Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2660/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər “Sadiq-2*15” MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər “Sadiq-2*15” MMC-yə və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə d air mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *6 mart 2*23-cü il tarixli, 2(1*4)- 133/2*23 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27 aprel 2*15-ci il tarixli 25 nömrəli nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı1 ASC tərəfindən “Sadiq-2*15” MMC-yə 36 ay müddətinə illik 28 faiz olmaqla 25*** manat məbləğdə kredit verilmişdir. 2. 27 aprel 2*15-ci il tarixli 25 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 mənzil 24 İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində əmlak 3**** manat məbləğdə qiymətləndirilmişdir. İpoteka müqa viləsi dövlət qeydiyyatına alınaraq, İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən 29 aprel 2*15-ci il tarixli RX seriyalı *647987 nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi İddiaçı2 cavabdehlər “Sadiq-2*15” MMC və Cavabdeh2 qarşı Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, “Sadiq-2*15” MMC-dən 24241,47 manat əsas, 1*1*3,88 manat faiz olmaqla cəmi 34345,35 manat borc, ödənilmiş 3* manat dövlət rüsumu və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması; tutmanın i poteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, bina 22a, 24 nömrəli mənziə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin tərəflər arasında razılaşdırılmış 25*** manat müəyyən edilməsi; ipoteka ilə yüklü edilmiş mənzil satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra qeydiyyatda olanların yaşayış hüquqlarına xitam verilərək boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsinin tələblərini pozaraq öhdəliyi vaxtında icra etməmiş və nəticədə 24241,47 manat əsas, 1*1*3,88 manat faiz olmaqla cəmi 34345,35 manat borc yaranmışdır. İpoteka saxlayan ipoteka qoyana *5 aprel 2*17ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiş həmin idarədə qeydə alınmışdır.
5. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 17.*7.2*17-ci il tarixli, 2-2(83)-153/2*17 saylı qərardadı ilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinə göndərilmişdir.
6. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, kredit almamış, sadəcə ona məxsus olan evi banka ipotekaya qoymuşdur.
7. Digər cavavdeh məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 yanvar 2*18-ci il tarixli 2(*43)146/2*18 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə cavabdeh “Sadiq-2*15” MMC-dən 24241,47 manat əsas borc, 1*1*3,88 manat faiz borcu olmaqla cəmi 34345,35 manat pulun və ödənilmiş 3* manat dövlət rüsumu tutulması; tutmanın ipoteka predmti olan Cavabdeh2 məxsus olan ünvan 1, 24 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 3**** manat müəyyən edilməsi; ödənişlər həyata keçirildikdən sonra ipoteka predmtinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması; iddia tələbinin digər hissəd ə rədd olunması qət edilmişdir (hakim Y.Həşimov).
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əsas borc və ona hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır. Həmçinin tutma həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan X2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, bina 22a, 24 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməlidir.
10. Bundan əlavə, cavabdehlərin ipoteka predmeti olan mənzil satıldıqdan sonra çıxarılmala rı və ya mənzilin boşaldılması hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal edilən mübahisə ilə əlaqədar məsələdir. Bununla yanaşı, hərracda satışdan sonra yaşayış sahəsindən çıxarılma artıq yeni mülkiyyətçinin hüquqlarına aid olduğundan, həmin evi ipoteka qoyanın özü də əldə edə bildiyindən məhkəmə hesab etmişdir ki, hazırda mülkiyyət hüququ olmayan bankın cavabdehin yaşayış sahəsindən çıxarılması və ya mənzilin boşaldılması üçün məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur.Odur ki, məhkəmə iddia tələbinin bu hissəsini də əsassız sayaraq rədd etmək qənaətinə gəlir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317, 319, 385, 386, 442, 445, 448, 449, 462, 465, 467, 739-cu maddələri və “İpoteka haqqında” Azərbaycan Res publikası Qanununun 9, 34, 36, 39, 47, 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, borcun düzgün müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmiş və ipoteka predmeti yenidən qiymətləndirilməmişdir. Həmçinin ona məxsus mənzil ipoteka ilə yüklü edilsə də, kredit verilməmişdir. Eləcədə tələb “Sadiq-2*15” MMC-nin mü lkiyyətində olan əmlaka yönəldilməlidir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Sadiq-2*15” MMC-nin icraçı direktoru X1 izahatında bildirmişdir ki, cəmiyyət tərəfindən görülən işlərin pulu Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən ödənilməmiş, ona görə də kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmişdir.
15. İpoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1, mənzil 24 likvid dəyərinin müəyyən olunması üçün apellyasiya icraatı zamanı qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 23 yanvar 2*23-cü il tarixli, **9/GB/23 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin likvid qiyməti 4**** manat müəyyən olunmuşdur.
16. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun müqavilənin qüvvədə olduğu müddətə, yəni 27 aprel 2*18- ci il tarixə nə qədər oduğunu müəyyən etmək üçün apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2*23-cü il tarixli 9/9346 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 27 aprel 2*15-ci il traixli, 25 nömrəli kredit müqaviləsinə əsasən 27 aprel 2*18-ci il tarixə cavabdeh “Sadiq2*15” MMC-nin İddiaçı1 ASC-yə 24241,47 manat əsas, 17341,31 manat faiz borcu yaranmışdır.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) *6 mart 2*23-cü il tarixli, 2(1*4)-133/2*23 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 yanvar 2*18-ci il tarixli 2( *43)-146/2*18 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdeh “Sadiq-2*15” MMC-dən İddiaçı1 ASC-nin xeyrinə 24241,47 manat əsas, 1*1*3,88 manat faiz borcu oilmaqla, cəmi 34345,35 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamə “ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 3**** manat dəyərində müəyyən edilməsi” hissəsində dəyişdirilərək, həmin hissədə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 24 nömrəli mənzilin likvid qiymətinin 4**** manat müəyyən olunması qət edilmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qiymətləndirmə rəyinə əsasən, ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 24 nömrəli mənzilin likvid dəyəri 4**** manat müəyyən olunmuşdur. Ona görə də kollegiya hesab etmişdir ki, apellyas iya şikayətinin dəlili bu hissədə əsaslı olduğundan təmin edilməli və həmin hissədə mənzilin likvid satış dəyəri 4**** manat müəyyən edilməlidir.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1,319.6, 385.1, 442, 443, 445.2.1, 448.1, 449, 449.2, 449.3, 462.1, 464.1, 465.2, 467-ci və “İpoteka haqqında” Qanunun 1.*.9, 11,34.1,34.1.4, 36.1, 37, 41.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün işi Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, borcun verilməməsi barədə apelyasiya şikayətinin dəlilinə hüquqi qiymət verilməmiş və məhkəmə apelyasiya şikayətinin bu dəlili ilə bağlı araşdırma aparmamışdır. Həmçinini məhkəmə nəzərə almamışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti mənzilin hazırkı bazar dəyərindən dəfələrlə aşağı hesablanmışdır. Belə ki, mənzilin yerləşdiyi ərazidə olan evlərin bir kvadrat metrinin dəyəri 1***-2*** manat arası müəyyən edilir və bu hamıya bəlli olan haldır. Bu hesabla mənzilin həqiqi bazar deyəri 65*** manat təşkil edir. Apellyasiya icraatı zamanı verilmiş qiymətləndirmə rəyi ilə mənzilin likvid satış dəyərinin isə 4**** manat məbləğində hesablanması ədalətsızdır. Məhkəmə "xxxx" MMC-nin 23 yanvar 2*23-cü il tarixli rəyi ilə razılaşaraq iş üzrə ekspertiza təyin etməmişdir.
22. Kassator şikayə tini Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 5.3, 97.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
26. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 1.*.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
32. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
33. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxla yanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətilərində qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və borcun məbləğinə aid hissələrdə mübahisələndirilir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin əsaslılığı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər əsassızdır. Çünki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur.
48. İlk növbədə qeyd olunmalıdır ki, ipoteka müqaviləsində ipotekanın qiymətinin müəyyən edilməsi, bu normanın tətbiqini istisna etmir. Yəni, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə yarandığı halda, məhkəmə ipoteka müqaviləsində müəyyən olunan qiymətə bağlı deyildir. Lakin o hal da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi olmadığına görə, sərbəst qiymətləndiricinin verdiyi rəy də məhkəmə üçün mütləq deyildir və hər bir halda MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilməlidir. Qiymətləndirmə rəyinin bu cür təhlili, qiymətlərə dair məlumat mənbələri – sübutlar əsasında, müqayisəli şəkildə həyata keçirilir.
49. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan əmlakın qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğuna görə məhkəmə ipoteka predmeti olan əmlakın qiymətini “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinə uyğun olaraq, qiymətləndiricinin rəyi əsasında müəyyən emişdir. Cavabdeh apelyasiya instansiyası məhkəməsində bu rəyə etirazını bildirməmişdir. Bu halda kassatorun ipoteka predmetinin düzgün müəyyən olunması üçün ekspertiza tə yin etməməsi barədə dəlili kassasiya şikayətində irəli sürə bilməz. İpotekanın qiyməti ilə bağlı gəlinən nəticəni şübhə altına almağa əsas verən hər hansı hal müəyyən olunmur.
50. Cavabdehin iddiaçı tərəfindən kredit məbləğinin verilmədiyi barədə etirazın araşdırılmaması barədə dəlili ilə bağlı qeyd edir ki, borcalan apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında borcun verilməsini mübahisələndirməmiş, əksinə cəmiyyət tərəfindən görülən işlərin pulu Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən ödənilmədiyinə görə iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilmədiyini bildirmiş, borc məbləğinin düzgün hesablanması üçün ekspertiza təyin edilməsini xahiş edərək, borcun bir qismini kredit müqaviləsində müəyyən edilmiş ssuda hesabına ödədiyi barədə qəbzləri (kass a mədaxil orderlərini) məhkəməyə təqdim etmişdir. Göründüyü kimi kassatorun borcun verilmədiyi barədə dəlilləri açıq-aşkar əsasszıdır.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *6 mart 2*23-cü il tarixli, 2(1*4)-133/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.