Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2657/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-3629/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1 7 dekabr 2015-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, yaşayış məntəqəsinə aid 0,11 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına adına qeydə alınıb. 15 dekabr 2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, yaşayış məntəqəsinə aid 0,11 ha torpaq sahəsinə dair İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib və onun verilməsinə əsas kimi notarial qaydada bağlanmış 04 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi göstərilib. 09 mart 2018-ci il tarixdə İddiaçı Dövlət Nef Şirkətinin rəhbərliyinə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, yaşayış məntəqəsinə aid xüsusi mülkiyətində olan 0,11 h a torpaq sahəsinin ətrafında hasarın çəkilməsi və orada tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş edib. 13 aprel 2018-ci il tarixdə X İddiaçı ünvanlandığı məktubdan görünür ki, onun ərizəsində qeyd etdiyi torpaq sahəsinə baxış keçirilib və müəyyən olunub ki, təqdim edilən sənədlərdə torpaq sahəsinin forması və yerləşdiyi yer ilə, faktiki istifadədə olan torpaq sahəsinin forma və yerləşmə yeri, eyni zamanda X mövcud olan sənədlər arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin yerli baxış nəticəsində əldə olunmuş və eyni zamanda ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən koordinatları UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunub ki, göstərilən koordinatlar daxilində olan hissə (959 kv.metr) DX X2 Kəmərləri Sahəsinin istismarında olan HövsanDigah-Qar adağ (Digah Novxanı hissəsi) qaz kəmərindən (530 mm, yerüstü) 20-25 metr (faktiki isə 28-31 metr) məsafədə, eyni zamanda X istismarında olan Böyük Şor Sumqayıt Dş-700 magistral neft kəmərinin 8.77-ci km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasında olan məsafə 37 metr təşkil edir. Torpaq sahəsinin göstərilən koordinatlar daxilində olan hissəsi (149 kv.metr) isə qeyd olunan kəmərlərin mühafizə zonası xaricində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh DX qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında on a məxsus olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0,11 ha torpaq sahəsində hazırda və gələcəkdə quruculuq-abadlıq işləri görülməsinə, tikinti işlərinin yerinə yetirilməsinə, hasarlanma işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin cavabdehlər X, QX və NX üzərinə qoyulması və qeyd edilən işlərə cavabdehlərin qanunsuz müdaxilələrinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, torpaq sahəsində köhnədən ona məxsus olan fərdi yaşayış evi tikilib, hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Xüsusi mülkiyyətində olan torpaq sahəsində hasarlama və başqa tikinti-abadlıq işlərinin aparılması zərurəti yarandığından həmin torpaq sahəsində hasarlama işlərini aparmaq məqsədilə müvafiq tikinti materialları alıb və tikinti işləri (hasarlama) aparmağa başlayıb. Lakin, cavabdehin əməkdaşları tərəfindən apardığı tikinti işləri sökülüb. Buna əsas kimi aparılan tikinti işlərinin qaz kəmərinin və magistral neft kəmərinin mühafizə zonasına düşməsi göstərilib. Qeyd edilən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ dövlət tərəfindən qeydə alınıb və cavabdehlər tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hərəkətlər qanunsuz hesab edilməli, həmin maneələrə son qoyulmalı və qadağan edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021-ci il tarixli ekspert rəyinə görə, ekspertiza tədqiqatı Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi, qaz və neft kəmərləri üzrə mütəxəssis rəyinə əsasən aparılıb. 17 dekabr 2015-ci il tarixli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, Abşeron r ayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Həmin torpaq sahəsi Reyestr Xidmətinin istifadəsində olan "xxxx" proqramına əsasən tam olaraq X X2 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnakməsi ilə (hakim H.Əhmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 23 aprel 2021-ci il tarixli məktubuna və Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021-ci il tarixli ekspert rəyinə görə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0,11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşdüyü, həmin torpaq sahəsinin Reyestr Xidmətinin istifadəsində olan "xxxx" proqramına əsasən tam olaraq X X1 Kəmərləri sahəsinin istismarında olan Hövsan-Digah-Qarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşdüyü və sənəd üzrə torpaq sahəsinin 0,034 ha hissəsinin isə Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Belə olan halda, iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq onun mülkiyyətində olan torpaq ərazisinin müəyyən hissəsi neft-qaz kəmərinin mühafizə zonasına düşdüyündən, insan həyatının təhlükəsizliyi mülkiyyət hüququndan daha üstün hüquq olduğundan iddiaçının mülkiyyətindən maneəsiz istifadə hüququ cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməklə məhdudlaşdırılması qanuna uyğundur. Ona görə də Qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını rəhbər tutaraq, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin s ağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olduqda mülki hüquqların yalnız qanunla məhdudlaşdırılmasının mümkünlüyü prinsipindən çıxış edərək, Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 23 aprel 2021-ci il tarixli məktubu və Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021- ci il tarixli ekspert rəyini digər sübutlarla paralel qiymətləndirib iddiaçının tələblərinin rədd edilməsi qənaətinə gəlir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.3, 157.1, 157.9, 169.1, 169.2, 564.2, 1098.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını rəhbər tutaraq, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olduqda mülki hüquqların yalnız qanunla məhdudlaşdırılmasının mümkünlüyü prinsipindən çıxış edərək, Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 23 aprel 2021-ci il tarixli məktubunu və Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021ci il tarixli ekspert rəyini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirib iddiaçının iddia tələblərinin əsassız olması nəticəsinə gəlib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.3, 157.1, 157.9, 169.1, 169.2, 564.2, 1098.1-ci maddələrinin və digər m addi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi normativ hüquqi aktların tətbiqində səhvə yol verib. Belə ki, “Neft kəmərləri” İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəməri ixrac neft kəməri deyil. Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, isti smar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanıb. Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021- ci il tarixli ekspert rəyində torpaq sahəsinin neft kəmərinin mühafizə zonasına düşməsini müəyyən edərkən, hansı normativ akta istinad etdiyini qeyd etməyib. Onun torpaq sahəsinə olan mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab vermir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu səbəbdən də iddiası əsaslı olduğundan təmin edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.9-cu maddəsinə görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tut ulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 169.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 169.2-ci maddəsinə əsasən, hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödəni lməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 1098.1-ci maddəsinə görə, gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 407.2-ci maddəsində göstərilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasa siya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 17 dekabr 2015-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, yaşayış məntəqəsinə aid 0,11 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına adına qeydə alınıb. 15 dekabr 2015-ci il tarixdə Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, yaşayış məntəqəsinə aid 0,11 ha torpaq sahəsinə dair İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib və onun verilməsinə əsas kimi notarial qaydada bağlanmış 04 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi göstərilib. 09 mart 2018-ci il tarixdə İddiaçı X rəhbərliyinə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, yaşayış məntəqəsinə aid xüsusi mülkiyətində olan 0,11 ha torpaq sahəsinin ətrafında hasarın çəkilməsi və orada tikinti işlərinin aparılmasına icazə verilməsini xahiş edib. 13 aprel 2018-ci il tarixdə X İddiaçı ünvanlandığı məktubdan görünür ki, onun ərizəsində qeyd etdiyi torpaq sahəsinə baxış keçirilib və müəyyən olunub ki, təqdim e dilən sənədlərdə torpaq sahəsinin forması və yerləşdiyi yer ilə, faktiki istifadədə olan torpaq sahəsinin forma və yerləşmə yeri, eyni zamanda x mövcud olan sənədlər arasında uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin yerli baxış nəticəsində əldə olunmuş və eyni zamanda ərizəyə əlavə edilmiş sənədlərdə göstərilən koordinatları UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunub ki, göstərilən koordinatlar daxilində olan hissə (959 kv.metr) X X2 Kəmərləri Sahəsinin istismarında olan HövsanDigah-Qaradağ (Digah Novxanı hissəsi) qaz kəmərindən (530 mm, yerüstü) 20-25 metr (faktiki isə 28-31 metr) məsafədə, eyni zamanda Dövlət Neft Şirkətinin Neft kəmərləri İdarəsinin istismarında olan Böyük Şor Sumqayıt Dş-700 magistral neft kəmərinin 8.77-ci km-də mühafizə zonası daxilində ye rləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasında olan məsafə 37 metr təşkil edir. Torpaq sahəsinin göstərilən koordinatlar daxilində olan hissəsi (149 kv.metr) isə qeyd olunan kəmərlərin mühafizə zonası xaricində yerləşir. Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 23 aprel 2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, 17 dekabr 2015-ci il tarixli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Həmin torpaq sahəsi Reyestr Xidmətinin istifadəsində olan "xxxx" proqramına əsasən tam olaraq X X1 Kəmərləri sahəsinin istismarında olan Hövsan-DigahQarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zon asına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Habelə, işə əlavə edilmiş 5 ədəd fotoşəkildən görünür ki, torpaq sahəsində tikilmiş tikili sökülüb və dağıntılardan meydana çıxmış daş parçaları torpaq sahəsinin üzərində qalıb. Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2021-ci il tarixli ekspert rəyinə görə, ekspertiza tədqiqatı Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi, qaz və neft kəmərləri üzrə mütəxəssis rəyinə əsasən aparılıb. 17 dekabr 2015-ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.11 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür. İddiaçı mülkiyyətində o lan 0.11 ha torpaq sahəsi Reyestr Xidmətinin istifadəsində olan "xxxx" proqramına əsasən tam olaraq XX2 Kəmərləri sahəsinin istismarında olan Hövsan-DigahQarabağ (Digah Novxanı hissəsi) qaz kəmərinin mühafizə zonasına düşür. Sənəd üzrə torpaq sahəsinin 0.034 ha hissəsi isə Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 magistral neft kəmərinin mühafizə zonasına düşür. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin vədövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29- cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, 17 dekabr 2015-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti-abadlıq, hasarlama işləri aparıb, lakin səlahiyyətli qurumun nümayəndələri tərəfindən ap arılmış fəaliyyətin qarşısı alınaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qaz kəməri və magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi səbəbindən tikililər söküldüyündən, iddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə olan halların qarşısının alınması məqsədilə məhkəməyə müraciət edib. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarının 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il tarixli, 773 saylı Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Həmin “Qaydalar”ın 2.7-ci bəndi ilə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Bununla belə, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1072.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunub (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71 -ci maddəsinin İİ hissəsi, "Azər baycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının vəəsas az adlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə edib. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1 -ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1 -ci maddəsinə xas olan “ədalətli balans” prinsipi ö zlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı). Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiə si üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 157.1 -ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 169.1 maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdi rilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 169.2 maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Həmin Məcəllənin 564.2-ci maddəsinə əsasən son zərurət elə vəziyyətdir ki, həmin vəziyyətdə başqa vasitələrlə qarşısı alına bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurulur. Həmin Məcəllənin 1098.1 -ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının 0,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməklə, bilavasitə iddiaçının özünün sağlamlığının qorunmasına xidmət edir və bu məhdudlaşdırma mütənasib olmaqla, onun konstitusion mülkiyyət hüququnun mahiyyətini dəyişdirmir. Göründüyü kimi, iddiaçının mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən müdaxilə qanuni olub, ədalətli balans prinsipi gözlənilib və iddiaçının yuxarıda göstərilən qaydalara zidd olaraq inşa edəcəyi tikili fiziki şəxs lərin həyatı və sağlamlığı üçün real təhlükədir. Bütün banlar özlüyündə cəmiyyətin ümumi marağına xidmət edib və cavabdehlər tərəfindən sözügedən tədbirlər tətbiq edilərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsədlər arasında ağlabatan mütənasiblik olub. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübah isələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalı dır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-3629/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2657/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2657/2022
27.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver