Məhkəmə qərarları › İş №2(102)-2652/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2652/2019

02.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2652/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim S.Mayılov, iş № 2(003)-xx/16) iddiaçı «İddiaçı (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “avto mobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı (Azərbaycan) ASC arasında bağlanmış 118485-1-9468 saylı, 24.10.2013-cü il tarixli "Avtomobil krediti müqaviləsi" ləğv olunmuş və Cavabdeh kredit müqaviləsi üzrə 21756,22 ABŞ dolları məbləğində əsas borc, 2490,82 ABŞ dolları məbləğində faiz borcu, 130,44 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 24377,48 (iyirmi dörd min üç yüz yetmiş yeddi ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları məbləğində pulun qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, eləcə də ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pulun əvəzinin tutularaq iddiaçı «İddiaçı (Azərbaycan)» ASC-nin hesabına köçürülməsi, tələbin Cavabdeh mülkiyy ət hüququ əsasında məxsus olan və Banka ipoteka qoyulmuş, ipoteka predmeti olan «XXXX minik» markalı, XX dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən 21756,22 ABŞ dolları məbləğində əsas borc, 2490,82 ABŞ dolları məbləğində faiz borcu, 130,44 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 24377,48 (iyirmi dörd min üç yüz yetmiş yeddi ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları məbləğində borcun və dövlət rüsumunun əvəzinin İddiaçı (Azərbaycan) ASC-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş məbləğdən borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh apellyasi ya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Əliyev-sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)- xx/17)Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Xəzər Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh kssasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2017-ci il tarixli qərarı ilə (hakimlər Ə.Şadiyev-sədrlik edən və məruzəçi, Q.Əsgərov və V.İbayev, iş № 2(102)-xx/17) Cavabdeh kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmiş dir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, S.Hacıyev və R.Eyvazov, iş № 2(103)xxx/18)Cavabdehapellyasiya şikayəti qismən təmin edilərək, Xəzər Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi faiz borcunun ödənilməsi hissəsində dəyişdirilmiş – faiz borcunun məbləği 2485,41 ABŞ dolları və “Kia Sportage” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 28000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv olunmasını və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı «İddiaçı (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh xx xxx 2016-cı il tarixə Banka borclu olduğu 21756,22 ABŞ dolları məbləğində əsas borcun, 2490,82 ABŞ dolları məbləğində faiz borcunun, 130,44 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 24377,48 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin cavabdeh X1 mülkiyyət hüququ əsasında məxsus olan və Banka ipoteka qoyulmuş, ipoteka predmeti olan «XXX minik» markalı, ** SM ***5 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin aşkar edildiyi yerdə dayan dırılması, avtomobilin saxlanması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun İddiaçı (Azərbaycan) ASCyə ödənilməsi, İddiaçı (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 118485-19468 saylı 24.10.2013-cü il tarixli "Avtomobil krediti müqaviləsi" nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcu hissəsində dəyişdirərkən və girov predmetinin ilkin satış qiymətini müəyyən edərkən, eləcə də qətnamənin qalan hissələrini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İşə apellyasiya qaydasında yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 24.07.2017-ci il tarixli qərarında şərh olunan göstərişlərin icrası qaydasında məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.04.2018ci il tarixli ekspert rəyi i lə Cavabdeh 24.06.2016-cı il tarixə banka olan borcunun 24371,96 ABŞ dolları (o cümlədən, əsas borc üzrə 21756,11 ABŞ dolları, faiz borcu üzrə 2485,41 ABŞ dolları, cərimə borcu üzrə 130,44 ABŞ dolları) təşkil etməsi və 2013-cü il buraxılışlı mühərrik tutumu 1988 sm 3 “xxx” minik markalı XXX dövlət qeydiyyat nışanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2016-cı ilin iyun ayına orta bazar qiymətinin nəzəri qaydada təxminən 25000 manat olması müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş “BUTA” Qiymətləndirmə Mərkəzinin qiymətləndirmə hesabatında isə Cavabdeh məxsus “XXX” markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin 30.04.2018-ci il tarixə bazar dəyərinin 32 000 (otuz iki min) manat olduğu qeyd edilmişdir. Apellyasiya instansiyas ı məhkəməsi həmçinin müəyyən etmişdir ki, ipoteka predmeti üzərində yüklülük və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş dövlət orqanında qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4-cü, Mülki Məcəllənin 269.1, 269.4, 269.7, 270.1, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 470, 471, 472, 474, 475, 476, 477, 739, 741, 743, 744-cü, MPM-nin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə əsasən yoxlayan apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılsa da, iş üzrə ipoteka pre dmetinin dəyəri ixtisaslı mütəxxəsis tərəfindən hesablanma aparılmadan müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh ounan göstərişləri yerinə yetirərək hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27812/13 saylı 04.04.2018-ci il tarixli ekspert rəyi və “BUTA” Qiymətləndirmə Mərkəzinin 30.04.2018-ci il tarixli mütəxəsis rəyi nəzərə alınaraq faiz borcu 2485,41 ABŞ dolları həddində, avtomobilin ağlabatanlıq meyarları ilə orta bazar qiyməti isə 28000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsa ssız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbi nə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxl anılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-XXX/18 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar