Məhkəmə qərarları › İş №2(102)-2662/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2662/2019

01.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2662/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12442/2018 saylı 29 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-6876/2018 saylı, 07 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri ünvan 1 ünvanında inşa olunan yaşayış binalarının 1-ci korpusunda yerləşən ümumi sahəsi 79.2kv.m, yaşayış sahəsi 38.0 kv.m olan 2 otaqlı mənzildən Cavabdeh çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər V.Həsənov və N.Cəfərov, İş № 2(103)12442/2018) Cavabdehverdiyi apelyasiya şikayətitəmin edilməyərək Yasamal rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 2(004)-6876/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən, Bakı şəhəri ünvan 1 ünva nında inşa olunan yaşayış binalarının 1-ci korpusunda yerləşən ümumi sahəsi 79.2 kv.m, yaşayış sahəsi 38.0 kv.m olan 2 otaqlı 41 nömrəli mənzilin iddiaçıya məxsus olmasına baxmayaraq, Cavabdeh qanunsuz şəkildə həmin mənzildə ailəsi ilə birlikdə yaşayır və ona edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq İddiaçı mülkiyyət hüquqlarını pozmağa davam edir. Qeyd edilən mənzil əvvəlcə cavabdehin adına olmuş lakin, cavabdeh 23.01.2018-ci il tarixində ərizə ilə “xxxx” MMC-yə müraciət edərək, mənzilin İddiaçı adına keçirilməsini xahiş etmiş, mənzil və pay İddiaçı adına keçirildikdən sonra onun adına olan 2 otaqlı mənzildən və paydan imtina etdiyini və gələcəkdə bu mənzillə bağlı “xxxx” MMC-yə heç bir iddia tələbinin olmayacağını bildirmişdir. Lakin, buna baxmayaraq, cavabdeh həmin mənzili qan unsuz şəkildə saxlamaqda və iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışlar ki, işə hərtərəfli, tam və obyektiv baxılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Həmçinin kassasiya şikayəti onunla əsaslandırılır ki, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinin müddətinin uzadılması barədə iddia qaldırıldığından və iş üzrə qəbul ediləcək qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığından, gələcəkdə öhdəlik müqaviləsinin müddətinin uzadılması üçün səbəblər və sübutları olduğundan iş üzrə icraatın dayandırılmalı zəruridir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən məhkəmə iclas zalına gəlməyən tərəfləriniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Lakin kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndir ilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 23 yanvar 2018-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş “öhdəlik” adlı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-nin müqaviləsinə əsasən onun adına olan Bakı şəhəri ünvan 1 ünvanında inşa olunan yaşayış binalarının 1-ci korpusunda yerləşən ümumi sahəsi 79.2 kv.m, yaşayış sahəsi 38.0 kv.m olan 2 otaqlı mənzili İddiaçı adına müqavilə əsasında keçirmiş və əvəzində İddiaçı 91000 manat məbləğində pulu borc olaraq almış, 23.07.2018-ci il tarixə kimi İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər razılaşmışlar ki, ödəniş tam şəkildə başa çatdıqdan sonra göstərilən mənzil İddiaçı tərəfindən Cavabdeh adına keçiriləcəkdir. Bu müqavilə icra olunaraq İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilə bağlanmış və mənzil Cavabdeh razılıq ərizəsi əsasında iddiaçının adına keçirilmişdir. 23 yanvar 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək 23.07.2018-ci il tarixədək 91000 manat məbləğində pulu iddiaçıya qaytarmadığından iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 593-cü məhəllədə yerləşən 41 saylı mənzili cavabdehə qaytarmaq öhdəliyi xitam olunmuş və iddiaçı həmin mənzil üzərində potensial mülkiyyət hüququ əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, cavabdehin iddiaçıya məxsus olan mənzil üzərində hər hansı hüququ olmadığından, yəni həmin mənzilin iddiaçıdan aldığı 91000 mana t müqabilində onun adına keçirilməsinə razılıq verdiyindən və hazırda həmin mənzil “xxxx” MMC ilə bağlanmış 23 yanvar 2018-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilə əsasında iddiaçının qanuni sahibliyində olduğundan iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iş üzrə icraatın dayandırılması üçün Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadığından cavabdehin icraatın dayandırılması barədə vəsatəti təmin olunmamalıdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci bəndinin, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin, MPM-nin 254.1.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır və həmin nəticəyə tətbiq edilmiş hüquq normaları düzgün olmuşdur. Cavabdeh kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən onun məhkəmədə iştirakını təmin etməmişdir və bununla da MPM-nin 387.1-387.2.7-ci maddələrinin tələblərinə əsasən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası kassatorun həmin dəlilini iş materialları əsasında yoxlayıb hesab edir ki, həmin dəlil əsaslı sayıla bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsi məhkəmə iclasının 29 noyabr 2018-ci il tarixə təyin edilməsi barədə məhkəmə bildirişini 26 oktyabr 2018-ci il tarixdə cavabdehə göndərmiş və işdə olan xəbərnamədən görünür ki, cavabdeh məhkəmə bi ldirişini 31 oktyabr 2018-ci il tarixdə almış, lakin heç bir səbəb göstərilmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd edilən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd edilən prosessual normanın tələbləri baxımından cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmuş və kassatorun dəlili MPM-nin 387-ci maddəsinin tələblərinə cavab vermədiyindən əsaslı deyildir. Kassatorun apellyasiya instansiyası məhkəməsinin digər mülki işin nəticəsini gözləmədən hazırki iş üzrə qətnamənin çıxarılmasının qanunsuz olması barədə dəlili ilə əlaqədar kollegiya qeyd edir ki, həmin dəlil apellyasiya şik ayətinin də dəlili olmuş və apellyasiya instansiya məhkəməsinin həmin dəlili MPM-nin 254.1.4-cü maddəsinin tələblərinə əsasən qiymətləndirərək rədd etmiş və kollegiya da həmin nəticə ilə də razılaşdığından kassastorun həmin dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası Cavabdeh kassasiyaşikayətinin dəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, kassator kassasiya şikayətində qeyd etdiyi məsələləri əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya icraatı qaydasında işə baxılarkən iş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında, hüquq normaları düzgün tətbiq və təfsir edilməklə, həmçinin qətnamə Azərbaycan Respublikasının MPM-nin 14, 77 və 217-c i maddələrinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 noyabr 2018-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar