Məhkəmə qərarları › İş №2(102)-2661/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2661/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2661/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh X3 (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, kassasiya şikayəti vermə hüququ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh X3 (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-810/2023 sa ylı, 17 mart 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 cavabdeh X1rşı qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən X2 adına olan fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsinə dair tərəflər arasında 22 iyul 1996-cı il tarixdə sadə razılaşma qaydasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(042)-900/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X2 Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini 22 iyul 1996-cı ildə İddiaçı1 10000 rubla satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

4. Gədəbəy Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(042)-900/2017 nömrəli qərardadı ilə İddiaçı1 cavabdeh X1rşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(042)900/2017 nömrəli qətnaməsindən Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verməsi mümkün hesab edilməsi qərara alınmışdır.

5. Həmin qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək, qərardadın ləğv edilməsi və Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümükün hesab olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(042)-900/2017 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2(104)-810/2023 saylı qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(042)-900/2017 nömrəli qərardadı tam, həmin qə rardadla bağlı 30 yanvar 2023-cü il tarixli 2(042)- 900/2017 nomrəli qərardadi isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilmişdir. Qərardaddan şikayət verilməməsinin nəzərdə tutulması qərara alınmışdır.

8. Qeyd olunan qərardaddan narazı qalan Maraqlı şəxs kassasiya şikayəti vermişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(104)-810/2023 saylı qərardadı ilə kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsinin nəzərdə tutulmamasına baxmayaraq maraqlı şəxs kassasiya şikayəti vermişdir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 384.0.4, 384.0.6 və 402.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

12. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qərardad apellyasiya şikayətinin təmin edilməməsi barədə qərardad kimi qiymətləndirilməlidir. Qərardad maraqlı şəxsin hüquqlarına toxunur və onun mülkiyyət hüququnu pozur. Belə olan halda o ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikay ətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

16. Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

17. Maddə 402.2. Apellyasiya məhkəmələrini n mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olar aq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

18. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-810/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar