Məhkəmə qərarları › İş №2(102)-266/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-266/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-266/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 cavabdeh X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi üzrə muzdun ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3775/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxx 2018-ci il tarixli X12, X9 və Garant Əmlak arasında imzalanmış beh haqqında razılaşmaya əsasən X9 ümumi sahəsi 4 sot olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 9-cu döngə, 417-də yerləşən 4 sot daşınmaz əmlakı X10 840000 manata satmağı, E.N.Məmmədov isə həmin mənzili almağı öhdələrinə götürmüşlər. Müqaviləyə görə, alıq-satqı müqaviləsi rəsmiləşdikdə 4000 manat, isə 16000 manat məbləğində pulu vasitəçi daşınmaz əmlak agentliyi adı altında fəaliyyət göstərən fiziki şəxs İddiaçı2 verməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı, həmin daşınmaz əşyanın alqı-satqısının baş tutmasına baxmayaraq göstərilən muzdun ona ödənilmədiyini bildirərək aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat

3. İddiaçı Daşınmaz Əmlak Agentliyi markası adı altında fəaliyyət göstərən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc olan 16000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 5000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh2 əsas borc olan 4000 manat vəsaitin, əldən çıxmış fayda olaraq 1000 manat vəsaitin, mənəvi zərər olaraq 10000 manat vəsaitin, hüquqi xidmət haqqı olaraq vəkilə ödənilmiş 2000 manat vəsaitin yarsının, yəni 1000 manat vəsaitin və ödənilmiş 30 ma nat dövlət rüsumunun yarısı, yəni 15 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, hər iki cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra hər iki cavabdeh ödəməli olduqları vasitəçilik xidmət haqqlarını bilərəkdən ödəməkdən yayınmışdılar. Bu səbəbdən iddiaçı tərəfdən hər iki cavabdehə adi poçt xəbərdarlığı, daha sonra kuryer vasitəsi ilə pretenziya məktubları ünvanlanmışdır. Lakin bu günədək pulun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır.

5. Cavabdeh2 bildirmişdir ki, onlar arsasında heç bir müqavilə yoxdur. O, üzərinə heç bir öhdəlik götürməmiş, onunla bağlı heç bir mübahisə yoxdur.

6. Cavabdeh1 bildirmişdir ki, iddiaçının vasitəçiliyini qəbul etmir, müqavilələrin bağlanm asında tərəflər iştirak etməyiblər.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) xx xxx 2019-cu il tarixli, 2(004)-2887/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, və Pənah Razyev daşınmaz əmlakın alqı-satqısı üzrə öz üzərlərinə xx.xx.2018-ci il tarixədək öhdəlik götürsələr də, alqı-satqı müqaviləsi bağlanmamış, müqavilədə göstərilən pozitiv şərt baş tutmamış, nəticədə 3cü şəxs Garant Əmlakın xeyrinə bu şəxslərin öhdəlikləri yaranmamışdır. Buna görə də bu müqavilə üzrə Garant Əmlakın həmin şəxslərdən müvafiq komission haqqını tələb etmək hüququ yaranmamışdır. 2-ci müqavilə isə (beh müqaviləsi) xx.xx.2018-ci il tarixdə Rzayevə Səbinə və Cavabdeh2 arasında bağlanmış və müqavilənin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixə dək müəyyən edilmişdir. Müqavilədə nə tərəf qismində Garant Əmlak iştirak etməmiş, nə də onun xeyrinə tərəflər pul vermək öhdəliyi götürməmişdirlər. 1-ci beh müqaviləsi üzrə Garant Əmlakın xeyrinə beh müqaviləsinə daxil edilmiş şərt, ümumiyyətlə, etibarsız şərtdir. Çünki alqı-satqı müqaviləsinin bağlanması tərəflərin iradəsindən asılıdır. İradədən asılı olan şərt də qanunvericiliyə görə etibarsızdır. Yekun olaraq məhkəmə qeyd etmişdir ki, 1-ci beh müqaviləsi alıcı qismində Nailənin adından müqavilə bağlamaq səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmış və müqaviləyə şərt daxil edilmiş, şərt baş tutmamışdır ki, həm şərtin baş tutmamasına, həm də Cavabdeh2 və Cavabdeh1 bu beh üzrə öhdəçiliyi yaranmamasına görə, 2-ci beh müqaviləsi üzrə isə, ümumiyyətlə Garant Əmlakın müqavilə tərəfi olma masına və xeyrinə tərəflər öhdəçilik götürməməsinə, yəni cavabdehlərin Garant Əmlakın xeyrinə hər iki müqavilə üzrə, hər hansı məbləği ödəmək öhdəçiliyinin yaranmamasına görə iddia tələbi rədd edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) xx xxxxxx 2019-cu il tarixli, 2(103)10360/19 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəm əsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev) 2(102)-173/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayətinin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi beh müqaviləsində nəzərdə tutulan müddətdə rəsmiləşdirilməsə də, İddiaçı2 Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka alıcı tapmaqla bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirmiş və onun tapdığı alıcı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin alqı-satqısı b aş tutmuşdur. Alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulmuş müddətdə bağlanmaması iddiaçının tələb hüququna xitam verilməsi üçün əsas ola bilməzdi, çünki iddiaçının öhdəliyi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə alıcı tapmaq və həmin şəxslər arasında müqavilə bağlanmasına nail olmaq idi. Ona görə də alqısatqının məhz iddiaçının göstərdiyi xidmət nəticəsində onun tapdığı şəxslər arasında baş verməsi iddiaçıya göstərdiyi xidmətə görə razılaşdırılmış haqqı tələb etmək hüququ verir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. İşin Apelyasiya məhkəməsinin icraatı zamanı İddiaçı2 Cavabdeh2 münasibətdə iddiadan imtina edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən v ə məruzəçi), R.Həsənov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-3775/20 nömrəli qərardadı ilə Cavabdeh2 aid hissədə iddiadan imtina qəbul edilmiş və mülki işə həmin cavabdehə aid hissədə xitam verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), R.Həsənov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-3775/20 nömrəli qətnaməsi ilə İddiaçı2 iddiası və apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 əsas borc olan 16000 (on altı min) manat pul vəsaiti tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun yarısının, yəni 15 manat pul cavabdeh X3 alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmı şdır ki, İddiaçı2, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka alıcı tapmaqla bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Onun tapdığı alıcı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin alqı-satqısı baş tutmuşdur. Odur ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli razılaşmanın 6-cı bəndinin şərtləri nəzərə alınmaqla, cavabdeh X11 İddiaçı2 16000 manat məbləğində pul ödəməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Babək Flüseynova və X 4 məxsus markası adı altında 1 fəaliyyət göstərən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin rəsmiləşdirilməsinin necə olduğu bilinmir. hüquqi şəxsdir və onun hüquqi şəxs olmasını təsdiqləyən rekvizitləri olmalıdır. Onu imza səlahiyyətinə məxsus şəxs olmalıdır. İlkin olaraq rekvizitlər olmasa da razılaşma olduğunu və bunun nəticəsində 10.000 manat pul alındığını, 10.000 manat verildikdən sonra 70.000 manatın nəyə görə ortaya çıxmasını soruşan olmamışdır. özü internetdən bu əmlakı görüb ilə əlaqə saxlayıb. Həmin dövr üçün faktiki olaraq alıcı tapmalı və tərəflər arasında alqı-satqı müqaviləsi olmalı idi. Lakin hər iki tərəfə deyib ki qarşı tərəf “çətin” adamlaradır. Onların heç nə edə bilməyəcəyini, gedib özlərinin razılıq əldə etməsini bildirmişdir. isə məhkəməd ə sürünmək istəmədiyini bildirmişdir. Buna görə də, bir müddətdən sonra Nailə xanımın həyat yoldaşı Məmmədov Namiq, Rzayev Pənaha zəng vuraraq bildirib ki, onlar alqı-satqı müqaviləsində razılıq əldə edə bilmirlər, buna görə də, beh müqaviləsi bağlamağı təklif edib. Beh müqaviləsini isə 70.000 manata razılaşıblar. Noyabr ayında tərəflər razılaşır və bundan sonra -ın “yadına düşür” ki, müştərini onlar tapıb. öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə ümumiyyətlə hüquqi baxımından onların” Garant Əmlaka” pul vermə öhdəlikləri yoxdur. Belə ki, 1-ci beh müqaviləsi bağlanmamışdan qabaq torpaq sahəsinin mülkiyyət hüququ X7 məxsus olmuş, beh müqaviləsi Cavabdeh1 həyat yoldaşı Pənah X1 arasında şərtlə bağlanmışdır. Həmin müqavilə əsasında və daşınmaz əmlakın alqı-satqısı üzrə öz üzərlərinə xx.xx.2018-ci il tarixədək öhdəlik götürsələr də, alqı-satqı müqaviləsi bağlanmamış, müqavilədə göstərilən pozitiv şərt baş tutmamış, nəticədə 3-cü şəxs ın xeyrinə bu şəxslərin öhdəlikləri yaranmamışdır. Buna görə də, bu müqavilə üzrə ın həmin şəxslərdən müvafiq komission haqqını tələb etmək hüququ yaranmamışdır. 2-ci müqavilə isə (beh müqaviləsi) xx.xx.2018-ci il tarixdə Rzayevə Şəbinə və Cavabdeh2 arasında bağlanmış və müqavilənin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Müqavilədə nə tərəf qismində iştirak etməmiş, nə də orəflər pul vermək öhdəliyi götürməmişdirlər. Bu müqavilə üzrə də, iddiaçının dəlili əsassız hesab edilməlidir. Həmçinin, 1-ci beh müqaviləsi üzrə ın xeyrinə beh müqaviləsiiş şərt, ümumiyyətlə, etibarsız şərtdir. Çünki alqı-satqı mü qaviləsinin bağlanması tərəflərin iradəsindən asılıdır. İradədən asılı olan şərt də qanunvericiliyə görə etibarsızdır. 1-ci beh müqaviləsi alıcı qismində Cavabdeh2 adından müqavilə bağlamaq səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmış və müqaviləyə şərt daxil edilmiş, şərt baş tutmamışdır ki, həm şərtin baş tutmamasına, həm də Cavabdeh2 və Şəbinə Rzayevanın bu beh üzrə öhdəçiliyi yaranmamasına görə, 2-ci beh müqaviləsi üzrə isə, ümumiyyətlə ın müqavilə tərəfi olmamaə tərəflər öhdəçilik götürməməsinə, yəni cavabdehlərin ın xeyrinə hər iki müqaviansı məbləği ödəmək öhdəçiliyinin yaranmamasına görə iddia tələbi rədd edilməlidir. Bundan başqa, apelyasiya məhkəməsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsində cavabdehlərin vermiş olduqları izahatlara diqqət yetirsəydi aydın olcaq dır ki, ilk beh müqaviləsi bağlandıqdan sonra, notarial qaydada bağlanmış beh müqaviləsində iştirak etməmələrini “notariusda" şablon müqavilələr var deyərək adlarının qeyd edilmədiyini bildirmələrinə qiymət verməyərək düzgün olmayan qərara gəlmişdir. Belə ki, artıq ikinci beh müqaviləsi bağlanan zaman iddiaçı xidmət göstərməmişdir, belə ki, cavabdeh satıcı tərəf alqı-satqı prosesinin gecikməsini bildirərək pul tapılmadığı üçün və alıcı tərəfin “çətin” adamlar olmasını bildirərək xidmət göstərməyərək alqı-satqı müqaviləsinin bağlanmasına nail olmasına dair öhdəliyini icra etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassa siya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Mad də 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. Maddə 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.

26. Maddə 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.

27. Maddə 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb ed ilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi iş mater iallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

34. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o -ın işçisidir. Orda vasit göstərir. Rzayev Pənah onlara müraciət etdiyini, dəfələrlə müştəriyə evi göstərdiyini, Məmmədov Emil anası və atası ilə birlikdə əmlaka baxmağa getdiyini, evə baxmağa getdikləri vaxtın qar yağan vaxta təsadüf etdiyini,hətta qapının əlcəyinin belə buz bağladiğını, hasardan aşıb keçərək içəri qapını ancaq elə açmaq mümkün olduğun bildirmişdir. Hasarın üstündə olanda Məmmədov Emil xatirə kimi onun şəklini də çəkmişdir. Onlarin evi gah almaq istədiklərini, gah da almaq istəmədiklərini bildimişdir. On bir aydan sonra ofisə gələrək razılaşdılar. Rzayev Pənah oğlunu işə qoymaq üçün ona 70 min manat beh lazım olduğunu, əvvəlcə 10 min manat daha so nra 70 min manatı tamamlamaq üçün 60 min manat da əlavə elədilər. Avqustun 1-nə yaxın şahidin onları yığaraq müqavilə bağlamağa çağırdığını, cavabdehin isə pulu düzəldə bilmədiyin bildirmişdir. Həmçinin qoyduqları behində batacağın demişdir. Eyni zamanda Rzayev Pənaha da zəng vuraraq demişdir ki, gəl müqavilənin vaxtını uzadaq, o isə cavab olaraq uzatmadığını almaq istəyirlərsə, gəlib alsınlar dediyini bildirmişdir. Garant əmlakın arxasından iş getdiyini, xəbərinin olmadığın bildirmişdir. Sonradan eşitmişdir ki, alqı-satqı olub. Onlar telefonlarını götürmürdülər. Axırda Pənah telefonunu götürdüyünü, artıq alqı-satqı oluduğunu bildirərək, Garant əmlakın maraqlanmadığını demişdir. Pənah ilə yaxşı əlaqələrinin olduğunu, bildirmişdir. Rzayev Pənahın xalası oğlu ona deyəndən sonra ki, Babəkin p ulunu versin əvvəlcə 4 min manat, daha sonra 6 min manat təklif etmişdir. 20 min manatın qarşılığında razı olmadığın bildirmişdir. Tərəflərin və hakimin sualına cavab olaraq bildirmişdir ki, ilkin beh müqaviləsi 10000 manatı Garant əmlakın ofisində, ikinci 60000 manatlıq beh müqaviləsinin isə notariusda bağlandığını bildirmişdir.

35. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX ******* saykl çıxarışdan görünür ki, ünvan 1 sahənin bir hissəsi xx.xx.2015-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. 36. 26.12.2014-cü il tarixli, ƏN 489909 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Qiyaz qızı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərin də sərəncam verməyi X6 etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2064-cü ilədək müəyyən edilmişdir. 37. xx xxxxxx 2018-ci il tarixli X12, X9 və Garant Əmlak arasında imzalanmış beh haqqında razılaşmadan görünür ki, X9 ümimi sahəsi 4 sot olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, 9-cu döngə, 417-də yerləşən 4 sot daşınmaz əmlakı X10 840000 manata satmağı, E.N.Məmmədov isə həmin mənzili almağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən alqı- satqı müqaviləsi xx xxxx 2018-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməli, alqı-satqı müqaviləsinin bağlanacağını təsdiq etmək və icrasını təmin etmək məqsədi ilə Beh alan Beh verənə 10000 manat məbləğində beh verir. Müqavilənin 6ci bəndinə əsasən alıq-satqı müqaviləsi rəsmiləşdikdə Beh verən vasitəçiyə 4000 manat, beh alan isə 16000 manat məbləğində pul verməyi öhdəsinə götürür.

38. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 417 saylı sahənin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini tərəflərin razılığı ilə 840000 manat qiymətləndirilərək Cavabdeh2 satmağı öhdəsinə götürmüş və ikinci tərəfdən 70000 manat beh almışdır. Qalan 770000 manat məbləği isə xx.xx.2018-ci il tarixədək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı birinci t ərəfə ödəməyi öhdəsinə götürür. 39. 15.11.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, mülkiyyətində olan ünvan 1 sahənin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini Cavabdeh2 550000 manata satmışdır. Müqavilə bağlanarkən satıcı Cavabdeh1 etibarnamə üzrə təmsil etmişdir.

40. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi barədə alqı-satqı məhz iddiaçı tərəfindən tapılmış şəxslər, yəni Cavabdeh1 və Cavabdeh2 arasında baş tutmuşdur.

41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, alqı-satqı müqaviləsi beh müqaviləsində nəzərdə tutulan müddətdə rəsmiləşdirilməsə də, İddiaçı2, Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka alıcı tapmaqla ba ğlı üzərinə düşən öhdəliklərini yerinə yetirmiş və onun tapdığı alıcı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır.

42. Daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulan müddətdə bağlanmadığını, ona görə iddiaçı qarşısında olan öhdəliklərinə xitam verildiyi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, alqısatqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulmuş müddətdə bağlanmaması iddiaçının tələb hüququna xitam verilməsi üçün əsas ola bilməzdi. Çünki iddiaçının öhdəliyi Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə alıcı tapmaq və həmin şəxslər arasında müqavilə bağlanmasına nail olmaq idi. Ona görə də alqı-satqının məhz iddiaçının göstərdiyi xidmət nəticəsində onun tapdığı şəxslər arasında baş verməsi iddiaçıya göstərdiyi xidmətə görə razılaşdırılmış haqqı tələb etmək hüququ verir. Həmçinin nəzərə alınmışdır ki, alqı-satqı müqaviləsinin beh müqaviləsində nəzərdə tutulmuş müddətdə bağlanmaması işin konktret hallarından asılı olaraq alıcı və yaxud satıcı üçün məsuliyyət yarada bilərdi.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı2 Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlaka alıcı tapmaqla bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirmiş və onun tapdığı alıcı ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin alqı-satqısı baş tutduğundan tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli razılaşmanın 6-cı bəndinin şərtləri nəzərə alınmaqla cavabdeh X11 (beh alan) İddiaçı2 16000 manat məbləğində pul ödəməlidir.

44. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Belə ki, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi Cavabdeh1 adından etibarnamə əsasında hərəkət edən X9, iddiaçı ilə bağladığı xx.xx.2018-ci il tarixli razılaşmada əşyanın iddiaçının vasitəçiliyi ilə satılması halında sonuncuya 16.000 manat pul ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Vasitəçiliyi həyata keçirən iddiaçı öhdəliyini yerinə yetirdiyi üçün onun həmin məbləğdə pulu Cavabdeh1 tələb etmək hüququ yaranmışdır. Belə olan halda, göstərilən məbləğin Cavabdeh1 tutulmasına dair apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğundur.

46. Ona görə də kassasiy a şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3775/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar