Cəmiyyətin rəhbərləri barəsində cinayət işi açıldığına görə “Math Academy” hazırlıq kursu adı ilə fəaliyyətlərini davam etdirdiklərini, mübahisəli qeyri-yaşayış sahəsini heç kimə icarəyə vermədiklərini, onların pulu ödənilmədiyi üçün qeyri-yaşayış sahəsini boşaltmadıqlarını göstərib, iddiaya etiraz edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə səhv nəticəyə gəlib. Belə ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli qeyri yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanmasına dair razılaşma olsa da, sonradan belə bir müqavilə bağlanmayıb. Belə müqavilənin bağlanmaması qanuni qüvvəyə minmiş s özügedən məhkəmə qətnaməsi ilə də müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı, tərəflər arasında gələcəkdə müqavilənin bağlanacağına dair razılaşmaya istinad edərək cavabdehlərdən onların razılaşdıqları 3.000 manat aylıq icarə haqqını tələb etməsinin qanuni əsası mövcud deyil. Bundan başqa iddiaçı, qeyd edilən müddət ərzində cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə edərək gəlir əldə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməyib. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsinin cavabdehlərin sahibliyində olması özlüyündə onların həmin sahədən təyinatı üzrə istifadə etməklə gəlir əldə etmələri anlamına gəlmir. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb xüsusi olaraq vurğulayıb ki, mübahisəli qeyri-yaşayış sahəsinin hazırda hansı əsaslarla cavabdehlərin sahibliyində olması halına da qiymət verilməlidir. Belə ki, tərəflər arasında əvvəl mövcud olmuş mülki mübahisə ilə bağlı qəbul edilmiş məhkəmə qərarlarında müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi tərəflərin razılaşması əsasında mülkiyyətçi tərəfindən cavabdehlərin sahibliyinə və istifadəsinə verilib. Həmin məhkəmə qərarları ilə mübahisəli qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının mülkiyyətinə təhvil verilməsi ilə mülkiyyətçidən həmin sahənin təmirinə xərclənmiş 58.797 manat pulun tutulub cavabdehə verilməsinin eyni vaxtda icra edilməsi qət edilib. Lakin mülki iş materialları ilə müəyyən edilir ki, iddiaçının həmin vəsaiti ödəməkdən yayınması səbəbindən məhkəmənin qətnaməsi bu vaxtadək icra edilməyib. Göründüyü kimi, hazırda mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlərin sahibliyində olması məhkəmənin qərarı ilə tanınıb və onun iddiaçıya təhvil verilməsi sonuncu tərəfindən qərarda müəyyən edilmiş pul məbləğinin cavabde hə verilməsindən asılı edilib. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlib ki, hazırkı iddia tələbinin qanuni əsası kimi cavabdehin əsassız varlanması ilə bağlı mülki qanunvericiliyin normalarına da istinad edilə bilməz. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi ilə bağlı istinad etd iyi sübutlara– mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinə aparılması və müayinə zamanı Umud Babaşovun dediklərinə istinad etməsinə qiymət verib düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin sübutları mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla əldə etdiyindən, həmin sübut mötəbər hesab edilə bilməz və məhkəmənin qərar qəbul edərkən həmin sübuta əsaslanması yolverilməzdir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinəsinə dair tərtib edilmiş 08 yanvar 2020-ci il tarixli “yerli baxış protokolun”dan görünür ki, birinci instansiya məhkəməsi özünü “Math Academy” adı ilə fəaliyyət göstərən hazırlıq kurslarının rəhbəri kimi təqdim etmiş Umud Babaşovun həmin qeyri-yaşayış sahəsini 23 avqust 2019-cu il tarixdən etibarən Cavabdeh2 adlı şəxsdən ic arəyə götürdüyünü, lakin bununla bağlı aralarında icarə müqaviləsi bağlanmadığını, onun Cavabdeh2 hər ay 2.000 manat icarə haqqı ödədiyini bildirib. Birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən və iddianı qismən təmin edərkən Umud Babaşovun dediklərinə istinad edib və birinci instansiya məhkəməsi Umud Babaşovu faktiki olaraq şahid qismində dindirib, lakin şahidin dindirilməsi ilə bağlı mülki-prosessual qanunvericiliyin tələblərinə riayət etməyib. Azərbaycan Respublikası MPM-nin 194.1-ci maddəsinə əsasən, sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona iza h edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bundan başqa, tərtib edilmiş protokoldan görünür ki, məhkəmə adı çəkilən şəxsi öz təşəbbüsü ilə dindirib, sonradan isə onun verdiyi ifadəyə istinad etməklə iddianı təmin edib. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə görə, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkə mənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qay dada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qeyd edilən hüquqi mövqedən çıxış edərək və mülki-prosessual qanunvericiliyin sadalanan normalarına istinad edərək apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə g əlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin yerində müayinəsi zamanı öz təşəbbüsü ilə Umud Babaşovu mülki-prosessual qanunvericiliyin tələblərini pozmaqla şahid qismində dindirməkdə haqlı olmayıb və protokolun həmin şəxsin ifadəsini əks etdirən hissəsindən (mübahisəli qeyri-yaşayış sahəsində “Math Academy” adı ilə hazırlıq kurslarının fəaliyyət göstərməsi, Umud Babaşovun həmin kursun rəhbəri olması, qeyri-yaşayış sahəsini 23 avqust 2019-cu ildən Cavabdeh2 icarəyə götürməsi, lakin bununla bağlı aralarında icarə müqaviləsi bağlanmadığı, onun Cavabdeh2 hər ay 2.000 manat icarə haqqı ödəməsi) məhkəmə tərəfindən qərar qəbul edilərkən istifadə edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tə ləbinin qismən təmin edildiyi, yəni Cavabdeh2 həmin sahəni 23 avqust 2019-cu ildən başqa şəxsə icarəyə verərək ayda 2.000 manat icarə haqqı almaqla gəlir əldə etməsini sübuta yetmiş hesab etmək olmaz. Belə ki, göstərilən halı təsdiq edə biləcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməyib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilm ədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 2(103)5291/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar