Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2660/2024 12.07.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: Cavabdeh İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)477/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə tərkibi kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş kassasiya şikayəti ca vabdeh tərəfindən imzalansa da, Vəkil3 tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinin tələbinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 408.1.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARAALDİ: Cavabdeh İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-477/2024 nömrəli, 8 aprel 2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2660/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-2660/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver