Məhkəmə qərarları › İş №2(102)-265/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-265/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-265/2021 23.02.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: işin kasasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4510/2020 nömrəli iş üzrə xx xxxxxx 201 7-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(001)3568/2017 saylı qərardadı ilə (sədrlik edən hakim F.H.Qasımov) mülki işin aidiyyatı üzrə göndərilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(001)3568/2017 saylı qərardadı ilə (sədrlik edən hakim F.H.Qasımov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(001)- 3568/2017 saylı qərardadından Cavabdeh1 verdiyi şikayətin təmin olumaması və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alın mışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12947/2027 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.Q.Hüseynov), hazırkı iş üzrə Cavabdeh1 işə tezliklə baxılmasına, onun həll edilməsinə ardıcıl surətdə maneəçilik törətdiyinə və iş vaxtının itirilməsinə görə dövlət büdcəsinin xeyrinə 3.000 (üç min) manat məbləğində cərimənin tutulması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 kasasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin Cavabdeh1 kasasiya şikayətinin icraata qəbul olunması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalıdır. Hazrıkı iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12947/2027 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadından verdiyi şikayətə kasasiya qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 127.1-ci maddəsinə əsasən üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. Həmin maddənin tələbindən göründüyü kimi cərimənin götürülməsi və ya onun miqdarının azaldılması ilə bağlı cəriməni qoymuş apelyasiya instansiyası məhkəməsinin özünə müraciət olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını müəyy ən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə Azərbaycan Respublikasının Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12947/2027 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadından verdiyi kasasiya şikayətinin icraata qəbulu haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-5592/2020 saylı qərardadı ləğv edilməli və iş kasasiya baxışından çıxarılmaqla apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 411, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12947/ 2027 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadından verdiyi kasasiya şikayətinin icraata qəbulu haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin xx xxxxxxx 2020-ci il tarixli, 2(102)-5592/2020 saylı qərardadı ləğv edilsin və iş kasasiya baxışından çıxarılmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar