Məhkəmə qərarları › İş №2(102)-2654/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2654/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2654/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və üçüncü şəxs X3 qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü; apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs X3 qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107) -833/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı ilkin iddia tələbi ilə Cavabdeh1 (üçüncü şəxs X4 qeyd etməklə) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X1 müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatması kirayə haqqı olan 8700 manatın və dövlət rüsumu kimi ödədiyi 107 manat Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə ca vabdeh X5 9000 manat vurulmuş maddi və mənəvi ziyan görə pulun, yəni 7000 manat maddi ziyan və 2000 manat mənəvi ziyan görə pulun və 110 manat dövlət rüsumu xərcinin cəmi 9100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 mart 2024-cü il tarixli, 2(039)-146/2024 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia tələbi üzrə İddiaçı paylı mülkiyyətində olan (5/6 hissəsi) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 19 aprel 2021-ci ildə üçüncü şəxs X6 ilə bağlamış olduğu kirayə müqaviləsindən cavabdehlərin əsassız varlandığı 8100 manat kirayə haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat pul tələbinə dair ilk in iddiasının təmin edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 7000 manat maddi ziyana və 2000 manat mənəvi ziyana görə pulun və 110 manat dövlət rüsumu xərci olmaqla cəmi 9100 manat məbləğində pulun tutulması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Kamil Əliyev).

4. Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(107)833/2024-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-nin 360, 361 və 364-cü maddələrinin tələblərinə uyğun olmamasına görə Cavabde h1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesаb edilməsi qərara alınmışdır (hakimlər X8 (sədrlik edən və məruzəçi), X9, X7). Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

6. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

7. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qərardadın verilməsi əsassız olmuşdur, belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə düzgün qiymət verməmişdir. Şikayətdə qeyd edilmişdir ki, cavabdehlər Yevlax Rayon Məhkəməsinin 04 mart 2024-cü il t arixli 2(039)146/2024 saylı qətnaməsini 11 aprel 2024-cü il tarixdə əldə etmiş və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə göndərmişdirlər. Mübahisə predmeti olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-833/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli Qərardadının birinci səhifəsinin sonuncu abzasında və ikinci səhifəsinin birinci abzasında qətnamənin cavabdehin özünə 11 aprel 2024-cü ildə çatdırılması ilə bağlı xəbərnamələrin mövcud olması qeyd edilsə də, qətnamə 04 aprel 2024-cü ildə Cavabdeh1 nümayəndəsi və vəkilinə çatdırılmaqla sonuncuya rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qətnamədən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən başlamış və 06 may 2024-cü ildə başa çatmışdır. Həmin vaxt Cavabdeh1 da öz növbəsində 04 may 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 nümayəndəsi olduğundan və sonuncudan aldığı səlahiyyətləri nümayəndəsi olan vəkilinə ötürmə hüququ olduğundan Cavabdeh2 münasibətdə də apellyasiya şikayəti vermə müddəti eyni qaydada hesablanmalıdır. Kassator Cavabdeh1 bildirmişdir ki, o, Cavabdeh2 nümayəndəsi olaraq, sonuncudan aldığı səlahiyyətləri vəkil Nümayəndə ötürməmişdir. Həmçinin qeyd edilmişdir ki, vəkil Nümayəndə cavabdehlərlə olan müqavilə öhdəliyi, yalnız birinci instansiya məhkəməsi üçün nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsində iş yekunlaşdıqdan sonra onlar arasında vəkil – müştəri münasibətləri də kəsilmişdir.

8. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 2.1 və 4.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada ver ilməsi tələb oluna bilməz.

12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

13. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

14. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

15. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnam əsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

16. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, akt bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

23. Belə ki, birinci instansiyası məhkəməsinin 4 mart 2024- cü il tarixli, 2(039)146/2024 saylı qətnaməsi həmin qətnamə çıxarılan vaxt Cavabdeh1 nümayəndəsi və vəkili olan Nümayəndə 4 aprel 2024-cü ildə Elektron kabinet vasitəsilə çatdırılmışdır. İş materiallarında qətnamənin cavabdehlərin özünə 11 aprel 2024-cü ildə çat dırılması ilə bağlı xəbərnamələr mövcud olsa da, qətnamə 4 aprel 2024-cü ildə Cavabdeh1 nümayəndəsi və vəkilinə çatdırılmaqla sonuncuya rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qətnamədən apellyasiya şikayəti vermə müddəti həmin tarixdən başlamış və 6 may 2024-cü ildə başa çatmışdır.

24. Apellyasiya şikayəti Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilsə də, apellyasiya şikayətini 4 may 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 da səlahiyyətli nümayəndəsi olaraq Cavabdeh1 imzalamışdır. Göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 hazırki apellyasiya şikayətini 13 may 2024-cü ildə verməklə qanunla müəyyən edilmiş bir aylıq müddəti 7 gün ötürmüşlər.

25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olu nmasına əsas vermir. Ona görə də müddətin bərpası üçün buraxılmış dövr üzrlü sayıla bilməz.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-833/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar