Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2652/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X6, Cavabdeh vəkili X12 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X7, X2 və X8 qarşı borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETD İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 53986 ABŞ dolları əsas borcun, 8272 ABŞ dolları faiz borcunun, 200 ABŞ dolları cərimənin, cəmi 62458 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın X1 mülkiyyətində olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi qət olunmuşdur.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh tutulmalı olan faiz borcunun 14103 (on dörd min yüz üç) ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlərin apelyasiya şikayətinin təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərci olan 145 (yüz qırx beş) manat pulun cavabdehə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərb aycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı-nin xeyrinə 53 986 ABŞ dolları əsas borcun, 14103 ABŞ dolları faiz borcun, 4990 ABŞ dolları cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun X1 xüsusi mülkiyyətində olan mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh, X7, X2 və X5 həmin mənzildən çıxarılaraq mənzilin tam boşaldılıb Ləğv prosesində olan İddiaçı-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə görə cavabdehə 36 ay müddətinə illik 28 % olmaqla 64000 ABŞ dolları məbləğində kredit ve rilmişdir. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyət hüququ əsasında məxsus olan mənzil xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilmişdir xx xxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 54000 ABŞ dolları əsas borcu, 12052 ABŞ dolları faiz borcu, 4990 ABŞ dolları cərimə, cəmi 71042 ABŞ dolları borcu var. X tərəfindən verilmiş xx.xx.2014- cü il tarixli arayışdan görünür ki, Cavabdeh, X7, X2 və X9 mənzilində qeydiyyatdadırlar. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixə İddiaçı-yə olan borcu 62.257,55 ABŞ dolları müəyyən edilir (əsas borc üzrə 53.985,55 ABŞ dolları, faiz borcu üzrə 8272 ABŞ dolları). “X14” MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli predmeti olan mənzilin hazırki dövrə olan bazar qiyməti 110864 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddələrinin müddəalarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 53986 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə hesablanmış 14103 ABŞ dolları faiz borcunun, 4990 ABŞ dolları cərimənin tutulmasını xahiş etmişdir. İşə baxan məhkəmə ərizəni icraata qəbul etmiş, lakin məhkəmə ekspert qarşısında sual qoyarkən bunu nəzərə almamış, borcun məbləğinin hansı tarixə hesablanmalı olması ilə bağlı sual qoymamış, eyni zamanda ekspert də bu halı nəzərə almamış, iddiaçının məhkəməyə mür aciət etdiyi tarixə olan borcunu hesablamışdır. İşə baxan məhkəmə həmin ekspert rəyi ilə müəyyən edilən məbləğdə əsas və faiz borcunu tutmuş, sonradan verilmiş ərizəni nəzərə almamışdır. Qeyd olunan halları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin artırılması ilə bağlı ərizə verildiyi tarixə olan borcunu müəyyən etmək məqsədi ilə mühasibatlıq ekspertizanın keçirilməsini təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixə banka olan əsas borcu 53966.65 ABŞ dolları, faiz borcu isə 20444.68 ABŞ dolları təşkil edir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi borcun məbləğinin müəyyənləşdirilməsi zamanı səhvə yol vermiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə almamışdır. Buna görə də borcun məbləği sonuncu ekspert rəyi əsasında müəyyən edilən hallar nəzərə alınmaqla dəyişdirilməlidir. Bundan başqa hazırkı ekspert rəyindən görünür ki, faiz borcunun məbləği iddia tələbinin artırılması ilə bağlı ərizə ilə tələb olunan məbləğdən çoxdur (20444.6814103=6341.68). Həmçinin apelyasiya instansiyası məhkəməsi ekspert rəyini digər sübutlarla birgə tam, hərtərəfli və obyektiv qiymətləndirərək, eləcə də, qətnamənin borcun məbləğinin müəyyənləşdirilməsi ilə bağlı hissəsindən iddiaçının apelyasiya şikayəti verdiyini, cavabdehlərin isə qətnaməni yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi və onun hərracda satılması hissəsində mübahisələn dirdiklərini nəzərə alaraq hesab etmişdir ki, ekspert rəyi nəzərə alınmadan (çünki rəy cavabdehin vəziyyətini daha da ağırlaşdırır) borcun məbləği iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı əlavə ərizə ilə tələb olunan məbləğdə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də faiz məbləği rəydə göstərilən məbləğdə dəyişdirilə bilməz. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2652/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2652/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver