Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2661/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Z oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.Bağırov) xx.xx.2017-ci il tarixli, 2(009)-4538/2017 nömrə li qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilərək, “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli, İK №1629-05 kredit müqaviləsi xitam verilməsi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK №1629-05 kredit müqaviləsindən yaranmış 304511 manat əsas borcun, 37826.50 manat faiz borcunun, 100 manat dəbbə pulunun, cəmi 342437.50 manat məbləğində pul vəsaitinin, həmçinin “xxxx” ASC tərəfindən iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun 20 man at hissəsinin Cavabdeh tutulub iddiaçı “xxxx” ASC-nin hesabına köçürülməsi, ödəmənin “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İKM 1629-05 İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 242.3 kv.m ümumi, 140.9 kv.m yaşayış sahəsindən və 101.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.Bağırov) xx.xx.2018-ci il tarixli, 2(009)-4538/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4538/2017 nömrəli qətnaməsinə düzəliş edilərək qətnamənin təsviri hissəsinin birinci abzasının (1-ci səhifə) ikinci sətirində “və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə sözləri”nin çıxarılması, qətnamənin bütün mətni üzrə “37826.50 manat faiz borcu” sözlərinin “28590.20 manat faiz borcu” sözləri ilə əvəz edilməsi, qətnamənin 4-cü səhifəsinin ikinci abzasının aşağıdakı redaksiyada verilməsi “iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 468№li arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, İK №1629-05 saylı kredit müqaviləsi üzrə banka 304511 manat əsas borc, 28590.20 manat faiz borcu, 21992.46 manat cərimə borcu vardır”, qətnamənin nəticə hissə sinin 3-cü abzasının aşağıdakı redaksiyada verilməsi ““xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK №162905 kredit müqaviləsindən yaranmış 304511 manat əsas borc, 28590.20 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 333201.20 manat məbləğində pul vəsaiti, həmçinin “xxxx” ASC tərəfindən iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh tutulub iddiaçı “xxxx” ASC-nin hesabına köçürülsün” qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) xx.xx.2018-ci il tarixli, 2(103)-4744/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfind ən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4538/2017 nömrəli qətnaməsinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci döngə, 4 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 450000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissədə, yəni “37826.50 manat faiz borcunun Cavabdeh tutulub “xxxx” ASC-nin hesabına köçürülməsi” hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadiyev) xx.xx.2018-ci il tarixli, 2(102)-7420/2018 saylı qərarı ilə iddiaçı “xxxx” ASC və Cavabdeh tə rəfindən verilmiş kasasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, R.Eyvazov, Z.Əliyev) xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4538/2017 nömrəli qətnaməsinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 242.3 kv.m ümumi, 140.9 kv.m yaşayış sahəsindən və 101.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 510000 manat müəyyən edilməsi, qalan hissədə (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı nəzərə alınmaqla) qətnamənin dəyişdirilmədən saxlanması, ekspertiza xərci 200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il ta rixli, İK №1629-05 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK №1629-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 304511 manat əsas borc, 28590.20 manat faiz borcu, 21992.46 manat dəbbə pulu olmaqla, cəmi 355093.66 manatın, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipotekaya qoyulmuş Cavabdeh məxsus olan ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 242.3 kv.m ümumi, 140.9 kv.m yaşayış sahəsindən və 101.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda s atılması və əmlakın satılmasından əldə edilən məbləğ hesabına “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh vəvəkili ** oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin təyin etdiyi qiymətləndirmə ekspertizasının rəyi ilə ipoteka predmetinin bazar qiyməti 510000 manat müəyyən edilmiş, cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş qiymətləndirmə rəyi ilə isə ipoteka predmetinin dəyəri 650000 manat müəyyən edilmişdir. İşə baxan apelyasiya məhkəməsi hansı əsaslara görə özünün müəyyən etdiyi qiymətləndirmə ekspertizasının müəyyən etdiyi qiymətin cavabdehin təşəbbüsü ilə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmiş qiymətdən ədalət li olmasını əsaslandırmamış, kifayət qədər böyük, təmirli, yerləşmə əmsalı yüksək olan evin qiymətini əsassız olaraq 510000 manat müəyyən etmişdir. Hesab edirlər ki, apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsassızdır. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 saylı qətnaməsinin Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci döngə, ev 4 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 242.3 kv.m ümumi, 140.9 kv.m yaşayış sahəsindən və 101.4 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 510000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansi yası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh vəvəkili ** oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili Z oğlun kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416 -cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, ekspert rəyləri ilə müəyyən edilən məbləğlər likvid dəyərləri əks etdirmədiyindən tərəflərin razılaşması ilə müəyyən edilən və cavabdehin təqdim etdiyi son ekspert rəyində əks edilən lakin ortalama qiymətini müəyyən edən Dinar Firması tərəfindən müəyyən edilən əmlakın qiyməti əsas götürülməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 8/2017 saylı iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 2-ci döngə, 4 s aylı fərdi yaşayış evinin ilkin satış qiməti, Dinar Firmasının xx.xx.2019-cu il tarixli 4 saylı ekspert rəyində göstərilən 510000 manat dəyərində müəyyən edilməli, qətnamədə (düzəliş qərardadında) əks edilən borcun məbləği (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi əfindən keçirilmiş xx.xx.2019-cu il tarixli mühasibatlıq ekspertizası ilə müəyyən edilən məbləğ tələbdən az olduğuna görə) hissəsində dəyişdirilmədən saxlanılmalı, ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətində əsas dəlil kimi ipoteka predmetinin ilkin satış qiymətinin əsassız olaraq 510000 manat qiymətləndirilməsini göstər sə də, qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini əldə etdiyi qiymətləndirmə rəyi əsasında müəyyən etmiş, cavabdeh öz təşəbbüsü ilə ipoteka predmetinin ilkin satış qiymətinin 650000 manat olması barədə qiymətləndirmə rəyi əldə etsə də, məhkəmənin təyin edərək əldə etdiyi rəy tərəflərin xahişi əsasında təyin edilmiş qiymətləndirmə ekspertizası nəticəsində əldə edilmişdir və həmin rəyin qeyri-mötəbərliyi barədə məhkəməyə hər hansı müraciət edilməmişdir. Nəticədə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün ə sas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2661/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2661/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver