Məhkəmə qərarları › İş №2(102)-6035/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6035/2019

14.08.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6035/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Quliyev Samir Rahib oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli 2(103)3273/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.İddiaçı, iş № 2(004)-6416/2018) İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilərəkN saylı mənzilinin boşaldılaraq İdd iaçı Salayeviçə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və Ə.İ.Qasımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 363.000 ABŞ dollarının tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar Cavabdeh məxsus N saylı mənzili onun borcunun bir qisminin əvəzi kimi İddiaçı Salayeviçə verilmiş və sonuncunun mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onun adına mənzilə dair Dövlət Reyestrindən Çıxarış verilmişdir. L akin göstərilən mənzil İddiaçı təhvil verilmədiyindən 2018-ci ilin iyul ayında o, mənzilin ona təhvil verilməsi barədə Cavabdeh qarşı məhkəmədə iddia qaldırmış və iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasını və onun həmin mənzilin boşaldılıb ona təhvil verilməsini tələb etmək hüququna malik olmasını əsas göstərmişdir. Gəldiyi nəticənin qanuni əsası kimi məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə və Azərbaycan Respubl ikası Konstitusiyasının 13-cü maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi maddi hüquq normaları mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi üçün əsas verdiyindən, kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, heç bir konkret dəlilə əsaslanmayan kassasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 4 16-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar